Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-3604/2024 19.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* aktın ləğv edilməsi və əsassız hesablanmış 1649,10 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-416/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilmiş, İddiaçı qarşı Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt və həmin akt əsasında hesablanmış 1649,10 manat borcun ləğv edilməsi qət edilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-416/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə müraciət edərək, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-416/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1454/2024 saylı qərardadına əsasən, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-416/2024 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:45-ə təyin edilmişdir. Lakin tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iclasa gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №2-2(121)-3604/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-3604/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver