Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-63/2020 17.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə, Salyan X5ı İdarəsinə və Salyan RQİİ Şirvan MKQS-yə qarşı xx.xx.2018-ci il tarixli aktın və xx.xx.2018-ci tarixli qərarın ləğv edilməsi, akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalatat Birliyinə, Salyan X5ı İdarəsinə və Salyan RQİİ Şirvan MKQS-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə “Azəriqaz” İBnin əməkdaşları ona məxsus Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və onun adına tərtib edilmiş ******* saylı aktda göstərilir, “abonentin qeyri-qanuni ev sayğacından həyətdəki istixanaya istifadə edilir”. xx xxxxxx 2018-ci il tarixdə Komissiya tərəfindən qəbul edilmiş qərarda sayğacda olan qüsurun “sərfiyyata uyğun olmaması” göstərilmiş və Komissiyanın qərarına əsasən **********03720 abonent kodlu sayğacdan qanunsuz istifadə etməyi və buna əsasən cərimə hesablanması qərara alınmışdır. Ümumilikdə, akt tərtib olunarkən 2 hal şahidinin iştirakının təmin olunub-olunmaması, hesabat dövrünün 49 günü əhatə edib-etməməsi, pozuntunu aktı tərtib etmiş şəxslərdən başqa görənin olub-olmaması və pozuntu və bu barədə tərtib olunmuş aktın ona təqdim olunmamasını əsassız və qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ona 2018-ci ildə Qaz idarəsinin işçiləri tərəfindən akt tərtib edilmişdir. Səbəb olaraq göstərilir ki, guya o evə quraşdırılmış sayğacdan qanunsuz olaraq istixana üçün istifadə edir. Aktın tərtib olunmasından onun bir müddət sonra xəbəri olmuş və akt tərtib olunarkən heç bir çəkiliş olmamışdır. Həmçinin, o dizel yanacağından istifadə etmiş və bunun üçün 25 m3 və ya 40 m3 sayğac lazımdır ki, işə düşsün. Lakin qaz idarəsinin əməkdaşları əsassız olaraq qeyd edirlər ki, o istixanaya qaz paylanması üçün 4 m3 sayğacdan istifadə etmişdir. Bildirir ki, 4 m3 sayğacdan 7-8 m3 qaz buraxılır ki, bu sayğacın istixana üçün yararlı olması qeyri-mümkündür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalatat Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxxxx 2018-ci il tarixdə Qaz İdarəsinin əməkdaşları tərəfindən iddiaçının həyətində istixana olması ilə bağlı qazdan qanunsuz istifadəyə şübhələr olduğu üçün sayğaca baxış keçirilmişdir. Baxış zamanı mənzilə quraşdırılmış qaz sayğacından istixana üçün də istifadə olunduğu müəyyən olunmuş və bununla əlaqədar akt tərtib edilmişdir. Həmin akta əsasən qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 36,6 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 6 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 31 gün, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 49 gün qəbul edilməklə ümumilikdə, 38.372 m3 qaz sərfiyyatı işlənmiş və 10 qəpikdən hesablanaraq 3.837,20 manat borc məbləği abonentin hesabına işlənmişdir. Həmçinin qeyd etdi ki, Şirvan Şəhər Məhkəməsində iş iddia icraatında olan zaman işə fotoşəkillər əlavə olunmuşdur. Həmin fotoşəkillər kənardan çəkilmiş və istixananın olması ilə bağlıdır. Həmin məhkəmə iclasında şahid qismində dindirilən Salyan RQİİ-nin nəzarət şöbəsinin müdiri Ramin Mirələmov bildirdi ki, onlara sayğaca baxış keçirilməsinə şərait yaradılmadı. Həmçinin, abonentin qaz sərfiyyatı ilə bağlı ziddiyətlər var. Belə ki, abonentin 2018-ci ilin oktyabr ayında qaz sərfiyyat göstəricisi 978 m3, noyabr ayında isə 2607 m3 olduğu müəyyən olunur ki, qeyd olunan göstəricilərlə həmin qazın ev şəraitində istifadə olunması şübhə doğurur. İddiaçı istixananın qazlaşdırılması ilə bağlı müraciət etmiş və texniki şərt almışdır. Bununla bağlı layihələndirmə işləri aparılsa da yarım mərhələdə saxlanılmışdır. Aktda qeyd olunan qazan layihəyə uyğun seçilmişdir. Qazanın 2 funksiyası var. Həm dizel, həm qazla işləyən farsunkalar var. Eyni farsunkalar həm dizel, həm də qazdan istifadə edə bilməz. Ümumiyyətlə, dizeldən istifadə hər-hansı səbəbdən qazın verilməsi ilə bağlı problem yaranarsa alternativ vasitə kimi istifadə etmək üçün nəzərdə tutulmuşdur. Həmçinin bildirdi ki, abonentin qış aylarında qazdan istifadə sərfiyyatı ev şəraitinə uyğun gəlmir və həmin sayğacdan istixana üçün istifadə olunması öz təsdiqini tapır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Salyan X5ı İdarəsinin və Salyan RQİİ Şirvan MKQS-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, SAX-109 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı “Azəriqaz” İstehsalat Birliyi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin etməyi, istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. Həmçinin həmin müqavilənin surətindən görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində istifadə olunan 1 ədəd su qızdırıcısı üçün G-6T markalı, 28098326 nömrəli sayğac xx.xx.2017-ci il tarixdə quraşdırılmışdır. İş materiallarında olan “Azəriqaz” İstehsalatat Birliyinin xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktından görünür ki, Salyan RQİİ Şirvan MKQS-nin nümayəndələri tərəfindən İddiaçı qeyri-qanuni ev sayğacından həyətdəki istixanada istifadə etdiyi aşkar olunmuşdur. İş materillarında olan xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, Salyan RQİİ Şirvan MKQS tərəfindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcminin 38372 m3 müəyyən edilərək hesablanmış borc məbləğinin ödənilməsi və qaz işlədicilərinin gücünü sayğacın sərfiyyatına uyğunlaşdırılması qərara alınmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2018-ci ilin dekabr ayı üçün akt üzrə 3.837,20 manat borc hesablanmışdır. Şirvan Şəhər Məhkəməsində şahid qismində dindirilmiş “Azəriqaz” X2 RQİİ-nin İSQN-nin şöbəsinin rəisi vəzifəsində işləyən Mirələmov Ramin Adıgözəl oğlu ifadəsində göstərmişdir ki, İddiaçı məxsus olan evdə sayğaca baxış keçirilməsi məqsədilə komissiya üzvləri ilə ünvana gəlmişlər, əraziyə yalnız təxminən 40 dəqiqədən sonra buraxılmışlar, sayğaca daxil olan və çıxan borulara baxış keçirilən zaman, sayğacdan çıxan qaz borusuna rezin şlank birləşməsi izləri və rezin borunun istixanalara tərəf yönəldiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə müəyyən etdi ki, İddiaçı məxsus sayğaca baxış keçirilmiş və baxışın nəticəsi olaraq xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Aktda abonent tərəfindən qeyriqanuni ev sayğacından həyətdəki istixanada istifadə edildiyi qeyd olunmuş, daha sonra ona 3.837,20 manat borc hesablanmışdır. İddiaçı həmin akt və hesablanmış borcla razılaşmır. Fərdi yaşayış evinə quraşdırılmış sayğacdan istixanada istifadə edilmədiyini, istixananın fəaliyyət göstərməsi üçün dizel yanacağından istifadə etdiyini bildirmiş və bununla bağlı sübut qismində məhkəməyə fotoşəkillər təqdim etmişdir. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən qeyri-qanuni olaraq, fərdi yaşayış evinə quraşdırılmış sayğacdan həyətdəki istixanada istifadə edildiyini bildirmiş və bununla bağlı məhkəməyə fotoşəkillər təqdim etmişdir. Həmçinin şahid qismində dindirilən Salyan RQİİ-nin nəzarət şöbəsinin müdiri Ramin Mirələmov ifadəsində sayğaca daxil olan və çıxan borulara baxış keçirilən zaman sayğacdan çıxan qaz borusuna rezin şlank birləşməsi izlərinin və rezin borunun istixanalara tərəf yönəldiyinin müəyyən olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan başqa iddiaçı tərəfindən fərdi yaşayış evinə quraşdırılmış sayğacdan istixana üçün istifadə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmin akt birtərəfli qaydada cavabdehin nümayəndələri tərəfindən tərtib olunduğundan, iddiaçının iştirakı təmin edilmədiyindən, aktın bir nüsxəsi iddiaçıya təqdim edilmədiyindən və ən əsası həmin aktda qeyd olunanlar işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Digər tərəfdən cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca daxil olan və çıxan qaz borusuna rezin şlank birləşməsi izlərinin mövcud olması və rezin borunun istixanalara tərəf yönəldiyi müəyyən olunmur. Cavabdeh tərəfindən aktda qeyd edilənləri və şahid ifadəsinin doğruluğunu təsdiq etmək üçün 7 ədəd fotoşəkil təqdim edilməsinə baxmayaraq, həmin fotoşəkillərin heç birində cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapmır və bu baxımdan, məhkəmə nə qeyd olunan fotoşəkilləri, nə də ki, şahid qismində dindirilmiş və mübahisələndirilən aktı tərtib etmiş şəxslərdən biri olan Mirələmov Ramin Adıgözəl oğlunun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, şahidin ifadəsində qeyd olunanlar iş materialları ilə öz təsdiqini tapmır. Bunun əksinə, iddiaçı tərəfindən təqdim olunan fotoşəkillərdə isə, məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca hər-hansı əlavə rezin şlanqın birləşmədiyi müəyyən olunur. Digər tərəfdən, həmin fotoşəkillərdən iddiaçının istixanasını isitmək məqsədilə həm qaz həm də dizel (salyarka) ilə işləyən avadanlığın quraşdırıldığı müəyyən olunur ki, iddiaçı da məhz istixananın məhz dizel yanacağından istifadə etməklə istifadə olunduğunu bildirir. Cavabdeh isə bunun əksini sübut edə bilmir. Hazırki iddia tələbi xx.xx.2018-ci il tarixli aktın və xx.xx.2018-ci tarixli qərarın ləğv edilməsi, akt əsasında hesablanmış borcun silinməsindən ibarətdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qanunsuz və əsassız olduğundan xx.xx.2018-ci il tarixli ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 3.837,20 manat borc silinməlidir. Məhkəmə hesab edir ki, hazırki iddiaya cavab verməli olan şəxs “Azəriqaz” İstehsalatat Birliyidir. “Azəriqaz” X1 X5 İdarəsi və Salyan RQİİ Şirvan MKQS hazırki iddiaya cavab verməli olan şəxs olmadığından, onlara qarşı olan tələb təmin edilə bilməz. Digər tərəfdən, məhkəmə hesab edir ki, xx.xx.2018-ci tarixli qərarın ləğv edilməsi tələbi də təmin edilməməlidir. Belə ki, belə bir qərar mövcud deyildir. İş materiallarında xx.xx.2018-ci tarixli “itirilmiş qazın bərpasına dair tələblər” adlı sənəd vardır ki, həmin sənəd özlüyündə hər-hansı hüquq və vəzifə yaratmadığından və iddia ərizəsində qeyd olunduğu kimi, “qərar” olmadığından, bu hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalatat Birliyinə, “Azəriqaz” X1 X5 İdarəsinə və Salyan RQİİ Şirvan MKQSyə qarşı iddia tələbi qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalatat Birliyi (Salyan RQİİ) tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 3.837,20 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalatat Birliyi (Salyan RQİİ) tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 3.837,20 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəapellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-63/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-63/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver