Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-2(3-10)-48/2026 03.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI QƏRARDAD Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və Kərimov Əyyub Vaqif oğlundan ibarət tərkibdə, iddiaçı Əliyev Kamal Məmməd oğlunun cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qərardadından cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Şəki Kommersiya Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qətnaməsi ilə iddiaçı Əliyev Kamal Məmməd oğlunun cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən sudan istifadəyə görə Əliyev Kamal Məmməd oğlunun 850127 nömrəli abonent koduna hesablanmış 6984 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim Elnarə Hüseynova). Şəki Kommersiya Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılmış və həmin qərardadda birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı apellyasiya şikayətinə əlavə edilməlidir. İş üzrə cavabdeh verdiyi apellyasiya şikayətinin tələb hissəsində “Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-1307/2025 saylı, 06.01.2026-cı il tarixli qətnaməsinin ləğv ediməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsi” göstərmişdir. Məhkəmə qeyd edir ki, bu hissədə apellyasiya şikayəti verən şəxsin tələbi aydın deyil. Göründüyü kimi şikayət verən şəxs qətnamənin ləğv edilərək hansı hissədə mübahisələndirildiyi və hansı qərarın çıxarılmasını göstərməmiş, bununla da apellyasiya şikayətinin qanunvericilikdə tələb olunan forma və məzmununa dair tələblərə riayət edilməmişdir. Bu səbəblərdən məhkəmə hesab edir ki, apellyasiya şikayəti və ona əlavə olunan sənədlər cavabdehə geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilən dövlət rüsumunun ödənilməsi təmin edilməmiş və şikayətdə Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında qanununun 9.1-ci və 9.1.14-cü maddələrinə əsasən büdcə təşkilatı və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olması səbəbindən dövlət rüsumunun ödənilməməsi qeyd olunmuşdur. Məhkəmə bu məsələyə münasibətdə qeyd edir ki, Publik Hüquqi Şəxslər dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat olduğundan dövlət rüsumu ödəməkdən azad deyildir. Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Şəki Kommersiya Məhkəməsinə şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 05 mart 2026-cı il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tarixli, e-2-2(117)- 1307/2025 nömrəli qərardadından cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qərardadından cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tarixli, e-2- 2(117)-1307/2025 nömrəli qərardadından cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, e-2-2(117)-1307/2025 nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eyni zamanda, MPM-in apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməli və həmin Məcəllənin 363.1.2-ci maddəsinin tələblərinə görə isə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılmalıdır. Beləliklə də, yuxarıda qeyd olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsi - 17 fevral 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, e-2-2(117)- 1307/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətini qaytarmaqda və eləcə də, həmin qərardaddan onun verdiyi hazırkı şikayəti təmin etməməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qərardadından cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tarixli, e-2-2(117)-1307/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-10)-48/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-48/2026
03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver