Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-325/2021 05.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı2, İddiaçı, həmçinin İddiaçı3 nümayəndəsi İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı payların naturada ayrılaraq onlara verilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan paylarının naturada ayrılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC 1998-ci ildə təsis edilmiş, Nizamnaməsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2665 nömrə ilə, 27 aprel 1998-ci il tarixdə qeydə alınmışdır. İddiaçılar birlikdə cavabdeh “xxxx” ASC-nin səhmlərinin 48%-lik payına malikdir. Cavabdeh bir müddət nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərmiş, lakin sonradan idarə heyətinin sədrinin təqsiri üzündən fəaliyyətini dayandırmış, daha sonra bank krediti əldə edərək fəaliyyətini bərpa etmişdir. 2014-cü ildən bank kreditlərinin ödənilməsində yenə də idarə heyətinin sədrinin məsuliyyətsizliyinə görə yubanmalar olmuş, sonuncu kreditləri və divindentləri ödəməmək və cəmiyyəti qəsdən müflisləşdirmək üçün fəaliyyətsizlik göstərmişdir. 2015-2016-cı illərdə cavabdehin idarə heyətinin sədri ASC-yə məxsus paylı mülkiyyətdə olan və külli miqdarda dəyəri olan avadanlıqları, o cümlədən 18 dərəcəli saxlanc yerlik soyuducu yük avtomobilini, 2 ədəd 6 kilovatlıq soyuducu kompressoru, 1 ədəd “Kamaz” markalı yük avtomobilini, 1 ədəd “Zil” markalı yük avtomobilini, 1 ədəd “Moskviç” markalı avtomobili, 1 ədəd çalovlu traktoru, 14 nömrəli sexin dəmir torunu, inkubator avadanlığının hissələrini, 10 yük avtomobilindən çox dəmir metal parçaları və xeyli sayda digər maşın-mexanizmləri sataraq pulunu talamış və iddiaçılara külli miqdarda zərər vurmuşdur. İddiaçılar tərəfindən cavabdehin idarə heyəti sədrinin törətdiyi qanunsuzluqlara qarşı etirazları qəbul olunmamış, əksinə idarə heyətinin sədri Ə.Babayev onları idarə etmədən tamam kənarlaşdırmış, hər hansı istehsal və digər proseslərlə bağlı tələblərini qəbul etməmiş, onlara nəinki divident əldə etməyə imkan vermiş, hətta öz paylarının üzərində sahiblik və ondan istifadə etməyə imkan verməmişdir. Beləliklə cavabdehin idarə heyəti sədrinin bütün fəaliyyəti ASC-nin qanuvericilikdə nəzərdə tutulmuş idarə etmə qaydalarına, habelə səhmdarların hüquq və manafelərinin pozulmasına, o cümlədən səhmdar cəmiyyətinin mənfəəti və dividendlərinin mənimsənilməsi, paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsinin məhdudlaşdırılmasına və sair yönəlmişdir. Buna görə də iddiaçılar hazırda nəinki başqa hüquqlarını reallaşdıra bilir, həmçinin də qanuni mülkiyyətlərində olan əmlakdan da məhrum olmuşdurlar. Qeyd olunanlara əsasən məhkəməyə müraciət olunmuşdur. İddiaçı2, iddiaçı, həmçinin İddiaçı3 nümayəndəsi İddiaçı1n məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıların izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 06.04.1998-ci il tarixli, 523 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, həmin sərəncama əsasən, ünvan 1i ünvanında yerləşən xxxx müəssisəsinin bazasında “Biləsuvar-Quşçuluq” ATSC-nin yaradılması, “Biləsuvar-Quşçuluq” səhmdar cəmiyyətinin nizamnaməsinin və özəlləşdirmə planının (emissiya prospektinin) təsdiq edilməsi, “xxxx” səhmdar cəmiyyətinin nizamnamə kapitalının 3.941.214.000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan “Biləsuvar-Quşçuluq” ATSC-nin nizamnaməsinin və şəhadətnaməsinin təsdiq edilmiş surətlərindən görünür ki, Cəmiyyət 27.04.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “xxxx” ASC-nin 08.07.2011-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyət 27.04.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” ATSC-nin hüquqi varisidir. İş materiallarında olan Milli Depozit Mərkəzi tərəfindən təsdiq edilmiş 29.06.2011-ci il tarixli çıxarışın və “xxxx” ASC-nin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin bir ədədinin nominal dəyəri 2 manat olmaqla ümumi 394.121 ədəd səhmi qeydə alınmış, nizamnamə kapitalı 788.242 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 05.04.2021-ci il tarixli, **********601700 saylı və 29.04.2021-ci il tarixli, **********128600 saylı məktublarında qeyd olunmuşdur ki, vergi ödəyicilərinin dövlət reyestrində “xxxx” ASC-nin (VÖEN: **********) səhmlərinin 60%-nin (471.284 manat məbləğində) yüklülüyü barədə məlumat vardır. Həmçinin məktuba əlavə olunmuş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 məxsus 62.612 ədəd səhmin hamısı və X10 məxsus 204.928 ədəd səhmin 173.030 ədədi öhdəlikərlə yüklənmişdir. İddiaçı1 məxsus 65.787 ədəd, İddiaçı3 məxsus 40.000 ədəd, X3 məxsus 19.360 ədəd, X1 məxsus 1.313 ədəd və X2 məxsus 121 ədəd səhmin yüklülüyünə dair hər-hansı məlumat qeyd olunmamışdır. İş materiallarında olan Milli Depozit Mərkəzi QSC tərəfindən verilmiş 02.06.2011-ci il tarixli, AA 00002075 saylı və AA 00002076 saylı qiymətli kağız sertifkatlarının surətlərindən görünür ki, “xxxx” ASC-yə məxsus bir ədədinin nominal dəyəri 2 manat olmaqla, 394.121 ədəd sənədsiz adi səhmin 65.787 ədədinin mülkiyyətçisi İddiaçı1, 40.000 ədədinin mülkiyyətçisi isə İddiaçı3dur. İş materiallarında olan və məhkəmənin sorğusuna əsasən “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış 07.04.2021-ci il tarixli, 07/05-1173 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 11.05.2018-ci il tarixli 2(004)- 49/2018 saylı qətnaməsinə əsasən cavabdehlər “xxxx” ASC-dən və X6 “xxxx” ASC-nin xeyrinə 2.848.996,91 manat pulun tutulması, tutmanın X10, İddiaçı1, X4, İddiaçı3 və X3 məxsus səhmlərə yönəldilməsi qərara alınmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli, 2(004)-49/2018 saylı qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12552/2018 saylı 12.12.2018-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli 2(004)-49/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12552/2018 saylı 12.12.2018-ci il tarixli qətnaməsindən X12 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3369/2019 saylı 17.05.2019-cu il tarixli qətnaməsinə əsasən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12552/2018 saylı 12.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, hal-hazırda icra mərhələsindədir. “xxxx” ASC-nin 07.04.2021-ci il tarixli, 07/05-1173 saylı məktubuna əlavə olunmuş: “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanmış 13.09.2011-ci il tarixli, 01 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC-yə illik 6% dərəcəsi ilə, 5 il müddətinə qeyri-nağd şəkildə istifadə olunmaqla, 750.000 manat məbləğində kredit xətti açılmışdır. 13 sentyabr 2011-cü il tarixli, 01 saylı zaminlik müqaviləsindən görünür ki, “xxxx” ASC ilə X12 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinə əsasən, zamin borcalanın bank qarşısında 13 sentyabr 2011-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “xxxx” ASC ilə X12, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X5 arasında ayrı-ayrılıqda bağlanmış 13.09.2011-ci il tarixli, 01, 02, 03, 04 və 05 saylı girov müqavilələrindən görünür ki, X10 məxsus 204.928 ədəd sənədsiz adlı səhmlər, İddiaçı1 məxsus 65.787 ədəd sənədsiz adlı səhmlər, İddiaçı2 məxsus 62.612 ədəd sənədsiz adlı səhmlər, İddiaçı3 məxsus 40.000 ədəd sənədsiz adlı səhmlər və X3 məxsus 19.360 ədəd sənədsiz adlı səhmlər 13.09.2011-ci il tarixli, 01 saylı kredit müqaviləsinin təminatı olaraq, “xxxx” ASCnin xeyrinə girov qoyulmuşdur. “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanmış 13.09.2011-ci il tarixli, 01 saylı kredit müqaviləsinə 16 noyabr 2011-ci il tarixli, 01 saylı əlavədən görünür ki, 13.09.2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə tərəflər, Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına 750.000 manat məbləğində kredit xəttinin miqdarının 60 ay müddətinə 2.400.000 manat miqdarına yüksəldilməsi, kreditdən 24 ay sərbəst istifadə olunaraq növbəti 36 ayın müvafiq tarixlərində 66.666,67 manat geri qayatarılması və illik faiz dərəcəsinin 6 % olaraq qalması barədə tərəflər razılığa gəlmişlər. “xxxx” ASC ilə X12 arasında bağlanmış 13 sentyabr 2011-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinə 16 noyabr 2011-ci il tarixli, 01 saylı əlavədən görünür ki, bank və zamin arasında bağlanmış 13.09.2011-ci il tarixli, 01 saylı zaminlik müqaviləsi üzrə tərəflər, 13 sentyabr 2011-ci il tarixli, 01 saylı Kredit müqaviləsində Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına açılmış 750.000 manat məbləğində kredit xəttinin miqdarının 60 ay müddətinə 2.400.000 manat miqdarına yüksəldilməsini tərəflər qəbul etmişlər. “xxxx” ASC ilə X12, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X5 arasında ayrı-ayrılıqda bağlanmış 13.09.2011-ci il tarixli, 01 saylı girov müqaviləsinə 16 noyabr 2011-ci il tarixli, 01, 02, 03, 04 və 05 saylı əlavələrdən görünür ki, bank, borcalan və girov qoyanlar arasında bağlanmış 13.09.2011-ci il tarixli, 01, 02, 03, 04 və 05 saylı girov müqavilələri üzrə tərəflər, 13 sentyabr 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsində Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına açılmış 750.000 manat məbləğində kredit xəttinin miqdarının 60 ay müddətinə 2.400.000 manat miqdarına yüksəldilməsini tərəflər qəbul etmişlər. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli, 2(004)-49/2018 saylı Qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” ASC-yə, İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və X10 qarşı borcun alınmasına dair iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə “Azər -Türk Bank” Açıq Səhmdar Cəmiyyətinə olan 2.337.516,80 manat əsas borcun, 345.529,28 manat məbləğində faiz borcunun, 2.000 manat məbləğində cərimənin, 13.09.2016-cı il tarixindən 31.01.2018-ci il tarixinə icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163.950,83 manat pulun, cəmi 2.848.996,91 manat məbləğində pulun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASCdən və X6 müştərək qaydada tutulması, tutmanın X10 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 204.928 ədəd sənədsiz adlı adi səhmə, İddiaçı1 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 65.787 ədəd sənədsiz adlı adi səhmə, X4 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat 62.612 ədəd sənədsiz adlı adi səhmə, İddiaçı3 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən 40.000 ədəd sənədsiz adlı adi səhmə, X3 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 19.360 ədəd sənədsiz adlı adi səhmə və zamin X10 yönəldilməsi, girov predmeti olan qiymətli kağızların Bakı Fond Birjasında satışa çıxarılması, “xxxx” ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı əlavə üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcu girov predmetinin satışdan əldə edilmiş pul vəsaitinin və zamin X7 hesabına ödənilməsi, girov predmetlərinin satışından artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, girov predmetinin satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, ümumi qaydada “xxxx” ASCdən və X6 tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(103)- 12552/2018 saylı Qətnaməsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli, 2(004)-49/2018 saylı Qətnaməsinin mübahisələndirilən hissədə cavabdeh X10 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.05.2019-cu il tarixli, 2(102)-3369/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(103)-12552/2018 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, “Biləsuvar-Quşçuluq” ATSC 27.04.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan onun adı və təşkilati-hüquqi forması “xxxx” ASC-yə dəyişdirilmişdir. “xxxx” ASC-nin bir ədədinin nominal dəyəri 2 manat olmaqla ümumi 394.121 ədəd səhmi qeydə alınmış, nizamnamə kapitalı 788.242 manat təşkil edir. Həmin səhmlərin 204.928 ədədi X10, 65.787 ədədi İddiaçı1, 62.612 ədədi İddiaçı2, 40.000 ədədi İddiaçı3, 19.360 ədədi X3, 1.313 ədədi X1 və 121 ədədi X2 məxsus olmuşdur. “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanılmış kredit müqaviləsinin təminatı olaraq, hazırki iş üzrə iddiaçılar (həmçinin iş üzrə iddiaçı olmayan digər şəxslər) özlərinə məxsus səhmləri “xxxx” ASC-nin xeyrinə girov qoymuş, “xxxx” ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən, kredit müqaviləsi üzrə yaranmış borcun sözügedən girov predmetlərinə, yəni səhmlərə yönəldilməsi qərara alınmışdır. Hazırda isə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan paylarının naturada ayrılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan “xxxx” ASC-nin nizamnaməsinin 5.1-ci bəndinə əsasən, bu Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla, Cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək, cəmiyyətin fəaliyyətinə dair məlumat almaq və ildə bir dəfə onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq, mənfəət bölgüsündə iştirak etmək, müəyyən edilmiş qaydada və hallarda cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək, ümumi yığıncağın gündəliyinə dəyişikliklər edilməsini tələb etmək, ümumi yığıncaqda səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək, öz səhmləri ilə əlaqədar, digər səhmdarlarla razılaşmadan istənilən əqdi bağlamaq, cəmiyyətin ləğv edildiyi halda kreditrolar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini almaq səhmdarların hüquqları kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən, səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən, bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq, cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq, bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək və digər hüquqları vardır. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.5-ci maddəsinə əsasən, dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək (bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin), cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi hüququ yalnız məhdud məsuliyyətli cəmiyyətindən çıxan iştirakçıya aid edilmişdir. Hazırki iş üzrə iddiaçılar isə səhmdar cəmiyyətinin səhmdarlarıdırlar. Həmçinin iddia ərizəsində paylı mülkiyyətə dair normalara istinad edilsə də, məhkəmə qeyd edir ki, iddiaçılar özlərinin mülkiyyətində olan deyil, “xxxx” ASC-nin mülkiyyətində olduğu iddia edilən əmlakları, “xxxx” ASC-nin səhmdarları olduğu nəzərə alınmaqla, öz şəxsi əmlakları kimi qəbul edərək, onların naturada ayrılmasını tələb edirlər ki, qeyd olunan əmlaklar (halbuki, həmin əmlakların mövcudluğuna dair iş materiallarında hər-hansı sənəd yoxdur) iddiaçıların paylı mülkiyyətlərində olan əmlaklar kimi qəbul edilə bilməz. Ona görə də, paylı mülkiyyətə dair yuxarıda qeyd olunan normalar hazırki mübahisəyə tətbiq edilməməlidir. Digər tərəfdən, hazırki iş üzrə iddiaçılar sahib olduqları səhmləri “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanılmış kredit müqaviləsinin təminatı olaraq, “xxxx” ASC-nin xeyrinə girov qoymuş, “xxxx” ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən, kredit müqaviləsi üzrə yaranmış borcun sözügedən girov predmetlərinə, yəni səhmlərə yönəldilməsi qərara alınmışdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “xxxx” ASC-nin fəaliyyət göstərdiyi dövr ərzində onun səhmdarlarının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların iddiaçılar tərəfindən mübahisələndirilməsinə dair də iş materiallarında hər-hansı sənəd mövcud deyildir. İddia ərizəsində iddiaçılar idarə heyətinin sədrinin cəmiyyəti qəsdən müflisləşdirmək üçün fəaliyyətsizlik göstərməsini, 2015-2016-cı illərdə cavabdehin idarə heyətinin sədri tərəfindən ASC-yə məxsus paylı mülkiyyətdə olan və külli miqdarda dəyəri olan avadanlıqların, o cümlədən 18 dərəcəli saxlanc yerlik soyuducu yük avtomobilini, 2 ədəd 6 kilovatlıq soyuducu kompressoru, 1 ədəd “Kamaz” markalı yük avtomobilini, 1 ədəd “Zil” markalı yük avtomobilini, 1 ədəd “Moskviç” markalı avtomobili, 1 ədəd çalovlu traktoru, 14 nömrəli sexin dəmir torunu, inkubator avadanlığının hissələrini, 10 yük avtomobilindən çox dəmir metal parçaları və xeyli sayda digər maşın-mexanizmləri sataraq pulunu talamasını və iddiaçılara külli miqdarda zərər vurulmasını qeyd etsələr də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı paylarının naturada ayrılaraq onlara təhvil verilməsi barədə iddiaları əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı payların naturada ayrılaraq onlara verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-325/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-325/2021
05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver