Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-486/2020 08.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi Musayev Amid Tofiq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx“ X9 tərəfindən qanunsuz hesablanmış 1821,75 manat məbləğində borcun silinməsi və elektrik enerjisinin verilməsi bərpa olunana kimi hər gün üçün 250 manat zərər hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsi icraata qəbul edildikdən sonra xx xxxx 2020-ci il tarixli 2(074)-632/2020 nömrəli qərardada əsasən məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şamaxı rayonu Həmyəli kəndində heyvandarlıqla məşğul olan sahibkardır və iribuynuzlu heyvanların saxlanması ilə məşğuldur. xx xxxx 2020-ci ildə təxminən saat 1800 radələrində “xxxxxxxx” X5 Şamaxı rayon Sahəsinin işçiləri iddiaçının Pirsaat çayının kənarında yerləşən fermasına gələrək elektrik enerjisinin verilməsini dayandırmış və iddiaçıya bildirmişlər ki, onun 1821 manat 75 qəpik məbləğində borcu vardır. İddiaçı hər ay borcunu ödədiyini dedikdə isə, həmin borcun “xxxxx” Şirkətinin vaxtından qalmış transformator itkisi olduğunu bildirmişlər. Əgər belə borcun əvvəlcədən olduğu halda indiyə kimi niyə iddiaçıya məlumat verilmirdi. Digər tərəfdən borcun olması və borcun ödənilməyəcəyi halda elektrik enerjisinin dayandırılacağı barədə iddiaçıya əvvəlcədən bildiriş göndərilməli idi və həmin bildirişdə borcun yaranma səbəbləri də göstərilməli idi. Bu qaydalara riayət etmədən başdan ayağa elektrik enerjisi ilə işləyən tam mexanikləşmiş fermaya hər gün 250 manat maddi ziyan dəyir. Fermada süd maşınlarla sağıldığı üçün elektrik enerjisi olmadığından və soyuducular işləmədiyindən qalıb xarab olur. Cavabdeh təşkilatdan bildirdilər ki, bütün borc məbləği ödənilmədən, heç kəs fermaya elektrik enerjisi, verilməsini bərpa edə bilməz. İddiaçının isə öz növbəsində son illər üzrə heç bir borcu yoxdur. Cavabdeh təşkilat isə “xxxxx” Şirkəti dövründə yaranmış borclara vaxtında tələb edib tuta bilərdi. İddiaçı hesab edir ki, borc məbləği əsaslı deyil və silinməlidir. Cavabdeh “xxxxxxxx” X9 tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi və zərərin ödənilməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Şamaxı rayonu ərazisində yerləşən ferma elektrik enerjisi ilə təchiz olunur və həmin fermaya elektrik sayğacı quraşdırıldığı gündən xx xxxx 2020-ci ilədək enerjidən mütəmadi istifadə edilmiş olsa da, istifadə etdiyi sərfıyyata uyğun ödəniş etmədiyi üçün həmin günə 1813,93 manat qalıq borcu yaranmışdır və həmin borc enerjidən istifadəyə görə yaranmışdır. Həmin borcun 347,03 manat hissəsi xx xxxxxx 2014-ci ildən xx xxxx 2020-ci ilə kimi transformator itkisi üzrə abonent şəbəkəyə qoşulu olduğu müddətdə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun hesablanmışdır. Çünki, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsi inventar nömrəsi ******* olan 63 kVa-lıq transformator yarımstansiyasından qidalanır. Transformator yarımstansiyası abonentə məxsus qeyri-yaşayış sahəsini elektrik enerjisi ilə təmin etdiyi üçün hər ay transformator itkisi hesablanır. İtkinin hesablanma qaydası “xxxxxxxxxx” ASC ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Az.ET və Energetika İnstitunun birgə razılaşması əsasında təsdiq edilmiş 6-10/0,4 kV-luq güc transformatorlarının yüksüz işləmə (Y/İ) və yük rejimlərində enerji itkilərinin aylıq hesabatı cədvəlində göstərilmiş düstura əsasən “xxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş “ETAİS” proqramında avtomatik şəkildə hesablanmışdır. Hesablanmış məbləğ hər ay elektrik hesablama sayğacının göstəricisi ilə cəmlənmiş və bildiriş şəklində abonentə təqdim edilmişdir. “EEİQ”-nin 8.10-cu bəndinin tələbinə görə İstehlakçının baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik verilişi xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində qurlaşdırıldıqda, istehlakçı ilə elektrik enerjisinin sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sarfıyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfıyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. “EEİQ”-nin 8.11-ci bəndinin tələbinə görə İstehlakçının baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində qurlaşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfıyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Ona görə də, iddiaçıya xx xxxxx 2014-cü il tarixdən xx xxxx 2020-ci il tarixə kimi transformator itkisi üzrə 3983 kVts dəyəri olan 347,03 manat enerji borcu hesablanmışdır. Qalan 1474,72 manat borcun isə transformator itkisinə aidiyyatı yoxdur. Belə ki, həmin borc aylıq sərfıyyatın tam ödənilməməsi əsasında yaranmışdır. “EEİQ”-nin 7.7-ci bəndində göstərilir ki, 7.4-cü, 7.5-ci və 7.6-cı bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, iddiaçı X2 məxsus Şamaxı rayonu Həmyəli kəndi ərazisində yerləşən ferma üzrə istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcu enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və cavabdeh ”xxxxxxxx“ X9 tərəfindən qanunsuz hesablanmış 1821,75 manat məbləğində borcun əsassız hesab olunaraq silinməsi və elektrik enerjisinin verilməsi bərpa olunana kimi hər gün üçün 250 manat zərərin hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı suallara cavab olaraq bildirdi ki, o, fərdi sahibkar kimi qeydiyyata alınaraq, Şamaxı rayonu ərazisində yaratmış olduğu fermada iribuynuzlu malqara saxlayır və fermada aparılan təsərrüfat elektrikləşdirilmişdir. Ona görə də, elektrik enerjisi verilmədikdə südün saxlandığı soyuducular və digər avadanlıqlar işləmir və təsərrüfatın işi dayanır. O, istifadə olunan elektrik enerjisinin pulunu mütəmadi olaraq hər ay ödəmişdir. Cavabdeh tələb olunan borcun əsas hissəsinin 2015-ci ildən əvvəlki dövrə, yəni “xxxxx” şirkətinin dövrünə aid olduğunu, 144,77 manat hissəsinin isə 2015-ci ildən sonrakı dövrə, yəni “xxxxxxxx” ASC-nin dövrünə aid olduğunu deyir. Lakin, onun 2015-ci ildən əvvəlki dövrdə borcu olmamışdır və həmin dövr üçün borc əsassız hesablanmışdır. 2015-ci ildən sonra yaranmış 144,77 manat borcu isə qəbul edir və həmin borcu tezliklə ödəyəcəkdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi və zərərin ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi X1 cavab olaraq bildirdi ki, fərdi sahibkar olan İddiaçı məxsus sahibkarlıq obyekti olan ferma qeyri-yaşayış sahəsi kimi quraşdırılmış transformator əsasında elektrik enerjisi ilə təchiz olunur. İddiaçı tərəfindən həmin fermada istifadə olunan elektrik enerjisinə görə sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə 14 manat məbləğində ödəniş edilmiş və həmin abonentin xx xxxxxx 2020-ci il tarixə hesablanmış cəmi 1814,06 manat məbləğində borcu vardır. Həmin borcun 144,77 manat hissəsi 2015-ci ildən sonrakı dövrə, yəni “xxxxxxxx” ASC-nin fəaliyyət göstərdiyi dövrə aiddir. Yəni, 2015-ci ildən sonrakı dövrdə abonent tərəfindən istifadə edilən elektrik enerjisinə görə xx xxxxxx 2020-ci il tarixə kimi 1359,63 manat məbləğində istifadə olunan elektrik enerjisinin dəyəri kimi sayğac borcu və “EEİQ”-nin tələblərinə uyğun hesablanmış transfarmotor itkisinə görə 75,44 manat borc hesablanmış olsa da, həmin tarixədək cəmi 1290,30 manat ödəniş olunmuşdur. Buna görə də, istehlakçı İddiaçı 2015-ci ildən sonrakı dövrə aid 144,77 manat qalıq borcu vardır. xx xxxxxx 2020-ci il tarixə hesablanmış cəmi 1814,06 manat məbləğində borcun qalan hissəsi isə “xxxxxxxx” ASCdən əvvəlki enerjitəchizatı müəssisəsinin dövrünə, yəni 2015-ci ilin əvvəlki dövrə aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsus sahibkarlıq obyekti, yəni Şamaxı rayonu ərazisində yerləşən mal-qara ferması (abonent kodu: **********1) elektrik enerjisi ilə təchiz edilmiş və istifadə olunan elektrik enerjisinin hesabatı abonent üçün quraşdırılmış sayğac vasitəsi ilə aparılaraq aylar üzrə mütəmadi olaraq istifadə olunan elektrik enerjisinə görə müxtəlif məbləğlərdə ödənişlər aparılmışdır. Lakin, istehlakçının xx xxxxxx 2020-ci il tarixə hesablanmış cəmi 1814,06 (min səkkiz yüz on dörd manat 06 qəpik) manat məbləğində borcu yaranmışdır (istehlakçı İddiaçı (abonent kodu: **********1) aid Abunə haqqında Məlumat). Həmin borcun 144,77 (yüz qırx dörd manat 77 qəpik) manat hissəsi 2015-ci ildən hazırkı dövrə kimi, yəni iş üzrə cavabdeh “xxxxxxxx” X5 məsul olduğu dövrünə aid olsa da, hesablanan borcun qalan hissəsi 2015-ci ildən əvvəlki dövrə aiddir. Eyni zamanda, qeyd etmək lazımdır ki, İddiaçı iddia tələbində “cavabdeh “xxxxxxxx“ X9 tərəfindən qanunsuz hesablanmış 1821,75 manat məbləğində borcun silinməsini” xahiş etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunan sənədlərlə onun xx xxxxxx 2020-ci il tarixə hesablanmış cəmi 1814,06 (min səkkiz yüz on dörd manat 06 qəpik) manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçı (istehlakçı) İddiaçı 2015-ci ildən sonrakı dövrdə istifadə olunan elektrik enerjisinə görə ödənilməmiş 144,77 (yüz qırx dörd manat 77 qəpik) manat məbləğində borcu qəbul etdiyini və həmin borcu ödəməyə razı olduğunu, 2015-ci ildən əvvəlki dövr üçün hesablanan borcun isə əsassız olduğunu və həmin borcla razı olmadığını bildirmişdir. Lakin, cavabdeh “xxxxxxxx” X9 2015-ci ildən əvvəlki dövrə görə hesablanmış borcu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və abonentin “xxxxxxxx” ASC-nin idarə etməsindən əvvəlki dövrə aid elektrik enerjisi sərfiyyatı üzrə hesablanan borcunu sübut edə bilməmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı İddiaçı “elektrik enerjisinin verilməsi bərpa olunana kimi hər gün üçün 250 manat zərər hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə iddia tələbinin əsaslılığı mötəbər sübutlarla müəyyən edilməmişdir. Yəni, məhkəmə araşdırması zamanı həmin tələb sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdeh “xxxxxxxx” X9 tərəfindən İddiaçı (VÖEN: **********) məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********1) elektrik enerjisindən istifadəyə görə xx xxxxxx 2020-ci il tarixə hesablanmış 1814,06 (min səkkiz yüz on dörd manat 06 qəpik) manat məbləğində borcun 144,77 (yüz qırx dörd manat 77 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxx” X9 tərəfindən İddiaçı (VÖEN **********) məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********1) elektrik enerjisindən istifadəyə görə xx xxxxxx 2020ci il tarixə hesablanmış 1814,06 (min səkkiz yüz on dörd manat 06 qəpik) manat məbləğində borcun 144,77 (yüz qırx dörd manat 77 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-486/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-486/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver