Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-42/2026 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və təhvil verilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2014-cü il tarixli texniki pasportdan görünür ki, Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanının balans saxlayıcısı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı X3 Telekommunikasiya Qovşağı qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının icarəçisi və ya istifadəçisi X1r.
3. 15. ##.##.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X1 şəhəri, H.Aslanov küçəsi 8 ünvanında yerləşən 0.0054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 45 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir.
4. 16. ##.##.2021-ci il tarixli ***-*-**/*****-** nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı İddiaçı MMC tərəfindən ərazinin 7 təqvim günü ərzində boşaldılaraq Bərdə TKQ-nin səlahiyyətli şəxslərinə təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh “xxxx” MMC-yə xəbərdarlıq edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, hüquq subyekti İddiaçı IB X11 16151 invertar nömrəli texniki pasportda göstərilən ümumi tikintialtı sahəsi 133.3 kv göstərilən tikililər 59.7 kv.m, 42 kv.m və 31.6 kv.m-dən ibarətdir. Hüquq subyekti X1 olan 16580 invertar nömrəli texniki pasportda göstərilən 0.0054 ha torpaq sahəsində yerləşən 45 kv.m tikili 16151 invertar nömrəli texniki pasportda ümumi tikintialtı sahəsi 133.3 göstərilən 3 ədəd icazəsiz tikilidən tikintialtı sahəsi 59.7 kv.m olan tikili ilə üst-üstə düşür.
6. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi Idarəsinə verilmiş sorğuya cavab olaraq göndərilmiş Bərdə rayon Icra Hakimiyyətinin ##.##.2011-ci il tarixli *** nömrəli qərarından görünür ki, ünvan 3 ünvanında yaşayn X1 fəaliyyəti ilə məşğul olmaq üçün H.Aslanov küçəsində dövlət mülkiyyətində olan 54 kv metr torpaq sahəsinin verilməsi qərara alınmışdır
7. Bərdə rayon Icra Hakimiyyəti ilə X1 arasında ##.##.2011-ci il tarixdə bağlanmış *** saylı torpaq icarəsi müqaviləsindən görünür ki, X1 54 kv.m torpaq sahəsi 30 il müddətinə icarəyə verilmiş, icarə haqqı hər il 54 manat müəyyən edilmişdir.
8. Bərdə rayon Icra Hakimiyyətinin ##.##.2011-ci il tarixli *** saylı qərarından görünür ki, Bərdə şəhər sakini X1 ərizəsi nəzərə alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün H.Aslanov küçəsində dövlət mülkiyyətində olan 54 kv metr torpaq sahəsində mağaza binasının tikintisinın aparılmasına icazə verilməsi qərara alınmışdır.
9. Bərdə rayon Icra Hakimiyyətinin ##.##.2011-ci il tarixli sahəseçmə aktından görünür ki, sahəseçmə komissiyasının 12 üzvü Bərdə şəhəri ərazisində olan dövlət fondu torpağından 54 kv.m torpaq sahəsi ayrılıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün zəruri tikintilər tikilməsi məqsədilə Bərdə şəhər sakini X1 icarəsinə verilməsinə etiraz etməmişlər və həmin akta torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir.
10. Bərdə rayon Icra Hakimiyyətinin ##.##.2011-ci il tarixli obyektlərin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktından görünür ki, Bərdə şəhəri H.Aslanov küçəsində X1 məxsus mağaza binası istismara qəbul edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m olan qeyri-yaşayış binası X1 xüsusi mülkiyyətindədir.
12. X1 və Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri Həzi Aslanov küçəsi 8 ünvanında yerləşən sahəsi 45 kv.m qeyri-yaşayış binasını Cavabdeh satmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m olan qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətindədir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı İddiaçı MMC cavabdeh X1 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında inşa edimiş qeyri-yaşayış sahəsinin X1 hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC X7 (bundan sonra Bərdə TKQ) Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında yerləşir. ünvan 4 Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin yanında ƏMDK və Reyestri xidməti publik hüquqi şəxsi * saylı ərazi idarəsi tərəfindən ## ######## 2014-cü il tarixdə verilmiş texniki pasportdan da göründüyü kimi İddiaçı MMC-nin balansındadır. İddiaçı MMC-nin nizamnamə kapitalının yüz faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. Bərdə TKQ-nin yerləşdiyi, torpaq sahəsində, yəni İddiaçı MMCnin balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan əlavə qanunsuz tikililər vardır. Həmin tikililərin qanunsuz olması faktı ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi Idarəsi tərəfindən ## ######## 2014-cü il tarixdə verilmiş pasportun 3-cü bölməsinin təsnifat hissəsində tikililərinin tikinti altı sahəsinin (133,3 kv m) olaraq tikilməsi kimi qeyd edilməklə öz təsdiqini tapmışdır. Həmin D tikililərindən biri Bərdə TKQnin anbar binasının yanında yerləşir və X1 tərəfindən tikilmişdir. İddiaçı MMC tərəfindən cavabdehə Bərdə TKQ-nin ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsinin sökülməsi barədə xəbərdarlıq məktubları (sonuncu xəbərdarlıq ## ####### 2021-ci il tarixində göndərilmişdir) təqdim edilsə də, bu günə qədər heç bir tədbir görülməmişdir.
16. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
17. Həmin qətnamədən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı MMC-nin cavabdeh X1 qarşı tikilinin sökülməsi tələbinə dair işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
19. Iddiaçı İddiaçı MMC ##.##.2025-ci il tarixdə ərizə verərək, cavabdeh X1 tərəfindən zəbt edilmiş İddiaçı MMC-nin balansında olan 0,0054 hektar torpaq sahəsində inşa edilmiş 45 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh X1 hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı MMCyə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavadehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Iddiaçının nümayəndəsi nümayəndə1 ##.##.2025-ci il tarixdə ərizə verərək, cavabdeh X1 əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.
21. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, cavabdeh X1 əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır.
22. ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh Cavabdeh tərəfindən zəbt edilmiş İddiaçı MMC-nin balasında olan 0,0054 hektar torpaq sahəsində inşa edilmiş 45 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh Cavabdeh hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı sahəsinin İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddianın rədd edilməsi; iddia rədd edildiyi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi; Iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X9, kodu:210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:1700326621, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
24. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 5.3, 139.1, 139.2, 139.3, 140, 152.1, 152.5, 180.1, 180.4, 238.1 və 240.1-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 68, 84 və 111-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
25. Iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Iddiaçı İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Qətnamənin 36-cı bəndində qeyd edilir ki, Bərdə rayon Icra Hakimiyyəti başçısının ##.##.2011-ci il tarixli *** nömrəli qərarına əsasən Bərdə şəhəri H.Əliyev prospekti 10 ünvanında yaşayan X1 fəaliyyətilə məşğul olmaq məqsədilə H.Aslanov küçəsində dövlət mülkiyyətində olan 54 kv.m torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış və tərəflər arasında ##.##.2011-ci il tarixli *** saylı müqavilə ilə torpaq sahəsi 30 il müddətinə icarəyə verilmişdir. Halbuki, qeyd edilən tarixdə həmin torpaq sahəsi İddiaçı MMC-nin balansında olduğundan və Bərdə TKQ-nin inzibati binası həmin ərazidə yerləşdiyindən qanunvericiliyin tələbləri pozulmaqla torpaq cavabdehin istifadəsinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Yəni, mülkiyyətçinin və ya balanssaxlayıcı istifadəçinin (İddiaçı MMC) razılığı olmadan həmin tikililərin tikinti altı sahəsi ümumiyyətlə nə icarəyə, nə də başqasının mülkiyyətinə verilə bilərdi. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ## ###### 2007-ci il tarixli *** nömrəli əmri ilə təsdiq olunmuş “Daşınmaz dövlət əmlakının istifadə təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılması və razılıq verilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, dövlət müəssisə və təşkilatları və ya onların idarəçiliyini həyata keçirən orqanlar dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz əmlakın və torpaq sahələrinin təyinatının dəyişdirilməsi üçün müvafiq dövlət orqanından (Əmlak Məsələləri Dövlət Xidməti) razılıq almalıdırlar. Belə razılıq isə nə balans saxlayıcı İddiaçı MMC, nə də torpaq sahəsini zəbt etmiş cavabdehlər tərəfindən alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə EkspertizasıMərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Bərdə Rayon IcraHakimiyyəti ilə X1 arasında bağlanmış ##.##.2011-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən icarəyə verilmiş 54 kv metr torpaq sahəsində inşa edilmiş 45 kv metrlik mağaza binası 15151 inventar nömrəli texniki pasportda ümumi tikintialtı sahəsi 133,3 göstərilən 3 icazəsiz tikilidən tikintialtı sahəsi 59,7 kv metr olan tikili ilə üst-üstə düşür. Buradan da belə nəticəyə gəlmək olur ki, X1 tərəfindən tikilmiş ##.##.2023-cü il tarxli ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh satılmış qeyri-yaşayış binası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən ##.##.2014-cü il tarixli Texniki Pasportun 3-cü bölməsinin təsnifat hissəsində D-tikililərinin tikinti altı sahəsinin (133,3 m ) icazəsiz olaraq tikilməsi kimi qeyd edilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. Məhkəmə mübahisə predmeti olan obyekt barədə Bərdə Rayon Icra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş müvafiq qərarları əsas olaraq götürmüş, lakin qeyd olunan dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi hüququnun Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (həmin tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi) olduğunu nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnaməsinə müvafiq olaraq, dövlət əmlakının istifadəyə, icarəyə verilməsi, onlara nəzarət edilməsi və s. məsələlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi, mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayon Icra Hakimiyyətinin ##.##.2011-ci il tarixli *** nömrəli qərarına əsasən X1 fəaliyyəti ilə məşğul olmaq üçün H.Aslanov küçəsində dövlət mülkiyyətində olan 54 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. Bərdə rayon Icra Hakimiyyəti ilə X1 arasında ##.##.2011-ci il tarixdə bağlanmış *** saylı torpaq icarəsi müqaviləsi ilə də 54 kv.m torpaq sahəsi 30 il müddətinə ona icarəyə verilmiş, icarə haqqı hər il 54 manat müəyyən edilmişdir. Bərdə rayon Icra Hakimiyyətinin ##.##.2011-ci il tarixli *** saylı qərarı ilə X1 fəaliyyəti ilə məşğul olmaq üçün H.Aslanov küçəsində dövlət mülkiyyətində olan 54 kv metr torpaq sahəsində mağaza binasının tikintisinın aparılmasına icazə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m olan qeyri-yaşayış binası X1 mülkiyyətindədir. X1 və Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 şəhəri Həzi Aslanov küçəsi 8 ünvanında yerləşən sahəsi 45 kv.m qeyri-yaşayış binasını Cavabdeh satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir. Iddiaçı İddiaçı MMC həmin tikilinin yerləşdiyi torpaq sahəsinin onun balansında olduğunu əsas göstərməklə tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin təhvil verilməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
45. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
46. Belə ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
47. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
48. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı təşkilat tələbini - cavabdehin ona məxsus torpaq sahəsini özbaşına zəbt etməklə orada tikili inşa etmiş olması ilə əsaslandırdığından, tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157 və 180-ci maddələri nəzərdən keçirilməlidir (§ 31, 32)
50. Iddianın əsaslılığı baxımından isə aşağıdakı halların mövcudluğu araşdırılmalıdır: 1) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; 2) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; 3) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Bu üç hal məcmu şəkildə mövcud olduqda tələb təmin edilə bilər.
51. Özbaşını tikinti anlayışı ilə bağlı da qeyd edilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (Mülki Məcəllənin 180.1, 180.2 və 180.3-cü maddələri).
52. Lakin, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Ona görə ki, torpaq sahəsinə dair cavabdehin icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, çıxarışın verilməsinə əsas olan icarə müqaviləsi, habelə icarə müqaviləsinin bağlanmasının kökündə dayanan inzibati akt sayılan yerli icra hakimiyyətinin qərarı məhkəmədə mübahisələndirilməməklə həmin sənədlər hazırkı məqamda hüquqi qüvvəsini saxlayır.
53. Bu halda isə, tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmaqla tikilinin də qanunsuz inşa edildiyi kimi bir qənaətə gəlmək mümkün deyildir.
54. Torpaq sahəsinə dair cavabdehə verilmiş sənədlərin (çıxarış, çıxarışın verilməsinə əsas olan icarə müqaviləsi, icarə müqaviləsinin bağlanmasının kökündə dayanan yerli icra hakimiyyətinin qərarı) qanunvericiliyn tələbləri pozulmaqla verilmiş olması barədə apellyatorun dəlili ilə bağlı kollegiya vurğulayır ki, bu məsələ hazırkı iddianın predmeti olmadığından bu xüsusat üzrə araşdırma aparılmasına da zərurət yoxdur. Belə ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» ## #### 2022-ci il tarixli qərardad).
55. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.