Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-341/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh cavabdeh1 qarşı “borc” tələbinə dair (1ci iş), cavabdeh1 cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair (2-ci iş üzrə) dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Işin Halları
1. İddiaçı Istehsalat Birliyi ilə cavabdeh1 arasında imzalanmış ##.##.2023-cü il tarixli AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləsi imzalanmışdır.
2. Mqavilənin:
3. 1.1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
4. 2.1.8-ci bəndə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etməlidir.
5. 2.1.9-cu bəndə əsasən istehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat verməlidir.
6. 2.1.13-cü bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərmək paylayıcının vəzifələridir.
7. 2.3.1-ci bəndə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilən hesab üzrə qazın dəyərini tam ödəməlidir.
8. .3.7-ci bəndə əsasən bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq istehlakçının vəzifələridir.
9. 3.1-ci bəndə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,22 manat məbləğində müəyyən edilir.
10. 3.3- cü bəndə əsasən paylayıcı Istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay Istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur.
11. 3.4-cü bəndə əsasən hesab Istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində Istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
12. ## ####### 2023-cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən istehlakçı (cavabdeh1) 1.1-ci bəndə əsasən təbii qazdan istifadəyə görə “Azəriqaz" Istehsalat Birliyinə ##.##.2023-cü il tarixinə 126062.56 (yüz iyirmi altı min altımış iki manat 56 qəpik) manat məbləğində debitor borcunun olmasını qəbul edir; 1.2-ci bəndə əsasən 126062.56 manat borcu ##.##.2023-cü il tarixinə 25212.00 manat, ##.##.2023-cü il tarixinə 25212.00 manat, ##.##.2023-cü il tarixinə 25212.00 manat, ##.##.2024-cü il tarixinə 25212.00 manat, ##.##.2024-cü iI tarixinə 25214.56 manat İddiaçı istehsalat Birliyinə ödəməyi öhdəsinə götürür; 1.3-cü bəndə əsasən bu Razılaşma Protokolunun 1.2- ci bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydalarının 5.5-ci və qazın alqısatqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. 1.4cü bəndə əsasən hər ay hesab faktura təqdim edildikdən sonra bu Razılaşma Protokolunun 1.2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı “Azəriqaz" istehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. Hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.
13. İddiaçı Istehsalat Birliyi ilə cavabdeh1 arasında bağlanmış ## ####### 2021-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı müqaviləsi”nə əsasən Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
14. Abunə kodu 235401100100087 olan abonent saldosundan görünür ki, sayğac oxunması üzrə 1715161,12 manat, aktlar üzrə 0 manat olmaqla, ümumi 1380404,35 manat ödəniş çıxıldıqdan sonra cavabdehin iddiaçıya olan son borcu 334756,77 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
15. Iddiaçı İddiaçı Istehsalat Birliyi (1-ci iş üzrə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 (1-ci iş üzrə cavabdeh) istixanada təbii qazdan istifadə etdiyinə görə *************** saylı abonent kodu üzrə yaranmış 334 756,77 manat borc məbləğinin, iddia qaldırmaq üçün ödənilmiş 624,76 manat məbləğində dövlət rüsumunun və 0,94 manat bank xidmət haqqının alınaraq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Iddiaçı cavabdeh1 (2-ci iş üzrə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı Istehsalat Birliyi (2-ci iş üzrə cavabdeh) tərəfindən iddiaçı cavabdeh1 məxsus ünvan 1 (Nərimankənd) kəndi ünvanında yerləşən istixanaya qaz sərfiyyatına görə hesablanmış 207 105,64 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. 1-ci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Istehsalat Birliyi ilə cavadeh cavabdeh1 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” ##.##.2023- cü il tarixli AMX-****/** nömrəli müqaviləyə əsasən cavabdehə məxsus Sabirabad rayonu Qaratəpə kəndində yerləşən *************** nömrəli abonent kodu ilə qeydə alınmış istixana təbii qazla təmin edilmişdir. İddiaçı Istehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq qeyd olunan istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və İddiaçı Istehsalat Birliyinə ##.##.2025-ci il tarixə 334756,77 manat borcu yaranmışdır. Borcun yaranmasına səbəb cavabdeh tərəfindən istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. İddiaçı Istehsalat Birliyi tərəfindən cavabdehə borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur.
18. 2-ci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Istehsalat Birliyi əməkdaşları tərəfindən iddiaçı cavabdeh1 məxsus ünvan 1 (Nərimankənd) kəndi ünvanında yerləşən istixananın (Abonent kodu:235401100100087) fəaliyyəti zamanı, müxtəlif vaxtlarda qaz sərfiyyatına görə ümumilikdə 207105,64 (iki yüz yeddi min yüz beş manat altmış dörd qəpik) manat pul məbləğində borc hesablanmışdır. Lakin, cavabdeh tərəfindən həmin borc qanunsuz və əsassız hesablanmışdır. Belə ki, cavabdeh1 məxsus ünvan 1 (Nərimankənd) ünvanında yerləşən istixanada həmin vaxtlarda abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmiş, ümumiyyətlə fəaliyyət dövründə eyni həcmdə qaz sərf edilmişdir. Eyni qaz sərfiyyatının olmasına baxmayaraq, İddiaçı IB əməkdaşları tərəfindən süni şəkildə qaz sərfiyyatı göstəriciləri artırılmış və qanunsuz olaraq əlavə borc hesablanmışdır. Istixananın abonent saldosuna nəzər yetirdikdə görünür ki, əməkdaşlar tərəfindən süni şəkildə elektron göstəricilər artıq göstərilmişdir, yəni sayğaca müdaxilə etmişlər, tərəfindən bununla bağlı İddiaçı Istehsalat Birliyinə müraciət edilərək, həmin borc məbləğinin silinməsi xahiş edilmişdir, lakin borc silinməmiş və qazın verilməsi dayandırılmışdır.
19. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı cavabdeh1 cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair e-*-*(***)-****/**** saylı işin iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh cavabdeh1 qarşı pul tələbinə dair e-*-*(***)-****/**** saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə 1-ci iş üzrə iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh cavabdeh1 qarşı “borc” tələbinə iddia ərizəsi təmin edilməsi, cavabdeh cavabdeh1 təbii qazdan istifadəyə görə yaranmış 334756 (üç yüz otuz dörd min yeddi yüz əlli altı) manat 77 (yetmiş yeddi ) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 624 (altı yüz iyimi dörd) manat 76 (yetmiş altı) qəpik, bank xidmət haqqının əvəzi olaraq 0,94 (doxsan dörd) qəpik pul tutularaq iddiaçı İddiaçı IB-yə ödənilməsi, 2-ci iş üzrə iddiaçı cavabdeh1 cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilməsi qət edilmişdir.
21. cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*- *(***)-****/**** saylı##.##.2026-cı il tarixli qətnaməsinin ləvğ və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı cavabdeh1 iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apelyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh1 tərəfindən qaz sərfiyyatının real istehlak göstəricilərinə uyğun olmadığı,hesablamaların şişirdildiyi və istixananın faktiki fəaliyyət dövrünün nəzərə alınmadığı göstərilmişdir. Bu halda məhkəmə tərəfindən qaz sayğacının texniki vəziyyətinin, ölçmə mexanizminin düzgün işləyib-işləməməsinin, müdaxilə olub-olmamasının, həmçinin hesablamaların normativ sənədlərə uyğun aparılıb-aparılmamasının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsi zəruri idi. Lakin mübahisənin texniki mahiyyətini araşdırmaq üçün məhkəmə-texniki və maliyyə-iqtisadi ekspertiza təyin etməmişdir. ,iddiaçıya məxsus istixana fəaliyyətdə olduğu müddətdən 2023cu ilin oktyabr ayından 2024- cü ilin fevral ayınadək həmin ərazidə ərazisində fəaliyyət göstərən bütün iri həcmli istixanalar kimi aylar üzrə istifadə olunan qazın həcmi orta hesabla2,06- 2,7 əmsalla nəzərə alınmış, yəni sayğacın mexaniki hissəsindən keçən qaz həcmi 2,06-2,7 aralıqda əmsala vurularaq elektron hissədə qeydə alınmışdır. Lakin, İddiaçı IB sayğaca texniki baxış keçirdikdən sonra istixanada hər-hansı bir güc artımı, istixananın həcmi, istifadə olan cihazlarla bağlı dəyişiklik olmadığı halda qaz sayğacı birdə-birə sərfiyyatı 4,1-4,2 əmsalla hesablamağa başlamışdır. Qaz sayğacı qeyd olunan dövr ərzində təxminən 334756,77 manat hesabat aparmışdır. Məhkəmə isə iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməyərək cavabdehin əsassız olaraq hesabladığı qaz həcmini düzgün hesabetmişdir. Halbuki məhkəmə ilk olaraq cavabdehin həmin qaz sərfiyyatını necə hesabladığını və bunun nə qədər doğru olduğunu araşdırmalı idi. Məhkəmə yalnış olaraq sübutetmə yükünü cavabdehin üzərinə qoymuş, halbuki iddiaçı borcun mövcudluğunu və məbləğinin düzgünlüyünü tam sübut etməli idi. Borcun düzgün hesablandığını təsdiq edən obyektiv və müstəqil sübutlar təqdim edilmədiyi halda iddianın təmin edilməsi işin hallarına uyğun nəticə sayıla bilməz.
17.Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin olunmasını xahiş etdi.
25. Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi vəkili ərizə üvanlayaraq məhkəmə iclasının təxirə salınması xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
28. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
32. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
33. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
34. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın:
35. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
36. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
37. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
38. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun
39. 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, cavabdeh1 tərəfindən apellyasiya şikayətinin tələb hissəsində tərəfindən verilmiş iddia tələbinin təmin olunmasını xahiş etsə də, şikayətin dəlillərindən İddiaçı IB tərəfindən verilmiş iddia tələbini mübahisələndirildiyi görünür.
44. Iş materillarına əsasən müəyyən olunur ki, tərəflər arasında ##.##.2023-cü il tarixli AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh ## ####### 2023- cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolunu imzası ilə təsdiq etməklə ##.##.2023-cü il tarixinə 126062,56 manat borcunun olduğunu qəbul etmiş, həmin borcu ##.##.2023-##.##.2024 dövr üzrə hər ay ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kolelgiyası apellyasiya şikayətinin qaz sayğacının düzgün işləyib-
45. işləməməsinin müəyyən olunması üçün ekspertiza keçirilməsi dəlilinə münasibətdə qeyd edir ki, apellaytor qeyd edilən hallara dair konkret və mötəbər sübutlar təqdim etməmişdir.
46. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
47. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
48. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
49. Kollegiya qeyd edir ki, ekspertiza təyin edilməməsi də prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə ekspertizası yalnız iş üzrə xüsusi bilik tələb olunduqda və mövcud sübutlar mübahisənin həlli üçün kifayət etmədikdə təyin edilir. Hazırkı işdə isə qaz sərfiyyatı üzrə hesablamalar müvafiq uçot cihazlarının göstəricilərinə və səlahiyyətli qurum tərəfindən aparılmış rəsmi qeydiyyat məlumatlarına əsaslanmış, həmin məlumatların etibarlılığına şübhə yaradan əsaslı sübutlar təqdim olunmamışdır.
50. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh1 və onun səlahiyyətli nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılması zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliyə uyğun qaydada məlumatlandırılmış olmalarına baxmayaraq, prosesdə lazımi prosessual fəallıq nümayiş etdirməmiş, məhkəmə iclaslarında iştirak etməmişlər. Bundan əlavə, onun nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ünvanlanmış ərizədə əlavə sübut və ya vəsatətlərin təqdim edilmədiyi açıq şəkildə bildirilmişdir.
51. Bu hallar isə onu göstərir ki, iddiaçı tərəf öz prosessual hüquqlarından istifadə etməkdə passiv mövqe tutmuş, işin hərtərəfli araşdırılması üçün qanunla nəzərdə tutulmuş imkanlardan istifadə etməmişdir. Bu səbəbdən sonradan həmin hallara istinad etməklə məhkəmə qərarının əsassız olduğunu iddia etməsi qəbul edilə bilməz.
52. Göründüyü kimi iddiaçının sayğacın texniki vəziyyəti, ölçmə mexanizminin düzgün işləməməsi və ya kənar müdaxilə olması ehtimala əsaslanır və hər hansı sənədlə təsdiqlənmir.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin əmsalın dəyişdirilməsi ilə bağlı dəlilləri subyektiv xarakter daşıyır. Belə ki, qaz sərfiyyatının hesablanmasında tətbiq edilən əmsallar texniki və normativ qaydalara uyğun olaraq müəyyən edilir və sayğacın texniki xüsusiyyətləri, təzyiq, temperatur və digər amillərdən asılı olaraq dəyişə bilər. Apellaytor tərəfindən hər hansı normativ sənədə və ya mütəxəssis rəyinə istinad edilməmişdir .
54. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh1 ## ####### 2023- cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolunu imzası ilə təsdiq etməklə ##.##.2023-cü il tarixinə 126062,56 manat borcunun olduğunu qəbul etmiş, həmin borcu ##.##.2023-##.##.2024 dövr üzrə hər ay ödəməyi öhdəsinə götürsə də, ödəməmişdir.
55. Qeyd olunmalıdır ki, cavabdeh1 qəbul etdiyi ödəməyi öhdəsinə götürdüyü borcu sonradan inkar etməsi, düzgün hesablanmadığını və.s bildirməsi vicdanlılıq prinsipinə zidiyyət təşkil edir.
56. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
57. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.