Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-299/2020 19.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə qarşı qeyri yaşayış sahəsinə gediş-gəliş üçün zəruri olan yolun açılması, həmin qeyri yaşayış sahəsindən istifadəyə və elektrik xəttinin çəkilməsinə Cavabdeh1-nin rəhbəri, işçiləri və Mollakənd bələdiyyəsi tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə qarşı qeyri yaşayış sahəsinə gediş-gəliş üçün zəruri olan yolun açılması, həmin qeyri yaşayış sahəsindən istifadəyə və elektrik xəttinin çəkilməsinə Cavabdeh1-nin rəhbəri, işçiləri və Mollakənd bələdiyyəsi tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Bundan başqa, iş üzrə tərəflər xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarına da dəvət olunmuş, lakin həmin iclaslarda da tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı və 259.0.7-ci maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə qarşı qeyri yaşayış sahəsinə gediş-gəliş üçün zəruri olan yolun açılması, həmin qeyri yaşayış sahəsindən istifadəyə və elektrik xəttinin çəkilməsinə Cavabdeh1-nin rəhbəri, işçiləri və Mollakənd bələdiyyəsi tərəfindən yaradılan maneələrin aradan qaldırılmasıtələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-299/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-299/2020
19.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver