Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-997/2025 14.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 467,81 manat maddi zərərin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 497,81 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, H.Əliyev prospekti -151 ünvanında yerləşən və yaxın qohumu X3 məxsus gözəllik salonuna İddiaçı vəsaiti hesabına qanunsuz olaraq Cavabdeh İB Gəncə Regional Qİİ-si tərəfindən məcburi aldırılmış qaz sayğacı ilə bağlı zərərin ödənilməsi tələbinə dair X2 iddia tələbi Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə təmin edilməyib. İmtina onunla əsaslandırılıb ki, “iddia tələbinin predmetini təşkil edən 467,81 manat pul cavabdeh Azəriqaz İB Gəncə Regional Qİİ-nin hesabına İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı X2 həmin məbləği cavabdehdən tələb etməyə subyektiv hüquqi olmamışdır”. Yəni hüquqi cəhətdən iddia onun tərəfindən verilməlidir. Gəncə şəhəri, H.Əliyev prospekti 151 ünvanında yerləşən gözəllik salonuna onun vəsaiti hesabına alınmış qaz sayğacı xx.xx.2017-ci il tarixində Azəriqaz İB- nin nümayəndələri tərəfindən quraşdırılmışdır (akt № 2972280). Cavabdeh İB-nin nümayəndələri xx.xx.2020-ci ildə sayğaca texniki baxış keçirmiş və sayğacın normal işlədiyi təsdiqlənmişlər (akt № 3975839).xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin nümayəndələri yenidən obyektlərinə gələrək sayğaca baxış keçirmiş, sayğacın normal işlədiyini, ancaq istismar müddətinin bitdiyini (akt № 5107110) (Cavabdeh İB-nin iddiasına görə sayğacın istismar müddəti beş ildir), bu səbəbdən yeni sayğacının alınmasın bildirərək qazın verilməsini dayandırmışlar. Qazın verilməsinin qanunsuz dayandırılması səbəbindən obyektləri bir gün iflic vəziyyətinə düşmüş və onlar məcburi olaraq 467,81 manat dəyərində yeni sayğac almışlar. Cavabdeh İB-nin nümayəndələri həmin sayğacı obyektlərinə quraşdırmış və onunla xx.xx.2023-cü il tarixli AMX 3267/23 nömrəli müqavilə bağlanmışdır. Qaz sayğacının “istismar müddəti” tərəflərindən sosial şəbəkələrdə araşdırılması onu göstərmişdir ki, həmin müddət 5 il yox, 22 il qəbul edilib və bununla bağlı Cavabdeh İB-nin rəhbərliyinə müvafiq şikayət bildirmişlər. Cavabdeh İB-nin rəhbərliyi cavab olaraq onların haqlı olduğunu bildirmiş və tərəflərindən yeni alınmış sayğacı başqa abonentə satacaqlarını bildirmişdir. Onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətlərindən sonra Cavabdeh İB öz cinayətkar hərəkətlərini örtbasdır etmək üçün sonradan, 4 ay gec, onların iştirakı olmadan guya sayğacın dövri yoxlamasını həyata keçiriblər və noyabr ayında köhnə tarixlə xx.xx.2023-cü il, MSK-14-2- 2/3-5-7290-04 saylı akt tərtib ediblər və absurd nöqsanlar göstərərək, obyektlərindən sökülmüş sayğacın qüsurlu olmasını göstəriblər. Cavabdeh İB burada da ciddi qanun pozuntusuna yol vermişdir. Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, Cavabdeh İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırılır. Lakin Cavabdeh İB bu halda da yuxarıda göstərilən mövcud qayda və standartlarının tələblərinə əməl etməyərək, qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırmamış, qaz ölçü qurğularının yoxlanış prosesi ilə tanış olmaq üçün onlar departamentə dəvət edilməmişdir. Cavabdeh İB-nin Metrologiya Departamenti 4 aydan sonra köhnə tarixlə absurd nöqsanlar göstərərək, sayğacın yararsız olması haqqında akt tərtib etmişdir. Maraqlıdır ki, obyektlərindən sökülmüş və MSK-14-2-2/3-5-7290-04 saylı aktda göstərilmiş “yararsız sayğac” akt tərtib edilmədən əvvəl başqa abonentə satılmışdır. İTRON G-6 sayğacın istismar müddəti ilə bağlı onların Cavabdeh İB -nə (Bakı şəhəri) sorğuları 06 yanvar 2025-ci ildə Cavabdeh İB Gəncə Regional Qİİ-nin rəisi tərəfindən cavablandırılıb və həmin müddətin 9 il olduğu rəsmən təsdiqlənib. Beləliklə cavabdeh Qaydaları kobudcasına pozaraq dələduzluq yolu ilə ona yeni sayğac aldıraraq, 467,81 manat dəyərində maddi zərər vurulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(125)-1487/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmuna uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2023-cü ilin iyul ayında qazın verilməsi dayandırıldı. Aralarındakı müqaviləyə əsasən 1 ay öncədən xəbərdarlıq edilməlidir. Lakin qarşı tərəf xəbərdarlıq etməmişdir. Hətta onlardan sökülən sayğacı başqasına satmışlar. 1 ildən çox vaxt keçdikdən sonra sayğacı götürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alqı-satqısı müqaviləsi, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, 12 iyul 2023-cü il tarixli, AMX-3267\23 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı adına rəsmiləşdirilən (mülkiyyətçi X5) qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G- 6 markalı, 1605AZ**********03 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixində Gəncə RQİİ-nin əməkdaşları tərəfindən qaz sayğacı əvəzlənərək **********985 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-997/2025 nömrəli iş üzrə toplanmış sənədlər təhlil olunan zaman məlum olmuşdur ki, Cavabdeh (bundan sonra-İB-yi) X9 istismarı idarəsində (bundan sonra Gəncə RQİİ) **********01510 abonent kodu ilə qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirilən (mülkiyyətçi X5) qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-6 markalı, 1605AZ**********03 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixində Gəncə RQİİ-nin əməkdaşları tərəfindən qaz sayğacı əvəzlənərək **********985 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 4.3-cü bəndinin tələblərinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.4-cü bədinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Eyni zamanda Qaydaların 4.2ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məlumat üçün bildirir ki, sözü gedən qeyri-yaşayış sahəsi kommersiya fəaliyyəti ilə məşğuldur və orada quraşdırılan və istismar olunan qaz qurğularından qeyri-məişət ehtiyacları üçün istifadə olunur. (Qeyri-məişət ehtiyacları - müəssisə, təşkilat, istehsal sexi, fermer təsərrüfatı, ofis, mağaza, restoran və s. üçün tələb olunan resurslar). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.3-cü bəndinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4-cü bədinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir İşin faktiki hallarından və mütəxəssis rəyindən görünür ki, iddiaçı qeyri-yaşayış obyektinə quraşdırdığı qaz sayğacı üçün ödədiyi pul məbləğini cavabdehdən tələb edir. Hansı ki bu sahəni tənzimləyən normalardan göründüyü kimi məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İddiaçının mübahisələndirdiyi sayğacın quraşdırıldığı obyekt qeyri-yaşayış obyekti olduğundan və həmin hal digər istehlakçılar kateqoriyasına aid edildiyindən, həmçinin iddiaçı tərəfindən həmin sayğacın quraşdırılmasının qanunsuz olduğu sübuta yetirilə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Eyni zamanda iddiaçı öz izahatında qeyd etmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən sayğacın istismar müddətinin bitdiyi üçün onun yenisi ilə əvəz edilməsinin tələb edilməsi qanunsuz olmuşdur. Hesab edir ki, sayğacın istismar müddəti bitməmiş və sayğac yararlı vəziyyətdə olmuşdur. Bununla belə o, məcburiyyət qarşısında qalaraq yeni sayğac almış və cavabdehə 467,81 manat pul ödəmişdir. Həmin pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən sayğaca texniki baxış keçirilmiş və qaz sayğacının texniki qaydalara cavab verdiyi müəyyən edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən sayğacın istismar müddətinin bitdiyi üçün çıxarılaraq dövlət yoxlanılmasına göndərilmiş və yeni sayğac quraşdırılmışdır. Cavabdeh İB-nin Meterologiya Departamentinin qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə MSK-14-2- 2/3-5-7290-04 nömrəli aktına əsasən xx.xx.2023-cü il tarixdə qeyri-əhali qaz sayğacına baxış keçirilmiş və sayğacın yararsız olduğu müəyyən edilmişdir. Göründüyü kimi sayğac yararsız hesab olunduğundan cavabdehin nümayəndələrinin iddiaçıdan sayğacın yenisi ilə əvəz olunmasını tələb etmələri qanuni olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00019) 07 yanvar 2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1458 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-997/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-997/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver