Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-488/2020 30.07.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Xaçmaz Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı " “xxxx” ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair 2(067)-1518/2020 nömrəli mülki işin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı " “xxxx” ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi" tələbi barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-(067)-1518/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı " “xxxx” ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi" tələbi barədə iddia ərizəsi üzrə olan 2(067)-1518/2020 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə, 2(067)-1518/2020 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, 2(067)-1518/2020 nömrəli mülki işdə olan iddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı " “xxxx” ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi" tələbi barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, “cavabdeh “xxxx” ASC-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində onun barəsində tərtib olunmuş 007497 saylı xx xxxx 2020-ci il tarixli aktın ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə kompensasiya şəklində dəyərləndirdiyi 5000 manat pulun cavabdehdən onun xeyrinə tutulması, cavabdeh “xxxx” ASC-nin vəzifəli şəxslərinin ona qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısının alınması və “xxxx” ASC-nin əməkdaşlarının qanunsuz akt tərtib etdikləri üçün cəzalandırılmaları” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Xaçmaz Rayon Məhkəməsi icraata qəbul etmədən həmin iddia ərizəsinin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə xx xxxx 2020-ci il tarixli 2-(067)-1518/2020 saylı qərardad qəbul etmişdir. Həmin qərardadda İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı " “xxxx” ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi" barədə iddia ərizəsi üzrə mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi onunla əsaslandırılmışdır ki, (qərardadda olduğu kimi qeyd olunur) “iddiaçının əsas tələbi Xaçmaz şəhəri N.Nərimanov küçəsində fəaliyyyət göstərən ticarət obyektinə və həmin obyektdə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsə münasibətdə tərtib olunmuş aktın ləğv edilməsi ilə bağlıdır. İşin bu halı iddia ərizəsinə əlavə olunmuş məhkəmədə mübahisələndirilən aktdan, icarə müqaviləsindən, şəxsin vergi ödəyicisi olmasına dair arayışdan və digər sənədlərlə öz təsdiqini tapmışdır. Göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisə olduğundan mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya məhkəməsinə göndərilməlidir”. Lakin, məlum qərardadda qeyd olunan həmin hallar iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məzmunu və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunmur. Çünki, iddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi - “ ”xxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci ildə iddiaçının atasının obyektinə baxış keçirilməsi zamanı tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 007497 saylı aktda onun (iddiaçının) adının qeyd olunması, həmin vaxt onun təsadüfən atasına məxsus obyektdə olması, onun həmin məsələyə heç bir aidiyyətinin olmaması, həmin obyektin atası Kamal Ağayevə məxsus olması və həmin obyektin atası tərəfindən X2 icarəyə verilməsi” ilə əsaslandırılmış və eyni zamanda, iddia ərizəsinə xx xxxx 2020-ci il tarixli 007497 saylı aktın surəti və məlum Aktın tərtib edildiyi Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən obyektin atası X3 məxsus olmasını, həmin obyektin xx xxxx 2017-ci ildə X2 icarəyə verilməsini və X1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını (VÖEN-i olmasını) təsdiq edən sənədləri əlavə edilmişdir. Göründüyü kimi, İddiaçı iddia ərizəsində ifadə olunmuş iddia tələbi və iddia tələbinin əsaslandırıldığı iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsində özünün sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış hər hansı bir münasibəti mübahisələndirməmiş və iddiaçı özünün sahibkarlıq fəaliyyətində yaranmış mübahisə üzrə hər hansı bir tələb irəli sürməmişdir. İddiaçının tələbi atasına məxsus obyektdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilən Akta onun (iddiaçının) adının daxil edilməsinin mübahisələndirilməsi ilə əlaqədardır. Hətta, iddiaçı iddia tələbində aktın yazılmış olduğu “obyekt” və həmin “obyektin” fəaliyyəti (sahibkarlıq fəaliyyəti) ilə əlaqədar da heç bir tələb irəli sürməmişdir. Eləcə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir və bunu müəyyən edən hər hansı bir sübut (sənəd) mülki iş materiallarında mövcud deyildir (iddia ərizəsinə iş üzrə tərəf olmayan X1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd əlavə edilmişdir). Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, hətta İddiaçı belə bir statusu olmuş olsaydı belə, hazırkı iddia ərizəsi üzrə mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmadığına görə, həmin mübahisə kommersiya mübahisəsi kimi qəbul edilə bilməzdi. Çünki, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddia tələbi və iddia tələbinin əsaslandırıldığı hallar iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmamışdır və iddiaçı “təsadüfən atasına məxsus olan obyektdə olmasına baxmayaraq, adının akta daxil edilməsi” ilə əlaqədar həmin aktı mübahisələndirir. Yəni, iddiaçı özünün hər hansı bir sahibkarlıq fəaliyyəti üzrə yaranmış halı və problemi deyil, atasına məxsus olan və atası tərəfindən digər bir şəxsə icarəyə verilmiş “obyektdə” tərtib edilmiş Akta onun adının daxil edilməsini və bunun nəticəsində onun mənafeyinə zərər yetirilməsini mübahisələndirir (hətta, bununla əlaqədar “ona vurulmuş mənəvi zərər görə kompensasiya şəklində dəyərləndirdiyi 5000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını” xahiş edir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edildiyindən - yuxarıda təsvir olunanlara əsasən İddiaçı tərəfindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş " “xxxx” ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi" barədə iddia ərizəsinə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Bununla da, yuxarıda qeyd edilən hallar Xaçmaz Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı " “xxxx” ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair 2(067)-1518/2020 nömrəli mülki işin Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında məhkəmə aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı " “xxxx” ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair 2(067)-1518/2020 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-488/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-488/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver