Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-192/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” Istehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: üzləşmə aktının hüquqi statusu, istehlak edilmiş qazın dəyərinin ödənilməsi, subyektiv hüquq, estoppel prinsipi) hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh “Azəriqaz” Istehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” Istehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. “Azəriqaz” IB ilə İddiaçı arasında ##.##.2021-ci il tarixli və ##.##.2024-cü il tarixli AMX-****/** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, “Azəriqaz” IB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı keyfiyyətli qazla təmin etməyi, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Azəriqaz” IB tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.
2. ##.##.2022-ci il tarixli ******** nömrəli akta əsasən “G-160” markalı ******** nömrəli qaz sayğacının dövlət yoxlamasından keçirilməsi zamanı sayğac göstəriciləri xətasının normalara uyğun olmadığı müəyyən edildiyindən 16533 kub metr, ##.##.2023-cü il tarixli akta əsasən “G-160” markalı ******** nömrəli qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün fevral ayı üzrə 63750 kub metr əlavə sərfiyyat hesablanmışdır.
3. ##.##.2023-cü il tarixli ******* nömrəli sayğaca yerində xidmət aktına əsasən “G160” markalı ******** nömrəli qaz sayğacına açılıb baxış keçirilərkən rotorların kipləşib işləmədiyi müəyyən edilmiş, müvəqqəti əvəzedici sayğac olmadığından sayğac yenidən yerinə quraşdırılmış, ##.##.2023-cü il tarixli ******* nömrəli akta “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” aktına əsasən “G-160” markalı ******** nömrəli qaz sayğacı müvəqqəti olaraq “G-160” markalı ******** nömrəli qaz sayğacının əvəzinə quraşdırılmış, abonent saldosuna əsasən ##.##.2023-cü il tarixdə quraşdırılan “G160” markalı ******** nömrəli qaz sayğacı iddiaçının istifadəsindədir.
4. İddiaçı məxsus *************** nömrəli hesab üzrə abonentin saldosuna əsasən, “Azəriqaz” IB tərəfindən 2022-ci ilin dekabr ayı üçün 3637,26 manat, 2023-cü ilin yanvar ayı üçün 12375 manat, fevral ayı üçün 14025 manat, mart ayı üçün 3474,46 manat olmaqla aktlar əsasında ümumilikdə 33511,72 manat borc hesablanmış, İddiaçı 2022-ci ilin dekabr - 2023-cü ilin fevral aylarında ayrı-ayrı tarixlərdə 21038 manat ödəniş etmiş, 2023-cü ilin may ayında isə həmin tarixə olan bütün borc məbləğini (39100 manat) birdəfəlik ödəmişdir. ##.##.2025-ci il tarixə İddiaçı 35779,84 manat borcu mövcuddur;
5. Tərəflər arasında təsdiq edilmiş ##.##.2023-cü il tarixə olan üzləşmə aktına əsasən 2023-cü ilin ## ###### tarixinə borc məbləği 17878,27 manat təşkil etmiş, 2023-cü ilin yanvar ayında 17650,6 manat, fevral ayında 16166,94 manat, mart ayında 5475,6 manat, may ayında 15 manat, iyun ayında 780,34 manat, oktyabr ayında 528,57 manat, noyabr ayında 5295,36 manat, dekabr ayında 14828,58 manat qəz sərfiyyatı hesablanmış, 2023-cü ilin yanvar ayında 5300 manat, fevral ayında 12620 manat, may ayında 39260 manat, oktyabr ayında 780 manat, dekabr ayında 600 manat ödəniş edilmiş, ##.##.2023-cü il tarixə cəmi qalıq borc 20059,26 manat təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə (bundan sonra “Azəriqaz” IB) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr (sonuncu ərizə ##.##.2025-ci il tarixli olmaqla) ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus *************** nömrəli abonent hesabından 33513,72 manat məbləğində borcun silinməsi və ödənilmiş 190,60 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində yerləşən istixanaya X2 Istismar Idarəsi tərəfindən ## ###### 2022-ci il tarixində 3637,26 manat “uçotu pozulmuş qaz sərfinin bərpası”, ## ###### 2023-cü il tarixində 12375 manat “əllə daxil edilən qaz sərfi”, ## ###### 2023-cü il tarixində 14025 manat “sayğacsız”, ## #### 2023-cü il tarixində 3476,46 manat “sayğacsız” adı ilə ümumilikdə 33513,72 manat dəyərində qanunsuz, sayğac göstəricisindən kənar əlavə məbləğlər hesablanmışdır. Qeyd edilənlər yalnız abonentin saldosundan görünür və heç bir sənəd təqdim edilməsi mümkün deyildir. ##.##.2022-cü il tarixində “uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə 3637,26 manat əsassız hesabat aparılmışdır. Hansı sayğacla və hansı tarixlərdə qazın uçotunun pozulduğunu sübut edən hər hansı bir rəy və ya digər sənəd, hesabatın hansı qaydalara əsasən aparıldığı barədə sənəd təqdim olunmamışdır. ##.##.2023-cü il tarixində “əl ilə daxilə edilən qaz sərfi” adı ilə 12375 manat hesabat aparılmışdır. Istixanada faktiki olaraq qaz sayğacı vasitəsilə qazdan istifadə edildiyi halda, hesabatın nəyə, hansı qüsura əsasən aparıldığı barədə sənəd təqdim olunmamışdır. “Əl ilə daxilə edilən qaz sərfi”ni təsdiq edən rəsmi sənəd təqdim olunmamışdır. Hesabatın aparılma qaydası, bu barədə tərtib olunan sənəd və həmin sənədin iddiaçının iştirakı ilə tərtib olunduğunu sübut edən sənəd təqdim olunmamışdır. ##.##.2023-cü il tarixində 14025 manat və ##.##.2023-cü il tarixində 3476,46 manat dəyərində “sayğacsız” adı ilə hesabat aparılmışdır. Həmin vaxt istixanada qaz sayğacı vasitəsilə təbii qazdan istifadə olunmuşdur. Bunu təqdim edilən istehlakçının saldosundan da açıq-aşkar görmək olar. Belə ki, ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək istixanada “Elster G-160” tipli, ******** nömrəli qaz sayğacı vasitəsilə, ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək isə “Elster G-160” tipli, ******** nömrəli qaz sayğacı vasitəsilə qazdan istifadə olunmuş, hər ay sayğac vasitəsilə hesabat aparılmışdır. Necə olur ki, iki ay ard-arda qaz sayğacı vasitəsilə obyektə qaz hesablandığı və bu hesabatda öz əksini tapdığı halda, iki ay ard-arda “sayğacsız” adı ilə hesabat aparılır? Bununla bağlı cavabdeh heç bir açıqlama və rəsmi sənəd təqdim edə biməmişdir. Əgər qeyd olunan müddətdə sayğacsız qazdan istifadə olunubsa, bu halda ##.##.2023-cü il tarixində quraşdırılan sayğacın quraşdırılma və çıxarılma aktlarında çıxarılan sayğac qeyd olunsa da, quraşdırılan sayğacın yeri boş qalmalı, qazın dəmir ötürücü vasitəsilə qoşulduğu qeyd olunmalı idi. Elə isə qeyd olunan sayğacların quraşdırılma və çıxarılma aktları təqdim olunmalıdır. Bununla bağlı heç bir sənəd yoxdur. Qaz sayğaclarının yoxlamaya göndərilməsi, yoxlamanın rəyi təqdim olunmamışdır. “Sayğacsız” adı ilə hesablanan qaz həcminin hansı norma və qaydalara əsasən aparıldığı barədə sənəd təqdim olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 3.2, 3.2.3-cü maddələri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanla təsdiq edilmiş Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinin tələblərinə zidd olaraq “sayğac dövlət yoxlamasına getdi”, “sayğac dövlət yoxlamasındadır”, “əl ilə daxil edilən qaz sərfi”, “uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə vurulan bütün əlavə qaz sərfləri qanunsuzdur. Bütün hallarda qaz sayğacı qaz xəttinin üzərində olub, obyekt sayğacsız fəaliyyət göstərməyib. Bu, abonent saldosundan açıq-aşkar görünür. Həmin hesabatlar aparılanda sayğac yoxlamada olubsa, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” aktları təqdim olunmalıdır. Lakin hər hansı akt təqdim edilməmişdir. Akt olduğu halda, sayğac çıxarılanda yerinə başqa sayğac bağlandığı və ya qaz sərfinin hansı qaydada hesablanmalı olduğu qeyd olunmalı və hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmalıdır. Qaz sayğacının sərfiyyatından əlavə aparılmış bütün hesabatların hansı rəyə əsasən aparıldığını təsdiq edən sənədlər mövcud deyildir. Istismarda olan qaz sayğacı qaz xətti üzərindən çıxarılmadan, aylar üzrə qaz sayğacı vasitəsilə hesabat getdiyi halda, “sayğac dövlət yoxlamasına getdi”, “sayğac dövlət yoxlamasındadır”, “əl ilə daxil edilən qaz sərfi” və ya sayğac yerində test edilmədən “uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə hesabatlar həqiqətə uyğun deyil. “Sayğac dövlət yoxlamasındadır” adı ilə hesabatın aparılması obyektin qaz xətti üzərində qaz sayğacının olmaması, obyektin sayğacsız fəaliyyət göstərməsi deməkdir. Bu halda, həmin hesabatlar aparılan müddətdə sayğacın dövlət yoxlamasında və ya təmirdə olduğu barədə cavabdeh tərəfindən rəsmi sənədlər təqdim olunmalıdır. Əgər sayğac çıxarılmışdırsa, bu mütləq şəkildə sənədləşdirilməli, sayğacın götürülməsi və yoxlamadan sonra quraşdırılması üçün müvafiq akt tərtib edilərək imzalanmalı və nümayəndənin iştirakı təmin edilməli idi. Həmçinin hesabatlar aparılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.5-ci, 6.5-ci, 5.4-cü və 5.5-ci bəndinin tələbləri pozulmuşdur. Birincisi, tələb edilən borcların əsaslılığını həmin dövrdə qaz sayğacının işləməməsi və sayğacın işləmədiyi dövr üçün normativ hesabatın aparılması təşkil etsə də, həmin halları təsdiq edən mötəbər sübutlar, o cümlədən borcun hesablanması üçün əsas olmuş aktlar, eləcə də normativ hesabatlar yoxdur. Ikincisi, cavabdeh tərəfindən qaz sayğacındakı xətanın normaya uyğun olmamasının müəyyən edilməsi qeyd edilsə də, həmin akt birtərəfli sənəd olmaqla sayğacda, həqiqətən də, xətanın mövcud olması faktının müəyyən edilməsi üçün kifayət etmir. Digər tərəfdən, cavabdehin nümayəndəsi əks olunan uçotu pozulmuş sərfin hesablanma qaydasını izah etməli, hesablanma qaydasını müəyyən edən normativ sənədləri, eləcə də sözügedən hesablanma qaydasına aydınlıq gətirən digər mötəbər sübutları məhkəməyə təqdim etməlidir.
8. Qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” IB cavabdeh İddiaçı qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 33509,20 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” IB ilə İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən “Azəriqaz” IB üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və “Azəriqaz” IB-yə ##.##.2024-cü il tarixə *************** saylı kod üzrə 50749,20 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin istixanada təbii qazdan istifadəyə görə ##.##.2024-cü il tarixə borcu olmamışdır. Cavabdeh 2024-cü ilin oktyabr ayından dekabr ayınadək ümumilikdə qaz sayğacı vasitəsilə 44018,26 manat qazdan istifadə etmiş, 3865,50 manat ödəniş edilmiş, ##.##.2025-ci il tarixə 50043,81 manat borcu yaranmışdır. ##.##.2025ci il tarixdən ##.##.2025-ci il tarixədək 53423,49 manat məbləğində təbii qazdan istifadə etmiş, 42826,45 manat məbləğində ödəniş edilmiş, ##.##.2025-ci il tarixə 50749,20 manat borcu qalmışdır. “Azəriqaz” IB tərəfindən cavabdehə borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir.
10. Ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və eyni zamanda göstərmişdir ki, ilkin iddia üzrə iddiaçı cavabdeh tərəfindən hər ay verilən bildirişdə göstərilən məbləğləri ödəmiş, həmin borcun akt əsasında hesablanmasından məlumatlı olmamışdır.
11. Məhkəmənin suallarına cavab olaraq ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasında olmamış, cavabdehlə müqavilələri onun adından səlahiyyət verilmiş şəxslər imzalamış, istixananın idarəçiliyini üçüncü şəxslər həyata keçirmişdir.
12. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri X3 və X4 məhkəmə iclaslarında iştirak edərək qarşılıqlı iddianın məzmuna uyğun izahat vermiş və ilkin iddiaya etiraz edərək bildirmişdir ki, mübahisələndirilən dövr 2022-ci ilin sonu 2023-cü ilin əvvəlidir. Ilkin iddiaçının nümayəndəsinin iştirakı ilə sayğac çıxarılmış, dəymiş ziyanın hesablanması ilə bağlı sonuncu tam məlumatlı olmuşdur. Hesabatlardan da görünür ki, 2023cü ilin may ayında istifadə edilən qazın dəyəri ödənmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən tələb üzrə iddia müddəti keçmişdir.
13. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, ilkin iddiaçının mülkiyyətində olan qaz sayğacında nasazlıq olduğu üçün 2022-ci ilin dekabr ayında sayğacın arxiv məlumatına əsasən 3637,26 manat, 2023-cü ilin yanvar ayında 12375 manat, fevral ayında 14025 manat, mart ayında 3474,46 manat qaz sərfi hesablanaraq istehlakçının hesabına əlavə edilmişdir. Istehlakçının qaz sayğacında nasazlıqlar olması məhkəməyə təqdim edilən “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktlarla təsdiq olunur. Ilkin iddiaçı qeyd olunan qaz sərfləri ilə bağlı tam məlumatlı olmuşdur. Belə ki, istehlakçının nümayəndəsi qaz sayğacının çıxarılmasında və quraşdırılmasında iştirak etmiş, bu barədə tərtib olunmuş aktlara imza etmişdir. Qeyd olunan borc məbləği 2023-cü ilin may ayında tam şəkildə ödənilmişdir. Istehlakçı 2023-cü ilin iyun ayından 2024-cü ilin may ayınadək qazdan istifadə etmiş, 2024-cü ilin may ayında qazın dəyərini tam ödəmiş və borcu qalmamışdır. Istehlakçı 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək 97441,75 manat qaz sərf etmiş, 46691,95 manat ödəniş etmiş, ##.##.2025-ci il tarixə 50749,20 manat borcu qalmışdır. 2025-ci ilin oktyabr ayında 17240 manat ödəniş etmiş və ##.##.2025-ci il tarixə 33509,20 manat borcu vardır. Qeyd olunanlardan müəyyən olunur ki, ilkin iddiaçının sayğacın işləməməsindən məlumatı olmuş və 2022-ci ilin dekabr ayında sayğacın arxiv məlumatına əsasən hesablanmış 3637,26 manat, 2023-cü ilin yanvar ayında hesablanmış 12375 manat, fevral ayında hesablanmış 14025 manat, mart ayında hesablanmış 3474,46 manat məbləğində ödənişləri 2023-cü ilin may ayında tam olaraq “Azəriqaz” IB-nin hesabına ödəmişdir. Borc məbləğinin 2023-cü ilin may ayında, istixana mövsümünün başa çatmasından dərhal sonra ödənilməsi istehlakçının heç bir təzyiq, təsir olmadan ödəniş etməsini təsdiq edir. Iddia ərizəsinin məzmunundan aydın olur ki, ilk iddia üzrə iddiaçının qənaətinə görə, “Azəriqaz” IB tərəfindən qanunsuz aktlar əsasında borc hesablanmış və ödətdirilməsinə nail olunaraq sonuncu əsassız varlanmışdır. Işin hallarından göründüyü kimi, ilkin iddiaçının hesabına heç bir əsassız borc yazılmamışdır. Sayğacda yaranmış nasazlıqlarla bağlı hesabat aparılmışdır. Aparılmış hesabatları sayğacla hesabat aparılan dövrlərlə müqayisə etdikdə heç bir fərq olmaması öz təsdiqini tapır. Əgər hesab edilsə ki, “Azəriqaz” IB ilkin iddiaçının hesabına əsassız olaraq varlanmışdır, bu zaman iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Ilkin iddiaçı akt əsasında yazılmış borclarla bağlı 2022-ci ilin dekabr ayında, 2023-cü ilin yanvar, fevral, mart aylarında məlumatlı olmuş, həmin aylarda ödənişlər etmiş və 2023-cü ilin mart ayında borcunu tam olaraq ödəmiş, bundan sonra da mütəmadi olaraq qazdan istifadə etmiş və 2025-ci ilin may ayınadək qanunsuz borc yazılması ilə bağlı heç bir rəsmi və şifahi müraciət etməmişdir.
14. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istehlak edilmiş qazın dəyəri olaraq 33509,2 manat məbləğində pul tutularaq iddiaçı “Azəriqaz” Istehsalat Birliyinə ödənilməsi dövlət rüsumunun əvəzi olaraq 242,25 manat məbləğində pulun İddiaçı tutularaq “Azəriqaz” Istehsalat Birliyinə ödənilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
- Qazın alqı-satqı qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilədə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər göstərilir. - Bu mənada tərəflər arasındakı müqavilə münasibətləri üzrə vaxtaşırı üzləşmə aktlarının hesablanması da istisna edilmir. Belə bir üzləşmə aktı ##.##.2023-cü il tarixə olan borclarının müəyyən edilməsi məqsədilə aparılmış, mübahisəli dövrün sərfiyyatı da daxil olmaqla qeyd edilən tarixə hesablanan qaz sərfiyyatı və ödənişlər hər iki tərəfdən təsdiq edilmişdir. - Ilkin iddiaçının nümayəndəsi/vəkili aktdakı imzanın iddiaçıya məxsus olmadığını bildirsə də, ilkin iddia üzrə iddiaçının cavabdehlə bağlanan hər iki müqaviləyə, sonuncu tərəfindən tərtib edilən aktlara imza etmədiyi, ilkin iddiaçının istixananın idarə edilməsini üçüncü şəxslərə həvalə etdiyi ilkin iddiaçının qəbul etdiyi haldır. Belə olan halda, abonent saldosuna əsasən, üzləşmə aktında göstərilən ## ###### 2023-cü il tarixə olan 20059,26 manat borcun 2024-cü ilin mart ayınadək ödənildiyi də nəzərə alındığında, qeyd edilən aktın mötəbərliyi şübhə doğurmur. - Digər tərəfdən, nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları mülki hüquq münasibətlərində vicdanla iştirak etməlidirlər. - Məhkəmə qeyd edir ki, ilkin iddiaçı borc məbləğinin üzləşməsini aparmış, həmin məbləğin ödənişini həyata keçirmişdir. Həmçinin ilkin iddiaçı mübahisələndirdiyi borc məbləğinin 2023-cü ilin may ayında tam ödənilməsini sərfiyyat borcu hesab etməklə əsaslandırmağa çalışsa da, abonent saldosundan görünür ki, 2022-ci ilin dekabr - 2023- cü ilin fevral aylarında ayrı-ayrı tarixlərdə 21038 manat ödəniş etmiş, həmin ödənişlərdən qısa müddət sonra 2023-cü ilin may ayında qalan borcu (39100 manat) birdəfəlik ödəmişdir. Halbuki ilkin iddiaçının həmin tarixədək heç bir ay üzrə həmin məbləğə yaxın hər hansı sərfiyyatı olmamışdır. Hazırda isə ilkin iddiaçı şübhəsiz qəbul etdiyi halı mübahisələndirməyə çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından sui-istifadə etmişdir. - Qaydaların tələbindən aydın olur ki, istehlakçının təqsirindən asılı olmayaraq sənaye qaz qurğularının təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bu mənada, ##.##.2022-ci il tarixli ******** nömrəli akta əsasən qaz sayğacının dövlət yoxlamasından keçirilməsi zamanı sayğac göstəriciləri xətasının normalara uyğun olmadığının müəyyən edilib əlavə sərfiyyat hesablandığı, ##.##.2023-cü il tarixli ******* nömrəli sayğaca yerində xidmət aktına əsasən qaz sayğacına açılıb baxış keçirilərkən rotorların kipləşib işləmədiyinin müəyyən edildiyi nəzərə alındıqda, təqsirindən asılı olmayaraq sənaye qaz qurğularının təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi üçün məsuliyyət daşıyan ilkin iddiaçının sayğacın nöqsanlı olduğunu bilərək istehlaka davam etməsi daha sonra istehlak edilmiş qaza görə borcun mübahisələndirilməsinə məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymət verilməsinə əsas olur. - Ilkin iddia üzrə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə göstərilməlidir ki, iddia müddətinin tətbiqi yalnız iddiaçının müvafiq subyektiv hüquqa malik olduğu, həmin hüququnun cavabdeh tərəfindən pozulduğu müəyyən edildiyi halda qiymət verilə bilər. Hazırda isə ilkin iddiaçının borcun əsasını mübahisələndirməyə subyektiv hüququnun mövcudluğu öz təsdiqini tapmır. - "Azəriqaz" IB ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə ##.##.2021-ci il tarixli və ##.##.2024-cü il tarixli AMX-****/** nömrəli müqavilələrin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. - Məhkəmə hesab edir ki, qazın alqı-satqı müqaviləsi üzrə iddiaçının təchiz etdiyi qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə və qanunvericilikdə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istehlak edilmiş qazın dəyərini təşkil edən qalıq 33509,2 manat borcu iddiaçıya ödəməlidir. - Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilərək cavabdeh İddiaçı istehlak edilmiş qazın dəyəri kimi 33509,2 manat məbləğində pul tutularaq iddiaçı “Azəriqaz” IB-yə ödənilməlidir. - Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş ********** saylı qəbzdən görünür ki, 242,25 manat dövlət rüsumu “Azəriqaz” IB tərəfindən Bakı Kommersiya Məhkəməsinə ödənilmişdir. - Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli, qarşılıqlı iddia tam təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 242,25 manat pul İddiaçı tutularaq “Azəriqaz” IB-nə ödənilməlidir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 3.2.1, 4.2, 4.9, 5, 5.4, 6.5, 6.5-2, 6.5-3-ci bəndlərinə, Mülki Məcəllənin 385.1, 386.1, 425, 442, 560.1, 560.2, 560.3.4-cü maddələrinə, M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2023-cü il tarixli qərarı, «Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Iqtisadi Mübahisələrə dair Işlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin ## ###### 2005-ci il tarixli Qərarına istinad etmişdir.
17. Qətnamədən İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia tələbinin heç bir mötəbər sübutla təsdiqlənmədiyini və məhkəmənin əsassız qənaətə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmiş, iddiaçıya isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
24. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
25. Maddə 560.3.4. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı 26. müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt ( HYPERLINK "https://e-qanun.az/framework/21691" \l "n1" \t "_top" * nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun ( HYPERLINK "https://eqanun.az/framework/21691" \l "n2" \t "_top" 2 və ya HYPERLINK "https://eqanun.az/framework/21691" \l "n3" \t "_top" * nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla HYPERLINK "https://eqanun.az/framework/21691" \l "n3" \t "_top" * nömrəli əlavəyə uyğun müqavilə bağlanılır.Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla HYPERLINK "https://e-qanun.az/framework/21691" \l "n3" \t "_top" * nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
27. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
28. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
29. Bənd 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
39. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
40. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında qaz təchizatı münasibətləri X8 ilə bağlanmış müqavilə əsasında həyata keçirilmiş, istehlak edilmiş qazın dəyərinin ödənilməsi iddiaçının öhdəliyi olmuşdur.
41. Işdə olan sənədlərlə, o cümlədən üzləşmə aktı və hesablaşmalarla təsdiq edilir ki, mübahisəli dövr üzrə qaz sərfiyyatı və ödənişlər tərəflər arasında qarşılıqlı razılaşdırılmışdır.
42. Belə ki, iş materiallarında ##.##.2023-cü il tarixli üzləşmə aktından görünür ki, 2023-cü ilin ## ###### tarixinə borc məbləği 17878,27 manat təşkil etmiş, 2023-cü ilin yanvar ayında 17650,6 manat, fevral ayında 16166,94 manat, mart ayında 5475,6 manat, may ayında 15 manat, iyun ayında 780,34 manat, oktyabr ayında 528,57 manat, noyabr ayında 5295,36 manat, dekabr ayında 14828,58 manat qəz sərfiyyatı hesablanmış, 2023-cü ilin yanvar ayında 5300 manat, fevral ayında 12620 manat, may ayında 39260 manat, oktyabr ayında 780 manat, dekabr ayında 600 manat ödəniş edilmiş, ##.##.2023-cü il tarixə cəmi qalıq borc 20059,26 manat təsdiq edilmişdir.
43. Iddiaçının nümayəndəsi tərəfindən imzanın ona məxsus olmaması barədə irad bildirilməsi isə iş üzrə digər sübutların məcmusu ilə təkzib olunur.
44. Belə ki, iş materiallarından görünür ki, qazdan istifadə və təsərrüfat fəaliyyəti iddiaçının özü tərəfindən deyil, onun razılığı və tapşırığı ilə fəaliyyət göstərən şəxs vasitəsilə həyata keçirilmişdir; həmin şəxs tərəfindən müvafiq sənədlər, o cümlədən üzləşmə aktı imzalanmışdır; iddiaçı bu fəaliyyətə etiraz etməmiş, əksinə, yaranmış borcu sonradan könüllü qaydada ödəmişdir.
45. Bu hallar isə həmin şəxsin hərəkətlərinin iddiaçı tərəfindən faktiki qəbul edildiyini və təsdiqləndiyini göstərir.
46. Hazırda isə ilkin iddiaçı şübhəsiz qəbul etdiyi halı mübahisələndirməyə çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından sui-istifadə etmişdir.
47. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2023-cü il tarixli qərar).
48. Eyni zamanda iş materiallarına əlavə edilmiş aktlardan müəyyən edilmişdir ki, qaz sayğacında nasazlıq halları mövcud olmuş, lakin həmin nasazlıqlar istehlakçının təsirindən asılı olmamışdır. Bununla belə, iş materiallarından görünür ki, iddiaçı sayğacın nasaz olması barədə məlumatlı olduğu halda qazdan istifadəni davam etdirmişdir.
49. Kollegiya qeyd edir ki, “Qazdan istifadə qaydaları”na əsasən, sayğacın nasazlığı istehlakçının təqsiri olmadan baş verdikdə belə, istehlakçının üzərinə düşən vəzifələrdən biri də bu hal barədə qaz paylayıcısını məlumatlandırmaq və zəruri tədbirlərin görülməsinə şərait yaratmaqdır. Əksinə, iddiaçının nasazlığı bildiyi halda qazdan istifadəni davam etdirməsi onun davranışının vicdanlılıq və dürüstlük prinsiplərinə uyğun olmadığını göstərir.
50. Beləliklə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qazın alqı-satqı müqaviləsi üzrə iddiaçının təchiz etdiyi qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə və qanunvericilikdə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istehlak edilmiş qazın dəyərini təşkil edən qalıq 33509,2 manat borcu iddiaçıya ödəməlidir.
51. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
52. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.