Məhkəmə qərarları › İş №2-2(115)-353/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-353/2020

17.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-353/2020 17.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı «xxxxxx» Kiçik Müəssisəsinin cavabdehlər Cavabdeh1 və X4 qarşı qeyriyaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mülkdən çıxarılma tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxx» Kiçik Müəssisəsi cavabdehlər Cavabdeh1 və X4 qarşı «qeyriyaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mülkdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən evin qarşısında tərəflərdindən inşa edilmiş, 0.01 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsi olan mağaza tikilisindən cavabdehlər X1 və X3 qanunsuz istifadəsinə son qoyulmaqla onların qeyri yaşayış sahəsi olan mağaza tikilisindən çıxarılmasına və cavabdehlər X2 və X6 tərəfindən bu günə kimi “xxxxxx” Kiçik Müəssisəsinə vurulmuş 12.000,0 (on iki min) manat məbləğində ziyanı onlardan müştərək qaydada tutularaq “xxxxxx” Kiçik Müəssisəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxxxx» Kiçik Müəssisəsinin cavabdehlər Cavabdeh1 və X4 qarşı qeyriyaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mülkdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar