Məhkəmə qərarları › İş №2-2(3-10)-79/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-79/2026

23.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-2(3-10)-79/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından QƏRARDAD Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçının adına olan torpaq sahəsinin üzərindən keçən 110 kv-luq hava verilişi xəttinin trassasının qanuna müvafiq məsafədə kənarlaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun, 2009-cu il tarixdən qanunsuz xüsusi mülkiyətini zəbt etdiklərinə görə maddi olaraq 1000 (min) manat və mənəvi 5000 (beş min) manat pulun cavabdehdən tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: baxışdan çıxarılma) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Iddiaçı – İddiaçı, Cavabdeh – “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “Qəbələ rayon Zərifə Əliyeva küçəsində Dəmiraparan çayı ilə şosse yolu arasındakı reyestr nömrəsi 406013080161 qeydiyyat nömrəsi 1921013662 qeydiyyat tarixi 22.10.21-ci il tarixlı 0,10 ha çıxarışla adına olan torpaq sahəsinin üzərindən keçən 110 kv-luq hava verilişi xəttinin trassasının qanuna müvafiq məsafədə kənarlaşdırılması vəzifəsinin xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun, 2009cu il tarixdən qanunsuz xüsusi mülkiyətini zəbt etdiklərinə görə maddi olaraq 1000 (min) manat və mənəvi 5000 (beş min) manat pulun cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e- *-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Qəbələ rayon Zərifə Əliyeva küçəsində Dəmiraparan çayı ilə şosse yolu arasındakı reyestr nömrəsi 406013080161 qeydiyyat nömrəsi 1921013662 qeydiyyat tarixi 22.10.21-ci il tarixlı 0,10 ha çıxarışla adına olan torpaq sahəsinin üzərindən keçən 110 kv-luq hava verilişi xəttinin trassasının qanuna müvafiq məsafədə kənarlaşdırılması vəzifəsinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun, 2009cu il tarixdən qanunsuz xüsusi mülkiyətini zəbt etdiklərinə görə maddi olaraq 1000 (min) manat və mənəvi 5000 (beş min ) manat pulun cavabdehdən tutulması tələbinə dair” Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 1000 manat maddi zərər və 1500 manat mənəvi zərər olmaqla, ümumilikdə 2500 manat pul və 33,33 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş, iddiaçıya, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşən torpaq sahəsinin dəyərinin ədalətli ödənilməsi ilə bağlı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya kollegiyasının ## ### 2026-cı il tarixli, *- *(***)-**/**** saylı qərardadı ilə, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və apellyasiya şikayətinə baxılması ## #### 2026-cı il tarixə təyin edilmişdir. Işə apellyasiya baxışı zamanı məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)- ***/**** saylı qətnaməsindən apellyasiya şikayəti ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı özünün vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək həmin şikayətə qiymət verilməsi üçün işin apellyasiya baxışından çıxarılaraq Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. Kollegiya hesab edir ki, hazırki halda, digər şəxs (iddiaçı) apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etdiyindən iş həmin şikayətə hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya kollegiyasının ## ### 2026-cı il tarixli, *-*(***)-**/**** saylı “apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi barədə” qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və MPM-nin 263-264, 363, 364, 384, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrа аldı: Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya kollegiyasının ## ### 2026-cı il tarixli, *- *(***)-**/**** saylı “apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi barədə” qərardadı ləğv edilsin. Iş apellyasiya baxışından çıxarılsın. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə iş Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə hüquqi qiymət verildikdən və iş üzrə digər prosessual hərəkətlər edildikdən sonra iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar