Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-676/2021 13.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Vahid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 25 noyabr 2019-cu ildə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal RETSİ-nin Quba Elektrik Şəbəkəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 10842 manat 71 qəpik əsassız hesablanmış borcun İddiaçı **********9 saylı abonent kodundan silinməsi və 05 noyabr 2019-cu il tarixdə tərtib olunmuş AKT R № 028077 saylı aktın və onun hüquqi nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə qəbul olunmuş Quba Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(027)-375/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC tərəfindən İddiaçı abunə koduna (**********9) hesablanmış 8192,61 manat məbləğində borc silinmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Quba Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(027)-375/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(105)-552/2021 nömrəli qərardadı ilə məhkəmə aidiyyəti pozulduğu üçün Quba Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(027)-375/2020 nömrəli qətnaməsi ləğv edilmiş və həmin iddia tələbi üzrə kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi və cavabdeh ola bilməyən cavabdehlərin əsl cavabdeh "xxxx" ASC-i ilə əvəz edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehlər qismində göstərilmiş "xxxx" ASC-nin Şimal RETSİ-nin Quba Elektrik Şəbəkəsinin və "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini və iddia tələbinin təmin edilib, 8192 manat 61 qəpik məbləğində əsassız hesablanmış borcun İddiaçı **********9 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonunun Qaraçay qəsəbəsi ərazisində Sumqayıt Elektrik Şəbəkə ilə bağlanmış abonent kodu **********9 olan müqaviləyə əsasən ona məxsus soyuducu anbarına quraşdırılmış 10 KV gərginlikli sayğacın “C” fazasının gərginlik qoruyucusunun yoxluğu səbəbindən sayğacın “C” fazasından keçən yükü qeyd etməməsi barədə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 05 noyabr 2019-cu ildə AKT R № 028077 saylı akt tərtib edilmiş və bundan sonra 21 noyabr 2019-cu ildə US 022809EİQ pozulması barədə birtipli akta əsasən ona 6942 manat 89 qəpik sərfiyyat və 1249 manat 72 qəpik ƏDV ilə birlikdə cəmi 8192 manat 61 qəpik məbləğində enerji sərfıyyatı borcunun olması və eyni zamanda 21 noyabr 2019-cu il tarixə qalıq borcunun isə 10842 manat 71 qəpik olması və ödənilmə müddətinin 26 noyabr 2019-cu il tarixinin müəyyən edilməsi barədə № ********* saylı X4 göndərilmişdir. Halbuki, "xxxx" ASC-nin № ********* saylı X1 21 oktyabr 2019-cu il tarixdən 20 noyabr 2019-cu il tarixinədək olan müddət üçün 2245 manat 85 qəpik sərfıyyat və 404 manat 25 qəpik ƏDV olmaqla, qalıq borcunun cəmi 2650 manat 10 qəpik məbləğində olduğu göstərilmiş və ödənilmə müddəti 26 noyabr 2019-cu il tarixi müəyyən edilmişdir. 05 noyabr 2019-cu ildə tərtib edilmiş AKT R № 028077 saylı aktda sayğacın plombunun qırılması və sayğaca kənar müdaxilənin olması barədə pozuntunun mövcudluğu ilə bağlı heç bir qeydiyyat göstərilməmişdir. Ona görə də, onun soyuducu anbarında elektrik enerjisi sərfıyyatına dair ümumilikdə 10842 manat 71 qəpik qalıq borcunun olması barədə hesabat əsassızdır və faktiki olaraq sərf olunmamış enerji sərfiyyatıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisinə görə 8192 manat 61 qəpik məbləğində əsassız hesablanmış borcun İddiaçı **********9 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, "xxxx" ASC-nin regionda olan əməkdaşları tərəfindən 05 noyabr 2019-cu ildə fərdi sahibkar olan İddiaçı məxsus Quba rayonu Qaraçay qəsəbəsi ərazisində yerləşən soyuducu anbara aid transfarmatorda quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman 028077 nömrəli akt tərtib edilmiş və həmin aktda “Sayğacın “C” fazasının gərginlik qoruyucusu yoxdur. Sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsurunun olduğu qeyd edilmişdir. Bundan sonra, yəni 14 noyabr 2019-cu ildə isə həmin obyektə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən “Sayğac Quraşdırma və Uçota Nəzarət” İdarəsinin Çələbiyev soyadlı əməkdaşı tərəfindən baxış keçirilərək, 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Akt tərtib edilmiş və həmin Aktda istehlakçı İddiaçı məxsus soyuducu anbarının elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacının ”C” fazasından keçən yükü qeyd etmədiyi aşkar olunmuşdur. Buna görə də, "xxxx" ASC-nin müvafiq səlahiyyətli əməkdaşları tərəfindən 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq yenidən hesablama aparılmış və həmin hesabatla 8192,61 manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq istehlakçı İddiaçı hesabına daxil edilmişdir. Həmin İstehlakçıya məxsus soyuducu anbara 05 noyabr 2019-cu ildə 028077 nömrəli aktın da tərtib edilməsinə baxmayaraq, iddia tələbi üzrə silinməsi tələb olunan 8192,61 manat məbləğində əlavə sərfiyyat kimi hesablanmış borc məbləği həmin Akta görə deyil, 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Akt əsasında hesablanmışdır. "xxxx" ASC-nin nəzarətçiləri sayğacın ümumi görünüşünə nəzarət edir və sayğac göstəricilərini qeyd edirlər. Gərginlikdə və sayğacın apardığı hesabatda olan qüsuru isə "xxxx" ASC-nin müvafiq mütəxəssisləri bilirlər. Ona görə də, həmin mütəxəssislər müəyyən vaxtlarda abonentlərə məxsus ünvanlara gedib sayğaclara baxış keçirirlər və həmin baxış sahibkarlıq fəaliyyətinin yoxlaması olmadığı üçün həmin baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasına ehtiyac yoxdur. Elə buna görə də, istər 05 noyabr 2019-cu ildə, istər də 14 noyabr 2019-cu ildə sayğaca keçirilən baxışlar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba rayon Qaraçay qəsəbəsi ərazisində yerləşən soyuducu anbar (abonent kodu: **********9) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. İş materiallarında olan və “Təsdiq edirəm” qrafasında “05 noyabr 2019-cu il” tarixi göstərilmiş R № 028077 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Quba rayon Qaraçay qəsəbəsində yerləşən soyuducu anbarının (abonent kodu: **********9) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına saat 1610-da (baxışın keçirilmə tarixi, yəni “günü, ayı və ili” Aktın müvafiq qrafasında göstərilməmişdir) baxış keçirilmiş və baxış zamanı “Sayğacın “C” fazasının gərginlik qoruyucusu yoxdur. Sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsurunun aşkar edildiyi göstərilmişdir. Eyni zamanda, həmin Aktda “Sxem E.E.İ.Q-na uyğun bərpa edildi” qeydi aparılmışdır. İş materiallarında olan 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Quba rayon Qaraçay qəsəbəsində yerləşən soyuducu anbarının (abonent kodu: **********9) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 14 noyabr 2019-cu ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bir nəfər əməkdaşı (Çələbiyev soyadlı) tərəfindən təkbaşına baxış keçirilmiş və baxış zamanı “sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsurunun aşkar edildiyi göstərilmişdir (həmin Aktda məlum yoxlama zamanı, yəni sayğaca baxış keçirilməsi zamanı İstehlakçının iştirak edibetməməsi müəyyən olunmur). İş materiallarında olan istehlakçı İddiaçı məxsus soyuducu anbara (abonent kodu: **********9) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (soyuducu anbarın) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq yenidən hesablama aparılmış və həmin hesabatla 8192,61 (səkkiz min yüz doxsan iki manat 61 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi istehlakçı İddiaçı hesabına daxil edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus soyuducu anbarın (abonent kodu: **********9) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacının göstəriciləri mütəmadi olaraq hər ay "xxxx" ASC-nin müvafiq səlahiyyətli əməkdaşı tərəfindən oxunaraq aylıq sərfiyyat borcları müəyyən edilməklə, İstehlakçıya müvafiq qaydada tərtib edilmiş X2 təqdim olunmuş və sonuncu tərəfindən də həmin X2 əsasında müvafiq qaydada ödənişlər aparılmışdır (14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Akt tərtib edilməmişdən əvvəl sonuncu dəfə 21 oktyabr 2019-cu il tarixində məlum elektrik sayğacının göstəriciləri oxunmuşdur). Yəni, soyuducu anbarın elektrik sərfiyyatı aylar üzrə müvafiq qaydada elektrik hesabat sayğacı tərəfindən hesablanmış və həmin hesabatlar əsasında da mütəmadi olaraq aylar üzrə elektrik sərfiyyatına görə ödənişlər aparılmışdır. Lakin, hər ay elektrik hesabat sayğacının göstəriciləri oxunarkən sayğacın “C” fazasının gərginlik qoruyucusunun olmaması və yaxud, “sayğacın ”C” fazasından keçən yükü qeyd etmməməsi barədə hər hansı bir məlumat verilməmiş və yaxud, akt tərtib edilməmişdir. İş materiallarından görünür ki, İstehlakçıya məxsus soyuducu anbarda istifadə olunan elektrik enerjisinin hesabatı 400 kVA transformator yarımstansiyasının 10 kV-luq tərəfində, qutuda quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılır və 05 noyabr 2019-cu il tarixli və 14 noyabr 2019-cu il tarixli aktlar sayğac göstəricilərini oxuyan əməkdaş tərəfindən deyil, sayğaca baxış keçirilməsi üçün əraziyə gəlmiş "xxxx" ASC-nin digər əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində tərtib edilmişdir. İş materiallarında olan, 13 iyul 2021-ci ildə çap edilmiş istehlakçı İddiaçı məxsus soyuducu anbara aid Abunə haqqında Hesabatla (abonent kodu **********9) müəyyən olunur ki, 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Quba rayonu Qaraçay qəsəbəsində yerləşən soyuducu anbarının hesabına 21 noyabr 2019-cu ildə birdəfəlik 8192,61 (səkkiz min yüz doxsan iki manat 61 qəpik) manat məbləğində borc hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba rayonu Qaraçay qəsəbəsi ərazisində yerləşən soyuducu anbara (abonent kodu **********9) quraşdırılmış elektrik hesabat sayğacına 14 noyabr 2019-cu ildə baxış keçirilən zaman “sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Akta əsasən istehlakçıya 8192,61 manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, həmin sayğac kənar şəxslərin müdaxilə etməsini aradan qaldıran müvafiq qaydada quraşdırılmış və onun mütəmadi olaraq yoxlanılması və nəzarət edilməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərinin səlahiyyətində olmuşdur. Eyni zamanda, məlum yoxlama zamanı həmin sayğaca hər hansı bir kənar müdaxilənin olması halı müəyyən olunmamışdır. Həmin soyuducu anbarın qoşulmuş olduğu elektrik hesabat sayğacı işlək vəziyyətdə olmuş və soyuducu anbarda istehlak edilən elektrik sərfiyyatının qeydiyyatını aparmışdır. Lakin, araşdırma zamanı ayrı-ayrı aylar üzrə sərfiyyatda olan fərqlərin məlum Aktda qeyd olunan məhz həmin qüsura görə və yaxud, soyuducu anbarların fasilələrlə təyinatı üzrə istifadə olunmaması və ya mövsümdən asılı olaraq istifadənin xüsusiyyətlərinə görə yaranması müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 8192,61 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 14 noyabr 2019-cu ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri Yoxlamaların vahid məlumat Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir və dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Aktda qeyd olunan nöqsana görə 8192,61 manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba rayonu Qaraçay qəsəbəsində yerləşən soyuducu anbara (abonent kodu: **********9) əlavə sərfiyyat olaraq hesablanmış 8192,61 manat məbləğində borc silinməlidir. Eləcə də, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba rayonu Qaraçay qəsəbəsində yerləşən soyuducu anbarına (abonent kodu: **********9) əlavə sərfiyyat olaraq hesablanmış 8192,61 (səkkiz min yüz doxsan iki manat 61 qəpik) manat məbləğində borc silinsin. Məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-676/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-676/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver