Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-40/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı X1 cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin kənara çəkilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 (VÖEN 4400039652) cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin kənara çəkilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı X1 (VÖEN 4400039652) ## ###### 2024-cü ildə cavabdeh Qəbələ Rayon Elektrik Şəbəkəsinə qarşı “elektrik xəttinin kənara çəkilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Qəbələ rayonu Zarağan kəndində, Qəbələ-Şəki yolayrıcında yerləşən 1,23495 ha torpaq sahəsində yerləşən ona məxsus qeyri-yaşayış obyektlərinin ərazisindən 10 m. məsafədən yaxın keçən, 10 kV-luq elektrik xəttinin götürülərək 10 m. məsafədən kənara çəkilməsi üçün cavabdeh X6 Şəbəkəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkardır və onun Qəbələ rayonu Zarağan kəndində, Qəbələ-Şəki yol ayrıcında xüsusi mülkiyyətində 1,23495 ha torpaq sahəsi vardır. Onun bunu təsdiq edən ##.##.2006-cı il tarixdə, 190600060 nömrə ilə qeydə alınmış, seriya RA, № ******* Çıxarışı da vardır. Həmin torpaq sahəsində o, 1995-1996-сı illərdə avtomobillərə servis xidməti göstərmək üçün 17 ədəd bir otaqlı sexlər (bokslar) tikmişdir. Bunlardan əlavə həmin ərazidə o, şadlıq sarayı, ticarət mərkəzi və digər xidmət sahələri kimi qeyri-yaşayış binaları tikmişdir. Həmin obyektlərdən 611,1 m. qeyri-yaşayış binası üçün də mülkiyyətə dair eyni tarixli Çıxarışı vardır. 2013-2014-cü illərdə X3 tikintisinə başlanmış və bu tikintiylə əlaqədar Hava Limanına birtərəfli hərəkət zolaqlı yol çəkilmişdi. Həmin yolun çəkilişindən əvvəl yol köhnə ikitərəfli yol olmuşdu. Həmin yolun kənarı ilə Qəbələ Elektrik Şəbəkəsinin balansında olan 10 KV-luq “Aydınqışlaq hava xətti” keçirdi. O, səhhəti ilə əlaqədar olaraq müalicədə olarkən, X6suz olaraq həmin 10 kV-luq hava xəttini onun mülkiyyətində olan qeyri-yaşayış binalarının üstü ilə çəkərək, onun qonşuluğunda olan Babayev Ilqar adlı şəxsə məxsus “Makro Market” adlanan obyektə işıq çəkmişdir. O, uzun müddət şifahi və yazılı formada Qəbələ Elektrik Şəbəkəsinin rəhbərliyinə müraciət edərək, 10 kV-luq elektrik xəttinin obyektindən və torpaq sahəsindən 10 m. aralı keçməli olduğundan, həmin 10 kVluq xəttinin onun obyektlərindən kənara çıxarılmasını xahiş etmişlər. Lakin Şəbəkə rəhbərliyi bu məsələni həll etməmişdir. Nəticədə isə, həmin xətt onun obyektlərində işləyən insanlar üçün ciddi təhlükə yaradır. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 2-ci bölməsinin 2.2-ci bəndində göstərilir ki, elektrik şəbəkəsinin mühafizə zolağının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.2. gərginliyi 1-20 kV-luq hava elektrik xətləri verilişi üçün 10 metr məsafə nəzərdə tutulur. Onun mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə 10 kV-luq elektrik xətti arasında məsafə 3 m-dir. Ona görə də bu xətt obyekt üçün və insanlar üçün təhlükə yaradır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etmiş olsa da, bu günə qədər həmin xətlər onun təsərrüfat sahəsindən çıxarılmamışdır. Ona görə də hesab edir ki, bu məsələ məhkəmə qaydasında həll olunmalıdır və cavabdehin üzərinə həmin xəttin məcburi qaydada ərazidən götürülməsi öhdəliyinin qoyulması barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Iş materiallarından görünür ki, iddiaçı X1 “elektrik xəttinin kənara çəkilməsi” tələbi barədə hazırkı iddia ərizəsinə Qəbələ Rayon Məhkəməsində baxılarkən iddiaçı ##.##.2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edib, cavabdeh Qəbələ Rayon Elektrik Şəbəkəsinin əsl cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmiş və buna görə də, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən cavabdeh Qəbələ Rayon Elektrik Şəbəkəsi cavabdeh qismində Cavabdeh ASC ilə əvəz edilmiş və qeyd edilən iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən ərazi aidiyyəti ilə bağlı məsələ mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən hazırkı iddia baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra isə Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadına əsasən hazırkı iş üzrə iddiaçı X1 VÖEN hesabının olması, mübahisə predmetinin qeyri-yaşayış sahələri ilə bağlı olması və tərəflərin sahibkarlıqla bağlı münasibətlərdə çıxış etmə mümkünlüyü nəzərə alınaraq, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
2. Birinci instansiya məhkəməsində (Şəki Kommersiya Məhkəməsində) icraat
Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı əsasında iddiaçı X1 (VÖEN 4400039652) cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin kənara çəkilməsi” tələbi barədə iddia ərizəsinə dair iş materialları Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra, həmin məhkəmənin ## #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadına əsasən iş üzrə Şəki Kommersiya Məhkəməsində məhkəmə araşdırması aparılmış və mübahisəyə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsində iş üzrə aparılan məhkəmə icraatında cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ## ######## 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə qarşı yazılı Etirazla məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı X1 (VÖEN 4400039652) cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin kənara çəkilməsi” barədə iddia tələbinin təmin olunmamasını xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X1 cavabdeh Cavabdeh ASC-yə qarşı "mülkiyyətində olan 1,23495 ha torpaq sahəsində yerləşən 10 kV-luq elektrik xəttinin götürülərək 10 metr məsafədən kənara çəkilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsindən keçən xətt yüksək gərginlikli HEVX 35/10 kV-luq Zarağan Y/st-dan çıxan 10 kV-luq Aydınqışlaq h/x-nin naqilləridir və həmin xətt 1983-cü ildə tikilərək istismara verilmişdir. 2020-ci ildə xəttin qida mənbəyi 110/35/10 kV-luq Qəbələ Y/st-dan 35/10 kV-luq Zarağan Y/st-na köçürülmüşdür. Qida mənbəyi dəyişdirilən zaman xətt trassa uzunluğu 4 km olan 110/35/10 kV-luq Qəbələ Y/st-dan çıxan 10 kV-luq Zarağan və trassa uzunluğu 18,8 km olan 35/10 kV-luq Zarağan Y/st-dan çıxan 10 kV-luq Aydınqışlaq h/-nə parçalanmışdır. Aparılan işlər zamanı xəttin ümumi trassasında dəyişikliklər aparılmamışdır. 2015-ci ildə Qəbələ-Hacallı hava limanı yolunun tikintisi zamanı yol strukturunun genişləndirilməsi ilə əlaqədar olaraq (yolun genişləndirilmiş hissəsinə düşdüyündən) 10 kV-luq Aydınqışlaq h/x-nin 4 ədəd dayağı və dayaqlararası naqillər kənara çəkilən zaman Zarağan kənd sakini iddiaçı İddiaçı razılığı ilə ona məxsus qeyri-yaşayış obyektinə yaxın məsafədə quraşdırılaraq xəttin trassası dəyişdirilmişdir. Iddiaçı tərəfindən mübahisə üzrə şəxsi mənafeyinin cavabdeh Cavabdeh ASC-yə məxsus və həmin ərazidə yerləşən xeyli sayda fərdi yaşayış evlərini elektrik enerjisi ilə təchiz edən enerji verilişi xətti ilə bağlı ictimai əhəmiyyətli mənafeyindən üstünlüyü dəqiq ifadə olunmamışdır. Iddiaçı ona məxsus torpaq sahəsindən yüksək gərginlikli enerji verilişi xəttinin çıxarılmasını (nəzərə alınsa ki, həmin xəttin yerinin dəyişdirilməsi böyük maddi vəsait tələb edir) tələb etməklə, mülkiyyət hüquqlarından suiistifadəyə yol verərək, mülkiyyətindən Cavabdeh ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zəruriliyini əsaslandırmamışdır. Həmçinin qeyd olunan yüksək gərginlikli enerji verilişi xəttinin yerinin dəyişdirilməsi qeyri-mümkündür. Xəttin kənarlaşdırılması üçün həmin ərazidə müvafiq yer mövcud deyildir. "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli *** nömrəli qərarının 3.1-ci bəndinə əsasən bu tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər. Həmin qərarın 3.1.1-ci bəndinə əsasən gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verilir. Həmin qərarın 3.1.2-ci bəndinə əsasən hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılması icazə verilir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı X1 (VÖEN 4400039652) cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin kənara çəkilməsi” barədə iddia tələbi təmin edilərək, həmin Qətnamədə qət olunmuşdur ki: - “Iddia təmin edilsin. Iddiaçı İddiaçı mülkiyyətində olan və Qəbələ rayonu Zarağan kəndində, Qəbələ-Şəki yolayrıcında yerləşən 1,2349 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektlərinin ərazisindən 10 m. məsafədən yaxın keçən, 10 kV-luq elektrik xəttinin yeri dəyişdirilərək 10 m. məsafədən kənara çəkilməsi Cavabdeh ASC tərəfindən təmin edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Cavabdeh ASC-dən tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. ” Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Sübutların tədqiqi: Məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən 1924023555 nömrə ilə qeydiyyatdan keçmiş 406013064523-***** reyestr nömrəli ##.##.2024-cü il tarixli çıxarışla X1 xüsusi mülkiyyətində Qəbələ Rayonu Zarağan kəndində 1,2349 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi və üzərində 3789,20 kVadratmetr daşınmaz əmlakı mövcuddur. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mühəndistexniki ekspertizası təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən yerquruluşu planı tərtib edilmiş qeyd edilən 10 kV-luq hava xəttinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üzərindən keçdiyi müəyyən edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ##.##.2025-ci il tarixli 316-16/2—**/****/**** nömrəli məktubla ekspertizanın aparılmasından imtina etmişdir. Cavabdeh ASC tərəfindən 35/10 kV-luq Zarağan Y/st-dan çıxan 10 kV-luq Aydınqışlaq h/x-nin texniki pasportu təqdim edilmiş, qeyd edilən xəttin uzunluğunun 18,8 km olduğu və digər texniki göstəriciləri qeyd edilmişdir. Iddiaçı tərəfindən təqdim edilən fotolara məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmış, cavabdeh tərəf qeyd edilən fotoların iddiaçıya məxsus qeyri-yaşayış sahələrinə aid olmasını inkar etməmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahələri üzərindən 1-2 metr üzərindən (bəzi yerlərdə 1 metrdən də az məsafədə) qeyd edilən elektrik hava xətti, izolə edilməmiş və xətlərin üzəri açıq formada keçir. Azərbaycan Respublikası Energetika nazirliyinin X11 Agentliyinin ##.##.2023-cü il tarixli məktubunda bildirilir ki, araşdırma zamanı Qəbələ Elektrik Şəbəkəsinin balansında olan 10 kV-luq “Aydınqışlaq” hava xəttinin bir hissəsi iddiaçıya məxsus avtomobil sexlərinin üzərindən keçir və həmin hissədəki 10 kV-luq elektrik dayağı əyilmiş vəziyyətdədir. 10 kV-luq hava xətti ilə avtomobil təmiri sexinin dam örtüyü arasında şaquli məsafə təqribən 2 metrdir və həmin xəttin aşağısı ilə çəkilmiş şəbəkənin balansında olan 0,4 kV-luq hava xəttinin bir hissəsi sözügedən sexlərin dam örtüyü ilə birbaşa təmasdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın (HYPERLINK "https://eqanun.az/framework/58896" 31 HYPERLINK "https://e-qanun.az/framework/58896" yanvaHYPERLINK "https://e-qanun.az/framework/58896" r HYPERLINK "https://eqanun.az/framework/58896" 2025HYPERLINK "https://e-qanun.az/framework/58896" - HYPERLINK "https://e-qanun.az/framework/58896" ci HYPERLINK "https://eqanun.az/framework/58896" il HYPERLINK "https://e-qanun.az/framework/58896" tarixli HYPERLINK "https://e-qanun.az/framework/58896" 18 HYPERLINK "https://eqanun.az/framework/58896" nömrəli qərarla ləğv edilib) 2.4.8.8-ci bəndinə əsasən IHX və izoləedilmiş naqilləri olan HX-nın binaların və tikililərin dam örtüklərinin üzərindən keçməsinə icazə verilir (6.3-cü və 6.4-cü bəndlərdə göstərilən hallar istisna olmaqla), bu halda onlardan naqillərə kimi şaquli istiqamətdə məsafə 2,5 m-dən az olmamalıdır. Həmin Qaydanın 2.5.14.6-cı bəndinə əsasən Binaların və tikililərin üstündən, bir qayda olaraq, HX-nın keçməsinə icazə verilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ərazidə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün şəbəkə və xxxx ASC-yə məktublar göndərilmişdir. Cavabdeh ASC qeyd edilən xəttin keçdiyi həyətyanı və bağ sahələrindən, eləcə də obyektlərə yaxın məsafədən keçən hissəsinin trassa üzrə yerinin dəyişdirilməsi işlərinin mərhələli şəkildə həyata keçirilcəyi bildirilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin X11 Agentliyinin ##.##.2024-cü il tarixli məktubunda bildirilir ki, iddiaçının müraciəti ilə bağlı aidiyyəti üzrə göndərilmiş məktuba Cavabdeh ASC-nin cavab məktubunda əvvəl qeyd edilən xəttin keçdiyi həyətyanı və bağ sahələrindən, eləcə də obyektlərə yaxın məsafədən keçən hissəsinin trassa üzrə yerinin dəyişdirilməsi işlərinin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilmiş, son cavab məktubunda Qəbələ-Hacallı aeroport yolunun tikintisi ilə əlaqədar 10 KV-luq "Aydınqışlaq” hava xəttinin yol massivinə yaxın məsafədə yerləşən dayaqları nisbətən kənara çəkilmişdir. Həmin hava xəttinin mühafizə zonasında yerləşən tikililər hava xəttinin trassası dəyişdirildikdən sonra qeyri-qanuni olaraq inşa edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh ASC-nin cavab məktublarında ziddiyyət vardır. Belə ki, Cavabdeh ASC-nin əvvəlki cavab məktubunda obyektlərə yaxın məsafədən keçən hissəsinin trassa üzrə yerinin dəyişdirilməsi işlərinin mərhələli şəkildə həyata keçiriləcəyi, son məktubda isə obyektlərin qeyri-qanuni olaraq hava xəttinin mühafizə zonasında inşa edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"in (bundan sonra - Tələblər) 2.2.2-ci yarımbəndinə əsasən gərginliyi 1+20 kV olan hava elektrik verilişi xətləri üçün, həmin xətlər boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə 10 metr məsafədə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı həmin xətlərin mühafizə zonası hesab edilir. Həmin Tələblərin 3.1-ci bəndinə əsasən, bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla təsərrüfat işləri, o cümlədən tikinti və ya quraşdırma işləri aparıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən obyektlərə mülkiyyət hüququnu təsdiq edən sənədin alınması məqsədilə qeyd olunan 10 kV-luq hava xəttinin mühafizə zonasında təsərrüfat işlərinin (tikinti və ya quraşdırma işləri) aparılmasına razılıq verilməsi məsələsinə baxılması üçün tərəflərindən "xxxx” ASC-yə məktub göndərilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialının ## ###### 2026-cı il tarixli *-**-*-*/*- **/**** nömrəli məktubu əsasında təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər" təsdiq edilənədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın (bundan sonra - Qaydalar) 5-ci bəndinin (a) yarımbəndində qeyd olunur ki, 10 kV-luq hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən 10 metr məsafədə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası həmin xəttin mühafizə zonası hesab olunur. Həmin Qaydalarla mövcud elektrik şəbəkələrinin mühafizəsi ilə bağlı məsələlər tənzimlənmişdir. 2. Elektroenergetika obyektlərinin tikintisi zamanı isə "Elektrik qurğularının quraşdırılması Qaydaları"na istinad olunmuş və halhazırda da bu qaydalara istinad olunur. Konkret halda elektroenergetika obyekti olan 10 kV-luq hava elektrik verilişi xəttinin çəkilməsi məsələsi mübahisə mövzusu olduğundan həmin məsələyə "Elektrik qurğularının quraşdırılması Qaydaları"na uyğun baxılmalıdır. 3. 2015-ci ildə Qəbələ-Hacıalılı (hava limanı) yolunun tikintisi zamanı yol infrastrukturunun yenidən qurulması və genişləndirilməsi ilə bağlı Cavabdeh ASC-nin Qəbələ Elektrik Şəbəkəsi (bundan sonra - Şəbəkə) tərəfindən Ilqar Ağababayevə məxsus ticarət obyektini (hazırkı "Bazar Store" ticarət mərkəzi) elektrik enerjisi ilə təmin edən 250 kVA gücündə 10/0,4 kV-luq komplekt transformator yarımstansiyasını qidalandıran 10 kVluq "Aydınqışlaq" hava elektrik verilişi xəttinin trassası dəyişdirilərək İddiaçı rəsmi razılığı alınmadan onun xüsusi mülkiyyətində olan 1,23495 ha torpaq sahəsində inşa edilmiş tikililərin üzərindən çəkilmişdir. Bununla da Şəbəkə tərəfindən həmin dövrdə istinad olunan "Elektrik qurğularının quraşdırılması Qaydaları"nın ("Правила устройства электроустановок" шестого издания, ПУЭ-1985) 2.5.114-cü və 2.5.115-ci yarımbəndinin tələbləri pozulmuşdur. Belə ki, 2.5.114-cü yarımbəndə əsasən yaşayış yerlərində üst örtüyü yanmayan materialdan olan sənaye müəssisələrinin istehsalat binaları və tikililəri istisna olmaqla digər bina və tikililərin üzərindən gərginliyi 1000 V-dan yuxarı olan hava elektrik verilişi xəttinin keçməsi qadağan olunmuşdur. 4. 5.115-ci yarımbənddə isə gərginliyi 20 kV-dək olan hava xətləri üçün kənar hava xətti naqillərindən, onların ən böyük meyillənməsi zamanı bina və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafənin 2 m-dən az olmaması göstərilmişdir. 5. Qeyd olunan 10 kV-luq hava elektrik verilişi xəttinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üzərindən çəkilməsi zamanı iddiaçının rəsmi razılığı alınmalı idi. 6. Müvafiq orqanlardan (icra, bələdiyyə və yol infrastrukturuna nəzarət edən orqanlardan) rəsmi razılıq alınmaqla və 450 metr uzunluğunda hava və yaxud kabel elektrik verilişi xətti çəkilməklə sözügedən 10 kV-luq hava elektrik verilişi xəttini mühafizə zonası qədər mülkiyyətçinin torpaq sahəsindən kənarlaşdırılması (trassasının dəyişdirilməsi) mümkündür. 7. 10 kV-luq hava elektrik verilişi xəttində baş vermiş nasazlıq və yaxın məsafədən keçmə nəticəsində baş vermiş hadisələrə (partlayış, yanğın və digər hadisələr nəticəsində ölüm və ya xəsarətlərə) görə həmin xəttin mülkiyyətçisi olan Şəbəkə məsuliyyət daşımalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrıayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Ilkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmaqla cavabdeh isə təbii inhisar subyekti olmaqla Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Məhkəmə qeyd edir ki, hazırkı tələbə kommmersiya mübahisəsi olaraq baxılması qanunun tələblərinə uyğundur. Belə ki, “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının (HYPERLINK "https://eqanun.az/framework/58203" 9 HYPERLINK "https://e-qanun.az/framework/58203" oktyabr HYPERLINK "https://e-qanun.az/framework/58203" 2024HYPERLINK "https://eqanun.az/framework/58203" -HYPERLINK "https://e-qanun.az/framework/58203" cü HYPERLINK "https://e-qanun.az/framework/58203" il tarixli * nömrəli dəyişiklə) 14-cü bəndinin sonuncu abzasına əsasən təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin 2000-ci ildən əvvəl özəlləşdirmə yolu ilə mülkiyyətinə götürməsi, həmin tikililələrin də 2000-ci ildən əvvəl inşa edilməsi, mübahisə predmeti olan 10 kV-luq hava xəttinin 2015-ci ildə Qəbələ Hava limanı yolunun genişləndirilməsi zamanı kənara çəkilərək iddiaçıya məxsus obyektlərin yanından çəkildiyi müəyyən edilmişdir. Iddia tələbi üzrə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçıya məxsus obyektlərin qanunla müəyyən edilmiş məsafədən də az məsafədən keçən 10 kV-luq hava elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı vəzifələrin kim tərəfindən icra edilməsi məsələsidir. Işin müəyyən olunmuş halları və iş materialları, mütəxəssis rəyi, o cümlədən iddiaçı və cavabdeh tərəfin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışla X1 xüsusi mülkiyyətində Qəbələ Rayonu Zarağan kəndində 1,2349 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi və üzərində 3789,20 kVadratmetr daşınmaz əmlakların (1-2 metrliyindən) üzərindən cavabdeh Cavabdeh ASC məxsus 35/10 kV-luq Zarağan Y/st-dan çıxan 10 kV-luq Aydınqışlaq h/x-nin 10 kV-luq hava elektrik xətti keçir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya və aidiyyəti dövlət orqanına ünvanlanmış məktublarda Qəbələ hava limanına gedən yolun genişləndirilməsi zamanı 10 kV-luq “Aydınqışlaq” Hava xəttinin iddiaçıya məxsus obyektlərin üzərindən keçən hissəsinin izolə edilmiş kabelə dəyişdiriləcəyi bildirilmişdir. Bundan əlavə iddiaçıya məxsus qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququ 2024-cü il tarixdə əldə edilməsinə baxmayaraq həmin tikililər 2000-ci ildən əvvəldə mövcud olmuş və iddiaçının sahibliyində olmuşdur. Belə ki, bu halı tərəflər məhkəmə iclasında təsdiq etmişlər. Iş üzrə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 2015-ci ildə QəbələHacıalılı (hava limanı) yolunun tikintisi zamanı yol infrastrukturunun yenidən qurulması və genişləndirilməsi ilə bağlı Cavabdeh ASC-nin Qəbələ Elektrik Şəbəkəsi (bundan sonra Şəbəkə) tərəfindən Ilqar Ağababayevə məxsus ticarət obyektini (hazırkı "Bazar Store" ticarət mərkəzi) elektrik enerjisi ilə təmin edən 250 kVA gücündə 10/0,4 kV-luq komplekt transformator yarımstansiyasını qidalandıran 10 kV-luq "Aydınqışlaq" hava elektrik verilişi xəttinin trassası dəyişdirilərək İddiaçı rəsmi razılığı alınmadan onun xüsusi mülkiyyətində olan 1,23495 ha torpaq sahəsində inşa edilmiş tikililərin üzərindən çəkilmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, cavabdeh tərəfindən yuxarıda sadalanan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın tələbləri nəzərə alınmadan iddiaçıya məxsus qeyri-yaşayış sahələri üzərindən qanunsuz olaraq (razılıq almadan və qanunla müəyyən edilmiş məsafədən az məsafədə) 10 kV-luq elektrik hava xəttinin çəkilməsini həyata keçirmişdir. Bu isə hər an həmin obyektlərdə yanğın hadisəsinin baş verməsinə, insan təlafatı və digər ağır nəticələrə səbəb ola bilər. Buna səbəb ola biləcək hərəkət isə cavabdeh tərəfindən icra edilmişdir. Mütəxəssis rəyində də qeyd edilən halların baş verdiyi təqdirdə müvafiq Şəbəkənin sahibinin məsuliyyət daşıdığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 31-ci maddəsinin tələblərinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 35-ci maddəsinin VI bəndinin tələbinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 59-cu maddəsinin tələbinə görə Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbində qeyd edilən qanunsuz elektrik xəttinin müvafiq hava limanı yolu çəkilən zaman yeri dəyişdirilərək iddiaçıya məxsus qeyri-yaşayış obyektlərinin üzərindən qanunla müəyyən edilmiş tələblərə riayət etmədən çəkilməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və satışını həyata keçirən cavabdeh Cavabdeh ASC-də təbii inhisarçı olaraq, yəni qeyd edilən işləri heç bir rəqib olmadan müvafiq bazarda hökmran mövqe tutduğuna görə dövlətin şirkəti olduğundan bütün vəzifələrini qanunda göstərilən tələblərə uyğun icra etməli, insanların həyat və sağlamlığını, həmçinin mülkiyyətçilərin əmlakının təhlükəsizliyini təmin etməlidir. Məhkəmənin mövqeyi odur ki, cavabdehin qeyd edilən 10 kV-luq hava xəttini 2015-ci ildə müvafiq yolun tikintisi ilə bağlı yerini dəyişdirib iddiaçıya məxsus obyektlərin qanunla müəyyən edilmiş məsafədən az məsafədən çəkməsi qanunsuz olmuş, bu halda iddiaçının razılığı alınmamış, razılıq alınsa belə həmin razılıq da qanunsuz olardı. Hazırkı vəziyyətdə isə cavabdehin qeyd edilən hərəkətlərə görə cavabdehliyi mövcuddur. Məhkəmə tərəfindən tərəflər arasında barışığın əldə edilməsi üçün dəfələrlə cəhd edilmiş, məhkəmə iclasında tərəflərə barışıq üçün şərait yaradılmış, iddiaçı özünə məxsus sahədən keçən xəttin həmin hissəsinin kənarlaşdırılmasına maddi köməklik etməyə razı olduğunu bildirmiş, cavabdeh isə “Bazar Store” obyektinin sahibinin də işə cəlb edilməsini xahiş etmiş, lakin bunun məhkəmə tərəfindən mübahisənin mahiyyətinə aidiyyəti olmadığından qeyd edilən şəxsi iş üzrə icraata cəlb etməmişdir. Bütün xəttin kənarlaşdırılması üçün iddiaçı tərəfindən maddi köməkliyin imkanları xaricində olduğunu, yalnız özünə məxsus hissədən keçən elektik xəttinin müvafiq obyektlərdən kənarlaşması üçün maddi köməklik etməyə razı olduğunu bildirmişdir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfin mövqeyi iddiaçının tələbinə uyğun olmadığından və ortaq razılıq əldə edilmədiyindən məhkəmə qeyd edilən razılaşmanı təsdiq edə bilməmişdir. Məhkəmə ik növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Buna baxmayaraq, tərəflər hazırkı vəziyyətdə müvafiq kənarlaşmanın iddiaçının ərazisindən keçən hissəsinin hesabına edilməsi ilə bağlı iddiaçı razılaşsa da, cavabdeh isə xəttin keçdiyi digər mülkiyyətçilərin də öz hesablarına kənarlaşmasının aparılmasını bildirməməsi nəticəsində razılıq əldə edilməsə belə iddiaçı hazırkı tələbdə haqlıdır, çünki ona məxsus qeyri-yaşayış obyektləri üzərindən sonradan 2015-ci ildə yüksək gərginliklə xətt çəkilərkən həm razılıq alınmalı idi, eyni zamanda qanunvericiliyin tələbinə əsasən müvafiq məsafədən çəkilməli idi, həmçinin 10 metrdən az məsafədən keçsə belə izole edilməli idi. Bütün bu hallar iddianın rədd edilməsi üçün deyil, yalnız təmin edilməsi üçün əsas ola bilər. Əks yanaşma qanuni və ədalətli hesab edilə bilməz. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər elektrik xəttinin iddiaçıya məxsus obyektlərdən iddiaçının hesabına kənarlaşması ilə bağlı iddiaçı tərəfin artıq razılığı olduğundan, yalnız cavabdehin razılığı olmadığından işin icrası zamanı bu məsələyə cavabdeh razılıq verə bilər və tərəflər müvafiq qətnamə qanuni qüvvəsini alarsa bununla bağlı icra vərəqəsi verilənədək məhkəməyə bu barədə müraciət edə bilərlər. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 152.5, 154.2 və 238.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 18, 22, 49 və 84cü maddələrinə, ## ### 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın: 2, 5, 9 və 12-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 117.1, 119.1 və 218.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-***/**** saylı Qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin, Şəki Kommersiya Məhkəməsinin Azərbaycan Respublikasının adından çıxarılmış e-*-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qətnaməsi - qeyri-mötəbər sübutlara əsaslanır. Bildiririk ki, iddiaçının ərizəsində qeyd etdiyi 10 kV-luq hava elektrik verilişi xətti “X13 Qaydaları"nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ##.##.2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Istehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na uyğun olaraq, ##.##.2021-ci il tarixli, MTŞ-**/*** nömrəli təsdiq olunmuş texniki şərtə uyğun Qəbələ rayonu Zarağan kəndində yerləşən X9 məxsus “Bazar Store” ticarət mərkəzinə çəkilmiş və ticarət mərkəzinin balansına alınmışdır. “Bazar Store” ticarət mərkəzinin balans və istismar məsuliyyətində olan 10 kV-luq hava elektrik verilişi xəttinin trassasının dəyişdirilməsi onun mülkiyyətçisinin razılığı əsasında yerinə yetirilə bilər. Bu səbəbdən xəttin yerinin dəyişdirilməsi ilə bağlı qərar vermək və ya bu istiqamətdə hər hansı öhdəlik daşımaq Cavabdeh ASC-nin səlahiyyətinə aid deyildir. Balans sahibi olmayan qurumun həmin xətt üzrə texniki və hüquqi müdaxilə imkanları mövcud deyildir və mövcud qanunvericiliyə əsasən, elektrik təsərrüfatı obyektinə görə məsuliyyət həmin obyektin balansında olduğu şəxs tərəfindən daşınır. Həmçinin qeyd olunan yüksək gərginlikli elektrik xətti çəkilən zaman həmin ərazidə hər hansı mövcud tikili və ya digər daşınmaz əmlak olmamışdır. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən elektrik xəttinin Cavabdeh ASC-nin balansında olmadığı qeyd edilmiş, lakin məhkəmə tərəfindən bu məsələyə münasibət bildirilməmişdir. Həmçinin məhkəmə tərəfindən Mülki Məcəllənin 88ci maddəsinin tələbləri pozulmuşdur. Iddiaçı tərəfindən mübahisə üzrə şəxsi mənafeyinin cavabdeh Cavabdeh ASC-yə məxsus və həmin ərazidə yerləşən ticarət mərkəzini elektrik enerjisi ilə təchiz edən elektrik xəti ilə bağlı ictimai əhəmiyyətli mənafeyindən üstünlüyü dəqiq ifadə olunmamışdır. Iddiaçı ona məxsus torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin çıxarılmasını (nəzərə alınsa ki, həmin elektrik xəttinin yerinin dəyişdirilməsi böyük maddi vəsait tələb edir) tələb etməklə, mülkiyyət hüququndan sui-istifadəyə yol verərək, mülkiyyətindən Cavabdeh ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zəruriliyini əsaslandırmamışdır. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli *** nömrəli qərarının 3.1 ci bəndinə əsasən bu tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər. Həmin Qərarın 3.1.1-ci bəndinə əsasən gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verilir. Həmin qərarın 3.1.2-ci bəndinə əsasən hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılmasına icazə verilir.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclaslarına iddiaçı X1 oğlu gəlmiş olsa da, məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iddiaçı X1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. - 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 11-ci maddə
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.
2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.
3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativhüquqi aktlarla tənzimlənir.
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. 22-ci maddə
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: ... başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; ... 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 84.6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" (## ### 2024-cü il tarixədək qüvvədə olmuşdur):
2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. 5. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: xətlərin gərinliyi 20 kilovoltadək məsafə 10 metr müəyyənləşdirilir.
9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir.
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mühafizə zonalarında partladılma işlərinin görülməsinə rəsmi razılıq həmin işləri görən müəssisələrə, təşkilatlara və idarələrə Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş “Partladılma işləri zamanı vahid təhlükəsizlik Qaydaları”nda nəzərdə tutulmuş müvafiq sənədləri təqdim etdikdən sonra verilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin kənara çəkilməsi” barədə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı mülkiyyətində olan və Qəbələ rayonu Zarağan kəndində, Qəbələ-Şəki yolayrıcında yerləşən 1,2349 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektlərinin ərazisindən 10 m. məsafədən yaxın keçən 10 kV-luq elektrik xəttinin yerinin dəyişdirilərək, 10 m. məsafədən kənara çəkilməsinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilməsi qət edilmişdir. Həmin Qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(117)-946/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.