Məhkəmə qərarları › İş №2-2(115)-244/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-244/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-244/2025 07.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icraata xitam, barışıq sazişinin bağlanması) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildirişdə göstərilən 1117,04 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Mehdili kəndində yaşayır və həmin kəndin ərazisində fərdi avtoyuma məntəqəsi var. Avtoyuma məntəqəsinə elektrik sayğacı quraşdırılmış, xx.xx.2024-cü il tarixə kimi həmin elektrik sayğacından istifadə etmişdir. Elektrik sayğacından istifadə etdiyi müddətdə mütəmadi olaraq sərf etdiyi enerjinin pulunu vaxtında ödəmiş və heç vaxt enerji satışı idarəsinə borclu qalmamışdır. Lakin, 10 iyul 2024-cü il tarixdə gündüz vaxtı obyektin işıqlarında közərmə hiss etmiş və elektrik sayğacı olan tərəfə getmişdir. Bu zaman elektrik dirəyinə bağlanmış elektrik sayğacının yandığını görmüş və bu barədə Elektrik Şəbəkəsinin onların ərazisində yerləşən yarımstansiyasının əməkdaşlarına xəbər vermişdir. Onun məlumatından sonra həmin gün şəbəkənin işçiləri elektrik sayğacı bağlanan yerə gəlmişlər. Elektrik şəbəkəsinin işçiləri elektrik sayğacını elektrik xəttindən aralayıb, obyektə birbaşa xətt qoşmuşlar. Həmin sayğacı açıb aparmış və yenisi ilə əvəz edəcəyini bildirmişlər. Lakin yeni sayğacı yalnız xx.xx.2024-cü il tarixdə quraşdırdılar, sərfiyyat və cərimə barəsində isə heç nə demədilər. Ancaq 24 sentyabr 2024-cü il tarixdə ona «Bildiriş» təqdim edilmiş və ona təqdim edilmiş bildirişdə 1117,04 manat borcun yazılmasını görmüşdür. Elektrik enerjisindən istifadə qaydaları onun tərəfindən hər hansı bir formada pozulmamışdır.

II. Tərəflərin mövqeyi

3. İddiaçı barışıq sazişi təqdim edərək, həmin barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehin nümayəndəsi X3 da həmçinin barışıq sazişi təqdim edərək, həmin barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi.

III. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 5. Məhkəmədə mülki işə başlama 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 74. Nümayəndənin səlahiyyəti 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüºdürülməsi 122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadı

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir.

IV. Məhkəmənin mövqeyi

7. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, məhkəməyə təqdim olunmuş İddiaçı və cavabdehin nümayəndəsi X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: a) İddiaçı, iddia tələbini dəyişərək cavabdeh tərəfindən “elektrik enerjisindən istifadəyə görə hesablanmış 1117,04 manat (bir min yüz on yeddi manat, 04 qəpik) məbləğində enerji haqqı dəyərinin tam silinməsini tələb etmir və həmin məbləğin azaldılaraq 600 (altı yüz) manat müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. b) Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X3 elektrik enerjisindən istifadəyə görə Enerjitəchizatı müəssisəsi tərəfindən iddiaçı X.M.Əhmədoa hesablanmış 1117,04 (bir min yüz on yeddi manat, 04 qəpik) manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 600 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. c) Barışıq sazişinə dair ərizə kənar təsir olmadan iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən iradə sərbəstliyi əsasında tərtib olunmuş və tərəflərin imzası ilə təsdiq olunaraq məhkəməyə təqdim olunur.

9. Məhkəmə müəyyən edir ki, barışıq sazişini İddiaçı və cavabdehin nümayəndəsi X3 imzalamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, nümayəndə X2 barışıq sazişini imzalamaq səlahiyyəti verilmişdir.

10. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir.

11. Qanunvericiliyə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Tərəflər arasındakı barışıq sazişində məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılıq əldə olunmamışdır.

12. İddiaçıya izah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: a) İddiaçı, iddia tələbini dəyişərək cavabdeh tərəfindən “elektrik enerjisindən istifadəyə görə hesablanmış 1117,04 manat (bir min yüz on yeddi manat, 04 qəpik) məbləğində enerji haqqı dəyərinin tam silinməsini tələb etmir və həmin məbləğin azaldılaraq 600 (altı yüz) manat müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. b) Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X3 elektrik enerjisindən istifadəyə görə Enerjitəchizatı müəssisəsi tərəfindən iddiaçı X.M.Əhmədoa hesablanmış 1117,04 (bir min yüz on yeddi manat, 04 qəpik) manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 600 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. c) Barışıq sazişinə dair ərizə kənar təsir olmadan iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən iradə sərbəstliyi əsasında tərtib olunmuş və tərəflərin imzası ilə təsdiq olunaraq məhkəməyə təqdim olunur. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar