Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-309/2025 05.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə qarşı “kommunal və digər xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “kommunal və digər xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh rəhbəri Qanuni nümayəndə 01 iyun 2021 ci il tarixdən göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 4827 (dörd min səkkiz yüz iyirmi yeddi) manat borcun İddiaçı idarəedicisin bank hesabına köçürülməsi və müqavilənin imzalanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə 2014-cü ildə İddiaçı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında inşa edilən 3 girişli 12 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində 3 ədəd bir-biri ilə yanaşı bir otaqlı mənzil almışdır. O, həmin mənzilləri birləşdirərək qeyri-yaşayış sahəsinə çevirərək stomotoloji xidmət göstərməklə Cavabdeh kimi fəaliyyətə başlamışdır. Ümumi sahəsi 214 kvadrat metr olan həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə və binanın ümumi mülkiyyətində payçı olmasına baxmayaraq ona göstərilən kommunal xidmət haqqını, binanın ümumi mülkiyyətinin saxlanılması, cari təmir xərclərini ödəməkdən boyun qaçıraraq iki tərəfli tərtib edilən müqaviləni imzalamamışdır. 01 iyun 2021-ci il tarixdən hal-hazırki vaxta qədər ona göstərilən xidmət haqqını ödəməyən Cavabdeh 214 kvadrat metr x 0,30 manat x 33 ay = 2145 manat borcu yaranmışdır. Cavabdeh xidmət haqlarını ödəmədiyinə görə iddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə əsasən ödəniləcək məbləğin 125 %-i miqdarında, yəni 2682 manat cərimə olunmuşdur. Cavabdehin 2145 manat borc və 2682 manat cərimə olmaqla, cəmi 4827 manat borcu yaranmışdır. İddiaçı nümayəndəsi X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq Cavabdeh rəhbəri Qanuni nümayəndə 01 iyun 2021-ci il tarixdən halhazıradək göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 5404 (beş min dörd yüz dörd) manat borcun İddiaçı idarəedicisin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 2(012)-2855/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh rəhbəri Qanuni nümayəndə 01 iyun 2021-ci ildən hal-hazıradək göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 5404 (beş min dörd yüz dörd) manat məbləğində borcun və 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı bank hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə qətnamədən apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 2(012)- 2855/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2024-cü il tarixli 2(105)-1826/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 2(012)-2855/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Mənzil Tikinti Koperativinin Cavabdeh rəhbəri Qanuni nümayəndə qarşı kommunal və digər xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı 12 yanvar 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə 7215 manat borcun Viləşçay-İnşaat” Mənzil Tikinti Kooperativinin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin 21 iyun 2021-ci il tarixdən binanın ümumi əmlakının saxlanılmasına, cari təmirinə və müəyyyən olunmuş xidmətlərin göstərilməsinə görə 42 aylıq borcu 2886 manat təşkil edir. Cavabdeh xidmət haqqlarını ödəmədiyinə görə iddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-ci maddəsinə əsasən ödəniləcək məbləğin 150 %-i miqdarında, yəni 4329 manat cərimə olunmuşdur. Cavabdehin 2886 manat borc və 4329 manat cərimə olmaqla, cəmi 7215 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirmişdir ki, iddiaçı 2024-cü ilin iyul ayında ona məxsus Cavabdehnə elektrik enerjisinin verilməsini dayandırmışdır. Buna görə o, məcburiyyət qarşısında qalaraq 01 iyun 2021-ci il və 01 yanvar 2023-cü il tarixli müqavilələri imzalamışdır. 2018-2021-ci illər üçün ödənişləri vaxtında edirdi. Lakin həmin dövrdən sonra iddiaçı xidmətlərə görə ödəniş tələb etdikdə ondan elektron qaimə-faktura tələb etmiş, 29 avqust 2024-ci il tarixdə göndərilmiş elektron qaimə-faktura isə MTK-nın adından deyil, idarəedici X1 adından təqdim olunmuşdur. O, müqavilələrin etibarsız olmasını nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə sahə mülkiyyətçisi Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə arasında bağlanmış 01 iyun 2021-ci il tarixli “çox mənzilli yaşayış binasının idarəedicisi ilə sahə mülkiyyətçiləri arasında binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müəyyyən olunmuş xidmətlərin göstərilməsi barədə” müqavilənin 1.1-ci bəndinə əsasən idarəedici Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən çox mənzilli binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müqavilə ilə müəyyən olunmuş xidmətlərin göstərilməsini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sahə mülkiyyətçisinin istifadə etdiyi sahə 237 kvadrat metr, hər kvadrat metri aylıq 0,30 manat olmaqla aylıq 72 manat nəzərdə tutulmaqla hesablanır. Həmin müqavilənin 8-ci bəndinə əsasən müqavilənin müddəti 01 yanvar 2023-cü il tarixədəkdir. İş materiallarında olan İddiaçı ilə sahə mülkiyyətçisi Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə arasında bağlanmış 01 yanvar 2023-cü il tarixli “çox mənzilli yaşayış binasının idarəedicisi ilə sahə mülkiyyətçiləri arasında binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müəyyyən olunmuş xidmətlərin göstərilməsi barədə” müqavilənin 1.1-ci bəndinə əsasən idarəedici Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerlşən çox mənzilli binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müqaviləylə müəyyən olunmuş xidmətlərin göstərilməsini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sahə mülkiyyətçisinin istifadə etdiyi sahə 237 kvadrat metr, hər kvadrat metri aylıq 0,30 manat olmaqla aylıq 72 manat nəzərdə tutulmaqla hesablanır. Həmin müqavilənin 8-ci bəndinə əsasən müqavilənin müddəti 01 yanvar 2026-cı il tarixədəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 172 m2 qeyri-yaşayış sahəsi Qanuni nümayəndə xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 26,8 m2 qeyri-yaşayış sahəsi Qanuni nümayəndə xüsusi mülkiyyətindədir. İş materiallarında olan 26 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh rəhbəri Qanuni nümayəndə xidmət haqqlarını ödəmədiyinə görə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə 2736 cərimə olunmuşdur. İş materiallarında olan İddiaçı üzvlərinin ümumi yığıncağının 28 noyabr 2024-cü il tarixli 03 nömrəli qərarına əsasən mülkiyyətçi Qanuni nümayəndə kommunal borcunun əsas hissəsinin 150 %-i miqdarında cərimə edilmişdir. İş materiallarında olan İddiaçı təsisçilərinin ümumi yığıncağının 01 yanvar 2021-ci il və 01 yanvar 2023-cü il tarixli qərarları ilə X3 MTK-nın 3 bloklu, 12 mərtəbəli yaşayış binasında sakinlərə kommunal xidməti, binanın qorunub saxlanılması, cari təmiri və digər xidmətlərin görülməsi üzrə müvəqqəti 3 il müddətinə ictimai əsaslarla idarəedici təyin edilmişdir. İş materiallarından görünür ki, İddiaçı idarəedicisi X3 tərəfindən "Big Dental” Məhdud Məsuliyyətli Cəmiyyətin 2736 manat dəyərində kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar 29 avqust 2024-ci il tarixli MT2408 seriyalı 11863353 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. - 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Göründüyü kimi təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh Qanuni nümayəndə İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında inşa etdiyi 3 girişli 12 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində 3 ədəd bir-biri ilə yanaşı bir otaqlı mənzil almış, həmin mənzilləri birləşdirərək qeyri-yaşayış sahəsinə çevirmiş, orada stomotoloji xidmət göstərməklə Cavabdeh kimi fəaliyyətə başlamışdır. İddiaçı ilə sahə mülkiyyətçisi Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə arasında 01 iyun 2021-ci il tarixli və 01 yanvar 2023-cü il tarixli “çox mənzilli yaşayış binasının idarəedicisi ilə sahə mülkiyyətçiləri arasında binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müəyyyən olunmuş xidmətlərin göstərilməsi barədə” müqavilələr imzalanmış, həmin müqavilələrə əsasən sahə mülkiyyətçisinin istifadə etdiyi sahənin hər kvadrat metri üçün aylıq xidmət haqqı 0,30 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək xidmət haqqını ödəmədiyi üçün İddiaçı Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə qarşı hazırkı iddia ərizəsi məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 01 iyun 2021-ci il tarixli və 01 yanvar 2023-cü il tarixli “çox mənzilli yaşayış binasının idarəedicisi ilə sahə mülkiyyətçiləri arasında binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müəyyyən olunmuş xidmətlərin göstərilməsi barədə” müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış 01 iyun 2021-ci il tarixli və 01 yanvar 2023-cü il tarixli “çox mənzilli yaşayış binasının idarəedicisi ilə sahə mülkiyyətçiləri arasında binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müəyyyən olunmuş xidmətlərin göstərilməsi barədə” müqavilələrdə cavabdehə məxsus qeyri-yaşayış sahəsi 237 kadvart metr kimi qeyd olunsa da, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 3 ünvanında Qanuni nümayəndə xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi 172 kvadrat metr və 26,8 kvadrat metrdir. Buna görə binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müəyyyən olunmuş xidmətlərin göstərilməsi üçün xidmət haqqı hesablanarkən Qanuni nümayəndə mülkiyyətində ümumilikdə 198,8 kvadrat metr qeyri-yaşayış sahəsi olması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 01 iyun 2021-ci il tarixdən binanın ümumi əmlakının saxlanılması, cari təmiri və müəyyyən olunmuş xidmətlərin göstərilməsi üçün 42 aylıq 2886 manat borcun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə 2504,88 (198,8 kvadrat metr x 0,3 manat x 42 ay = 2504,88 manat) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin “4239 manat məbləğində inzibati cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə 2504,88 (iki min beş yüz dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə 2504,88 (iki min beş yüz dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №2-2(119)-309/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-309/2025
05.05.2025 · Sair işlər - Digər - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver