Məhkəmə qərarları › İş №2-2(119)-394/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-394/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-394/2021 04.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları iləiddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi N.Əhmədov məhkəməyə ərizə təqdim edərək, iş üzrə əlavə araşdırılmanın aparılması ilə əlaqədar olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsinin geri qaytarılması barədə ərizə təmin edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar