AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-292/2026 02.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı “* №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi,sübutetmə, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçı “* №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə3, cavabdehCavabdehİstehsalatBirliyininnümayəndəsinümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəlisürməyənüçüncüşəxsX2nümayəndəsiX4iştirakıilə “* №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İstehsalat Birliyinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları
1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən obyektin qaz təchizatı “* №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) adına olan *************** nömrəli abonent kodu əsasında həyata keçirilir və həmin abonent kodu üzrə 2025ci ilin may ayı üçün istehlak edilmiş qazın dəyəri sayğac göstəricisinə əsasən 67 174,8 manat hesablanmışdır.
2. “* №-li Magistral Yolların İstismarı” MMC-nin müraciəti əsasında ## #### 2025-ci il tarixdə həmin obyektin təbii qazla təhcizatının hesablaşmasını təmin edən “G-1600” markalı, turbin tipli, ******** nömrəli sayğac növbədənkənar dövlət yoxlanılmasına göndərilməsi üçün çıxarılmış, ##.##.2025-ci il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sayğac yoxlamadan keçirilmiş, bu barədə protokol tərtib edilmişdir.
3. Protokolda qeyd olunmuşdur ki, “Sayğacın daxili çirklidir. Sayğaca hava vuruldu, hesablama mexanizmi işləkdir, ekranda T işarəsi var. Sayğacın üzərində termoyataq aşkar olunmadı, göstəricilər arasında fərq var. ##.##.2025 - ##.##.2025-ci il tarixlərini əhatə edən saatlıq arxivə əsasən mütləq təzyiq P=1,003-5 bar aralığında, korreksiya olunmuş maksimal qaz həcmi 1875 kubmetr, korreksiya olunmamış maksimal qaz həcmi isə 430 kubmetr qeydə alınmışdır. Son sərfiyyat ##.##.2025-ci il tarixdə qeydə alınmışdır, temperatur çeviricisi normaldır, lakin temperatur çeviricisinin naqilinin izolyasiya qatı yüngül zədəlidir, biz tərəfdən bərpa olunub. Təzyiq çeviricisi normaldır, elektron göstərici Vmt mexaniki göstəricisindən 4896 kubmetr çoxdur. İmpuls çeviricinin vizual vəziyyəti normaldır, yoxlama zamanı elektron korrektor və impuls çevirici verilən impulsları qeyd edir. Korrektorun idarəetmə düymələri bəzən işləmir. Bu hallarda LCD ekran parametrləri istifadəçi müdaxiləsi olmadan özbaşına dəyişir və menyulara daxil olmaq mümkün olmur. Düymələritəmirolunmalıdır.Korreksiyaəmsalı0,9686”.
4. Həmin sayğac korrektorunun idarəetmə düymələrinin təmirindən sonra ##.##.2025-ci il tarixdə təkrarən * №-li Magistral Yolların İstismarı” MMC-nin qaz xəttinin üzərində quraşdırılmışdır.
5. “* №-li Magistral Yolların İstismarı” MMC tərəfindən Cavabdeh İB-nə ##.##.2025-ci il tarixdə məktub ünvanlanaraq, Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən asfalt zavodunda 1 ədəd bitum qızdıran çən və 1 ədəd asfalt qurğusunu təmin edən təbii qaz xəttinə quraşdırılmış 011405300100001 abonent kodu olan “G-1600” turbin, 10520960 zavod nömrəli sayğacın üzərində olan təbii qaz sərfiyyatının 2025-ci ilin may ayı üçün qeyd olunmuş 279895 kubmetr sərfiyyatın əsasında hesablanmış 67174,80 manat borcun silinərək ağlabatan məbləğdə hesablamanın təmin edilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. “* №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) Cavabdeh İstehsalat Birliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ona 2025-ci ilin may ayı üzrə qeyd edilmiş 279 895 kubmetr təbii qaz sərfiyyatı əsasında hesablanmış 67 174,8 manat borcunsilinməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, X5 Agentliyinin “* №-li Magistral Yolların İstismarı” MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsdir, nizamnamə şərtlərinə əsasən qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Agentliyin yol təsərrüfatı sahəsində balansında olan avtomobil yollarının qorunmasına, saxlanılmasına və layihələndirilməsinə aid fəaliyyət istiqamətlərini yerinə yetirir. Tərəflər arasında bağlanmış qaz alqı-satqısına dair ASAN4\1\*** saylı müqaviləyə əsasən, *************** saylı abunə kodu ilə iddiaçı cavabdehin Bakı Regional Qazın Satışı Departamentindən qaz qəbul edir. Qaz alqı-satqısına dair cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimə və hesabfakturalara görə iddiaçıya satılmış qazın dəyəri hər ay təxminən 2000-4000 manat məbləğində olmuşdur və qazın dəyəri vaxtında ödənilmişdir. İddiaçıya məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən asfalt zavodunda 1 ədəd bitum qızdıran çən və 1 ədəd asfalt qurğusunu təmin edən təbii qaz xəttinə quraşdırılmış 011405300100001 abonent kodu olan “G-1600” turbin, 10520960 zavod nömrəli sayğacın üzərində olan təbii qaz sərfiyyatının 2025-ci ilin may ayına olan göstəricisi həddən artıq hesablanmış və may ayı üzrə qeyd edilmiş 279 895 kub metr təbii qaz sərfiyyatı əsasında 67 174 manat 80 qəpik borc yazılmışdır. Hesablanmış borc əsassızdır və cavabdeh heç bir xəbərdarlıq etmədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4, 3.1.4, 3.1.5ci bəndlərinin tələblərini kobudcasına pozaraq may 2025-ci ildə tarixdə iddiaçıya qazın verilməsini birtərəfli qaydada dayandırmışdır. Bununla da dövlət müəssisəsinin təsərrüfat fəaliyyəti lüzumsuz olaraq məhdudlaşdırılmışdır. Qazın verilməsinin dayandırılması ilə iddiaçıda olan asfalt zavodunun və bir sıra digər istehsalat sahələrinin fəaliyyəti dayanmışdır. Bununla da Bakı şəhərindən Yevlax şəhərindək olan strateji əhəmiyyətli magistral yola gündəlik xidmət göstərmək qeyri-mümkünolmuşdur.
8. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilən "Qazdan istifadə Qaydalarının 4.2, 4.5, 4.8, 4.9-cubəndlərinəistinadolunmuşdur.
9. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmiş, etirazında aşağıdakları göstərmişdir: “İddiaçıya məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən müəssisəyə (asfalt zavodu) 2023-ci ilin sentyabr ayında "G-1600 EK-230” markalı, ******** nömrəli qaz sayğacı quraşdırılmış və qazın hesabatı qeyd olunan sayğac vasitəsilə aparılmışdır. ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək və ##.##.2025-ci il tarixlərdə cavabdehin Sumqayıt Regional Qaz İstismar İdarəsinin nümayəndələri tərəfindən abonentin ünvanına müvəqqəti qaz sayğacı (№ ********, "G-1600 TRZ EK-230” markalı) quraşdırılmışdır. Cavabdeh qanunvericiliyin tələblərinə tam riayət edərək istehlakçının qaz sayğacının vaxtlı-vaxtında dövlət yoxlamasından keçirilməsini təmin etmişdir. Belə ki, sayğac ##.##.2020-ci ildə, ##.##.2023-cü ildə və sonuncu dəfə iddiaçının öz xahişi və vəsaiti hesabına növbədənkənar qaydada ##.##.2025-ci il tarixdə dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının sonuncu dövlət yoxlamasında iddiaçıya məxsus qaz sayğacı saz vəziyyətdə olduğuna görə yenidən istismarına icazə vermişdir. Həmçinin əgər sayğac xarab olsa idi, avtomatik "ALARM-1” rejiminə keçməli idi. Çünki sayğac qazın sərfiyyatını qeyd etməyəndə avtomatik olaraq dayanmalıdır. Bu o deməkdir ki, sayğacın xarab olması və ya düzgün işləməməsi fərziyyədir. Bundan əlavə iş materiallarına əlavə olunan abonentin qaz saldosuna diqqətlə nəzər yetirilsə görünər ki, iddia ərizəsində göstərilən (67 174,80 manat) məbləğ adi və tez-tez iddiaçı tərəfindən istifadə olunan qaza görə ödənilən məbləğdir. Analoji olaraq ötən illər bu məbləğdə qaz istifadə olunub. Məsələn: 2014-cü ilin may ayı 36 800,80 manatlıq, 2015-ci ilin aprel ayı 23 877,60 manatlıq, 2017-ci ilin sentyabr ayı 56 666,60 manatlıq, 2017-ci ilin oktyabr ayı 22494,80 manatlıq, 2021-ci ilin noyabr ayı 22 830,28 manatlıq, 2021-ci ilin dekabr ayı 32 351,44 manatlıq, 2022-ci ilin iyul ayı 24 106,50 manatlıq, 2022-ci ilin dekabr ayı 31 464,84 manatlıq, 2023-cü ilin yanvar ayı 17 992,26 manatlıq, 2024-cü ilin sentyabr ayı 20 176,86 manatlıq, 2024-cü ilin avqust ayı 22 628,32 manatlıq, 2025-ci ilin may ayı 67174,80 manatlıq qaz sərf olunub. Ümumiyyətlə, qaz sərfi çoxaldıqca temperatur qalxır və bununla yanaşı qazın təzyiqi çoxalır. Bu adi bir prosesdir, lakin iddiaçı öz şəxsi mənafeyini üstün tutmaqla sui-istifadə edərək istifadə etdiyi qazın dəyərini ödəməkdən yayınır. Məhkəmə nəzərdən qaçırmamalıdır ki, iddiaçının böyük asfalt zavodu mövcuddur, istehsal müəssisəsidir və qəbul etdiyi sifarişlər kifayət qədər çox qazın işlədilməsinə əsasdır. Böyük sayğacların kifayət qədər elektron sistemi təkmilləşmişdir. Elektron sayğaclar özü qazı avtomatik korreksiya edir. Korreksiya qazın müxtəlif temperatur və təzyiq şəraitində saxlanılan həcmlərini müqayisə etməyə imkan verir. İddia tələbi şablon qaydada tərtib olunmuşdur. Belə ki, iddiaçı istifadə etdiyi qazın dəyərini ödəməkdən boyun qaçırmaqla dövlətə küllü miqdarda ziyan vurmuş və bu günə kimi istifadə etdiyi qazın dəyərini ödəməmişdir. Həmçinin iddiaçının hazırda mövcud olan 67174,80 manat borcu istifadə etdiyi sayğacdan keçən qazdır. Abonent istifadə etdiyi qazın dəyərini ödəməmək üçün şikayət etmək hüququndan sui-istifadə edərək məhkəmədə əsassız iddia qaldırmışdır. İddiaçı bağlanan müqavilə (3.3 və 3.4-cü bəndləri) öhdəliklərini və Nazirlər Kabinetinin ** saylı Qərarının 6.1.4-cü bəndinin tələblərini pozduğuna görə qazın verilməsi dayandırılır. İddiaçı məhz bu müddəaya ərizəsində özü istinad etmişdir. Bununla da iddiaçı cavabdehin haqlı olduğunu və qanuna uyğun qazın dayandırılmasını etiraf və təsdiq etmişdir. Həmçinin ** saylı Qərarın 5.2-ci bəndinin tələblərinə görə cavabdehin əməkdaşları yalnız sayğac göstəricisinə əsasən hesablama aparmış və bu barədə abonentə məlumat təqdim etmişdir. Bundan əlavə, iddiaçı ərizədə əsası olmayan arqumentlər göstərmişdir ki, bu fikirlərin də heç bir hüquqi əsası yoxdur. 67 174,80 manat borc məbləği sayğacdan keçən qazdır. Müəssisəyə itirilmiş qaza görə heç bir akt tərtib olunmayıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçıya məxsus müəssisədə heç bir yoxlamakeçirilməmişdir”.
10. İddiaya qarşı etirazda Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiqedilən“QazdanistifadəQaydaları”nın5.4-cü,6.1.4-cübəndlərinəistinadedilmişdir.
11. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işəcəlbolunmuşdur.
12. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndələri (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişlər ki, sayğac səhv işlədiyindən cavabdehə müraciət edilərək sayğac laboratoriyaya göndərilmiş, həmin dövrdə müvəqqəti sayğac qoyulmuşdur. Laboratoriyaya göndərilməmişdən əvvəl 2025-ci ilin may ayında sayğac həddən artıq sərfiyyat hesablamışdır. Sayğacın mexaniki və elektron göstəricilərinin nisbəti 4-ü keçməməli olduğuhalda,2025-ciilinaprelayıüçünburəqəm11təşkiletmişdir.
13. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndələri iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirmişlər ki, sayğac iddiaçının xahişi ilə laboratoriyada müayinədən keçirilmiş və onda istehlakı düzgün qeyd almamaya səbəb olan hər hansı nöqsan aşkarolunmamışdır.
14. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi bildirmişdir ki, Azərbaycan Metrologiya İnstitutunun protokolunda göstərilən nöqsanlar sayğacın istehlak həcmini düzgün qeydə almasına təsir etmir. Sayğacda aşkar edilən nöqsan sayğacın menyusuna daxil olmağa maneçilik törədən nöqsan olub, həmin nöqsan korrektor üzərində düymənin bəzən işləməməsi olub. Hazırda düymələr təmir olunub, bunun isə sərfiyyatla heç bir əlaqəsi yoxdur. Sayğacın mexaniki hissəsini kənar müdaxilə ilədəyişməkmümkündeyil.
15. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təminedilməməsiqətolunmuşdur.
16. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır: - İddiaçı sayğacdakı qüsurla bağlı 2025-ci ilin may ayı üzrə sərfiyyatın çox qeydə alındığını bildirərək 67 174,8 manat borcun silinməsini tələb edir. Cavabdeh iddiaya etiraz edərək həmin borcun aktlar əsasında deyil, sayğac göstəricisinə əsasən hesablandığını, sayğacda sərfiyyatın yanlış qeydə alınmasına əsas olan hər hansı nöqsanın olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
- Qazdan istifadə haqqında qanunvericiliyin müddəalarından göründüyü kimi, bir qayda olaraq qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalıdır. Bu mənada 2025-ci ilin may ayı üzrə cavabdeh tərəfindən iddiaçının istehlak etdiyi qazın dəyəri sayğac göstəriciləri əsasında 67 174,8 manat müəyyən edilmişdir.
- İddiaçının müraciəti əsasında həmin sayğac qüsurların müəyyən edilməsi üçün növbəti ay dövlət yoxlamasına göndərilmiş, ##.##.2025-ci il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sayğac yoxlamadan keçirilmişdir. Bu zaman ##.##.2025 - ##.##.2025-ci il tarixlərini əhatə edən saatlıq arxivə əsasən mütləq təzyiqin P=1,003-5 bar aralığında, korreksiya olunmuş maksimal qaz həcminin 1875 kub metr, korreksiya olunmamış maksimal qaz həcminin 430 kub metr olduğu qeydə alınmış, son sərfiyyat ##.##.2025-ci il tarixdə qeydə alınmış, temperatur çeviricisinin normal olduğu, lakin temperatur çeviricisinin naqilinin izolyasiya qatının yüngül zədəli olduğu müəyyən edilmiş, təzyiq çeviricisinin normal olduğu, elektron göstəricinin Vmt mexaniki göstəricisindən 4896 kub metr çox olduğu, impuls çeviricinin vizual vəziyyətinin normal olduğu, yoxlama zamanı elektron korrektorun və impuls çeviricinin verilən impulsları qeyd etdiyi, korrektorun idarəetmə düymələrinin bəzən işləmədiyi, bu hallarda LCD ekran parametrlərinin istifadəçi müdaxiləsi olmadan özbaşına dəyişdiyi, menyulara daxil olmağın mümkün olmadığı, korreksiya əmsalının 0,9686 olduğu aşkar olunmuşdur.
- Məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmiş, Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsnin nümayəndəsinə "Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli "Qaz sayğacının yoxlanılması haqqında” protokolu və iş materiallarında olan sənədlər təqdim edilmiş, aşkar olunan qüsurların sayğac tərəfindən qaz istehlakının düzgün ölçülməsinə maneə yaradıbyaratmadığına dair suallar verilmişdir. Üçüncü şəxsin nümayəndəsi suallara cavabında həmin nöqsanların istehlak edilən qazın həcminin müəyyən edilməsinə maneə yaratmadığına dair birmənalı mövqe ifadə etmişdir.
- Digər tərəfdən, icraatın gedişində iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, ## ###### 2025-ci il tarixində Müdafiə Sənayesi Nazirliyinin "Cihaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə ekspertizanın aparılmasından səlahiyyətlərinin olmaması əsası ilə imtina edilmişdir. - İddiaçı daha sonra ekspertizanın "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmasına dair vəsatət ünvanlamış, lakin iş materiallarında laborator müayinə aktının məhz "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edildiyini nəzərə almamışdır.
- Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
- Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı öz iddiasının faktiki əsasını, sayğacın qaz sərfini düzgün qeydə almadığı halını sübut edə bilməmişdir. İddiaçının yeganə arqumenti əvvəlki aylarda 2000 - 4000 manat aralığında qaz borcunun hesablanması olsa da, abonent saldosunu təhlil etdikdə görünür ki, 2011-2025-ci il tarixləri əhatə edən dövrdə müxtəlif aylarda kifayət qədər yüksək məbləğlərə (məsələn, 2014-cü ilin 4,5,6cı aylarında müvafiq olaraq 20706,2 manat, 36800,8 manat, 19539,4 manat, 2015-ci ilin 4-cü ayında 23877,6 manat, 2017-ci ilin 9-cu ayında 56666,6 manat, 2021-ci ilin 12ci ayında 32351,44 manat, 2022-ci ilin 12-ci ayında 31464,84 manat, 2023-cü ilin 9-cu ayında 20176,86 manat, 2024-cü ilin 8-ci ayında 22628,32 manat və s.) iddiaçının sərfiyyatı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qeyd olunan arqumenti əsassızdır.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə istinadetmişdir.
18. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, ekspertiza tədqiqatının həyata keçirilməsini təmin etməyərək ziddiyyətli məqamlara aydınlıq gətirmədiyini, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini, iddiaçının dövlət büdcəsindən maliyələşən müəssisə olduğunu nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəllilərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin və müstəqil tələb irəlisürməyənüçüncüşəxsinnümayəndələriisəşikayətinəsassızolduğunubildirmişlər.
21. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi üçün mühəndis-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi “Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuş, ekspert qarşısındaaşağıdakısuallarqoyulmuşdur:
- “* №-li Magistral Yolların İstismarı” MMC-nə məxsus obyektin təbii qazla təhcizatının hesablaşmasını təmin edən “G-1600” markalı, turbin tipli, ******** nömrəli sayğacla bağlı “Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib olunmuş protokolda əksini tapan “ekranda T işarəsi var”, “göstəricilər arasında fərq var”, “korreksiya olunmuş maksimal qaz həcmi 1875 kubmetr, korreksiya olunmamış maksimal qaz həcmi isə 430 kubmetr qeydə alınmışdır”, “elektron göstərici Vmt mexaniki göstəricisindən 4896 kubmetr çoxdur”, “korreksiya əmsalı 0,9686” qeydləri hansı mənaya gəlir?.
- Əgər sayğacın elektron göstəricisi mexaniki göstəricisindən fərqlidirsə, hesablaşma hansı göstəriciyə əsasən aparılmalıdır?.
- “* №-li Magistral Yolların İstismarı” MMC-nə məxsus obyektin təbii qazla təhcizatının hesablaşmasını təmin edən “G-1600” markalı, turbin tipli, ******** nömrəli sayğac növbədənkənar yoxlama üçün çıxarılarkən (## #### 2025-ci il tarixdə) onun elektron və mexaniki göstəriciləri necə olmuşdur (kubmetrlə) və həmin göstəricilərə görə hesablanmalı olan sərfiyyat nə qədər (neçə manat) təşkil edir? (hər bir göstərici üzrə ayrı-ayrılıqda göstərilməklə).
- “Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib olunmuş protokolda göstərilən qüsurlar sözügedən sayğacın qaz sərfiyyatını düzgün qeydə almamasına (real sərfiyyatdan daha artıq hesablamasına) səbəb ola bilərmi?.
- Həmin protokolda qeyd olunanlar nəzərə alındığında, sözügedən sayğacın 2025-ci iliin may ayında sərfiyyatı düzgün qeydə almadığı qənaətinə gəlmək mümkündürmü?. Əgər bu cür qənaətə gəlmək mümkündürsə, sayğacın yaddaş qurğusunun oxunması yolu ilə müvafiq dövrdə real sərfiyyatın nə qədər olduğu (kubmetrlə və manatla) hesablansın.
22. “Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin##.##.2026-cıiltarixlirəyindəaşağıdakılargöstərilmişdir: - “Ekranda T işarəsi var” ifadəsi temperatur çeviricisinin naqilinin zədələnməsi ilə əlaqədar olmuşdur və qeyd olunan zədə tərəfimizdən aradan qaldırılmışdır. “Göstəricilər arasında fərq var” ifadəsi elektron göstərici Vmt (mexaniki göstəricinin elektron versiyası) ilə mexaniki göstərici arasındakı fərqi ifadə edir və bu fərq 4896 m3 təşkil edir. “Korreksiya olunmuş maksimal qaz həcmi 1875 m3, korreksiya olunmamış maksimal qaz həcmi isə 430 m3 qeydə alınmışdır” ifadəsi korrektorun arxiv yaddaşına əsasən bir saat ərzində Vbt (korreksiya əmsalına vurulmuş göstərici) və Vmt bölmələrində qeydə alınmış maksimal qaz sərfi göstəricilərini ifadə edir. “Elektron göstərici Vmt mexaniki göstəricisindən 4896 m3 çoxdur” ifadəsi Vmt ilə mexaniki göstərici arasındakı fərqi nəzərdə tutur. Vmt mexaniki göstəricinin elektron forması olub, ümumi (toplam) mexaniki göstəricini ifadə edir. Korreksiya əmsalı: 0.9686 korrektor xəttdəki qazın təzyiqini və temperaturunu ölçərək korreksiya əmsalını forlaşdırır. Bu əmsalın Vmt göstəricisinə hasili Vbt göstəricisidir. Vbt göstəricisi hesablaşma aparılmasında əsas göstərici kimi qəbul edilir. Laborator şəraitdə korreksiya əmsalı həmin günün atmosfer təzyiqinin qiymətinə uyğun olaraq 0.9686 kimi əks olunub. - İstənilən halda abonentlərlə hesabat Vbt göstərici ilə aparılır.
- ## #### 2025-ci il tarixində göstəricilər "Azəriqaz” İB-nin ******* nömrəli çıxarılma aktında öz əksini tapmışdır. Həmin aktda mexaniki göstərici 01862899 m3, Vmt göstəricisi 01867655 m3, Vbt göstəricisi isə 06864466 m3 kimi qeyd olunmuşdur. Arxivlərə əsasən aylıq sərfiyyat:
##.##.2025 - ##.##.2025 sərfiyyat 2874 m3 ##.##.2025 – ##.##.2025 sərfiyyat 14 818 m3 ##.##.2025 – ##.##.2025 sərfiyyat 9420 m3 ##.##.2025 – ##.##.2025 sərfiyyat 11 543 m3 ##.##.2025 – ##.##.2025 sərfiyyat 276 760 m3 ##.##.2025 – ##.##.2025 sərfiyyat 8886 m3
- ##.##.2025-ci il tarixində "xxxx” MMC tərəfindən tərtib edilmiş Y**** nömrəli protokolda qeyd olunan məlumatlar sayğacın vizual baxışına, sınaq qurğularının nəticələrinə və elektron korrektorun arxiv məlumatlarına əsaslanır. MMC sayğacın xəttdəki istismar vəziyyətinə qiymət vermək səlahiyyətinə malik deyil. Protokola əsasən yararsızlıq səbəbi korrektorun düymələrinin işlək olmaması ilə bağlıdır.
- G-1600 markalı, ******** nömrəli turbin tipli qaz sayğacı sonuncu dəfə ##.##.2025-ci il tarixli ****** №-li Akta əsasən növbədənkənar dövlət yoxlamasından keçirilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.
24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsi olan fəaliyyətdir.
25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyanvurmaqməqsədiiləistifadəedilməsiyolverilməzdir.
29. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilənrazılaşmalarvəhərəkətlərisəetibarsızdır. “Qaz təchizatı haqqında” Qanun (tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)
30. Maddə 11 (6-cı hissə). Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanıtərəfindənmüəyyənedilir.
31. Maddə 13 (8-ci hissə). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuşhallar istisna olmaqla, qaz paylayıcısıistehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ayüzrə hesablamalıvə növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).“Smart-kart”tipli qaz sayğacıolan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısıtərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur.İstehlakçının istehlak etdiyi qazın dəyəri tamödənildikdən sonra, qaz paylayıcısıtərəfindən yol verilmişsəhvə görə düzgün hesablanmamışqazın dəyərinin istehlakçıtərəfindənödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”Azərbaycan RespublikasıQanununun 11-ci maddəsinə uyğun olaraq həyatakeçirilir.
32. Maddə 13 (8-1-ci hissə). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısıqanunsuz xətti dərhal qazpaylayıcışəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma hallarıaşkar edildikdə qaz paylayıcısıbu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmişşəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşınaçatmışailəüzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında işüzrə icraata başlanılmasıməsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.İstehlakçının qazın talanmasında təqsirli olmasıhəmin orqanların və ya məhkəmənin qərarıilə müəyyən edildikdə qaz paylayıcısıvurulmuşzərərinödənilməsini istehlakçıdan tələb etməlidir.İstehlakçıtərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuşzərərin hesablanmasıilə bağlıməsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cıhissəsində nəzərdə tutulmuşqazdan istifadə qaydalarıilətənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”
33. Bənd 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan RespublikasınınFövqəladəHallarNazirliyihəyatakeçirirlər.
34. Bənd 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: .... 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyəbaxışkeçirməlivənəticəsiniaktlarəsmiləşdirməlidir.
35. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdəsaxlanılmasınagörəcavabdehliyiisəözləridaşıyırlar.
36. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacınıntexnikibaxışdankeçirilməsinəgörəistehlakçıvəsaitödəməlidir.
37. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazındəyərininistehlakçıtərəfindənödənilməsitələbediləbilməz.
38. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığıgündənəvvəlkiayınortagündəliksərfinəuyğunaparılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədəonlarıxəbərdaredir,onlarınprosessualhüquqlarınınhəyatakeçməsinəköməkgöstərir.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarsübutlarhesabolunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıiləmüəyyənedilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
44. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinətəqdimedilir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
46. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənədvəmateriallardır.
47. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsinyazılı qaydada verilən əsaslandırılmışvəsatəti və ya öz təşəbbüsü ilə ekspertizatəyinedəbilər.
48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsindəmüəyyənedilmişqaydalarüzrəməhkəmələrtərəfindənqiymətləndirilir.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyətiüzrədüzgünolanqətnaməsiyalnızformalmülahizələrəgörələğvediləbilməz.
Apellyasiya baxışının həddi
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər. Məhkəmə kollegiyasının mövqeyi
53. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrədüzgünnəticəyəgəlmişdir.
54. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları vəhüquqiəsasıaraşdırılmalıdır.
55. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, ona məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən asfalt zavodunda 1 ədəd bitum qızdıran çən və 1 ədəd asfalt qurğusunu təmin edən təbii qaz xəttinə quraşdırılmış sayğac, qüsurlu olması səbəbilə 2025-ci ilin may ayında qaz sərfiyyatını düzgün qeydə almamış, buna görə də ona 67174,80 manat borc hesablanmışdır.
56. İşin hallarından aydın olur ki, iddiaçının istehlak etdiyi təbii qazın hesabatanı aparan sayğacdakı qüsur korrektorun düymələrinin işlək olmaması ilə bağlı olmuşdur – Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsinin bildirməsinə görə isə, bu qüsur sayğacın istehlak həcmini düzgün qeydə almasına təsir etmir, yalnız sayğacın menyusunadaxilolmağamaneçiliktörədənnöqsandır.
57. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza əsasında tədqiqat aparan “Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi rəyin məzmununa görə də, iddiaçının qaz sayğacında qazın sərfiyyatını düzgün qeydə almamağasəbəbolabiləcəkqüsurolmamışdır.
58. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçı öz iddiasının faktiki əsasını, yəni sayğacınqazsərfinidüzgünqeydəalmadığıhalınısübutedəbilməmişdir.
59. İddiaçının abonent saldosunun təhlilindən görünür ki, onun 2011-2025-ci il tarixləri əhatə edən dövrdə kifayət qədər yüksək məbləğlərdə (məsələn, 2014-cü ilin 4,5,6-cı aylarında müvafiq olaraq 20 706,2 manat, 36 800,8 manat, 19 539,4 manat, 2015-ci ilin 4-cü ayında 23 877,6 manat, 2017-ci ilin 9-cu ayında 56 666,6 manat, 2021-ci ilin 12-ci ayında 32 351,44 manat, 2022-ci ilin 12-ci ayında 31 464,84 manat, 2023-cü ilin 9-cu ayında 20 176,86 manat, 2024-cü ilin 8-ci ayında 22 628,32 manat və s.) sərfiyyatı olmuşdur; 2014-2024-cü illərdə təbii qazın tarif qiymətinin 2025-ci illə münasibətdə daha aşağı olması diqqətə alındığında isə 2025-ci ilin may ayındayaranmış67174,80manatborcqeyri-mütənasibborckimiqiymətləndiriləbilməz.
60. Başqa sözlə, əslində əvvəlki illərdə də qaz sərfiyyatı kifayət qədər yüksək (təxminən 2025-ci ilin may ayındakı qədər) olmuş (misal üçün, 2015-ci ilin 4-cü ayında 238 776 m3, 2017ci ilin 9-cu ayında 281 583 m3), lakin həmin dövrdə qazın tarif qiymətinin aşağı olması nəticəsindəhesablananborc2025-ciilinmayayındahesablanmışməbləğqədərolmamışdır.
61. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya məxsus obyekt asfalt zavodudur və işin, qəbul olunansifarişlərinhəcminəgörə,yüksəkqazistehlakınormalqəbuledilməlidir.
62. O da qeyd olunmalıdır ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasınagörəcavabdehliyionlarözləridaşıyırlar(§ 35).
63. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnızformalmülahizələrəgörələğvediləbilməz
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
“* №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin apellyasiyaşikayətitəminolunmasın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsidəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünəaidedilsin. Qətnamədən “* №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayətiveriləbilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov