Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-97/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibаrət tərkibdə, X1 оğlunun kаtibliyi ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı əsassız hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:
1. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Cavabdeh tərəfindən iddiaçı Iddiaçı *************** nömrəli abonent koduna hesablanmış 691,20 manat məbləğdə borcunun silinməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh tutulub iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir.
2. Həmin qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən apellyasiya şikayəti verilmişdir.
Işin hаllаrı
3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Istahsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən əsassız olaraq *************** nömrəli abonent koduna yazılmış 691.20 cərimə məbləğinin silinməsi və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi ilə arasında bağlanmış AMX-****/** nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” əsasında “istixanaya” təbii qaz təminatına başlanılmışdır. Layihəyə uyğun qaz sayğacı quraşdırılmışdır. Qazdan istifadə edilən müddətdə istifadə edilmiş təbii qazın dəyəri sayğac göstəricisinə əsasən tam ödənilmiş, aralarında heç bir problem yaşanmamışdır. Lakin ##.##.2025-ci il tarixdə cavabdeh orqanın əməkdaşları müəssisəyə baxış keçirdərək guya müəssisədə əlavə qaz cihazları quraşdırılması və həmin cihazların quraşdırılması səbəbindən də qaz sayğacının sərfiyyatı düzgün qeydə almadığını bildirərək akt tərtib etmişlər. Həmin aktın əsasında da müəsissəyə 2880 m3 təbii qazın dəyəri olan 691.20 manat məbləğində cərimə yazmışlar. Hesab edir ki, yazılmış cərimə tamamilə əsassızdır və cavabdeh orqanın əməkdaşları onlara verilmiş hüquqdan sui-istifadə etməklə onun qanunla qorunan hüquqlarını pozmuşlar. Belə ki, ## #### 2025-ci il tarixli, KY********* nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas müqavilə şərtlərinə əməl edilməsi göstərilsə də, yoxlayıcı orqan tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda bu halların heç biri öz təsdiqini tapmamışdır. Onlar tərəfindən tərtib edilmiş sözügedən aktda isə istixanada nəzərdə tutulmuş cihazların 6 olmalı olduğu halda 7 olduğu yazılmışdır. Hesab edir ki, tamamilə əsassız və qanunsuz yazılmış cərimədir və heç bir hüquqi əsası yoxdur. Ilk öncə onu qeyd etmək istəyir ki, ”istixana” fəaliyyətə başlamazdan öncə cavabdeh orqanın əməkdaşları burda quraşdırılmış qaz cihazlarının və quraşdırılmış qaz sayğacının onların özləri tərəfindən tərtib edilmiş layihəyə uyğun quraşdırılmasını yoxlayaraq müvafiq qaydada akt tərtib etmişlər və yalnız bundan sonra ”istixana”ya təbii qazın verilməsinə razılıq verilmişdir. Belə olduğu təqdirdə cavabdeh orqanın özünün verdiyi razılıq əsasında quraşdırılmış qaz sayğacına və cihazlara cərimə yazması sual və şübhə yaradır. Bundan başqa ”istixana”ya mütəmadi olaraq, yəni hər ay qazdan istifadəyə dair bildirişlər verilir və bunun əsasında da ödənişlər edilir. Həmin bildirişlər cavabdeh orqanın nümayəndələri tərəfindən sayğaca baxış keçirdilərək tərtib edilir. Təbii qazdan istifadə etdiyi müddət ərzində bircə dəfə də olsa hər hansı bir qanunsuzluğun aşkar edilməməsinə rəğmən, 2025-ci ilin mart ayında yazılmış cərimənin əsassız olması bir daha sübut edilir. Bundan əlavə olaraq bildirmək istəyir ki, cavabdeh orqan tərəfindən istixanada hər hansı qanunsuzluğun aşkar edilməsi barədə onların özlərinin birtərəfli qaydada tərtib etdikləri akt və tələbnamədən başqa heç bir sübut yoxdur.
5. Cavabdeh Cavabdeh Istehsalat Birliyi ##.##.2026-cı il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, ##.##.2025-ci il tarixində ”Azəriqaz” X2 RQII-nin Göyçay XS-nin əməkdaşları Iddiaçı məxsus istixanaya baxış keçirərkən quraşdırılmış G-6 markalı qaz sayğacının sərfiyyat gücündən artıq cihaz quraşdırıldığı aşkar edilmişdir. Istifadə edilən qaz cihazlarının sərfiyyatı istixanada quraşdırılmış qaz sayğacının saatlıq sərfiyyatından çox olduğundan, sayğac keçən qazı düzgün qeydə almamışdır və bu səbəbdən də sərfiyyatlaşma ilə əlaqədar ##.##.2025 -ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh IB-nə göndərilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli ”təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ##.##.2023-cü il tarixdə Cavabdeh IB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Iddiaçı Göyçay XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 2880 m3 itirilmiş təbii qazın dəyəri olan 691.20 manat məbləğ hesablanaraq vurulmuşdur. Abonent Iddiaçı abonent koduna hesablanaraq vurulmuş 691.20 manat məbləğ ona məxsus qeyri-yaşayış sahəsində (istixanada) quraşdırılmış qaz sayğacından qanunsuz olaraq əlavə qaz cihazlarından istifadə edilməsi səbəbindən qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Odur ki, Iddiaçı əsassız hesablanmış 691.20 manat məbləğin silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq geri qaytarılması tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılması xahiş edilmişdir.
6. Iş üzrə birinci instаnsiyа məhkəməsi tərəfindən yuxаrıdа göstərilən qətnаmə çıxаrılmışdır.
Аpellyаsiyа şikаyətinin dəlilləri
7. Cavabdeh Cavabdeh Istehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.
8. Belə ki, ##.##.2025-ci il tarixində ”Azəriqaz” X2 RQII-nin Göyçay XS-nin əməkdaşları Iddiaçı məxsus Istixanaya baxış keçirərkən quraşdırılmış G-6 markalı qaz sayğacının sərfiyyat gücündən artıq cihaz quraşdırıldığı aşkar edilmişdir. Istifadə edilən qaz cihazlarının sərfiyyatı qeyri-yaşayış sahəsində (istixanada) quraşdırılmış qaz sayğacının saatlıq sərfiyyatından çox olduğundan, sayğac keçən qazı düzgün qeydə almamışdır və bu səbəbdən də sərfiyyatlaşma ilə əlaqədar ##.##.2025-ci il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh IB-nə göndərilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ##.##.2023-cü il tarixdə Cavabdeh IB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Iddiaçı Göyçay XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 2880 m3 itirilmiş təbii qazın dəyəri olan - 691.20 (altı yüz doxsan bir manat iyirmi qəpik) məbləğ hesablanaraq vurulmuşdur. Abonent Iddiaçı abonent koduna hesablanaraq vurulmuş 691.20 (altı yüz doxsan bir manat iyirmi qəpik) məbləğ qeyri-yaşayış sahəsinə (istixanaya) quraşdırılmış qaz sayğacından qanunsuz olaraq əlavə qaz cihazlarından istifadə edilməsi səbəbindən qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı “Təbii qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərinə əsasən maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir və Qaydaların 4.1-ci bəndinə əsasən layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılır. Bu səbəbdən Qaydaların 3.4.1-ci yarımbəndi ilə özbaşına qaz qurğularının quraşdırılması istehlakçıya qadağan edilmiş və qazın alğı-satqısı müqaviləsinin 4.2-ci bəndi ilə qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılması və istismar edilməsi tələbi qoyulmuşdur. Qaydaların 1.3-cü bəndinə uyğun olaraq “Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alğı-satqısı Müqaviləsi”nin 2.2.6-cı yarımbəndinin istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Istehlakçıdan tələb etmək hüququ vardır. Hazırkı iş üzrə də hesabat bu qaydaya əsasən aparılmışdır.
10. Abonent Iddiaçı ilə bağlanmış təbii qazın alğı-satqısına dair müqavilənin 2.3.4cü bəndinə əsasən Istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli “Qazdan istifadə qaydaları haqqında” Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.
12. Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Istehlakçı hazırkı vəziyyətdə istifadə etdiyi təbii qazın dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Hazırkı vəziyyətdə istehlakçıya hesablanmış məbləğ Tarif Şurasının ## ####### 2021-ci il tarixli, № ** Qərarına əsasən hesablanmışdır. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız iddiaçıya məxsus qeyri-yaşayış sahəsində (istixanada) istifadə edilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.
13. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, is in hərtərəfli, tam və obyektiv həllinə lazımi s ərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli s əkildə aras dırmamıs , həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmis , nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmus dur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddəyə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.
14. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar, saldo və digər sübutlar düzgün təhlil edilməmişdir. Təbii qazdan istifadəyə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. Yaranmış borc təbii qazdan real istifadə əsasında hesablanmışdır.
15. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
16. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçı Iddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Iddiaçı tutularaq Cavabdeh Istehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
Prоses iştirаkçılаrının izаhаtlаrı
17. Tərəflərə məhkəmə iclаsının yeri və vаxtı bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt verilməsinə bаxmаyаrаq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişlər. Cavabdeh Cavabdeh Istehsalat Birliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə məhkəmənin ## #### 2026-cı il tarixə təyin edilmiş iclasında istehsalat zərurətindən iştirak edə bilməyəcəklərini, odur ki, iclasın onların iştirakları olmadan keçirilməsini və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Hüquqi məsələlər
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinin tələbinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir; 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir; 3.5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər; 6-4-cü maddəsinə əsasən müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir; 13.6-cı maddəsinə əsasən qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
20. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər; 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır: 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır; 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır; 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. Istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
21. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-ci il ######ın #-dək dayandırılır.
22. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
23. Iş mаteriаllаrındа оlаn və məhkəmə kоllegiyаsının iclаsındа tədqiq оlunmuş: Iddiaçı Iddiaçı ilə cavabdeh Cavabdeh Istehsalat Birliyi arasında bağlanmış ##.##.2024-cü il tarixli, AMX-****/** nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilədən görünür ki, tərəflər qazın alğısatqısı barədə razılığa gəlmiş, cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə istehlak edilmiş qazın dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür; ##.##.2025-ci il tarixli yoxlama aktından görünür ki, Iddiaçı məxsus Göyçay rayonunda yerləşən qeyri-yaşayış sahəsində qaz sayğacına Azəriqaz IB-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir; Cavabdeh IB tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktdan görünür ki, Iddiaçı məxsus qeyriyaşayış sahəsinə (istixana) 42676706 zavod nömrəli qaz sayğacına Cavabdeh IB-nin əməkdaşları Islamov Elsevər və Davudov Şaiq tərəfindən baxış keçirilmiş və baxış nəticəsində obyektə məxsus istixanada nəzərdə tutulmuş istilik sayı 6 ədəd olduğu halda, faktiki 7 ədəd istilik sayı olması aşkar edilmişdir. Itirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması qərara alınmışdır. Akt Cavabdeh IB-nin həmin əməkdaşları və iddiaçı tərəfindən imzalanmışdır; Cavabdeh IB tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli inventar aktında Iddiaçı məxsus qeyri-yaşayış sahəsində olan təbii qazdan istifadə olunan qurğuların adları qeyd edilmişdir; ##.##.2025-ci il tarixli KY252287349 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən Iddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsası kimi müqavilə şərtlərinə əməl olunması göstərilmişdir; Iddiaçı məxsus abonentin saldosundan görünür ki, ona məxsus *************** nömrəli abonent kodu üzrə 2026-cı ilin fevral ayına akt üzrə borc 691,20 manat təşkil etmişdir; ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Iddiaçı məxsus abonent koduna Cavabdeh IB tərəfindən ******** nömrəli akt üzrə 2880 kub metr təbii qazın əlavə sərfiyyatına görə borcun ödənilməsi tələb edilmişdir; Azərbaycan Respublikası Energetika Nazirliyi və X3 Agentliyinin ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin ## ####### 2015-ci il tarixli, ****-IVQ nömrəli fərmanına əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il ######ın #dək dayandırılmışdır. Qaz paylayıcısının nümayəndələri tərəfindən aparılmış yoxlama zamanı qaz paylayıcı tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinin tələbinin pozulduğu məlum olmuşdur. Belə ki, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar apara bilər. Lakin, qaz paylayıcısının nümayəndələri tərəfindən obyektə baxış keçirilmiş və yoxlamanın nəticəsi olaraq, obyektə quraşdırılmış G-6 markalı, 42676706 zavod nömrəli qaz sayğacının maksimal ölçmə həddini aşması səbəbilə (mövcud sayğacın sərfölçmə qabiliyyətindən 4.0 m³/saat artıq) "təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ##.##.2025-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən komissiya tərəfindən əsassız hesabat aparılaraq 2880 m³ əlavə qaz həcmi, yəni 691,20 manat dəymiş ziyan hesablanaraq istehlakçının abonent hesabına əlavə edilmişdir. Qaz sayğacının maksimal ölçmə həddindən artıq istifadə edilmiş qaz sərfinə əsasən itirilmiş qazın bərpası məqsədilə hesabatın aparılması Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmamışdır. "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Beləliklə, tərəflərindən aparılan araşdırma zamanı həmin yoxlamaların hüquqi əsasının olmadığı müəyyən edilmişdir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya məxsus qaz sayğacına baxış keçirərək sayğaca əlavə qaz cihazlarının qoşulması iddiası ilə ona əlavə akt üzrə borc hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın tələblərinə uyğun deyildir. Belə ki, Cavabdeh Istehsalat Birliyi tərəfindən Iddiaçı məxsus qeyri-yaşayış sahəsində olan qaz sayğacına qanunsuz müdaxilənin (qaz şəbəkəsinə nəzərdə tutulmayan qaz cihazlarının qoşulması) olması aşkar edildiyi iddia edildiyi halda Cavabdeh IB tərəfindən həmin akt tərtib edildikdən sonra da qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “ HYPERLINK "http://e-qanun.az/framework/26449" \h Sahibkarlıq HYPERLINK "http://e-qanun.az/framework/26449" \h HYPERLINK "http://eqanun.az/framework/26449" \h sahəsində HYPERLINK "http://eqanun.az/framework/26449" \h HYPERLINK "http://e-qanun.az/framework/26449" \h aparılan HYPERLINK "http://e-qanun.az/framework/26449" \h yoxlamaların HYPERLINK "http://e-qanun.az/framework/26449" \h HYPERLINK "http://eqanun.az/framework/26449" \h tənzimlənməsi HYPERLINK "http://eqanun.az/framework/26449" \h HYPERLINK "http://e-qanun.az/framework/26449" \h və HYPERLINK "http://e-qanun.az/framework/26449" \h HYPERLINK "http://eqanun.az/framework/26449" \h sahibkarların HYPERLINK "http://eqanun.az/framework/26449" \h HYPERLINK "http://e-qanun.az/framework/26449" \h maraqlarının HYPERLINK "http://e-qanun.az/framework/26449" \h HYPERLINK "http://eqanun.az/framework/26449" \h müdafiəsi HYPERLINK "http://eqanun.az/framework/26449" \h haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6.5-ci bəndində qeyd olunduğu kimi qaz sayğacına qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi qaz paylayıcısı tərəfindən qanunsuz qoşulma halları aşkar edildikdə akt tərtib edilməli, inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. Lakin Cavabdeh Istehsalat Birliyi tərəfindən bu qaydaya əməl edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən iddiaçı Iddiaçı *************** nömrəli abonent koduna hesablanmış 691,20 manat məbləğdə borc silinməlidir.
25. Məhkəmə kоllegiyаsı qeyd edir ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi аpellyаsiyа şikаyətində birinci instаnsiyа məhkəməsinin qətnаməsinin tamamilə ləğv оlunmаsını və iddianın təmin edilməməsi barədə yeni qətnаmə çıxаrılmаsını xаhiş etdiyindən məhkəmə kоllegiyаsı hazırkı icraat çərçivəsində birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsaslılığını tam olaraq yoxlayır.
26. Məhkəmə kоllegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini iş üzrə tоplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аpellyаsiyа şikаyətində göstərilmiş xüsusаtlаrı аrаşdırаrаq hesаb edir ki, аpellyаsiyа şikаyətinin təmin edilməsi üçün əsаslаr yоxdur, birinci instаnsiyа məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, mаddi və prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etmişdir.
27. Cavabdeh аpellyаsiyа şikаyətində qeyd etmişdir ki, “Istehlakçı hazırkı vəziyyətdə istifadə etdiyi təbii qazın dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Hazırkı vəziyyətdə istehlakçıya hesablanmış məbləğ Tarif Şurasının ## ####### 2021-cı il tarixli, № ** Qərarına əsasən hesablanmışdır. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir”
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il ######ın #-dək dayandırılmış və bu müddət ərzində yalnız qanunda istisna edilən hallar üzrə yoxlamalara icazə verilmişdir. Yoxlamaların dayandırılması ümumi qayda olaraq bütün sahibkarlıq subyektlərinə, o cümlədən Cavabdeh Istehsalat Birliyi tərəfindən müqavilə şərtlərinin yoxlanılması məqsədilə aparılan və reyestrdə qeydiyyata alınmış yoxlamalara da şamil edilir. Lakin, istisna hallar (məsələn təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma halları üzrə yoxlamalar) qanunda ayrıca göstərilib və yalnız həmin hallarda yoxlamalar aparıla bilər. Əgər yoxlama bu istisnalara aid deyilsə, reyestrdə qeydiyyata alınmış olsa belə, aparılması qadağandır və nəticələri hüquqi qüvvəyə malik deyil.
29. Iş materilallarında Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçı Iddiaçı məxsus istixanaya quraşdırılmış qaz sayğacının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının mövcud olmasını təsdiq edən hər hansı bir sübut (akt və ya video görüntü) mövcud deyil.
30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
31. Lakin iş materilallarında iddiaçının qazın talanmasında təqsirli olmasını təsdiq edəcək hər hansı bir sübut (müvafiq icra hakimiyyəti orqanının və ya vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə qərarı və yaxud cinayət təqibi orqanının və ya məhkəmənin qərarı) yoxdur.
32. Qeyd edilənlərə əsasən məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi sübut institutunun əsаs prinsipi оlаn sübutetmə vəzifələrinə istinаd etməklə, iddiа tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin: 14.2-ci mаddəsinə əsasən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir; 77.1-ci mаddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır; 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirazlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır; 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin faktlаr nöqteyinəzərindən qаnuni və əsаslı оlаn və mаhiyyəti üzrə düzgün оlаn qətnаməsi yаlnız fоrmаl mülаhizələrə görə ləğv edilə bilməz; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Beləliklə, məhkəmə kоllegiyаsının gəldiyi qənаətə görə, birinci instаnsiyа məhkəməsi mübаhisəni işin fаktiki hаllаrınа uyğun, iş üzrə tоplаnılmış sübutlаrа fаktlаr nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, mаddi və prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri iş mаteriаllаrı ilə təsdiq оlunmur və şikаyətin təmin edilməsi üçün qаnundа nəzərdə tutulmuş əsаslаr yоxdur. Bunа görə də, аpellyаsiyа şikаyəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnаməsi dəyişdirilmədən sаxlаnılmаlı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunmalıdır.
35. Məhkəmə kоllegiyаsı qeyd оlunаnlаrı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393 və 402-407-ci mаddələrini rəhbər tutаrаq Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.