Məhkəmə qərarları › İş №2-2(115)-27/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-27/2021

27.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-27/2021 27.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “mülkiyyət hüququ üzrə zəbtdən azad etmə, istifadəyə maneələrin aradan qaldırılması, qapının onun mülkiyyətinə açılan hissədə bağlanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən AR ƏMDK DƏDRX-də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA ******* saylı çıxarışla Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,02930,06 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən azad olunması, istifadəyə maneələrin aradan qaldırılması, qapının onun mülkiyyətinə açılan hissədə bağlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya keçmiş Xanlar rayon XDS İcrayyə Komitəsinin 21.07.1990-cı il tarixli 13 nömrəli Protokoldan çıxarışa əsasən Xanlar rayon Aqrar-sənaye kombinatının yararsız torpaq sahəsindən 0,03 hektar ayrılıb daimi olaraq rayon satış bazası “Firma” maqazasının tikintisi üçün verilmişdir.O, həmin ildən verilmiş torpaq sahəsində mağaza inşa etmiş və heç bir mane olmadan sahiblik,istifadə və sərəncam hüququnu həyata keçirir. Azərbaycan Respublikası ƏMDKY-da DƏDRX-də Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışla Göygöl rayonu Qızılqaya qəsəbəsində 232,3 kv/m. tikinti, 0,02930,06 hektar torpaq sahəsi iddiaçının adına qeydə alınmışdır. Torpaq sahəsi iddiaçının qanuni mülkiyyətindədir. Lakin həmin yerdə olan qonşu Cavabdeh ona məxsus torpaq sahəsinə qanunsuz olaraq bır hissəsini zəbt, etmiş, qapı açaraq istifadə edir, ona məxsus torpaq sahəsindən istifadə etməyə qoymur. İddiaçı X4 24 avqust 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini və torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli ərazi cavabdehə məxsus texniki pasporta və ekspert rəyinə boş və ümumi istifadədə olan ərazidir. Odur ki, iddia tələbi əsassız sayılaraq rədd edilməlidir. 03 sentyabr 2021-ci il tarixdə iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1, həmçinin cavabdeh Cavabdeh iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilərkən məlum olmuşdur ki, mübahisəli sahə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşir, həmin sahə iddiaçı X4 və Cavabdeh məxsus qeyri-yaşayış sahələrinin arasında yerləşməklə boş torpaq sahəsidir, sahənin Gəncə-Göygöl avtomobil yoluna çıxışı vardır. Çıxış darvaza ilə bağlanmışdır. Həm iddiaçıya, həm də cavabdehə məxsus tikililərin qarşı tərəfindən Gəncə-Göygöl avtomobil yoluna açılan geniş qapılar vardır. Bu qapılardan əlavə cavabdehə məxsus binanın yan tərəfindən mübahisəli əraziyə əraziyə açılan, eni təqribən 1 metr, hündürlüyü 2 metr olan bir dəmir qapı mövcuddur. Torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadə olunmur. Baxış zamanı cavabdeh Cavabdeh həmin əraziyə olan qapının onun tərəfindən açıldığını, ərazinin hər iki obyektə aid olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: Xanlar RXDS İK-nin 21 iyul 1990-ci il tarixli 13 nömrəli protokolundan çıxarışın surətində qeyd olunur ki, Xanlar rayon Aqrar-sənaye kombinatının yararsız torpaq sahəsindən 0,03 hektar ayrılıb daimi olaraq rayon satış bazası “Firma” maqazasının tikintisi üçün verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində 0,0293 ha torpaq sahəsi və 232 kv.m sahəsi olan qeyri-yaşayış binası X3 xüsusi mülkiyyətindədir. **********84-06301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, iddiaçıya məxsus mağazanın ümumi sahəsi 248,4 kv.metr, açıq torpaq shaəsinin sahəsi 44,2 kv.metr olmaqla ümumi sahə 292,6 kv.metrdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 38 kv.metr sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir.Binanın yerləşdiyi 0,00454 ha torpaq sahəsi isə dövlət mülkiyyətidir. **********99-06301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Cavabdeh istifadəsində olan obyektin ümumi sahəsi 38 kv.metr olaraq qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində qeyd olunur ki, AR ƏMDK DƏDRX-də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilən Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,0293 ha torpaq sahəsinin hər hansı bir hissəsində Cavabdeh tərəfindən hər hansı bir tikilinin inşa olunmadığını və mübahisəli boş torpaq sahəsi faktiki olaraq texniki pasportların məlumatlarında göstərilən qaydada ümumi istifadə olduğu müəyyən olunmuşdur. İş üzrə sübutlarla və mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməklə müəyyən olumuşdur ki, hər iki tərəf sanibkardır, onların obyektləri qonşudur. Hər iki obyektin Gəncə-Göygöl avtomobil yoluna açılan geniş qapısı vardır. Bu qapılardan əlavə cavabdehə məxsus binanın yan tərəfindən mübahisəli əraziyə əraziyə açılan, eni təqribən 1 metr, hündürlüyü 2 metr olan bir dəmir qapı mövcuddur. İddiaçının xüsusi mülkiyyətində 292,6 kv. torpaq sahəsinin, 248,4 kv.metr hissəsi tikinti altında yerləşir, 44,2 kv.metr isə açıq torpaq sahəsidir. Cavabdehə məxsus 38 kv.metr sahədən ibarət tikili onun mülkiyyətində olsa da, tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Qanunvericiliyin tələbinə cavabdeh ancaq binanın altında yerləşən torpaq sahəsindən istifadə hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Göründüyü kimi cavabdehin istifadə hüququ yalnız mülkiyyətində olan binanın yerləşdiy torpaq sahəsinə aiddir. Mübahisə predmetinə aid ərazi sahəsi 44,2 kv.metr olan açıq torpaq iddiaçının xüsusi mülkiyyətindədir. Onun icazəsi olmadan həmin ərazidən başqa şəxslərin istifadəsi yolverilməzdir. Binanın xaricinə qapının açılması qapı istiqamətində olan əraziyə keçmək, ordan müəyyən məqsədlər üçün istifadə etmək məqsədini daşıyır. Cavabdeh tərəf nübahisə predmetinə aid torpaq sahəsinin ümumi istifadədə olmasını bildirməsi, onun oradan istifadə etmək niyyətində olduğunu bəyan edir. Lakin mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətindən kənar şəxsin istifadə etməsi mülkiyyətə müdaxilə hesab edilir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə çıxış məqsədilə qapının açılması mülkiyyətçinin mülkiyyətinə müdaxilə kimi qiymətləndirilir. Eyni zamanda mülkiyyətçinin öz mülkiyyətindən istədiyi kimi istifadə etməsinə etməsinə yaradılan maneədir. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, ekspert rəyində qeyd olunur ki, mübahisəli ərazi cavabdehə məxsus texniki pasportda ümumi istifadədə olan yer kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus tikintinin yerləşdiyi torpaq sahəsindən savayı hər hansı sahənin istifadəçisi deyildir. Mübahisəli ərazi iddiaçının xüsusi mülkiyyətində olan 292,6 kv. torpaq sahəsinin tərkib hissəsidir. İddiaçıya məxsus daşınmaz əmlakın texniki pasportunun torpaq sahəsinin planına aid hissəsində 44,2 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətində olan olan 292,6 kv. torpaq sahəsinin bir hissəsi olması açıq-aşkar görünür. Bu fakt yerində baxış nəticəsində də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi İddiaçı mülkiyyətində olan 0,02930,06 ha torpaq sahəsindən istifadəyə maneələr aradan qaldırılması. Cavabdeh məxsus qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olan torpaq sahəsinə açılan hissədə olan qapının bağlanması hissədə təmin edilməlidir. Torpaq sahəsinin zəbt olunması halları təsdiqini tapmadığından iddia tələbi həmin hissə üzrə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* seriya və nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0,02930,06 ha torpaq sahəsindən istifadəyə maneələr aradan qaldırılsın. Cavabdeh məxsus qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olan torpaq sahəsinə açılan hissədə olan qapısı bağlansın. İddia tələbi torpaq sahəsinin zəbtdən azad olunması hissəsində təmin edilməsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar