Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-1861/2025 11.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mingəçevir şəhər İcra Hakimiyyəti, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi (Dövlət Müəssisəsi), Daşınmaz Əmlakın X7 Reyestri” X5rşı “cavabdehlərin ona məxsus Ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlərin hazırkı vaxtadək qeyri-yaşayış sahəsindən istifadə etdiyinə görə xx.xx.2026-cı il tarixə qədər 48 ay müddətinə 14 400 manat məbləğində və qeyd edilən tarixdən başlayaraq hər ay 600 manat əldən çıxmış fayda” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış, Cavabdeh1 ona məxsus Ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması, qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına bərpa olunmaqla əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolunun qərarına əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Sonradan İddiaçı (bundan sonra mətndə-iddiaçı) iddia tələbinin həcmini artıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bunda sonra mətndə-cavabdehlər) qarşı cavabdehlərin ona məxsus Ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, qeyri-yaşayış sahəsinin cavabdehlərin vəsaiti hesabına bərpa olunmaqla əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlərin ona məxsus qeyriyaşayış sahəsindən çıxarılana kimi hər ay üçün 1000 manat məbləğdə pulun cavabdehlərdən tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
5. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcmini dəqiqləşdirmə barədə ərizəsində cavabdehlərin ona məxsus Ünvan 1 ünvаnındа уеrləşən qeyri-yaşayış sahəsini cavabdehin hesabına bərpa edilməklə əvvəlki vəziyyətinə qaytarılması və ona məxsus sahədən istifadəyə görə mütəxəssis rəyini əsas tutaraq 600 manat olmaqla xx.xx.2026-cı ilə kimi 48 ауа hesablanmış 28800 manat deyil, əvvəllər təmirsiz vəziyyətdə icarəyə verdiyi kimi aylıq 300 manatdan hesablayaraq 14400 manatı cavabdehden tutaraq ona verilməsini, xx.xx.2026-cı il tarixdən qətnamə verilən tarixədək uzadılan hər bir ау üçün 600 manat hesablayaraq ödəniİməsini xahiş etmişdir.
6. İddiaçı xx.xx.2026-cı il tarixli “mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsində olduğu dövrdə hər ay 600 manat hesablanmaqla cəmi 28800 manatın və qətnamə icra olunan günə kimi hesablanacaq məbləğin tutulub ona ödənilməsi” ilə bağlı iddia tələbinin həcminin artırılması barədə ərizəsindən məhkəmə iclasında imtina etmiş və məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixli ərizəsi üzrə son iddia tələbinə baxılaraq müvafiq qərar qəbul edilmişdir.
7. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın X7 Reyestri Publik hüquqi şəxs hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. İddiaçının tələbinin mahiyyəti ondan ibarətdir ki, Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsini 2014-cu il 9 iyun tarixində Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı arasında bağlanmış 5397 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinə əsasən satın almış, DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) İddiaçı tam (xüsusi) mülkiyyətindədir. İddiaçı bildirir ki, cavabdehlər onun mülkiyyət hüqqunu pozur və qeyri-yaşayış sahəsini ona qaytarmırlar. Ona görə də hazırkı iddianı qaldırmışdır.
9. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi arasında bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə iddiaçı Cavabdeh2 istismarına verilmişdir. Cavabdehlər qeyd edilən qeyriyaşayış sahəsini zəbt etməmiş, qeyd edilən qanuni əsaslarla həmin qeyri-yaşayış sahəsindən istifadə edirlər. Eyni zamanda, cavabdeh qeyd edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının onların müddətli istismarına verilmiş qeyri-yaşayış sahəsi ilə hər hansı bir üst-üstə düşmə halı yoxdur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi qeyd edilən binanın zirzəmisinin tamamilə başqa hissəsində yerləşir. İddia tələbini qəbul etmirlər.
10. İddiaçı tələbinin hüquqi əsası olaraq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbyacan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllə və ya MM) 157-ci maddələrinə əsaslanmışdır.
İİ. Tərəflərin mövqeləri:
11. İddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdehlər ərarvaddır. Mübahisəli sahə Cavabdeh2 tərəfindən əvvəllər istifadəsinə əsaslanırlar. Cavabdehlər onun mülkiyyət hüququnu pozur. O, cavabdehlərlə barışığa gəlmək üçün cəhd etmiş, ona vurulmuş ziyandan da imtina etmək istədiyini bildirmiş, cavabdehlər bununla razılaşmamışdır. Buna baxmayaraq, iddia tələbində cavabdehlərin çıxarılmasını tələb etməklə, həmin sahənin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılması tələbini irəli sürmüşdür. O, hazırkı iş Mingəçevir Şəhər məhkəməsinin icraatına daxil olduğu 2022-ci il 07 yanvar tarixindən xx.xx.2026-cı il tarixədək 48 ay üçün hər ay qeyd edilən sahənin icarə haqqı olaraq 300 manat olmaqla 14400 manat, xx.xx.2026-cı il tarixdən başalayaraq məhkəmə yekun qətnamə qəbul edilən tarixədək hər ay 600 manat tələb edir. Cavabdehlərin qeyd edilən qeyri-yaşayış sahəsinə çəkdiyi xərcləri də nəzərə alaraq həmin sahənin döşəməsinə metlax vurmalarını nəzərə alaraq 5000 manat həmin xərci çıxır və hesablanmış məbləğdən qalan məbləği tələb edir. Digər əlavə quraşdırmaların sökülməsini və əvvəlki vəziyyətə gətirilməsini tələb edir və iddia tələbinin təmin edilməsini xahiş edir.
12. Cavabdeh2 vəkili və nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini, iddiaçının mülkiyyətində olan sahənin cavabdeh tərəfin istismarında olan sahə ilə hər hansı bir əlaqəsi olmadığını bildirmişdir. Qeyd edilən sahələr tamamilə fərqli yerlərdə yerləşir. Qeyd edilənləri mübahisəli qeyri-yaşayış sahəsinə verilmiş ünvan nömrələrindən də görmək mümkündür. Daşınmaz Əmlakın X7 Reyestri Publik hüquqi şəxsin məlumatlarında ziddiyyət vardır. Ona görə də Əmlak Məsələləri Dövlət Xidmətinin işə cəlb edilərək ünvan reyestrində qeydiyyatlarla bağlı müvafiq rəyin əldə edilməsini xahiş etmişdir. Cavabdeh tərəf iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mingəçevir şəhər İcra Hakimiyyəti, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi (Dövlət Müəssisəsi), Daşınmaz Əmlakın X7 Reyestri” X6 məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə mələumat verməmişlər. Məhkəmə qeyd edilən şəxslərin nümayəndələrinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət
- İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 29. Mülkiyyət hüququ
- İ. Hər kəsin mülkiyyət hüququ vardır. - İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ...” - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ...” “ - 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ...” - 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə MPM):
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi:
18. xx.xx.2006-cı il tarixdə bağlanmış Dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi İddiaçı müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək nəzərdə tutulmuşdur.
19. xx.xx.2009-cu il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı İddiaçı arasında bağlanmış icarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sonuncu xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 140.1 kv.m qeyri-yaşayış sahəsini satıcıdan 1849 manata satın almışdır.
20. xx.xx.2014-cü il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012- ci il tarixli 49 nömrəli əmrinə əsasən Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini kommersiya məqsədilə icarəçi İddiaçı müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək nəzərdə tutulmuşdur.
21. 09.06.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı İddiaçı arasında bağlanmış 5397 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinə əsasən sonuncu xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyriyaşayış sahəsini satıcıdan 883 manata satın almışdır ki, bu hal iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş ƏMDK-nın xx.xx.2014-cü il tarixli 166 nömrəli sərəncamından çıxarışla da təsdiq olunur.
22. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi arasında bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə iddiaçı Cavabdeh2 istismarına verilmişdir
23. Şəki Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(117)- 1130/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın X7 reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və İddiaçı verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39-05101-083022 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbi təmin edilməmişdir.
24. Həmin qətnamə üzrə müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır.
25. AR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin 2(051)-27/2023 saylı mülki iş üzrə 07 avqust 2023-ci il tarixli 10/3037 №-li məhkəmə ekspertizasının rəyinə əsasən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi binanın zirzəmi mərtəbəsində arxa fasad hissəsində yerləşir. Qeyd olunur ki, faktiki olaraq iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 istifadəsində olmaqla ümümi sahəsi 67,8 m² təşkil edir.
26. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi 3-21-3-35/2-192/2026 nömrəli, 19 yanvar 2026-cı il tarixli mütəxəssis rəyi və rəyə əlavə edilmiş cizgi plandan müəyyən edilir ki, 1. İddiaçı məxsus Ünvan 1 ünvanda yerləşən 66,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi qeyd edilən ünvanda mövcuddur və üst-üstə düşmə halı mövcud deyil. 2. Reyestr nömrəsi **********39-05101- 083014, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışla (xx.xx.2022-ci il tarixə tərtib edilimiş texniki pasport) Cavabdeh2 məxsus Ünvan 1 ünvanda yerləşən 59 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin 1-ci sualda qeyd edilən (İddiaçı məxsus Ünvan 1 ünvanda yerləşən 66,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi) qeyri-yaşayış sahəsinə aidiyyəti yoxdur və ayrı-ayrı sahələrdir, həmin sahələr arasında mişar daşından divar mövcuddur.
27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2026-cı il tarixli № MB 19/0172 nömrəli mütəxəssis rəyindən müəyyən edilir ki, Ünvan 1 ünvanda yerləşən 66,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsindən (zirzəmi) xx.xx.2022-ci il tarixdən 2025-ci ilin yanvar ayı da daxil olmaqla aylıq icarə haqqının orta bazar qiyməti aşağıdakı kimi təşkil edir: 2022 il üzrə 3600 manat, 2023-cü il üzrə 5160 manat, 2024-cü il üzrə 5160 manat, 2025-ci ilin yanvar ayı 450 manat, cəmi 14 370 manat təşkil edir.
28. Cavabdeh tərəfin təqdim etdiyi sübut olaraq, «X1» MMC-nin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, tədqiqat zamanı **********39-05101-083014 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan 59 kv.m qeyri-yaşayış sahəsinin ünvan 9 ünvanında prospektə baxan hisssədə yerləşən binanın qərb tinindən şərq tini istiqamətinə 26 metr məsafədə, 2-ci blokdan 4 metr, 4-cü blokdan 14 metr məsafədə, binanın zirzəmi hissəsində yerləşməsi müəyyən olunur. Digər arxa qonşu olan ********** qeydiyyat nömrəli, **********39-05101-083018 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan 66.90 kv.m qeyri-yaşayış sahəsinin isə Ünvan 1 ünvanında prospektə paralel binanın həyət hissəsi tərəfdə, zirzəmi hissədə, çıxarışda qeyd olunan köhnə ünvanla; ünvan 10oku, 4 ünvanında yerləşməsi müəyyən olunur.
29. Cavabdeh tərəfin vəsatəti ilə bağlı Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin 3-21-3-35/2-1044/2026 nömrəli, 3 mart 2026-cı il tarixli məktubundan qeyd edilir ki, İddiaçı məxsus ümumi sahəsi 66.9 kv.m olan qeyri-yaşayış sahəsinin ünvanı Ünvan 1-dir. Daşınmaz Əmlakın X7 Reyestri publik hüquqi şəxsinə məxsus Milli Qeydiyyat Sistemində ünvanın 47/2,4 çıxması texniki səhv nəticəsində olmuşdur. Belə ki, sistemdə mövcud olan texniki səhv hal-hazırda aradan qaldırılmışdır. Qeyri-yaşayış sahəsinin ünvanı Ünvan 1-dir.
Vİ. Məhkəmənin mövqeyi:
30. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
31. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
32. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
33. Məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər kommersiya məhkəmələrində baxılır. Hazırkı iş üzrə iddiaçı və Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir və mübahisə də iddiaçının mülkiyyət hüququnun müdafiəsi nəticəsində yaranmışdır.
34. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin mübahisə predmeti olan daşınmaz əmlaka dair hüquqlarının əsası olan sənədlərə və həmin sənədlərin qanuniliyinə münasibətdə qüvvədə olan müvafiq məhkəmə qərarları mövcuddur. Belə ki, həmin qərarlarda qeyd edildiyi kimi, daşınmaz əmlaka dair həyata keçirilən hər hansı hüquq (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) mütləq və qeyd-şərtsiz dövlət qeydiyyatına alınmalı, bu qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməli, bu zaman daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilməli və bununla bağlı ünvan reyestri aparılmalıdır.
35. Həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi İddiaçı müddətli istifadəsinə verilmiş, daha sonra xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyri-yaşayış sahəsini satıcıdan satın almış və bu prosedura qanuni əsaslarla baş vermişdir.
37. Məhkəmə hazırkı mübahisə üzrə Cavabdeh2 verilmiş 60 m2 qeyri-yaşayış sahəsi ilə İddiaçı verilmiş 66,9 m2 qeyri-yaşayış sahəsinin üst-üstə düşməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmış və mütəxəssis rəyi təqdim edilərək İddiaçı məxsus Ünvan 1 ünvanda yerləşən 66,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi qeyd edilən ünvanda mövcuddur və üst-üstə düşmə halı mövcud olmadığını, Reyestr nömrəsi **********39-05101-083014, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışla (xx.xx.2022-ci il tarixə tərtib edilimiş texniki pasport) Cavabdeh2 məxsus Ünvan 1 ünvanda yerləşən 59 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin 1-ci sualda qeyd edilən (İddiaçı məxsus Ünvan 1 ünvanda yerləşən 66,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi) qeyri-yaşayış sahəsinə aidiyyəti yoxdur və ayrıayrı sahələrdir, həmin sahələr arasında mişar daşından divar mövcud olduğu bildirmişdir.
38. Cavabdeh tərəf «X1» MMC-nin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyini təqdim edərək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ünvanında qeyd edilən ünvan 10oku, 4 ünvanında yerləşməsini israr etmişdir.
39. Məhkəmə tərəfindən qeyd edilən məsələyə aydınlıq gətirmək məqsədi ilə araşdırma aparılmış və Dövlət Xidməti Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin 3-21-3-35/2-1044/2026 nömrəli, 3 mart 2026-cı il tarixli məktubundan qeyd edilir ki, İddiaçı məxsus ümumi sahəsi 66.9 kv.m olan qeyri-yaşayış sahəsinin ünvanı Ünvan 1-dir. Daşınmaz Əmlakın X7 Reyestri publik hüquqi şəxsinə məxsus Milli Qeydiyyat Sistemində ünvanın 47/2,4 çıxması texniki səhv nəticəsində olmuşdur. Belə ki, sistemdə mövcud olan texniki səhv hal-hazırda aradan qaldırılmışdır. Qeyri-yaşayış sahəsinin ünvanı Ünvan 1-dir.
40. Məhkəmə Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin müvafiq mülkiyyət hüquqlarının qeydiyyatı və mülkiyyət obyektlərinin yerləşdiyi ünvan və sərhədləri ilə bağlı dövlət qeydiyyatını aparan orqan olduğundan, həmin orqanın verdiyi rəylər müvafiq qiymətləndirici şəxsin qeyd edilən ünvan məsələləri ilə bağlı ümumi xarakter daşıyan arqumentlərini təkzib edir. Bu səbəbdən məhkəmə dövlət orqanının təqdim etdiyi sübutları daha əsaslı hesab edir.
41. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
42. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
43. Belə ki, iddiaçı tərəfin hazırkı iddia üzrə əsaslandığı yeganə sənəd, xx.xx.2021-ci il tarixdə cavabdeh ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə iddiaçı Cavabdeh2 istismarına verilməsidir. Məhkəmə qeyd edir ki, qeyd edilən sənədi verən idarənin belə bir səalhiyyətinin olmaması, həmin əmlakın mülkiyyətçisi dövlət olmaqla müvafiq əmlak istifadəyə və mülkiyyətə vermək səlahiyyətinin dövlət orqanı olan həmin vaxtı Əmlak Məsələləri Dövlət Komitəsi olması preyudisial məhkəmə aktları ilə öz təsdiqini tapmışdır.
44. Məhkəmə iş materiallarının təhlili və müvafiq qanunvericilik aktlarının tələblərinə əsasən iddiaçının hazırkı tələb üzrə mülkiyyət hüquqlarının Cavabdeh2 tərəfindən pozulduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, digər Cavabdeh1 iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı iddiaçı tərəfin hər hansı bir arqumenti və dəlili olmamış, cavabdeh də bu məsələyə münasibət bildirməmişdir. Hazırkı iddia üzrə cavabdehliyi Cavabdeh2 daşıyır. Belə ki, qeyd edilən cavabdeh xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləyə əsaslanır. Eyni zamanda, hazırda mübahisəli qeyri-yaşayış sahəsinin həmin cavabdeh tərəfindən anbar olaraq istifadə edilməsi faktı da təsdqini tapmışdır.
45. Məhkəmə iddia tələbinin “cavabdehlər tərəfindən mübahisə predmeti olan qeyriyaşayış sahəsinin boşaldılması və vurulan ziyan ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının ona məxsus mülkiyyətdən məhrum olması nəticəsində təqsirli olan cavabdehdən vurulmuş ziyan və əldən çıxmış faydanı tələb etmək hüququnu qanun tanıyır.
46. İddiaçının mülkiyyət hüquqlarının pozulması nəticəsində cavabdeh tərəfindən qeyri-yaşayış sahəsindən qanun və müqavilə əsası olmadan istifadə nəticəsində iddiaçı müvafiq dövr üçün gəlirdən məhrum olmuş, bununla da iddiaçının əldən çıxmış fayda olaraq qeyd edilən ziyanı tələb etmək hüququ yaranmışdır.
47. Belə ki, iddiaçının hazırkı iddiası Mingəçevir şəhər məhkəməsinin icraatına daxil olduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 14400 manat əldən çıxmış fayda tələb etmiş, qeyd edilən tarixdən məhkəmə tərəfindən iş yekunlaşanadək isə aylıq 600 manat olmaqla ziyan məbləği tələb etmişdir. İddiaçı qeyd edilən ziyanı həmin obyektin aylıq icarə haqqına münasibətdə hesablamışdır. Məhkəmə iddiaçının əldən çıxmış faydanın məbləğini qeyd edilən qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqına münasib hesablanmasını qanuni hesab edir. Belə ki, analogiya üzrə tətbiq edilməli olan norma olaraq Mülki Məcəllənin 705-ci maddəsinin tələbləri baxımından əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
48. Məhkəməyə təqdim edilən mütəxəssis rəyində iddiaçının müvafiq dövr üzrə əldən çıxmış fayda olaraq 14370 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının 2026-cı ilin yanvar ayından başlayaraq iş yekunlaşanadək hər ay 600 manat tələb etmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyində mübahisə predmeti olan qeyriyaşayış sahəsinin 2026-cı ilin yanvar ayına 450 manat icarə haqqı müəyyən edilmişdir. Məhkəmə iddiaçının mülkiyyət hüquqlarının pozulmaqda davam etməsini və 177 manat məbləğində dövlət rüsumu ödəməsini nəzərə alaraq iddiaçının fevral ayı üçün aylıq 450 manat icarə haqqı kimi hesablanan əldən çıxmış fayda tələb etmək hüququnun olmasını qəbul edir.
49. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcmini azaltma barədə ərizə verməsə də, məhkəmə iclasının audio-video çəklişində qeyd edilən qeyri-yaşayış sahəsinin döşəməsinə cavabdehin istifadəsində olan vaxt vurulan metlaq üçün ziyan olaraq tələb etdiyi məbləğdən 5000 manat azaltmışdır. Məhkəmə idiaçının bu mövqeyini nəzərə almışdır.
50. Məhkəmə qeyd edilənləri nəzərə alaraq iddiaçının çəkdiyi ziyanın məbləğini 9820 manat məbləğində ((14370+450)-5000=9820) müəyyən etmişdir. Məhkəmə iddia tələbinin tələb edilən ziyan məbləği olaraq 9820 manat məbləğ hissəsində təmin edilməsi nəticəsinə gəlir.
Vİİ. Məhkəmə məsrəfləri:
51. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 177 manat dövlət rüsumunun (iddia tələbi azaldılmış hissə olduğundan artıq ödənilmişdir) 88,38 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 400 manat Cavabdeh2 alınıb müvafiq hesablara ödənilməlidir.
Vİİİ Nəticə:
Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Teymurova Ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və qeyri-yaşayış sahəsi onun hesabına əvvəlki vəziyyətinə (döşəmə hissəyə vurulmuş metlaq sökülmədən) gətirilsin. Cavabdeh2 qeyri-yaşayış shəsindən istifadə edilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər yaranmış 9820 manat əldən çıxmış fayda və 88,38 manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 300 manat pul Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov