Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-73/2020 18.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Cəfərova Günay Fizuli qızının iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 550 (beş yüz əlli) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə 550 (beş yüz əlli) manat borcunun olduğu bildirilmişdir. İddiaçı həmin borcla əlaqədar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “X4“ İdarəsinə müraciət etdikdə, ona həmin borcun sərfiyyata uyğun olaraq hesablandığı bildirilmiş və həmin məbləğin ödənilməsi tələb edilmişdir. İddiaçı istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə həmişə vaxtı-vaxtında ödənişlər etmişdir. Cavabdehdən hesablanmış borcun silinməsi tələb edilsə də, cavabdeh borcu silməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc tamamilə qanunsuz olduğu üçün silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 550 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı suallara cavab olaraq bildirdi ki, o, fərdi sanibkarlıq statusu olan fiziki şəxsdir. ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 21,5 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur və həmin qeyri-yaşayış sahəsindən çayxana kimi istifadə olunur. Həmin obyektdə su sayğacı olmadığı dövrdə də çayxana öz fəaliyyətini davam etdirmişdir. Lakin, 2019-cu ilin aprel ayında həmin çayxanaya yenidən sayğac quraşdırılarkən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 550 manat məbləğində borc hesablanmışdır. Ancaq, həmin borc çox hesablandığı üçün o, həmin borcla razı deyildir. Çünki, çayxana kimi fəaliyyət göstərən həmin qeyri-yaşayış sahəsində hər ay təxminən 5-10 manatlıq sudan istifadə edilmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, fərdi sahibkar statusu olan İddiaçı məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 21,5 kv.m olan qeyri-yaşayış sahəsi müvafiq qaydada su sayğacı quraşdırılmaqla su təchizatı və kanalizasiya xidmətləri ilə təchiz olunmuşdur. Lakin, həmin qeyri-yaşayış sahəsinə quraşdırılmış su sayğacı 2018-ci ildə oğurlandıqdan sonra iddiaçı tərəf yeni sayğacın quraşdırılması üçün müvafiq qaydada müraciət edərək, sayğacın xərcini ödəyərək sayğac quraşdırılmasını təmin etməmiş və təxminən bir ilədək su və kanalizasiya xidmətindən sayğacsız istifadə etmişdir. İddiaçı tərəf yalnız 2019-cu ilin aprel ayının əvvəllərində sayğacın quraşdırılması üçün tələb olunan məbləği ödəmiş və xx xxxxx 2019-cu ildə həmin qeyri-yaşayış sahəsində yeni sayğac quraşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsi xx xxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilədək sayğac olmadan su və kanalizasiya xidmətlərindən istifadə etmişdir. Buna görə də Sudan istifadə qaydalarına uyğun olaraq həmin qeyri-yaşayış sahəsində sayğacsız olaraq birbaşa qoşulma ilə sudan istifadəyə görə 552 manat məbləğində borc hesablanmışdır. Həmin borc normativ sənədlərə görə hesablanmış borc olduğu üçün tamamilə əsaslıdır. Buna görə də, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 cavab olaraq bildirdi ki, qanunvericiliyin tələblərinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə məxsus qeyri-yaşayış sahələrinin su ilə təchiz olunması üçün sayğacın dəyəri istehlakçı tərəfindən ödənilməlidir. Lakin, 2018-ci ilin yazında sayğac oğurlandıqdan sonra iddiaçı tərəf sayğacın dəyərini vaxtında ödəməmiş və xx xxxxx 2019-cu il tarixinədək sudan sayğacsız istifadə etmişdir. Sayğacsız istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə 552 manat məbləğində borc Sudan istifadə qaydalarının qeyri-əhali üçün nəzərdə tutulmuş cədvəl əsasən hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 21,5 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı (VÖEN **********) məxsusdur və həmin qeyri-yaşayış sahəsi çayxana kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsinə xx xxxxx 2019-cu ildə smart kart tipli 188817 nömrəli su sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılan müddətədək abonentin xx xxxxx 2019-cu ilə borcu 552 (beş yüz əlli iki) manat təşkil etmişdir. Həmin borcun yaranma səbəbi əvvəlki sayğacın çıxarıldığı xx xxxxx 2018-ci il tarixdən yeni sayğacın quraşdırıldığı xx xxxxx 2019-cu il tarixinədək abonentin birbaşa qoşulma ilə sudan istifadə etməsi olmuşdur. Həmin müddət ərzində “Sudan istifadə qaydaları”nın 4 nömrəli bəndinə əsasən su və kanalizasiya xidməti müqabilində orta sərfiyyatla (276 kubmetr) 552 manat məbləğində borc hesalanmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Həmin Qanununun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüquqları vardır. “Sudan istifadə qaydaları”nın 2.1-ci bəndinə əsasən, istehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada təyin edilir. Həmin Qaydaların 7.9-cu bəndə əsasən, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, məhkəmə araşdırması zamanı "Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 550 (beş yüz əlli) manat məbləğində borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı, yəni İddiaçı mülkiyyətində olan və çayxana kimi fəaliyyət göstərən ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 21,5 kv.m olan qeyri-yaşayış sahəsinə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 550 (beş yüz əlli) manat məbləğində borcun əsassızlığı müəyyən olnmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbi, yəni “Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 550 (beş yüz əlli) manat məbləğində borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən ZülfüqarSadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-73/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-73/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver