Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-112/2024 03.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı "AERO Medical” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "AERO Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 sentyabr 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 12 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehdən 78686,97 (yetmiş səkkiz min altı yüz səksən altı manat, doxsan yeddi qəpik) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə, həmçinin 29 yanvar tarixində məhkəməyə təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əsasən iddia tələbi iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı (iddiaçı) - İddiaçı MMC həmin müqavilənin predmetini təşkil edən malları (tibbi ləvazimatları) alıcının (cavabdehin) - Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam ödəməmiş, nəticədə təhvil verilmiş mallar üzrə cavabdehin 78686,97 manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5117/2023 nömrəli qərardadı ilə həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və 14 dekabr 2023-cü il tarixində Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı 26 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edərək iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək borcun bir hissəsinin - 15540,40 manat məbləğin tərəflərin arasında baş tutan razılaşmaya əsasən mebel avadanlığı ilə əvəz edildiyini, borcun 8000 manatlıq hissəsinin isə cavabdeh tərəfindən ödənildiyini, bununla əlaqədar cavabdehdən 55246,57 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizədə iddiaçı cavabdeh tərəfindən tərəflər arasındakı razılaşmanın və borc məbləğinin bir hissəsinin ödənilməsinin iş məhkəmənin icraatında olan dövrdə baş tutduğunu qeyd etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərini nəzərə alaraq, həmin ərizənin nəzərə alınmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini, həmçinin iddia tələbinin dəyişdirilməsi barədə ərizədə qeyd edilənləri müdafiə edərək cavabdeh tərəfindən borcun etiraf edildiyini və mübahisələndirilmədiyini, eləcə də cavabdehin mövcud borcu aylıq 5000 manat olmaqla hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürdüyünü, bu barədə barışıq sazişi imzalamağa cəhd göstərmələrinə baxmayaraq bunun müxtəlif səbəblərdən baş tutmadığını göstərdi və cavabdehdən 55246,57 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəyişdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli, 43A nömrəli sarğı materiallarının və tibbi ləvazimatların alqı-satqısına dair müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı (iddiaçı "AERO Medical” MMC) alıcıya (Cavabdeh MMC-yə) Əlavə 1-də (Razılaşma Protokolunda) göstərilmiş mal və materialları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 3.1.1-ci bəndindən görünür ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüquqlarından biridir. Həmin müqavilənin 3.4.1-ci maddəsinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi alıcının vəzifələrindən biridir. Həmin Müqavilənin 5.1-ci maddəsinə əsasən, mal alıcıya təhvil verildikdən sonra alıcı 15 iş günü ərzində malın dəyərini tam həcmdə ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 35071,96 manat dəyərində malın satılması ilə əlaqədar 12 noyabr 2021-ci il tarixli EBBM seriyalı 302257 nömrəli, 266,68 manat dəyərində malın satılması ilə əlaqədar 18 noyabr 2021-ci il tarixli EBBM seriyalı 571015 nömrəli, 1541,67 manat dəyərində malın satılması ilə əlaqədar 02 fevral 2022-ci il tarixli EBBQ seriyalı 617495 nömrəli, 70,80 manat dəyərində malın satılması ilə əlaqədar 17 fevral 2022-ci il tarixli EBBR seriyalı 487049 nömrəli, 1536,36 manat dəyərində malın satılması ilə əlaqədar 28 fevral 2022-ci il tarixli EBBR seriyalı 847319 nömrəli, 100,30 manat dəyərində malın satılması ilə əlaqədar 28 fevral 2022-ci il tarixli EBBR seriyalı 835561 nömrəli, 100,30 manat dəyərində malın satılması ilə əlaqədar 03 2022-ci il tarixli EBBS seriyalı 307506 nömrəli, 733,96 manat dəyərində malın satılması ilə əlaqədar 10 mart 2022-ci il tarixli EBBS seriyalı 695625 nömrəli, 106,20 manat dəyərində malın satılması ilə əlaqədar 08 aprel 2022-ci il tarixli EBBU seriyalı 161568 nömrəli, 1180,12 manat dəyərində malın satılması ilə əlaqədar 21 aprel 2022-ci il tarixli EBBU seriyalı 923953 nömrəli, 1262,60 manat dəyərində malın satılması ilə əlaqədar 07 may 2022-ci il tarixli EBBV seriyalı 833003 nömrəli, 83,78 manat dəyərində malın satılması ilə əlaqədar 07 may 2022-ci il tarixli EBBU seriyalı 832379 nömrəli, 339,84 manat dəyərində malın satılması ilə əlaqədar 14 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 215427 nömrəli, 22962,80 manat dəyərində malın satılması ilə əlaqədar 30 noyabr 2022ci il tarixli EBCK seriyalı 233095 nömrəli, elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya həmin tarixə ƏDV daxil olmaqla 55246,57 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 12 oktyabr 2020-ci il tarixli predmetini sarğı materialları və tibbi ləvazimatların təşkil etdiyi alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı öz öhdəliklərini yerinə yetirərək həmin malları alıcının mülkiyyətinə versə də, müqavilə üzrə alıcı qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçı təşkilata ƏDV daxil olmaqla 55246,57 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 12 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehdən 55246,57 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12 oktyabr 2020-ci il tarixli 43A nömrəli alqı-satqı müqaviləsi üzrə 55246,57 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, hazırkı iddia tələbi təmin olunduğundan aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 255,74 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli MŞB/16-001710 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışa əsasən cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Eyni zamanda, 31 avqust 2023-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 12 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 55246,57 (əlli beş min iki yüz qırx altı manat, əlli yeddi qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 255,74 (iki yüz əlli beş manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-112/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-112/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver