Məhkəmə qərarları › İş №2-2(123)-1/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-1/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-1/2020 19.05.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, Şirəliyeva Nərmin Zöhrab qızının məhkəmə iclas katibliyi, cavabdeh təşkilatın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Naxçıvan MR Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinə qarşı subroqasiya qaydasında “xxxx” ASC-nin xeyrinə ümumilikdə 4,553,72 (dörd min beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində avtonəqliyyat vasitələrinin təmiri üçün ödənilmiş zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və 453,10 (dörd yüz əlli üç manat on qəpik) manat çəkilmiş əlavə xərclərin tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızı xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyindən subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə ümumilikdə 4553,72 (dörd min beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızı iddia ərizəsində xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyi tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** BC *** dövlət qeydiyyat nişanlı Nazlifan LF 7162E markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası" növü üzrə sığortalanmış ** PN *** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtonəqliyyat vasitəsinə zərər vurulduğunu, baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən 1176,00 (min yüz yetmiş altı) manat məbləğində sığorta ödənişi həyata keçirildiyini, həmin yolnəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş KYP 669947 saylı inzibati xəta haqqında protokolla ** BC *** dövlət qeydiyyat nişanlı Nazlifan LF 7162E markalı avtonəqliyyat vasitəsinin sürücüsü X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilərək 60 (altmış) manat məbləğində cərimə olunduğunu, “xxxx” MMC tərəfindən verilmiş zərər aktı ilə ** PN *** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarının 1176,00 (min yüz yetmiş altı) manat müəyyən edildiyini, xx xxxx 2017-ci il tarixli ödəniş tapşırığına əsasən 1176,00 (min yüz yetmiş altı) manatın zərərçəkən avtonəqliyyat vasitəsinin təmir olunması üçün köçürüldüyünü, xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyi tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** BS *** dövlət qeydiyyat nişanlı Vaz 212100 markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PC *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə zərər vurulduğunu, həmin hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən 417,72 (dörd yüz on yeddi manat yetmiş iki qəpik) manat məbləğində sığorta ödənişinin həyata keçirildiyini, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş TYP 134437 saylı inzibati xəta haqqında qərarla ** BS *** dövlət qeydiyyat nişanlı Vaz 212100 markalı avtonəqliyyat vasitəsinin sürücüsü X4 həmin yol-nəqliyyat hadisəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilərək 40 (qırx) manat məbləğində cərimə olunduğunu, “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli zərər aktı ilə ** PC *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze avtomaşının təmiri üçün dəymiş ziyanının ümumi miqdarının 804,00 (səkkiz yüz dörd) manat müəyyən edildiyini, xx xxxxxx 2017-ci il tarixli ödəniş tapşırığına əsasən zərər şərtsiz azadolma çıxılmaqla “xxxx” ASC tərəfindən 417,72 (dörd yüz on yeddi manat yetmiş iki qəpik) manat məbləğində sığorta ödənişi zərərçəkən avtonəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürüldüyünü, xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Naxçıvan MR Baş Sığorta Agentliyi” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** BC *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JZ *** dövlət qeydiyyat nişanlı Daewoo Damas markalı avtonəqliyyat vasitəsinə zərər vurulduğunu, baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən 2960,00 (iki min doqquz yüz altmış) manat məbləğində sığorta ödənişinin həyata keçirildiyini, yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolla ** BC *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinin sürücüsü X1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilərək 40 (qırx) manat məbləğində cərimə olunduğunu, “Sultan” Avto Servis tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” aktla ** JZ *** dövlət qeydiyyat nişanlı Daewoo Damas markalı avtomaşının təmiri üçün dəymiş ziyanın ümumi miqdarının 3932,00 (üç min doqquz yüz otuz iki) manat müəyyən edildiyini, xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığına əsasən “xxxx” ASC tərəfindən azadolma və qalıq məbləği çıxılmaqla zərər çəkmiş avtonəqliyyat vasitəsinin sahibinin təqdim etdiyi bank hesabına 2960,00 (iki min doqquz yüz altmış) manat məbləğində sığorta ödənişinin köçürüldüyünü, törədilmiş yol nəqliyyat hadisələri nəticəsində “xxxx” ASC tərəfindən zərərçəkənlərə ödənilmiş ümumilikdə 4553,72 (dörd min beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində vəsaitin subroqasiya qaydasında avtonəqliyyat vasitələrinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyindən tutulmalı olduğunu qeyd edərək, cavabdeh Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyindən subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə ümumilikdə 4.553,72 (dörd min beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızı xx xxxxxx 2019-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək cavabdeh Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinə qarşı subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə ümumilikdə 4.553,72 (dörd min beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğinin tutulması barədə iddia qaldırdığını, həmin iddia tələbinin artırılaraq cavabdeh Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyindən subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə ümumilikdə 4.553,72 (dörd min beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində avtonəqliyyat vasitələrinin təmiri üçün ödənilmiş zərər məbləğinin, 30.00 (otuz) manat məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və 453,10 (dörd yüz əlli üç manat on qəpik) manat çəkilmiş əlavə xərclərin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(123)-01/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə təmin edilərək, iddia tələbinə iddiaçı “xxxx” ASC-nin cavabdeh Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyindən subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə ümumilikdə 4.553,72 (dörd min beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində avtonəqliyyat vasitələrinin təmiri üçün ödənilmiş zərər məbləğinin, 30 (otuz) manat məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və 453,10 (dörd yüz əlli üç manat on qəpik) manat çəkilmiş əlavə xərclərin tutulması çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası X7 xx xxxxx 2020-ci il tarixli “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanına uyğun olaraq Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti yaradılmışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(123)-01/2020 nömrəli qərardadı ilə həmin Fərmana uyğun olaraq iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyi” “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızı məhkəməyə xx xxx 2020-ci il tarixdə ərizə göndərərək cavabdehlə aralarında olan razılaşma əsasında tələb olunan məbləğin tam olaraq “xxxx” ASC-nin bank hesabına ödənildiyini, hazırda 2-2(123)-01/2020 nömrəli iş üzrə hər hansı tələb və iddialarının olmadığını, iddia ərizəsindən imtinanın əsas götürülərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiadan imtina ilə əlaqədar iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızının xx xxx 2020-ci il tarixli ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə iddiadan imtinanın qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi tərəfindən verilmiş iddiadan imtina barədə ərizə əsaslı olduğundan təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 114.1 və 114.1.4-cü maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı “xxxx” ASC tərəfindən xx xxxx 2019-cu il tarixli, TT**********05030 nömrəli qəbzlə "Kapital Bank"ın 28 may filialı vasitəsilə ödənilmiş (alan bank Naxçıvan MR Baş İdarəsi, kod 200015) 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı “xxxx” ASC-nin cavabdeh Naxçıvan MR Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinə qarşı subroqasiya qaydasında “xxxx” ASC-nin xeyrinə ümumilikdə 4,553,72 (dörd min beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində avtonəqliyyat vasitələrinin təmiri üçün ödənilmiş zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və 453,10 (dörd yüz əlli üç manat on qəpik) manat çəkilmiş əlavə xərclərin tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. "Kapital Bank"ın 28 may filialı vasitəsilə xx xxxx 2019-cu il tarixdə, TT**********05030 nömrəli qəbzlə, ******************** nömrəli hesaba ödənilmiş (alan bank Naxçıvan MR Baş İdarəsi, kod 200015) 30 (оtuz) manat məbləğində dövlət rüsumu iddiaçı xxxx” ASC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: imza Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar