Məhkəmə qərarları › İş №2-2(119)-516/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-516/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-516/2020 09.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2019-cu ildə cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 257a ünvanında yerləşən kommersiya mağazasına hesablanmış 2139,16 (iki min yüz otuz doqquz manat 16 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-987/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi” barədə iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 157A ünvanında yerləşən mağazaya cavabdeh «xxxxxxxx» ASC tərəfindən hesablanmış 1349,76 manat məbləğində borc silinmişdir. İddiaçı “xxxxxxxx” X8 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-987/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(105)-1988/2020 nömrəli qərardadı ilə məhkəmə aidiyyatı pozulduğu üçün Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-987/2020 nömrəli qətnaməsi ləğv edilmiş və həmin iddia tələbi üzrə kommersiya işi məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yaşayır və həmin ünvanın qarşısında iddiaçıya məxsus kommersiya mağazası var. Uzun illərdir iddiaçı həmin mağazanı işlədir və bu müddət ərzində kommunal xidmətlərlə bağlı ödəmələrdə heç bir problemi olmamışdır. Cavabdeh “xxxxxxxx” X8 tərəfindən həmin mağazanın kodu **********x xxxx 18765768M49525 nömrəli elektrik sayğacına xx xxxx 2016-cı il tarixli 000945 №-li və xx xxxxxx 2019-cu il tarixli 005080 №-li aktlar tərtib edilmişdir. xx xxxx 2016-cı il tarixli 000945 nömrəli akta əsasən baxış zamanı sayğacdan kənar işlədici aşkarlanmışdır. xx xxxxxx 2019-cu il tarixli 005080 nömrəli aktda isə Elektrik enerjisindən istifadə Qaydalarının pozulduğu qeyd olunmuşdur. Həmin Aktlara əsasən iddiaçının 2139,16 (iki min yüz otuz doqquz manat 16 qəpik) manat məbləğində borcu yaranmışdır. Bu borc iddiaçıya verilən Abonentin saldosunda da öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, elektik sayğacı ev daxilində deyil, çöl tərəfdə yerləşdirilmişdir. İddiaçının sayğaca hər hansı bir müdaxiləsi olmamışdır. Sayğaclara nəzarət işıq paylayıcısının üzərinə düşür. İddiaçı ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh “xxxxxxxx” X8 tərəfindən məhkəməyə iddia tələbinə yazılı Etiraz təqdim edilərək, İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, xx xxxx 2016-cı ildə "xxxxxxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus kommersiya mağazasının elektrik hesabat sayğacına baxış keçirilərkən, obyektin sayğacını qidalandıran sip xəttinin hasarın üstü ilə düşən hissəsindən izolyasıya pozularaq budaqlanma yolu ilə kənar faza xətti çəkilməsi halı aşkar olunmuş və həmin kənar xətt ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq həmin müdaxilə ilə əlaqədar tərtib edilmiş xx xxxx 2016-cı il tarixli 000945 nömrəli akt əsasında itirilmiş elektrik enerjisi sərfiyyatına görə 442,56 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə, xx xxxxxx 2019-cu ildə də abonent İddiaçı məxsus həmin kommersiya mağazasının sayğacına baxış keçirilərkən obyektə sayğac sxemindən kənar xətt daxil olması və həmin kənar xəttin sayğac sxemini qidalandıran faza xəttinin izolyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmasi halı aşkar edilimiş və həmin kənar xətt ləğv edilmişdir. "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq həmin müdaxilə ilə əlaqədar tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 005080 nömrəli akt əsasında itirilmiş elektrik enerjisi sərfiyyatına görə 907,20 manat məbləğində borc hesablanmışdır. Abunə haqqında çıxarışdan görünür ki, abonentə məxsus obyektdə aşkar edilən kənar xətt ləğv edildikdən sonra obyektdə elektrik serfiyyatının sayğac əsasında aparılan hesabatı kəskin artmışdı. Bu halın özü də aktların düzgün olduğunu bir daha subut edir. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. İddiaçı isə ona məxsus obeyktə 2139,16 manat hesablaşma aparıldığını iddia edərək, həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin aktlara əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh tərəf hesab edir ki, borcun silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və iddiaçının bu iddia tələbi borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir və hüquqdan sui-istifadə yolverilməzdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və iddia tələbi üzrə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 257a ünvanında yerləşən kommersiya mağazasına hesablanmış 2139,16 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı suallara cavab olaraq bildirdi ki, o, fərdi sahibkar kimi qeydiyyata alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun yaşadığı ünvanda yol kənarında yerləşən kommersiya mağazası var və onun yaşayış evi və sahibkarlıq obyekti olan mağazası üçün ayrı-ayrılıqda elektrik sayğacları quraşdırılmışdır. Mağazada elektriklə işləyən vitrindən və soyuducudan istifadə olunur. Külək əsdiyi vaxtlar naqillər birbirinə sürtünərək qığılcımlandığı üçün yanğın olmasından ehtiyat edərək, özü mağazanın sayğacına daxil olan elektrik naqilinin bir hissəsini, yəni 4-5 metrlik hissəsini dəyişmişdir. Çünki, o, həmin qüsurla əlaqədar aidiyyəti şəxslərə məlumat versə də, cavabdehin əməkdaşları həmin qüsuru aradan qaldırmadıqları üçün onun özü məcbur olub naqili dəyişmiş və bəzi vaxtlarda isə evinə verilən elektrik enerjisindən mağazada da istifadə etmişdir. O, sayğaca və sayğacın plombuna müdaxilə etmədən naqili dəyişdirmiş olsa da, 2016-cı ildə və 2019-cu ildə onun mağazasına aktlar tərtib edilmiş və həmin aktlar əsasında cərimə hesablanmışdır. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi X1 cavab olaraq bildirdi ki, fərdi sahibkar olan İddiaçı məxsus sahibkarlıq obyekti olan Corat qəsəbəsində yerləşən mağaza quraşdırılmış elektrik sayğacı əsasında qeyri-yaşayış sahəsi kimi elektrik enerjisi ilə təchiz olunur. "xxxxxxxx" ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2016-cı ildə abonent İddiaçı məxsus həmin kommersiya mağazasının elektrik hesabat sayğacına baxış keçirilərkən, obyektin sayğacını qidalandıran sip xəttinin hasarın üstü ilə düşən hissəsindən izolyasıya pozularaq budaqlanma yolu ilə kənar faza xətti çəkilməsi halı aşkar olunmuş və həmin kənar xətt ləğv edilmişdir. Bundan əlavə, xx xxxxxx 2019-cu ildə də abonent İddiaçı məxsus həmin kommersiya mağazasının sayğacına baxış keçirilərkən də obyektə sayğac sxemindən kənar xətt daxil olması və həmin kənar xəttin sayğac sxemini qidalandarın faza xəttinin izolyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmasi halı aşkar edilimiş və həmin kənar xətt yenə də ləğv edilmişdir. "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq istifadə edilmiş elektrik enerjisinin sərfiyyatının bərpası məqsədilə xx xxxx 2016-cı ildə tərtib edilmiş Akta görə 442,56 manat, xx xxxxxx 2019-cu ildə tərtib edilmiş Akta görə isə 907,20 manat olmaqla, hər iki akta görə cəmi 1349,76 manat məbləğində borc hesablanmışdır. İddiaçı həmin borcla yanaşı, debitor borclarını da ödəməmiş və buna görə də, borcun miqdarı artmışdır. İddiaçıya aid Abonent haqqında məlumatdan görünür ki, məlum aktlar tərtib olunarkən hər dəfə kənar xətt ləğv edilmiş və kənar xətt ləğv edildikdən sonra mağazanın sayğacında qeydə alınan elektrik sərfiyyatının miqdarı kəskin artmışdır. Bu halın özü də həmin aktların düzgünlüyünü və kənar xətt vasitəsi ilə iddiaçının sayğacda hesabatı aparılmayan elektrik enerjisindən istifadə etməsi təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxxxxxx” X8 tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********) istehlakçı İddiaçı (abonent kodu: **********6) məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi 257a ünvanında yerləşən qeyri-yaşayış sahəsi (mağaza) elektrik enerjisi ilə təchiz edilmiş və xx xxxxxx 2005-ci ildə həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacı quraşdırılmışdır. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli 000945 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus kommersiya mağazasının elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, ticarət obyektinə sayğacı qidalandıran sip xəttinin hasarın üstü ilə düşən hissəsindən izolyasiya pozularaq budaqlanma yolu ilə kənar faz xətti çəkilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cü il tarixli 005080 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus kommersiya mağazasının elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur və kənar xətt sayğac sxemini qidalandıran faza xəttinin izolyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı (abonent kodu: **********6) aid Abunə haqqında Məlumata və digər sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.17-ci bəndinin tələblərinə əsasən istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsi üçün xx xxxx 2016-cı il tarixli 000945 nömrəli aktda qeyd olunan nöqsana görə 442,56 (dörd yüz qırx iki manat 56 qəpik) manat məbləğində və xx xxxxxx 2019-cu il tarixli 005080 nömrəli aktda qeyd olunan nöqsana görə isə 907,20 (doqquz yüz yeddi manat 20 qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan istehlakçı İddiaçı (abonent kodu: **********6) aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxx 2016-cı ildə və xx xxxxxx 2019-cu ildə aparılan yoxlama zamanı aşkar edilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq olaraq abonentin sayğac tərəfindən qeydiyyata alınan elektrik enerji sərfiyyatlarının həcmi xeyli miqdarda artmışdır. Yəni, məlum aktlar əsasında aşkar edilən nöqsanlar aradan qaldırıldıqdan sonrakı aylarda abonentin qeyri-yaşayış sahəsi üçün quraşdırılmış sayğacı daha çox elektrik enerjisinin sərfiyyatının qeydiyyatını aparmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, cavabdeh «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2016-cı il tarixli 000945 nömrəli aktla və xx xxxxxx 2019cu il tarixli 005080 nömrəli aktla İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacdan kənar xəttin qoşulduğu aşkar edilmiş olsa da, sonuncu həmin xətti elektrik enerjisindən sayğacdan kənar istifadə etmək üçün quraşdırdığını deyil, xətdə nasazlıq olduğu üçün quraşdırdığını bildirmiş və buna görə də, həmin aktlara görə hesablanan borcu mübahisələndirmişdir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, həmin aktların tərtib olunduğu dövrlərə aid müvafiq aylar üzrə məlum qeyri-yaşayış sahəsinin elektrik sayğacının hesabatı daha az miqdarda olmuş və aktlarda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra isə sayğacın hesabatına görə abonentin elektrik enerjisi sərfiyyatı əhəmiyyətli miqdarda artmışdır. Ona görə də, sayğac tərəfindən hesabatı aparılmamış elektrik enerjisinin sərfiyyatını enerjitəchizatı müəssisəsi (cavabdeh) “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələblərini nəzərə almaqla hesablamış və həmin məbləğin ödənilməsini abonentdən tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” X4rşı verilmiş “Sumqayıt şəhəri, Corat qəsəbəsi, 257a ünvanında yerləşən kommersiya mağazasına hesablanmış 2139,16 (iki min yüz otuz doqquz manat 16 qəpik) manat məbləğində borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi” barədə iddia tələbi, yəni “Sumqayıt şəhəri, Corat qəsəbəsi, 257a ünvanında yerləşən kommersiya mağazasına hesablanmış 2139,16 (iki min yüz otuz doqquz manat 16 qəpik) manat məbləğində borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” X4rşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar