Məhkəmə qərarları › İş №2-2(121)-92/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-92/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-92/2021 14.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh, həmçinin digər iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası və iddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə yaranmış 1.727,60 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq, iddiaçı “İddiaçı” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh təbii qazdan istifadəyə görə 01.07.2019-cu il tarixə 1.727,60 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına əsas qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. “İddiaçı” X1 RQİİ-si tərəfindən 1.727,60 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq, o, borcunu ödəməmiş, Salyan RQİİ ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq, məhkəməyədək həll olunması məqsədilə tərəflərindən 02.07.2019-cu il tarixli, 01İR/13-2694 saylı xəbərdarlıq məktubu ilə müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Salyan Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli, 2(057)-1176/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Cavabdeh 1.727,60 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulub “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. Həmin Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Həmçinin iddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, “İddiaçı” İstehsalat Birliyinin 21.01.2019-cu il tarixli, ******* saylı aktı əsasında hesablanmış 1.727,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu, Qaraçala kəndində həyətində istixana quraşdırmışdır və tərəvəz yetişdirilməsi ilə məşğul olur. İstixanada qaz sayğacı ilə **********00074 kodu ilə, Elster G-6 tipli sayğacla qazdan istifadə edir. İstifadə etdiyi qazın dəyərini tam olaraq ödəmişdir, borcunun olub olmadığını mütəmadi olaraq internetdən öyrənir. Cavabdehin işçiləri istixana mövsümü başladıqda, müraciəti əsasında 06.11.2018-ci ildə istixananın qaz təsərrüfatına baxış keçirdilər və heç bir kənarlaşma olmadığı üçün yeni sayğac qurmaqla istixanaya qaz verdilər. Qaz idarəsinin işçiləri mütəmadi olaraq, günün istənilən vaxtı və gecə saatlarında istixanaya baxış keçiriblər və istixanada sayğacla qazdan istifadə etdiyini, heç bir nöqsan olmadığını görmüşlər. Sonradan xəbər tutmuşdur ki, xəbəri olmayan vaxt yazılan cərimənin dəyərini ödəmək üçün ona qarşı iddia qaldırmışlar. Cavabdehin nümayəndələri istixananın yerləşdiyi əraziyə gəlib istixanada olan qaz işlədicilərinə və sayğaca baxış keçirmələrindən xəbəri olmamışdır. Sonra isə akt yazmışlar. Onun aktın yazılmasından da məlumatı olmamışdır. Akta imza etməmişdir və akt ona təqdim edilməmişdir, məhkəmə prosesi zamanı əldə etdikdən sonra iddia qaldırmaq üçün əldə etmiş, sonra həmin akta görə, 1.727,60 manat cərimə hesablamaları ona məlum olunmuşdur. Həmin akt və akta görə hesablanmış cərimə tamamilə qanunsuzdur. Qaz sayğacı onun həyətində deyil, küçədə quraşdırılmış, heç bir örtük ilə təmin edilməmişdir. Cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı vardır. O, 2018-ci ildə istixanada qazdan istifadə etmişdir. Əgər istixananın layihəsində, cihazlarında hər hansı qanunsuzluq var idisə qazın verilməsinə icazə verilməzdi. Bundan başqa o, 2019-cu il ərzində sayğacla nə dəyərində qaz işlətmişdirsə, hamısının ödənişini etmişdir. Onun sayğacı düz işləməsəydi, o qədər qaz pulu yaza bilməzdi. Qeyd olunanlar cavabdehin 21.01.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın və həmin akt əsasında hesablanmış cərimənin qanunsuz olduğunu birbaşa sübut edir. O, aktın və cərimənin ləğv edilməsi üçün cavabdehlə danışıqlar aparsa da heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcbriyyətində qalmışdır. Salyan Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(057)-67/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh “İddiaçı” X1 RQİİ-nin 21.01.2019-cu il tarixli, ******* saylı aktı əsasında hesablanmış 1.727,60 manat məbləğində cərimənin silinməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh “İddiaçı” İstehsalat Birliyi tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2(106)-300/2020-ci il tarixli Qərardadı ilə yuxarıda qeyd olunan işlərin bir icraatda birləşdirilməsi qərara alınmış, daha sonra məhkəmənin eyni tarixli və nömrəli digər Qərardadı ilə Salyan Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli, 2(057)-1176/2019 saylı və 13.02.2020-ci il tarixli, 2(057)-67/2020 saylı qətnamələrinin ləğv edilməsi, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin digər iddia ərizəsi üzrə iddiaçı Cavabdeh öz iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun iddiasının təmin edilməsi, iddiaçı, həmçinin digər iddia ərizəsi üzrə cavabdeh “İddiaçı” İstehsalat Birliyinin isə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, həmçinin digər iddia ərizəsi üzrə cavabdeh “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı, həmçinin digər iddia ərizəsi üzrə cavabdeh “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdeh, həmçinin digər iddia ərizəsi üzrə iddiaçı Cavabdeh dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, iddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 noyabr 2018-ci il tarixli, ASX-Şirvan/032 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı “İddiaçı” İstehsalat Birliyi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh məxsus qeyri-yaşayış obyektini qazla təmin etməyi, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı “İddiaçı” İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləyə əsasən, iddiaçıya məxsus sahədə 1 ədəd su qızdırıcıdan və 2 ədəd dəmir sobadan istifadə edilməsi barədə tərəflər razılığa gəlmiş, iddiaçı üçün 06.11.2018-ci il tarixdə G-6 markalı, 28261412 nömrəli, üzərindəki plombun nömrəsi 05518938 olan sayğac quraşdırılmışdır. İş materiallarında olan “İddiaçı” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 21.01.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, “İddiaçı” İstehsalat Birliyinin nümayəndələri tərəfindən Cavabdeh məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, sayğac xronometraj olunduqdan sonra cihazın saatlıq qaz sərfiyyatının 18 m3/saat olduğu müəyyən olunaraq, dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 28.02.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən 21.01.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcmi 8.640 m3 müəyyən edilərək, hesablanmış borc məbləğinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh 2019cu ilin fevral ayı üzrə akta əsasən 1.728 manat borc hesablanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 16.10.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, sayğac xəttə quraşdırılmış, kipliyi yoxlanılmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.11.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğac növbəti dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh ünvanlanmış 02.07.2019-cu il tarixli, 01İR/13-2694 saylı məktubda 01.06.2019-cu il tarixə olan 1.727,60 manat borcun 5 gün müddətində ödənilməsi Cavabdeh tələb olunmuş, əks təqdirdə ona məxsus istixananın qaz təchizatının dayandırılacağı, müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və yaranmış borcdan əlavə məhkəmə xərclərinin tələb ediləcəyi barədə o, məlumatlandırılmışdır. İş materiallarında olan iddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə elektron qaydada ünvanlanan 13.06.2021-ci il tarixli ərizədə (mülahizədə) qeyd edilmişdir ki, silinməsi iddia edilən borc əsassız hesablanmışdır. Borc “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli Qanunun tələblərinə riayət edilmədən yazılmışdır, debitor borcun yaranmasına sübut kimi iş üzrə hər hansı bir halın təsdiqi və ya təkzibi təqdim edilməmişdir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İddia ərizəsində göstərilən məbləğin borc olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir və borcun yaranması əsası sübut edilməmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur, istixana işlədir. Cavabdeh istifadəsində olan istixanada təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktlarda abonentə məxsus istixanaya quraşdırılmış sayğac xronometraj olunduqdan sonra, cihazların sayğacın sərfiyyatına uyğun olmadığı aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində 21.01.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və nəticədə ona 1.728 manat borc hesablanmışdır. Cavabdeh hesablanmış borcla razılaşmır. Aktın qanunsuz olduğunu, borcun isə silinməli olduğunu bildirir. “İddiaçı” İstehsalat Birliyi isə akt əsasında yazılmış 1.728 manat borcdan qalan 1.727,60 manat borcun Cavabdeh tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə aşağıda qeyd olunanlara əsasən, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiasının əsassız hesab etdiyindən onun təmin edilməməsi, iddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiasının isə əsaslı hesab etdiyindən onun təmin edilməli olması qənaətinə gəlir: Əvvəla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.01.2019-cu il tarixli, ******* saylı akt “İddiaçı” İstehsalat Birliyinin nümayəndələri tərəfindən imzalanmış və onların iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni yalnız “İddiaçı” İstehsalat Birliyinin) iradə ifadəsi yetərli deyildir. Digər tərəfdən, iş materillarından görünüdüyü kimi, tərəflər arasında qazın alqısatqısı barədə müqavilə 07 noyabr 2018-ci il tarixdə bağlanılmış və müqaviləyə əsasən, Cavabdeh məxsus sahədə 1 ədəd su qızdırıcıdan və 2 ədəd dəmir sobadan istifadə edilməsi barədə tərəflər razılığa gəlmiş, iddiaçı üçün 06.11.2018-ci il tarixdə G-6 markalı, 28261412 nömrəli, üzərindəki plombun nömrəsi 05518938 olan sayğac quraşdırılmışdır. Bundan qısa müddət sonra, yəni 21.01.2019-cu il tarixdə Cavabdeh barəsində ******* saylı akt tərtib olunmuş, sayğac xronometraj olunmuş və cihazın saatlıq qaz sərfiyyatının 18 m3/saat olduğu müəyyən olunaraq, nəticədə qeyd olunan akt üzrə iddiaçıya 1.728 manat (8.640 m3) borc hesablanmışdır. Lakin qeyd olunan aktdan göründüyü kimi, Cavabdeh müqavilə üzrə nəzərdə tutulan sayğac və avadanlıqlardan istifadə etmiş, sayğaca müdaxilə, sayğacdankənar əlavə xəttdən istifadə olunması və hər-hansı digər neqativ halların aşkar edilməsi müəyyən edilməmişdir. Belə olan halda isə, “İddiaçı” İstehsalat Birliyinin quraşdırılmasına razılıq verdiyi, Cavabdeh tərəfindən isifadə ediləcək avadanlıqlara uyğun hesab edilərək, quraşdırdığı və saz vəziyyətdə olan sayğacın saatlıq qaz sərfinin düzgün qeyd etməməsində Cavabdeh deyil, “İddiaçı” İstehsalat Birliyi məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hətta həqiqətən də, Cavabdeh məxsus sayğacın saatlıq qaz sərfinin düzgün qeyd etməməsi halı mövcud idisə, zərərin qarşısının alınması məqsədilə “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh üçün quraşdırılmış sayğac qısa zaman ərzində digər bir sayğacla, yəni ona məxsus avadanlıqların istifadə edilməsi üçün məqsədəmüvafiq hesab edilən sayğacla əvəz edilməli idi ki, belə bir halın baş verməsi iş materialları ilə müəyyən olunmur (sayğac yalnız 27.11.2020-ci il tarixli akta əsasən dövlət yoxlamasına göndərilmişdir). Göründüyü kimi, “İddiaçı” İstehsalat Birliyi əvvəlcə Cavabdeh ilə müqavilə bağlayır, istifadə ediləcəyi avadanlıqlar razılaşdırılır, onun üçün G-6T markalı, 28025958 nömrəli, üzərindəki plombun nömrəsi 05502455 olan sayğac quraşdırılır, qısa müddət sonra isə Cavabdeh barəsində, onun iştirakı olmadan akt tərtib edir, cihazların sayğacın sərfiyyatına uyğun olmadığını müəyyən edərək ona borc hesablayır, lakin sayğacı başqa yararlı sayğacla əvəz etmir ki, məhkəmə bu qaydada borcun hesablanmasını əsassız və qanunvericiliyin tələblərinə zidd hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, qeyd olunan borcun hesablanmasına əsas olan hallarla bağlı Cavabdeh hər-hansı təqsiri müəyyən olunmadığından, ona yuxarıda sözügedən akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur – istixana işlədir. Bu, “İddiaçı” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi “İddiaçı” İstehsalat Birliyi tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə Cavabdeh barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə yuxarıda qeyd olunan əsaslara görə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, “İddiaçı” İstehsalat Birliyinin 21.01.2019-cu il tarixli, ******* saylı aktı qanunsuz olaraq tərtib edildiyindən, həmin akta əsasən Cavabdeh (abunə kodu **********00074) hesablanmış 1.727,60 manat (akta əsasən 1.728 manat borcun hesablanmasına baxmayaraq, Cavabdeh daha az, yəni 1.727,60 manat borcun silinməsini tələb edir) borc silinməli və eyni əsaslarla da, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* saylı akt əsasında Cavabdeh (abunə kodu **********00074) hesablanmış 1.727,60 (bir min yeddi yüz iyirmi yeddi manat, altmış qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar