Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-1522/2022 13.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili X6 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1 vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 90.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 70.5 kv.m sahədən istifadəyə görə 36.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 70.5 kv.m sahənin boşaldılıb təhvil verilənədək hər ay üçün 500 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 15.000 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması tələbinə dair dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 90.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 70.5 kv.m sahədən istifadəyə görə 36.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 70.5 kv.m sahənin boşaldılıb təhvil verilənədək hər ay üçün 500 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 15.000 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-2446/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh1 10.000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-2446/2021 saylı qətnaməsindən İddiaçı xx.xx.2022-ci il tarixdə və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətləri vermişlər və Lənkəran Rayon Məhkəməsinin qərardadlarına əsasən apellyasiya şikayətləri işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1177/2022 saylı qərardadına əsasən, İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 2446/2021 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahə 0,00506 ha, ümumi sahə 45.4 kv.m - Cavabdeh1 və tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kv.m İddiaçı mülkiyyətindədir. Sahəyə qeydiyyat hüququ 2014-cü ildən yaranmışdır. 2008-ci ildən həmin qeyri-yaşayış sahəsində “Xəzər” inşaat materialları mağazası fəaliyyət göstərir. Mağazaya iddiaçı və cavabdehlər tərəfindən birgə vəsait sərf edilsə də, cavabdehlər əldə etdikləri gəliri qoyulmuş vəsaitə mütənasib şəkildə bölüşdürməyərək özləri üçün sərf etmişlər. Müxtəlif banklardan kredit və fiziki şəxslərdən borc alaraq mağazanın dövriyyəsini artırılmış, həmçinin Bakı şəhərində yerləşən topdan satış mərkəzlərindən mal-mateiral alaraq mağazaya göndərilmişdir. Ancaq cavabdehlər bunun müqabilində pul verməmişlər. Bu məbləğ 90.000 manat təşkil edir və cavabdehlərdən müştərək qaydada həmin məbləğ tutulmalıdır. Belə ki, Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış kredit üzrə müxtəlif vaxtlarda 170,34, 14.000, 1.023, 187,96, 2.350, 254,91, 32 manat və müxtəlif vaxtlarda 2.690,10 və 17 ABŞ dolları tərəfindən kredit borcu ödənilmiş, həmçinin "xxxx" ASC-yə 3.761 manat kredit borcu və digər xərclər olmaqla, 4.154 manat pul ödənilmişdir. Həmin pullar cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İkinci tələb üzrə cavabdehlər iddiaçıya məxsus 70.5 kv.m sahədən 2014-cü ildən istifadə edirlər, bəhrələnirlər, lakin həmin sahədən istifadəyə görə heç bir şey ödəməmişlər. Həmin sahə icarəyə verilsəydi, hazırki vaxtadək xeyli miqdarda gəlir əldə edilərdi. Sahənin bir aylıq icarə haqqı 500 manat təşkil edir. 2014-cü ildən 2021-ci ilədək müddət üzrə ümumi məbləğ (500 manat x 12 ay = 6000 manat x 6 il = 36.000 manat) 36.000 manat təşkil edir. Həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Üçüncü tələb üzrə: Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli və həmin qətnamənin qüvvədə saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Hüseyn oğlunun bank qarşısında kredit borcu üzrə X1 məxsus Şilavar kəndi ərazisində yerləşən yaşayış sahəsi bank qarşısında girov qoyulmuş və Gülağa Hüeseynov evin onun adına rəsmiləşdirilməsinə dair verilmiş vədə inanaraq banka olan borcu ödəmiş və sahəni qızının adına keçirmişdir. Lakin cavabdehlər sonradan vədlərinə əməl etməyərək sahənin geri alınması ilə bağlı iddia qaldırmışlar və onların iddiası təmin edilmişdir. Belə olan halda Gülağa Heseynov tərəfindən sahənin girovdan azad edilməsi üçün ödənilmiş cavabdehlərin etiraf etdiyi 10.000 və əməliyyatın aparılması üçün çəkilmiş xərc olan 5.000 manat, ümumilikdə 15.000 manat pulun cavabdehlərdə qalması üçün heç bir əsas yoxdur. Bu pul kredit öhdəliyi olan Cavabdeh1 tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh2 onun atası, digər cavabdeh isə qardaşıdır. ünvan 1 ünvanında yerləşən «Xəzər» inşaattikinti materialları mağazasının 70 kv.m ona, 45 kv.m isə Cavabdeh2 məxsusdur. Sahəyə mülkiyyət hüququ 2014-cü ildən yaranmışdır. «Xəzər» inşaat-tikinti materialları mağazası onların mülkiyyətində olmasına baxmayaraq həmin mağazanı Cavabdeh1 işlədir. Mağaza 2008-ci ildən fəaliyyət göstərir. Mağazanın fəaliyyəti zamanı o, cavabdehlərlə birlikdə mağazaya vəsait qoymuşdur. Bunun üçün müxtəlif banklardan kredit və fiziki şəxslərdən borc alaraq mağazanın dövriyəsini artırmış, həmçinin Bakı şəhərində yerləşən topdan satış mərkəzlərindən mal-mateiral alaraq mağazaya göndərmişdir. Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış kredit üzrə müxtəlif vaxtlarda 170.34, 14000, 1023, 187.96, 2350, 254.91, 32 manat və müxtəlif vaxtlarda 2690, 10 və 17 ABŞ dolları tərəfindən kredit borcu olaraq ödənilmiş, həmçinin "Bank of Baku” ASC-yə 3761 manat kredit borcu və digər xərclər olmaqla, 4154 manat pul ödənilmişdir. Ancaq cavabdehlər əldə etdikləri gəliri qoyulmuş vəsaitə mütənasib şəkildə bölüşdürməyərək özləri üçün sərf etmişlər, bunun müqabilində ona çatası pulu ona verməmişlər. Bu məbləğ 90.000 manat təşkil edir və hesab edir ki, cavabdehlərdən müştərək qaydada həmin məbləğ onun xeyrinə tutulmalıdır. Bundan əlavə cavabdehlər ona məxsus 70.5 kv.m sahədən 2014-cü ildən istifadə edirlər, bəhrələnirlər, lakin ona həmin sahədən istifadəyə görə heç nə ödəməmişlər. Həmin sahə icarəyə verilsəydi, hazırki vaxtdək xeyli miqdarda gəlir əldə edərdi. Sahənin bir ayrlıq icarə haqqı 500 manat təşkil edir. 2014-cü ildən 2021-ci ilədək müddət üzrə ümumi məbləğ (500 manat x 12 ay = 6000 manat x 6 il = 36.000 manat) 36.000 manat təşkil edir. Hesab edir ki, həmin məbləğ də cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə Cavabdeh1 2011-ci ildə "xxxx" KB ASC-dən kredit götürərək atasına məxsus Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0.12712 ha torpaq sahəsini ipotekaya qoymuşdur. Qabil krediti tam ödəyə bilmədiyindən "xxxx" KB ASC onlara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş və Lənkəran rayon məhkəməsi iddia tələbini təmin etmişdir. Atasına məxsus olan evin hərrac vasitəsilə satılması məsələsi ortaya çıxdığından atası və qardaşı ona müraciət edərək evin satılmasının qarşısını almaq məqsədilə ondan kredit borcunun ödənilməsi və bunu müqabilində həmin evi ona verəcəklərini bildirmişlər. O, razılıq verdikdən sonra atasını və anasını Lənkəran rayon 1 saylı notariat kontoruna gətirmiş, 05 fevral 2020-ci il tarixdə onlar mülkiyyətlərində olan evi ona vəsiyyət etmələri barədə vəsiyyətnamə yazmışlar. O, da cavabdehlərin vədinə inanaraq Cavabdeh1 "xxxx" KB ASC-yə kredit borcu hesabına 10.000 manat, əməliyyatların aparılması üçün 5000 manat, cəmi 15000 manat ödəyərək evi girovdan çıxartmışdır. Bundan sonra o, həmin evi qızının adına rəsmiləşdirmişdir. Lakin cavabdehlər sonradan vədlərinə əməl etməyərək sahənin geri alınması barədə iddia qaldırmışlar və onların iddiası təmin edilmişdir. Cavabdehlər həmin məhkəmə iclasında onun kredit borcu hesabına 10000 manat ödədiyini etiraf etmişlər. Belə olan halda onun tərəfindən sahənin girovdan azad edilməsi üçün ödənilmiş cavabdehlərin etiraf etdiyi 10.000 manat və əməliyyatın aparılması üçün çəkilmiş xərc olan 5000 manat, ümumilikdə 15000 manat pul Cavabdeh1 onun xeyrinə tutulmalıdır. İddiaçı və onun vəkili X10 iddia ərizəsi və ona dair izahatın məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib bildirdi ki, iddiaçı onun oğludur. O, hazırda "Xəzər" inşaat-tikinti materialları mağazasında sahibkarlıq fəaliyyətini həyata keçirir. Həmin mağazanın yerləşdiyi ümumi sahəsi 115.9 kv.m olan qeyri yaşayış sahəsi əvvəllər onun tam mülkiyyətində olmuş, lakin sonradan 70,5 kv.m olan hissəsini iddiaçının adına keçirtmişdir. Kiçik oğlu Qabil isə onun istəyi ilə həmin mağazada satıcı işləyir. İşlədikləri müddətdə mağaza ziyanla işləmiş, onlar mağazanı işlətmək üçün müxtəlif banklardan kredit götürmüş, mağazadan gələn gəlir hesabına kredit borclarını ödəmiş, qalan cüzi məbləği isə özlərinə xərcləmişlər. İddiaçı 2013-2014-cü illərdə həmin mağazanı işlətmiş, lakin ziyana düşərək mağazadə fəaliyyətini dayandıraraq Bakı şəhərinə getmiş və orada tikinti malları mağazası açaraq işlətmişdir. İddiaçı tərəfindən təqdim olunmuş qaimələr onun Lənkəranda mağazanı işlətdiyi dövrü və Bakı şəhərində işlətdiyi dövrləri əhatə edir. Onlar mağazanı işlətdiyi dövrdə iddiaçı tərəfindən mağazaya heç bir vəsait qoyulmamışdır. Ümumiyyətlə onlar mağazanın işlədilməsindən mənfəət götürməmişlər və iddiaçının iddia ərizəsində tələb etdiyi fantastik rəqəmin heç bir əsası yoxdur. İddiaçının tələb etdiyi 70,5 kv.m sahədən istifadəyə görə 36.000 manat, həmin sahə boşaldılıb ona təhvil verilənədək hər ay üçün 500 manat tələb etməsinin də heç bir hüquqi əsası yoxdur. Belə ki, onlar arasında həmin sahədən istifadə etməyə görə icarə haqqı ödənilməsinə dair heç bir razılaşma olmamış və iddiaçı istədiyi vaxt həmin sahədən sərbəst şəkildə istifadə edə bilər. Bundan əlavə o, inşaat materiallarının satışı mağazasını təmiri və mal-material ilə təmin etmək məqsədi ilə 2011-ci ildə "xxxx" KB ASC-dən övladları Cavabdeh1, İddiaçı, həyat yoldaşı X7, gəlini X11 və eləcə də tanışı, Lənkəran şəhər sakini X2 adına kredit götürmüşdür. Kreditin təminatə olaraq ona məxsus Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0,12712 ha torpaq sahəsini ipotekaya qoymuşdur. Kreditin müəyyən miqdarı tərəfindən ödənilsə də, tam ödəyə bilmədiyindən "xxxx" KB ASC onlara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsi, Şirvan Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsində həmin işə baxılaraq yekun vurulmuş və son nəticədə onların banka cəmi 49.000 manat borcu qalmışdır. Oğlu İddiaçı 2020-cı ilin fevral ayında ona müraciət edərək təklif etmişdir ki, o digər oğlanlarından fərqli olaraq ona köməklik etmək istəyir. Köməkliyin nədən ibarət olduğunu soruşduqda Gülağa bildirmişdir ki, banka borclu olduğu pulu nəğd olaraq ödəyəcək, o da yaşadığı evi ona vəsiyyət etsin. O fikirləşmişdir ki, oğludur, o öləndən sonra qoy ev onun adına keçsin. Bu məqsədlə İddiaçı onu və anasını Lənkəran rayon 1 saylı notariat kontoruna gətirmiş və 05 fevral 2020-ci il tarixdə ona və həyat yoldaşı X3 vəsiyyətnamə yazdırmışdır ki, onlar öləndən sonra mülkiyyətlərində olan evi ona vəsiyyət etsinlər. Onlar vəsiyyətnamə verdikdən sonra çıxıb evə getmişlər. O, onlarla öz arasında şərt kəsmişdir ki, ipotekada olan evin pulunu tam olaraq banka ödədikdən sonra ipotekaya qoyulmuş evin sənədlərini bankdan alıb gətirib ona verəcəkdir. Ancaq o, evin sənədlərini alıb gətirib ona verməmişdir. O bu barədə ondan soruşduqda məlum olmuşdur ki, İddiaçı hansı yollasa evi öz adına keçirmişdir. Dərhal başa düşmüşdür ki, İddiaçı hansısa bir saxtakarlıq edərək, o, sağ ola-ola evi adına keçirmişdir. Bunu eşidib dərhal Lənkəran rayon 1 nömrəli notariat kontoruna gedib 03 mart 2020-ci il tarixdə İddiaçı adına verdirdiyi 05 fevral 2020-ci il tarixli vəsiyyətnaməni ləğv etdirərdi. Həmin vaxta kimi adından İddiaçı baş etibarnamə verilməsindən heç bir xəbəri olmamışdır. Daha sonra o bu barədə vəziyyətnaməni necə onun sağ olmasına baxmayaraq necə icra etdiyi soruşduqda, İddiaçı ona bildirmişdir ki, vəsiyyətnamə verərkən ona baş etibarnaməyə də imza etdirmişdir ki, həmin etibarnaməyə əsasən evi bağışlama yolu ilə adına keçirmiş, sonra isə çıxarış almışdır. Yalnız həmin vaxt ona o da məlum olmuşdur ki, Güloğlan Hüseynov vəsiyyətnamə verərkən aldadaraq eyni zamanda banka pulu ödəmək bəhanəsi ilə baş etibarnamə də yazdırıb onlara imza etdirmişdir. Nəhayət hadisələrin sonrakı gedişatı göstərmişdir ki, onun min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı, universitetdə oxutdurduğu, toyunu etdiyi, ev-eşik sahibi etdiyi, bir valideynin övladı üçün edə biləcəyi bütün hərəkətləri etdiyi halda doğma övladı onun savadsızlığından və ona etibarından istifadə edərək özünün 2 mərtəbəli, hər bir şəraiti olan evi olduğu halda evinə göz dikmiş, onu aldatmış, ona verdiyi baş etibarnamədən istifadə edərək qanunun yol vermədiyi halda ona məxsus olmaqla yuxarıda qeyd etdiyi, Lənkəran rayonu Şilavar kəndi ərazisində 0,12712 ha torpaq yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evini guya onun tərəfindən ona bağışlanılmasına dair 13 avqust 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi almışdır. Daha sonra İddiaçı onun mülkünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində öz adına qeydiyyata aldıraraq ona bu barədə 01 sentyabr 2020-ci il tarixli çıxarış verilmişdir. İddiaçı öz qeyri qanuni əməllərindən əl çəkməmiş, bununla da kifayətlənməmiş və həmin mülkü qızı X8 bağışlanılmasına dair 08 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılmışı, eləcə də həmin mülklə əlaqədar X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışın verilməsinə nail olmuşdur. O İddiaçı bu hərəkətlərini eşidib yenidən Lənkəran rayon 1 nömrəli notariat kontoruna gedib 09 sentyabr 2020-ci il tarixdə həmin baş etibarnaməni də ləğv etdirmişdir. Daha sonra o da ona məlum olmuşdur ki, cavabdeh onu yenidən aldadaraq banka olan 49000 manat pulun yalnız 10.000 manatını ödəmişdir. Borcun qalan hissəsini də digər oğlu Cavabdeh1 banka ödəyərək qaydaya salmışdır. O, hər birhalda İddiaçı övladı olduğu üçün ona təklif etmişdir ki, gəl ödədiyin 10.000 manat pulu sənə qaytarım və evi əvvəlki qaydada adıma keçirt ki, qohum-qonşu, tanıyanlar bu biabırçılığı bilməsinlər. Ancaq cavabdeh İddiaçı daha da irəli gedərək onun özünü və ailə üzvlərini min bir əziyyətlə tikdirdiyi evindən çıxartmaq istəyir. Ona görə də o, İddiaçı və qeyrilərinə qarşı Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair 13 avqust 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışının, İddiaçı tərəfindən həmin mülkün qızı X8 bağışlanılmasına dair 08 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin, eləcə də həmin mülklə əlaqədar X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və onun şikayəti təmin olunmamışdır. Bundan sonra o, apellyasiya məhəkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Cülağa Hüseynav kassasiya şikayətindən imtin edəcəyi təqdirdə ödədiyi 10000 manat pul ona qaytarılacaqdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib Cavabdeh2 izahatına uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil iddiaçının tələblərinin heç bir hüququ əsasının olmadığını, tərəflər arasında münasibətlərin 2020-ci ildən korlanması səbəbindən bu iddianın qaldırıldığını, ümumiyyətlə iddiaçı tərəfindən tələbini təsdiq və sübut edəcək heç bir dəlilin təqdim edilmədiyini bildirib iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 115,9 kv.m olan qeyri-yaşayış sahəsinin 45,4 kv.m hissəsi üzərində Cavabdeh2, 70,5 kv.m hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş qaimə fakturaların surətindən görünür ki, İddiaçı müxtəlif adlarda tikinti materialları almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən verilmiş qəbzlərin surətlərindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 kredit borcları hesabına ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(049)-2566/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(049)-361/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, X8, Bakı şəhəri 14 saylı notariat Ofisinə, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə, DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinə qarşı Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair 13 avqust 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışın, İddiaçı tərəfindən həmin daşınmaz əmlakın qızı X8 bağışlanılmasına dair 08 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi, eləcə də həmin daşınmaz əmlakla əlaqədar X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayonu, Şilavar kəndində yerləşən ümumi sahəsi 115,9 kv.m olan qeyri-yaşayış sahəsinin 45,4 kv.m hissəsi üzərində Cavabdeh2, 70,5 kv.m hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin sahəni «Xəzər» inşaat-tikinti materialları mağazası kimi işlətmişlər. Cavabdeh2 inşaat materiallarının satışı mağazasının təmiri və mal-material ilə təmin etmək məqsədi ilə 2011ci ildə "xxxx" KB ASC-dən övladları Cavabdeh1, İddiaçı, həyat yoldaşı X7, gəlini X11 və eləcə də tanışı, Lənkəran şəhər sakini X2 adına kredit götürmüşdür. Kreditin təminatə olaraq Cavabdeh2 məxsus Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0,12712 ha torpaq sahəsini ipotekaya qoymuşdur. Kreditin müəyyən miqdarı tərəfindən ödənilsə də, tam ödəyə bilmədiyindən "xxxx" KB ASC onlara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran rayon məhkəməsidə həmin işə baxılaraq iddia tələbini təmin etmişdir. İddiaçı 2020-cı ilin fevral ayında Cavabdeh2 müraciət edərək təklif etmişdir ki, o digər oğlanlarından fərqli olaraq ona köməklik etmək istəyir. Köməkliyin nədən ibarət olduğunu soruşduqda Gülağa bildirmişdir ki, banka borclu olduğu pulu nəğd olaraq ödəyəcək, o da yaşadığı evi ona vəsiyyət etsin. Cavabdeh2 razılıq verdikdən sonra notariusa gedərək özünə məxsus evin İddiaçı verilməsi barədə vəsiyyətnamə yazmışdır. Bundan sonra İddiaçı "xxxx" KB ASC-nə gedərək Cavabdeh1 adına olan kredit borcu hesabına 10000 manat ödəyərək Cavabdeh2 məxsus Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0,12712 ha torpaq sahəsini ipotekadan azad edərək əvvəlcə öz adına, sonradan isə qızı X5 adına rəsmiləşdirmişdir. Cavabdeh2 bunu bildikdən sonra İddiaçı və qeyrilərinə qarşı Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair 13 avqust 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışının, İddiaçı tərəfindən həmin mülkün qızı X8 bağışlanılmasına dair 08 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin, eləcə də həmin mülklə əlaqədar X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışının etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Bundan sonra tərəflər arasında münasibət korlanmış və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Onun tələbinin ilk 3 hissəsi ilə bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim edilməmiş, mal-material onun tərəfindən alındığı təqdirdə belə həmin mal-materialın məhz cavabdehə məxsus mağazada satılması təsdiqini tapmamışdır. Bundan başqa iddiaçının ərizəsində qeyd etdiyi kimi ona mağaza işlədiyi vaxtdan pul ödənilmədiyi halda tərəfindən banklardan kredit götürülərək mağazaya xərclənməsi, həmçinin mal alınması barədə bildirdikləri inandırıcı gəlmir. Faktiki olaraq iddiaçı tələbinin ilk 3 hissəsində ona dəymiş ziyanı və əldən çıxmış faydanı tələb edir ki, bununla bağlı da tərəfindən sübut təqdim edilməmişdir. Sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019- cu il tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Hazırkı halda, MPM-nin 77-ci maddəsinin tələbləri baxımından sübutetmə yükü ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən belə sübutların təqdim edilməsi işin materiallarından müəyyən edilmir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları, bunu tamamlayan iş materiallarında olan rəsmi sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 10000 manatın Cavabdeh1 tutulması hissəsində isə məhkəmə qeyd edir ki, göründüyü kimi Cavabdeh1 və İddiaçı arasındakı münasibət şifahi formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10.000 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Hüseynov X4 rayonu, Şilavar kəndi, Ələt-Astara yolu ünvanında yerləşən “Xəzər” inşaat-tikinti materialları mağazasının cavabdehlərlə şərikli işlətməsi və bunun müqabilində ona 90.000 manat borclu olduqlarına, ona məxsus 70.5 kv.m sahənin cavabdehlərə icarəyə verilməsi barədə razılıq əldə etməsi və Cavabdeh2 məxsus Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0,12712 ha torpaq sahəsini ipotekadan azad edilməsi üçün "xxxx" KB ASC-də Cavabdeh1 adına olan kredit borcu hesabına 10000 manatdan əlavə əməliyyatın aparılması üçün 5000 manat ödəməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 10.000 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-2(121)-1522/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1522/2022
13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver