Məhkəmə qərarları › İş №2-2(3-6)-287/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-287/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-287/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh Istahsalat Birliyinin nümayəndəsi X1 ştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh Istahsalat Birliyinə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Işin halları

1. İddiaçı MMC ilə Cavabdeh IB arasında qaz paylacısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ##.##.2013-cü il tarixli müqavilə bağlanmışdır.

2. “xxxx” PHŞ “xxxx” MMC qaz sayğacının yoxlanılması haqqında ##.##.2024-cü il tarixli, №**** protokoluna əsasən yoxlamanın nəticəsi istismara yarasızdır, təmir olunmalıdır.

3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2025-ci il tarixli, №******* saylı aktdan görünür ki, “xxxx" publik hüquqi şəxsin (PHŞ) xxxx Mərkəzi qaz sayğacının yoxlanılması haqqında tarixli, ***** №-li protokola əsasən, sayğacın korrektoru sönməsi nəticəsində arxivlər pozulmuşdur. Mexaniki hissədən keçən qaz qeydə alınmamışdır. Cari ilin iyun ayı üçün hesablanma və ödəniş təmin edilməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

4. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında Cəmiyyətin adına əsassız şəkildə hesablanmış 41062 m³ qaz sərfiyyatına görə 9033.64 manat məbləğində borc tələbinin, qazın verilişinin əsaslandırılmadan dayandırılmasının qanunsuz hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti uzun müddətdir ki, Sumqayıt şəhəri ərazisində qanuni fəaliyyət göstərən hüquqi şəxsdir. Cəmiyyət qaz təchizatı xidmətlərindən rəsmi qaydada Cavabdeh Istehsalat Birliyi ilə bağlanmış alqı-satqımüqaviləsinə əsasən istifadə etmişdir. Müəssisə öz istehsalat ehtiyaclarını ödəmək məqsədilə qaz təchizatına qoşulmuş, sayğac vasitəsilə istehlak olunan qaz miqdarını ölçmüş və hər ay təqdim olunmuş fakturalara uyğun olaraq qazın dəyərini ödəyərək öhdəliklərini yerinə yetirmişdir. Cəmiyyət tərəfindən qazın istifadə edilməsi dövründə, istər sayğacın yerləşdiyi məkanda, istərsə də qaz xəttində hər hansı nasazlıq və ya pozuntu müşahidə edilməmiş, cavabdeh qurum tərəfindən də bu barədə hər hansı xəbərdarlıq və ya inzibati tədbir tətbiq olunmamışdır. Müəssisənin istehlakı planlı, real və sənədlərlə təsdiqlənən qaydada aparılmış, heç bir texniki və ya hüquqi nöqsan qeydə alınmamışdır. Lakin 2025-ci ildə Cavabdeh IBnin əməkdaşları müəssisənin qaz sayğacını sökərək “xxxx” məqsədi ilə öz laboratoriyalarına təqdim etmiş, daha sonra müəssisəyə №******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt təqdim olunmuşdur. Aktda bildirilmişdir ki, sayğacın korrektor hissəsinin sönməsi nəticəsində müəyyən bir dövr üzrə sərf olunmuş qazın qeydiyyatı aparılmamış, bu isə 41062 m³ həcmində "itki" kimi qeydə alınmışdır. Aktda göstərilən məlumatlara istinad edilərək sayğacda guya pozuntu baş verdiyi əsaslandırılmadan müəssisəyə əlavə borc təqdim olunmuş və qazın verilişi dərhal dayandırılmışdır. Sayğacın ekspertizasını həyata keçirən “xxxx” MMC isə “xxxx” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərdiyindən bu ekspertiza da dövlət orqanı tərəfindən birbaşa və obyektiv yoxlama deyil, eyni struktur daxilindəki digər qurumun qeyri-müstəqil rəyinə əsaslanır.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

7. Iddiaçı İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apelyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Cavabdeh Istehsalat Birliyi ilə ##.##.2013-cü il tarixdə bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən təbii qaz təchizatından istifadə etmişdir. Sözügedən müqavilə qüvvədə olduğu bütün dövr ərzində iddiaçı cəmiyyət qazdan istifadəni yalnız cavabdeh qurum tərəfindən quraşdırılmış, plomb edilmiş və istismara yararlı hesab edilən qaz sayğacı vasitəsilə həyata keçirmişdir. qazdan istifadə edildiyi bütün müddət ərzində iddiaçı tərəfindən qaz sayğacına, ölçmə mexanizminə, plombuna və qaz xəttinə hər hansı müdaxilə edilməmiş, texniki və ya hüquqi xarakterli pozuntuya yol verilməmişdir. Cavabdeh Cavabdeh IB tərəfindən də iddiaçıya münasibətdə bu dövr ərzində hər hansı pozuntu aktı, xəbərdarlıq məktubu, inzibati tədbir və ya sanksiya tətbiq edilməmiş, qaz sayğacının nasazlığı, qeyridüzgün işləməsi və ya texniki qüsuru ilə bağlı iddiaçıya əvvəlcədən heç bir məlumat verilməmişdir. Bu hal onu göstərir ki, qaz sayğacı cavabdehin özü tərəfindən istismara yararlı hesab edilmiş və uzun müddət nəzarətsiz şəkildə işləməyə buraxılmışdır. 2025-ci ilin aprel ayında cavabdeh Cavabdeh IB-nin əməkdaşları tərəfindən iddiaçı müəssisədə qəfil yoxlama aparılmış, qaz sayğacı iddiaçıya heç bir əsaslandırılmış izahat verilmədən sökülmüş və “xxxx” adı altında cavabdeh qurumun nəzarətində olan laboratoriyaya təqdim edilmişdir. Yoxlamanın aparılma qaydası, əsasları, müddəti və nəticələri barədə iddiaçıya əvvəlcədən məlumat verilməmiş, proses zamanı iddiaçının nümayəndəsinin iştirakı təmin olunmamışdır. Nəticədə ##.##.2025-ci il tarixdə №******* saylı“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin aktda qaz sayğacının korrektor hissəsinin sönməsi nəticəsində guya müəyyən dövr üzrə qaz sərfiyyatının elektron qaydada qeydə alınmadığı, bu səbəbdən 41.062 m³ həcmində uçotu aparılmayan qaz sərfiyyatının yarandığı göstərilmişdir. Aktın məzmunundan göründüyü kimi, qeyd olunan “pozuntu”nun hansı konkret tarixdən etibarən yarandığı, nə qədər müddət davam etdiyi, qazın faktiki olaraq hansı dövr ərzində uçotdan kənar qaldığı və bu halın səbəbləri dəqiq müəyyən edilməmişdir. Cavabdehin öz texniki nəzarətində olan sayğacın sıradan çıxmasının bütün mənfi hüquqi nəticələri istehlakçının üzərinə yüklənsin. təbii qazın həcmi və istehlak göstəriciləri birbaşa olaraq qazın verildiyi təzyiq, temperatur və sıxlıq parametrlərindən asılıdır. Qaz sayğacları və korrektorlar məhz bu parametrlər əsasında ölçmə aparır və normativ sənədlərə uyğun olaraq hesablamalar yalnız real, faktiki və təsdiqlənmiş texniki göstəricilər əsasında aparılmalıdır. Qazın daha yüksək təzyiqdə verildiyinin qəbul edilməsi isə avtomatik olaraq daha böyük qaz həcminin sərfedildiyi kimi təqdim olunmasına gətirib çıxarır ki, bu da istehlakçı üçün əsassız maliyyə yükü yaradır. əgər qaz həqiqətən də cavabdehin iddia etdiyi kimi 2.5 bar təzyiq ilə verilsəydi, bu hal müəssisənin istehsalat avadanlıqlarında texniki nasazlıqlara, təhlükəsizlik risklərinə və ya istehsalat rejimində ciddi dəyişikliklərə səbəb olmalı idi. Lakin iş materiallarında belə halların mövcudluğunu təsdiq edən heç bir sübut, akt və ya texniki qeydə rast gəlinmir. qazın faktiki olaraq 1.5 bar təzyiq ilə verildiyi halda hesablamalarda 2.5 bar təzyiq göstəricisinin əsas götürülməsi, cavabdeh tərəfindən aparılmış hesablamaların elmi, texniki və hüquqi cəhətdən etibarsız olmasına, nəticə etibarilə iddiaçıya təqdim edilən borcun qanunsuz, əsassız və şişirdilmiş olmasına gətirib çıxarmışdır. Sayğacın ekspertizasını həyata keçirən “xxxx” MMC isə “xxxx” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərdiyindən bu ekspertiza da dövlət orqanı tərəfindən birbaşa və obyektiv yoxlama deyil, eyni struktur daxilindəki digər qurumun qeyri-müstəqil rəyinə əsaslanır Qazın verildiyi real təzyiq göstəricisinin müəyyən edilməsi, həmin göstərici əsasında yenidən və obyektiv hesablamanın aparılması üçün müstəqil texniki ekspertiza təyin edilməsi zəruri olduğu halda, məhkəmənin bu istiqamətdə heç bir tədbir görməməsi qəbul edilmir. , Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci və 5.5-ci bəndləri düzgün tətbiq edilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Istahsalat Birliyinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

15. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur.

16. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17. AR NK-nin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “X6”nın:

18. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6cı və 372.7-ci maddələri).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. Işin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh IB arasında qaz paylacısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ##.##.2013-cü il tarixli müqavilə bağlanmışdır.

24. Iş materillarına əlavə olunmuş “X4 X2 Tələbnaməyə əsasən, uçotun aparılmasına əsas xxxx, Qaz sayğaclarının yoxlanılması haqqında **** №-li Protokoluna əsasən G- 650 markalı, ******** №-li sayğacda elektron göstərici Vmt mexaniki göstəricidən 71742 m3 azdır. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən, enerji resurslarından istifadənin uçotu ölçü üsullarının və cihazlarının dəqiqliyi normalarına və dövlət standartlarına uyğun həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinin (istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq) tələblərinə əsasən, itirilmiş qaz bərpa edilməli, PR 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 71742 m3, emsal 3.11 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.

25. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” №******* saylı akta əsasən “xxxx" publik hüquqi şəxsin (PHŞ) xxxx Mərkəzi qaz sayğacının yoxlanılması haqqında ##.##.2025-ci il tarixli, ***** №-li protokola əsasən, sayğacın korrektoru sönməsi nəticəsində arxivlər pozulmuşdur. Mexaniki hissədən keçən qaz qeydə alınmamışdır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin eyni struktur daxilindəki digər qurum tərəfindən verilimiş rəyin mötəbər olmaması dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" publik hüquqi şəxsinin nizamnaməsindən görünür ki, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanına əsasən yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrəli Fərmanının 10-cu hissəsinə əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) strukturuna daxil olmayan tabeliyindəki qurumdur. Institut publik hüquqi şəxsdir və Azərbaycan Respublikasının metrologiya qurumu olaraq bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.

27. Kollegiya qeyd edir ki, iddiaçının göstərdiyi hallar, xüsusilə qaz sayğacına hər hansı müdaxilənin edilməməsi və ya cavabdeh tərəfindən əvvəlcədən xəbərdarlıq olunmaması faktı, aşkar edilmiş pozuntunun hüquqi nəticələrini aradan qaldırmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı istifadə etdiyi qazın düzgün uçotunun təmin edilməsinə, sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanmasına və ölçmə vasitələrinin normal işləməsinə görə məsuliyyət daşıyır. Bu baxımdan sayğacın korrektor hissəsinin işləməməsi nəticəsində qaz sərfiyyatının tam uçota alınmaması faktı istehlakçının məsuliyyətini istisna etmir.

28. Istismar prosesində sayğacın texniki vəziyyətinə nəzarət etmək və hər hansı nasazlıq əlamətləri müşahidə edildikdə bu barədə dərhal qaz təchizatçısına məlumat vermək istehlakçının vəzifələrindən biridir. Iddiaçı tərəfindən belə məlumatlandırmanın həyata keçirilməməsi onun üzərinə düşən öhdəliyin yerinə yetirilmədiyini göstərir.

29. Eyni zamanda qeyd edilməlidir ki, istehlakçı ##.##.2025-ci il tarixli aktın tərtib edilməsinə iştirak etmiş, lakin imza etməkdən imtina etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qazın təzyiq göstəriciləri ilə bağlı dəlilləri subyektiv xarakter daşıyır və heç bir texniki sənəd və ya rəsmi ölçmə nəticələri ilə təsdiqlənmir. Cavabdeh tərəfindən hesablamalar qüvvədə olan metodiki göstərişlərə uyğun aparılmış və bu zaman standartlaşdırılmış göstəricilər əsas götürülmüşdür.

31. Məhkəmə kollegiyası iddiaçının “qazın verilişinin əsaslandırılmadan dayandırılmasının qanunsuz hesab edilməsi” ilə bağlı irəli sürdüyü tələblə bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi(vəkili) qeyd edilən tələbin hazırki borc məbləğ ilə bağlı olduğunu bildirmişdir. Lakin bu hal, yəni qazın verilişinin dayandırılması iş materialları və normativ hüquqi aktlarla təsdiq olunmur.

32. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, qaz təchizatçısı aşkar olunmuş nasazlıq, uçotun düzgün aparılmaması və ya təhlükəsizlik baxımından risk yaradan hallar mövcud olduqda qazın verilişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir. Bu norma imperativ xarakter daşıyır və istehlakçının razılığından asılı deyil.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar