Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1791/2024 07.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış elektrik sayğacına qanunsuz olaraq hesablanmış 4103 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-155/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-155/2024 saylı qətnaməsindən narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1388/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-155/2024 nömrəli qətnaməsi ləğv edilməsi və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 məhkəməyə barışıq sazişi təqdim edərək təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2024-cü il tarixli öhdəliyin icra edilməsi haqqında barışıq sazişindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan mülki iş üzrə İddiaçı iş üzrə etibarnamə ilə səlahiyyətli nümayəndəsi Nümayəndə digər tərəfdən cavabdeh "xxxx" ASC-nin iş üzrə etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən ona (Abonent kodu **********20001) ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış elektrik sayğacına görə qanunsuz olaraq hesablanmış 4103 (dörd min bir yüz üç) manat məbləğində borcun silinməsi" tələbinə dair iddia tələbi ilə əlaqədar Gəncə Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işi üzrə aşağıdakı razılığa gəldilər. Tərəflər arasında əldə edilən razılığa əsasən:
1. Hər iki tərəf bəyan edir ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən ona (Abonent kodu **********20001) ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış elektrik sayğacına görə qanunsuz olaraq hesablanmış 4103 (dörd min bir yüz üç) manat məbləğində borcun silinməsi” tələbinə dair iddia tələbi ilə əlaqədar Gəncə Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işi üzrə tərəflər aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan kommersiya mübahisəsinə barışıq ilə son qoyulmasını elan edirlər.
2. İddiaçı və cavabdeh razılaşırlar ki, mübahisə predmeti olan və "xxxx" MMC-yə icarəyə verilmiş, ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış sayğac uçot dəstinə 04 avqust 2023-cü il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntuları ilə bağlı cavabdeh tərəfindən “EEİQ”-nın tələbinə uyğun tərtib edilmiş 04 avqust 2023-cü il tarixli, AKT R № 054361 nömrəli akt üzrə itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış 4103 (dörd min bir yüz üç) manat məbləğində borc üzrə öz aralarında məhkəmədən kənar qaydada müzakirə edərək həmin məbləğin 2000 (iki min) manata endirilməsi qərarına gələrək qeyd olunan məbləğin iddiaçı tərəfindən ödənilməklə qalıq məbləğin (2103 manat) cavabdeh tələb etməkdən imtina edir.
3. İddiaçı 04 avqust 2023-cü il tarixli, AKT R № 054361 saylı akt üzrə hesablanmış məbləğ ilə bağlı gələcəkdə "xxxx" ASC-yə qarşı məhkəmədə iddia qaldırmayacağı öhdəliyini üzərinə götürür.
4. Bu barışıq sazişi imzalandıqdan sonra cavabdeh iddiaçıdan 2000 (iki min) manat istisna olmaqla xx.xx.2023-cü il tarixli, AKT R № 054361 saylı akt üzrə hesablanmış məbləğdən qalan 2103 (iki min bir yüz üç) manat məbləği İddiaçı **********20001 saylı istehlakçı kodundan silir və həmin akt üzrə hər hansı bir məbləği 2000 (iki min) manat istisna olmaqla tələb etməmək öhdəliyini üzərinə götürür. 5.Bu saziş qüvvəyə mindikdən sonra hər iki tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 11 oktyabr 2024-cü il tarixli barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Bir tərəfdən İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi, atası Nümayəndə digər tərəfdən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 arasında bağlanmış 11 oktyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Hər iki tərəf bəyan edir ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona (Abonent kodu **********20001) ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış elektrik sayğacına görə qanunsuz olaraq hesablanmış 4103 (dörd min yüz üç) manat məbləğində borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə tərəflər aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan kommersiya mübahisəsinə barışıq ilə son qoyurlar.
2. İddiaçı və cavabdeh razılaşırlar ki, mübahisə predmeti olan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş, ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış sayğac uçot dəstinə 04 avqust 2023-cü il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntuları ilə bağlı cavabdeh tərəfindən “EEİQ”-nın tələbinə uyğun tərtib edilmiş 04 avqust 2023-cü il tarixli, AKT R № 054361 nömrəli akt üzrə itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış 4103 (dörd min yüz üç) manat məbləğində borc üzrə öz aralarında məhkəmədən kənar qaydada müzakirə edərək həmin məbləğin 2000 (iki min) manata endirilməsi qərarına gələrək qeyd olunan məbləğin iddiaçı tərəfindən ödənilməklə qalıq məbləği (2103 manat) cavabdeh tələb etməkdən imtina edir.
3. İddiaçı 04 avqust 2023-cü il tarixli, AKT R № 054361 saylı akt üzrə hesablanmış məbləğ ilə bağlı gələcəkdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldırmayacağı öhdəliyini üzərinə götürür.
4. Bu barışıq sazişi imzalandıqdan sonra cavabdeh iddiaçıdan 2000 (iki min) manat istisna olmaqla xx.xx.2023-cü il tarixli, AKT R № 054361 saylı akt üzrə hesablanmış məbləğdən qalan 2103 (iki min yüz üç) manat məbləği İddiaçı **********20001 saylı istehlakçı kodundan silir və həmin akt üzrə hər hansı bir məbləği 2000 (iki min) manat istisna olmaqla tələb etməmək öhdəliyini üzərinə götürür. 5.Bu saziş qüvvəyə mindikdən sonra hər iki tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.
Hakim Gülnaz Quliyeva