Məhkəmə qərarları › İş №2-2(119)-15/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-15/2025

10.01.2025 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-15/2025 10.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində icarə hüquqlarına edilən qəsdlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 Ziyəddin oğlunun və Cavabdeh2 qanunsuz olaraq zəbt edib istifadə etdikləri icarə hüququ əsasında iddiaçının istifadəsində olan Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdehlər tərəfindən edilən qəsdlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr 2017-ci il tarixli, 165 saylı Sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlı yay otlaq sahəsindən iddiaçının icarəsinə 128 hektar otlaq sahəsi verilmişdir. Qeyd olunan Sərəncama əsasən Quba Rayon İcra hakimiyyəti həmin 128 hektar otlaq sahəsinin 15 (on beş) il müddətinə iddiaçının icarəsinə verilməsi barədə 21 sentyabr 2017-ci il tarixli, 165 saylı icarə müqaviləsi bağlamışdır. Quba rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr 2017-ci il tarixli, 165 saylı Sərəncamına və Quba Rayon İcra hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 21 sentyabr 2017-ci il tarixli, 165 saylı icarə müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlı yay otlaq sahəsində yerləşən həmin 128 hektar otlaq sahəsinə onun icarə hüquqlarına dair 26 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və həmin torpaq sahəsinin plan və ölçüsü verilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və həmin torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı qanuni icarəsində olan həmin 128 hektar otlaq sahəsindən 2017-ci ildən etibarən, yəni iddiaçının icarəsinə verildiyi vaxtdan cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 qanunsuz olaraq istifadə edir, həmin torpaq sahəsində özlərinə məxsus heyvanları otarırlar. İddiaçı cavabdehlərə dəfələrlə müraciət edərək torpaq sahəsinin onun qanuni icarəsində olduğunu və həmin torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmasını, torpaq sahəsinin aidiyyəti üzrə onun istifadəsinə qaytarmalarını xahiş etmişdir. Lakin cavabdehlər qanuni icarəsində olan həmin torpaq sahəsindən istifadə hüquqlarını pozmaqda, maneələr törətməkdə davam edirlər və torpaq sahəsini aidiyyəti üzrə onun istifadəsinə qaytarmaqdan imtina edirlər. Ona görə də cavabdehlər qanunsuz olaraq zəbt etdikləri, istifadə etdikləri, icarə hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalı, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdehlər tərəfindən edilən qəsdlərə son qoyulmalıdır. Quba Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(027)-57/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 Ziyəddin oğlunun və Cavabdeh2 İddiaçı istifadəsində olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış əsasında Quba rayonu ərazisində yerləşən 128 ha 19 nömrəli “Bulanlıq” yay otlaq sahəsindən çıxarılmaları və cavadehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli 2(105)-1726/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(027)-57/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin "cavabdehlər tərəfindən edilən qəsdlərə son qoyulması hissəsinin “cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması" kimi qəbul edilməsini, iddia tələbinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 60 hektar yay otlaq sahəsinin onun istifadəsinə verilməsi ilə bağlı Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamı 04 avqust 2016-cı il tarixdə, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsinin İddiaçı istifadəsinə verilməsi ilə bağlı Sərəncam isə 1 il 1 ay sonra, yəni 21 sentyabr 2017-ci il tarixdə verilmişdir. Sözügedən torpaq sahəsinə onun istifadə hüququ İddiaçı əvvəl yaranmış və həmin torpaq sahəsinə dair xəritəsi mövcuddur. Quba rayon İcra Hakimiyyəti başçısının 04 avqust 2016-cı il tarixli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 60 hektar yay otlaq sahəsinə dair çıxarışın əldə edilməsi üçün 2024-cü ilin dekabr ayında iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair İddiaçı tərəfindən çıxarışın hansı qaydada alınması hələ də cavabdehlərə məlum deyil. Halbuki həmin torpaq sahəsi iddiaçıdan əvvəl Quba rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə onun və Cavabdeh2 istifadəsinə verilmişdir. Buna görə onlar yay aylarında 2-3 ay mal-qaranı həmin torpaq sahələrinə apararaq oradan istifadə edirlər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” yay otlaq sahəsindən 128 hektar ərazi müvəqqəti İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan icarəyəverən Quba rayon İcra Hakimiyyətinin başçısı ilə icarəçi İddiaçı arasında bağlanmış 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən icarəyəverən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” yay otlaq sahəsindən 128 ha torpaq sahəsini icarəçiyə 15 il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 26 oktyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsinə xx.xx.2017-ci il tarixdən xx.xx.2032-ci il tarixinədək icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 04 avqust 2016-ci il tarixli 160 nömrəli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 60 hektar yay otlaq sahəsi 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə Cavabdeh2 istifadəsinə verilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 2016-ci il tarixli 162 nömrəli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 50 hektar yay otlaq sahəsi 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/1860 saylı, xx.xx.2023 cü il tarixli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” yay otlaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə yerində müəyyən edildi. Mübahisəli torpaq sahəsinə naturada (yerində) baxış keçirən zaman sözügedən yay otlağında mövsümi istifadə başlamadığından hər hansı bir şəxsin və ya şəxslərin həmin torpaq sahəsindən istifadə edilib-etmədiyini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2822 saylı, 22 oktyabr 2024 cü il tarixli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Beydulla Əlistanovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 26 oktyabr 2021- ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsinin sərhədləri müəyyən edildi. Cavabdeh1 baxışda iştirak etmədiyi üçün və iş materiallarında Quba rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 2016-cı il tarixli 162 nömrəli Sərəncamına əsasən onun istifadəsinə verilmiş Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 50 ha yay otlaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd (sxem və koordinatlar) olmadığından həmin torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 baxışda iştirak etmədiyi üçün və məhkəmə iş materiallarında Quba rayon İcra Hakimiyyəti Başçısının 04 avqust 2016-cı il tarixli 160 nömrəli Sərəncamına əsasən istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 60 ha yay otlaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd (sxem və koordinatlar) olmadığından həmin torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. Cavabdehlərə məxsus torpaqayırma sənədləri təqdim olunmadığı üçün Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 26 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 2016-cı il tarixli 162 nömrəli Sərəncamına əsasən Cavabdeh1 istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 50 ha yay otlaq sahəsi və ya Quba rayon İcra Hakimiyyəti Başçısının 04 avqust 2016-cı il tarixli 160 nömrəli Sərəncamına əsasən Cavabdeh2 istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 60 ha yay otlaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdehlər baxışda iştirak etmədiyi üçün Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 26 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə başqa hər hansı bir şəxs tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli Sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” yay otlaq sahəsindən 128 hektar ərazi müvəqqəti İddiaçı istifadəsinə verilmiş və həmin gün Quba rayon İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Quba rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış almışdır. Bundan başqa Quba rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 2016-ci il tarixli 162 nömrəli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 60 hektar yay otlaq sahəsi 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə Cavabdeh2 istifadəsinə verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 04 avqust 2016-ci il tarixli 160 nömrəli sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 60 hektar yay otlaq sahəsi 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə Cavabdeh1 istifadəsinə verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2822 saylı, 22 oktyabr 2024 cü il tarixli ekspert rəyində göstərilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 26 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsinin sərhədləri müəyyən edilmiş, lakin cavabdehlər baxışda iştirak etmədiyi üçün və iş materiallarında Quba rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən onların istifadəsinə verilmiş Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 50 və 60 ha yay otlaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd (sxem və koordinatlar) olmadığından həmin torpaq sahələrinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. Bundan başqa cavabdehlərə məxsus torpaqayırma sənədləri təqdim olunmadığı üçün Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 26 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 ha yay otlaq sahəsinin Quba rayon İcra Hakimiyyəti başçısının 05 avqust 2016-cı il tarixli 162 nömrəli Sərəncamına əsasən Cavabdeh1 istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 50 ha yay otlaq sahəsi və ya Quba rayon İcra Hakimiyyəti Başçısının 04 avqust 2016-cı il tarixli 160 nömrəli Sərəncamına əsasən Cavabdeh2 istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 60 ha yay otlaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini, eyni zamanda cavabdehlər baxışda iştirak etmədiyi üçün İddiaçı istifadəsinə verilmiş yay otlaq sahəsinin Cavabdeh1 və Cavabdeh2, habelə başqa hər hansı bir şəxs tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı cavabdehlər izahatlarında Quba rayonunun ərazisində yerləşən “Bulanlıq” yaylağından 50 və 60 hektar yay otlaq sahələrinin Quba rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən iddiaçıdan bir il bir ay əvvəl heyvandarlığın inkişafı məqsədilə onların istifadəsinə verildiyini, buna görə yayda 2- 3 ay heyvanları mübahisələndirilən torpaq sahəsinə apararaq oradan istifadə etdiklərini bildirsələr də, onların hazırkı vaxtadək icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadıqları müəyyən olunmuşdur. İddiaçı isə Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsinə xx.xx.2017-ci il tarixdən xx.xx.2032-ci il tarixinədək icarə hüququ Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdehlər mübahisələndirilən torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlərə malik deyil və onlar həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı icarəsində olan Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsindən İddiaçı istifadəsinə cavadehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı icarəsində olan Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahəsindən İddiaçı istifadəsinə cavadehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar