Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-29/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Miralakbar oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı Miralakbar oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qərarın ləğv edilməsi və əmlak” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Miralakbar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Cavabdeh MMC-nin ## ###### 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 2.1-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 2*****0 ABŞ dolları həcmində olmaqla, hər biri 2000 ABŞ dolları olan 1000 paydan ibarət olmuşdur. Nizamnamənin 2.2-ci bəndinə əsasən Cəmiyyətin təsisçiləri və nizamnamə kapitalındakı payları belə müəyyən edilmişdir: X2 1740000 ABŞ dolları, 870 pay, nizamnamə kapitalının 87 %-i, İddiaçı Miraliakbar oğlu 160000 ABŞ dolları, 80 pay, nizamnamə kapitalının 8 %-i, X3 1***** ABŞ dolları, 50 pay, nizamnamə kapitalının 5 %-i. Həmin nizamnamənin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağırılması ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Həmin nizamnamənin 4.4-cü bəndinə əsasən ümumi yığıncada hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin nizamnamə kapitalındakı payların 51%-nə malik olan iştiakçıların təmsil olunduğu ümumi yığıncaq səlahiyyətlidir. Cəmiyyətin ləğv edilməsi və ya yenidən təşkili barədə qərarın qəbul olunması üçün cəmiyyətin nizamnamə kaputalındakl payların 100%-nə malik olan iştirakçılar ümumi yığıncaqda təmsil olunmalıdır.
2. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, MB**/**** nömrəli qiymətləndirmə rəyinə əsasən Abşeron rayonu, Şamaxı şossesində Cavabdeh MMC-yə məxsus əsas vəsaitlərin ## ###### 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 8185689 manat təşkil edir.
3. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ## ###### 2022-ci il tarixdə verilmiş çıxarış məlumatlarına əsasən Cavabdeh MMC-nin nizamnamə kapitalının miqdarı 8185000 manat, təsisçilər və nizamnamə kapitalındakı paylarının miqdarı X2 Davood 87 %, İddiaçı 8 %, X3 Soleyman 5 %-dir.
4. Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağının ## #### 2022-ci il tarixdə keçiriləcəyi və yığıncağın gündəliyi haqqında İddiaçı ## #### 2022-ci il tarixdə bildiriş göndərilmiş və bildirişdə İddiaçı ünvanı kimi ünvan 1 8, mənzil 5 və Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 123, mənzil 137, telefonu *** *** ** ** göstərilmişdir.
5. Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağının ## #### 2022-ci il tarixli qərarına əsasən MMC-nin direktoru İddiaçı vəzifəsindən kənarlaşdırılmış, Partovi Saeid MMC-nin direktoru təyin edilmiş, MMC-nin əmlak və dövriyyə vəsaitlərinin inventarizasiyasının keçirilməsi, çatışmazlıqların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi, MMC-nin möhürünün və digər hüquqverici sənədlərin bərpası yeni direktor Saeid Partoviyə həvalə edilmişdir.
6. Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağının ## #### 2022-ci il tarixli protokolundan görünür ki, MMC-nin keçmiş direktoru İddiaçı işində buraxdığı ciddi nöqsanlar və üzrlü səbəb olmadan qəsdən işə çıxmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilməsi qərara alınmışdır.
7. Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağının ## ###### 2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı 8% paya malik təsisçi olaraq Cavabdeh MMC-də iştirakçılıqdan çıxmasına dair müraciətinin müsbət həll edilməsi, İddiaçı Cavabdeh MMC-nin təsisçiləri sırasından çıxarılması və nizamnamə kapitalındakı 8% payına uyğun əmlakın dəyərinin ona ödənilməsi, ərizə ilə müraciət etdiyi ##.##.2023-cü il tarixə nisbətdə ##.##.2023-cü il tarixə Cavabdeh MMC üzrə aralıq balansının tərtib edilməsi, təsisçilərin payının aralıq balansının nəticələrinə uyğun hesablanıb, dəyərinin pul şəklində müəyyən edilməsi qərara alınmışdır.
8. Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağının ## ### 2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı MMC-də iştirakçılıqdan çıxmağa dair məhkəməyə müraciəti daxil olduğu ##.##.2023-cü il tarixinə və ##.##.2023- cü il tarixə Cavabdeh MMC üzrə aralıq balansının tərtib edilməsi, təsisçilərin payının aralıq balansının nəticələrinə uygun hesablanıb, dəyərinin pul şəklində müəyyən edilməsi, MMC-nin aktivlərinin dəyərləndirilməsi və passivlərin yoxlanılması əsasdan maliyyə hesabatının aparılması və aralıq balansının tərtib edilməsi üçün sərbəst audit dəvət olunması qərara alınmışdır.
9. “xxxx” MMC tərəfindən verilmiş Cavabdeh MMC-yə ##.##.2014-cü il tarixdən ##.##.2022-ci il tarixədək olan dövrdə vurulmuş ziyanın müəyyən edilməsinə dair ## ###### 2023-cü il tarixli rəyə əsasən MMC-nin anbarında çatışmayan xammal və hazır məhsul qalığı 1021528 manat, kassadan torpağın özəlləşməsi adı ilə artıq ödənilmiş pul vəsaiti 549860 manat, X2 Iran Islam Respublikasından göndərdiyi mallara görə kreditor borcunun ödənilməməsinə və həmin borc üzrə vəsaitin müəssisənin aktivlərində (bank və kassa əməliyyatlarında) aşkar olunmamasına görə 2614345 manat və sərəncamda qalan mənfəətdən 1265213 manat olmaqla, ümumilikdə (1021528+549860+2614345+1265213) 5450946 (beş milyon dörd yüz əlli min doqquz yüz qırx altı) manat təsisçi X2 və xxxx MMCyə vurulmuş ziyan kimi müəyyən edilmişdir. Audit yoxlaması zamanı müəyyən edilmiş çatışmazlıq məbləğləri üçün maddi məsuliyyət həmin müddətlərdə Cavabdeh MMC-nin direktoru X15 və baş mühasibi X10 aiddir.
10. “xxxx” MMC tərəfindən verilmiş Cavabdeh MMC-də ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərə təsisçilərə nizamnamə kapitalından pay məbləğinin müəyyən edilməsinə dair ## #### 2023-cü il tarixli əlavə rəyə əsasən ##.##.2023-cü il tarixində Cavabdeh MMC-nin aktivlərinin cəmi 8038156 manat, passivlərinin cəmi isə 5633815 manat məbləğ təşkil etdiyi nisbətinə görə nizamnamə kapitalının dəyəri 2404341 manat müəyyən edilir. ##.##.2023-cü il tarixə Cavabdeh MMCnin aktivlərinin cəmi 7957904 manat, passivlərinin cəmi isə 5546709 manat məbləğ təşkil etdiyi nisbətinə görə nizamnamə kapitalının dəyəri 2411195 manat müəyyən olunmuşdur. MMC-də təsisçilikdən çıxmağa müraciət etmiş X16 nizamnamə kapitalındakı payı 8% olduğundan, nizamnamədəki pay məbləği ##.##.2023-cü il tarixə (2404341x8%) 192347 manat, ##.##.2023-cü il tarixə isə (2411195x8%) 192896 manat təşkil edir. Həmin rəyin qeyd hissəsinə əsasən təsisçilərin 2017-ci ildə özəlləşdirilməklə 8***** manata alınmış 5,76883 ha torpaq sahəsinin dəyərini MMC-nin nizamnamə kapitalında 5060248 manat məbləğində nəzərə alınmasına etirazları olmadığı təqdirdə qəbul edilə bilər. Əks təqdirdə bu məbləğ nizamnamə kapitalında faktiki maliyyə qoyuluşu olaraq 80000 manat həcmində hesaba alınmalıdır.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı ərazi idarəsi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair” **/***** nömrəli arayışa əsasən, Cavabdeh MMC-yə məxsus Abşeron rayonu, Yeni Şamaxı şossesində yerləşən daşınmaz əmlak obyektinin ## #### 2023-cü il tarixinə bazar dəyəri 17***** manat təşkil etmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/****-*/****-*/**** nömrəli ## ###### 2024-cü il tarixli rəyində göstərilir ki, ekspert baxışına təqdim edilən istifadədə olmuş avadanlıqların halhazırkı tarixə orta bazar qiyməti 44128 manat müəyyən olunur. Baxış zamanı əmlak kompleksinin köhnəliyini, qismən fəaliyyət göstərdiyini və həmin əmlak kompleksinə uyğun analoji elanlar bazada mövcud olmadığı üçün əmlak kompleksinin (tikililərin) qiymətləndirilməsi üzrə tədqiqat aparılmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə və “xxxx” MMC-nin auditoru X4 tərəfindən tərtib edilmiş ## #### 2023-cü il tarixli “xxxx” MMC-də ##.##.2023cü il və ##.##.2023-cü il tarixlərə təsisçilərə nizamnamə kapitalından pay məbləğinin müəyyən edilməsinə dair rəyinə əsasən ##.##.2023-cü il tarixində Cavabdeh MMC-nin aktivlərinin cəmi 8038156 manat, passivlərinin cəmi isə 5633815 manat məbləğ təşkil etdiyi nisbətinə görə MMC-nin kapitalının dəyəri 2404341 manat müəyyən edilir. ##.##.2023-cü il tarixə Cavabdeh MMC-nin aktivlərinin cəmi 7957904 manat, passivlərinin cəmi isə 5546709 manat məbləğ təşkil etdiyi nisbətinə görə Kapitalının dəyəri 2411195 manat müəyyən olunmuşdur. Qeyd olunan sənədlərdəki məlumatlara əsasən Cavabdeh MMC-də İddiaçı Miralakbar oğlunun nizamnamə kapitalındakı payı 8% olduğundan, MMC-nin kapitalındakı pay məbləği ##.##.2023-cü il tarixə (2404341x8%) 192347 manat, ##.##.2023-cü il tarixə isə (2411195x8%) 192896 manat olması müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ##### 2025-ci il tarixli */*** nömrəli rəyində göstərilir ki, tədqiq olunan ümumi sahəsi 4611 m² olan, Xırdalan şəhəri, Abşeron rayonu, Yeni Şamaxı şossesi ünvanında 576,8 sot torpaq sahəsində yerləşən əmlak kompleksinə yaxın ərazilərdə yerləşən analoji əmlak komplekslərinin mövcud orta bazar dəyəri 2023-cü ilin mart ayına təqribən 3830000 (4611,2 m² x 830,00) manat müəyyən edilir. Tədqiq olunan Xırdalan şəhəri, Abşeron rayonu, Yeni Şamaxı şossesi ünvanında 576,8 sot torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahələrinin mövcud orta bazar dəyəri 2023-cü ilin mart ayına təqribən 1670000 (576,8 sot x 2900 man) manat müəyyən edilir. Əmlak kompleksi və torpağın ümumilikdə dəyəri isə təxminən 55***** manat (3830000+167*****) müəyyən edilir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-mühasibatlıq ekspertizasının ## ######## 2025-ci il tarixli */*** nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, ## #### 2023-cü il tarixli Cavabdeh MMC-də ## #### 2023-cü il tarixə təsisçilərə nizamnamə kapitalından pay məbləğinin müəyyən edilməsinə dair rəyinə və ## ##### 2025-ci il tarixdə məhkəməəmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş rəyə əsasən ## #### 2023-cü il tarixinə Cavabdeh MMC-nin aktivlərinin cəmi 6438951 manat, passivlərinin səmi isə 5633815 manat məbləğ təşkil etdiyi nisbətinə görə MMC-nin kapitalının dəyəri 805136 manat müəyyən edilir. Qeyd olunan sənədlərdəki məlumatlara əsasən Cavabdeh MMC-də İddiaçı Miralakbar oğlunun nizamnamə kapitalındakı payı 8 % olduğundan, MMC-nin kapitalındakı pay məbləği ## #### 2023-cü il tarixə (805136x8%) 64410,88 manat olması müəyyən edilir. Iş materiallarında olan Mütəxəssis MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli hesabata əsasən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində (balansında) olan avadanlıqların ## #### 2023-cü il tarixinə olan dəyəri 48724 manat təşkil edir. Əmlak kompleksinin ## #### 2023-cü il tarixinə bazar dəyəri (yuvarlaqlaşdırılaraq) 5789725 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2025-ci il tarixli */**** nömrəli rəyində göstərilir ki, iş materiallarında olan sənədlərə, ## #### 2023-cü il tarixli Cavabdeh MMC-də ## #### 2023-cü il tarixə təsisçilərə nizamnamə kapitalından pay məbləğinin müəyyən edilməsinə dair rəyinə və ## ###### 2025-ci il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş rəyə əsasən ## #### 2023-cü il tarixinə Cavabdeh MMC-nin aktivlərinin cəmi 6733272 manat, passivlərinin səmi isə 5633815 manat məbləğ təşkil etdiyi nisbətinə görə MMC-nin kapitalının dəyəri 1099457 manat müəyyən edilir. Qeyd olunan sənədlərdəki məlumatlara əsasən Cavabdeh MMC-də İddiaçı Miralakbar oğlunun nizamnamə kapitalındakı payı 8 % olduğundan, MMC-nin kapitalındakı pay məbləği ## #### 2023-cü il tarixə (1099457x8%) 87956,56 manat olması müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat:
16. Iddiaçı cavabdehə qarşı “qərarın ləğv edilməsi və əmlak tələbi” barədə iddia ərizəsi məhkəməyə müraciət edərək Partovi Saeidin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) təyin edilməsi barədə həmin cəmiyyətin iştirakçılarının ümumi yığıncağının ## #### 2022-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin əmlakdan ibarət 8185000 (səkkiz milyon yüz səksən beş min) manat məbləğində nizamnamə kapitalındakı iddiaçının 8% əmlak şəklində payının (80 pay) 654800 (altı yüz əlli dörd min səkkiz yüz) manat dəyərinə uyğun əmlakın və 944,8 (doqquz yüz qırx dörd manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı İddiaçı Miralakbar oğluna verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
17. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrindən verilmiş ## ###### 2022-ci il tarixli **************** saylı çıxarışa əsasən nizamnamə kapitalının miqdarı (ödənilmiş) 8185000 (səkkiz milyon yüz səksən beş min) manatdır. Təsisçilər və nizamnamə kapitalındakı mayaların miqdarı belədir: X2 Davood (Iran Islam Respublikası) - 87 %, X5 Soleyman (Iran Islam Respublikası) - 5 %, İddiaçı (Iran Islam Respublikası) - 8 %. Istehsal fəaliyyətinin genişləndirilməsi məqsədi ilə müəssisəyə yeni avadanlıqlar alınmış, Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Şamaxı şossesində yerləşən 5,76883 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 4611,2 kv.metr ümumi sahəsi olan daşınmaz əmlak kompleksi kimi özəlləşdirilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ## ###### 2017-ci il tarixində tam payla mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. Bundan sonra cəmiyyətin nizamnamə kapitalı 4785000 (dörd milyon yeddi yüz səksən beş min) manat əmlak şəklində artırılaraq ümumilikdə 8185000 (səkkiz milyon yüz səksən beş min) manat və hər biri 8185 (səkkiz min yüz səksən beş) manat olan 1000 paydan ibarət müəyyən edilmişdir. Müəssisənin təsisçilərinin nizamnamə kapitalındakı payları aşağıdakı kimi formalaşmışdır: 1.X2 - 87 % əmlak şəklində olmaqla 7120950 (yeddi milyon yüz iyirmi min doqquz yüz əlli) manat və hər biri 8185 (səkkiz min yüz səksən beş) manat olan 870 pay. 2.İddiaçı Miraliakbar oğlu - 8 % əmlak şəklində olmaqla 654800 (altı yüz əli dörd min səkkiz yüz) manat və hər biri 8185 (səkkiz min yüz səksən beş) manat olan 80 pay. 3.X5 - 5% əmlak şəklində olmaqla 409250 (dörd yüz doqquz min iki yüz əlli) manat və hər biri 8185 (səkkiz min yüz səksən beş) manat olan 50 pay. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ## ###### 2016-cı il tarixli ümumi yığıncağının qərarı ilə iddiaçı MMC-nin Idarə Heyətinin sədri seçilmişdir. 2022-ci ilin əvvəllərindən etibarən digər təsisçilərin onunla münasibətləri gərginləşmiş, MMC-nin Idarə Heyətinin sədri olmağına baxmayaraq fəaliyyətinə əngəllər törədilmiş, vəzifəsinin icrasına çətinliklər yaradılmışdır. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçılarının ## #### 2022-ci il tarixli ümumi yığıncağının qərarı ilə vəzifədən və qanuni təmsilçilikdən kənarlaşdırılmışdır. Ümumi yığıncağın ## #### 2022-ci il tarixli qərarına əsasən isə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç" bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ## #### 2022-ci il tarixli ümumi yığıncağının qərarına əsasən Iran Islam Respublikasının vətəndaşı Partovi Saeid (pasport N: U50689620, Azərbaycanda müvəqqəti icazə vəsiqəsinin seriya və nömrəsi MYI N: 0555104. Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 20, mənzil 32) MMC-nin direktoru və qanuni təmsilçisi təyin edilmişdir. Partovi Saeid vergi orqanında MMC-nin qanuni təmsilçisi kimi qeydiyyatdan keçmiş və bu barədə hüquqi şəxslərin dövlət reyestrindən ## ###### 2022-ci il tarixli **************** saylı Çıxarış verilmişdir. Partovi Saeidin MMC-nin direktoru və qanuni təmsilçisi təyin edilməsi barədə qərar qəbul edilərkən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ## #### 2022-ci il tarixli iclasında onun iştirakı təmin edilməmiş, MMC-nin ümumi yığıncaqlarında iştirak etməklə bağlı MMCnin nizamnaməsinin 4.2-ci bəndində göstərilən hüquqları (cəmiyyətin ümumi yığıncaqlarında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək), səsvermədə iştirak etmək) pozulmuşdur. Dövlət Vergi Xidməti Mili Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təqdim edilmiş sənədlərə MMC-nin 87 % paya malik təsisçisi X2 tərəfindən imzalanmış ## #### 2022-ci il tarixli bildiriş əlavə edilmişdir. Bildirişin məzmunundan aydın olduğuna görə MMC-nin ümumi yığıncağının ## #### 2022-ci il tarixdə ünvan 3 ünvanında keçirilməsi təyin edilmişdir. Yığıncağın gündəliyinin onun vəzifədən kənarlaşdırılmağı, icraçı direktorun təyin edilməsi və s. məsələlərdən ibarət olduğu göstərilmişdir. Partovi Saeid cavabdeh tərəfindən direktor vəzifəsinə təyin edilərkən o, idarə heyətinin sədri vəzifəsindən azad edilməmişdir. Yuxarıda qeyd etdiyi kimi vəzifədən ## #### 2022-ci il tarixdə azad edilmişdir. Vergi orqanının təqdim etdiyi sənədlərə əlavə edilmiş PRV 70818 poçt qaiməsində göndərişi alan kimi onun ünvanı “N.Məcidov 8, m.5 (Z.Xəlilov 123, m.137, mərt.18)” göstərilmiş, göndərişi alan qrafasında “14.06.22 14-05. Alan şəxs naməlum” qeydləri yazılmışdır. Iddia ərizəsinə əlavə etdiyi seriya DYI N:0028987 Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsində yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 5 ünvanı göstərilmişdir. Həmin bildiriş ona çatdırılmamış, vergi orqanına ona çatdırılması barədə sübut təqdim edilməmişdir. Mobil telefon nömrəsi cavabdehə məlum olmasına baxmayaraq ona telefonla da ümumi yığıncağın keçiriləcəyi yer və vaxt barədə bildirilməmişdir. Partovi Saeid Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ## #### 2022-ci il tarixli iclasında cəmiyyətin icra orqanı olaraq direktoru (qanuni təmsilçisi) təyin edilmişdir. Halbuki, MMC-nin nizamnaməsində belə vəzifə nəzərdə tutulmamışdır. Icra orqanının rəhbəri kimi nizamnamənin 5.2-ci bəndində idarə heyətinin sədri vəzifəsi müəyyən edilmişdir. Partovi Saeid onunla əmək müqaviləsinə xitam verilmədən icra orqanının rəhbəri təyin edilmişdir. Göstərilənlərə əsasən Partovi Saeidin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) təyin edilməsi haqqında ## #### 2022-ci il tarixli ümumi yığıncağının qərarı ləğv edilməlidir. Bundan başqa, MMC-nin digər təsisçiləri ilə münasibətləri onların təqsiri üzündən pisləşdiyindən, bundan sonra Cəmiyyətin iştirakçıları sırasında qalmağını mümkünsüz hesab etdiyindən nizamnamə kapitalındakı 8 % payına uyğun 654800 (altı yüz əli dörd min səkkiz yüz) manat dəyərində (80 pay) əmlakı cəmiyyətdən tələb edərək cəmiyyətdən çıxmaq qərarına gəlmişdir. Cavabdehə məxsus əsas vəsaitlərin qiymətləndirilməsi haqqında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Qiymətləndirmə hesabatı"na əsasən hazırda cavabdehə məxsus 8185000 (səkkiz milyon yüz səksən beş min) manat məbləğində nizamnamə kapitalını təşkil edən əsas vəsaitlər, ölçüsü, miqdarı və bazar dəyəri belədir: 1.Bina, tikili və qurğular, 5 104 kv.metr, həcmi 22 058 kub.metr, bazar dəyəri 1 652 576 manat. 2.Maşın və avadanlıqlar, 2413 ədəd, bazar dəyəri 1 313 323 manat. 3.Torpaq sahəsi, 576 000 kv.metr, bazar dəyəri, 5 060 248 manat. 4.Laboratoriya avadanlıqları, 1628 ədəd, bazar dəyəri 30 147 manat. 5.Hesablama texnikası, 18 ədəd, bazar dəyəri, 1.194. 6.Nəqliyyat vasitələri, 4 ədəd, bazar dəyəri 40 500 manat. 7.Inventar, 315 ədəd, bazar dəyəri, 83.437 manat. 8.Digər əsas vəsaitlər, 6 ədəd, bazar dəyəri 4 264 manat. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində iştirakçısının cəmiyyətdən çıxması, nizamnamə kapitalındakı əmlakın və pulun payına uyğun hissəsinin götürülməsi qaydası müəyyən edilməmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, ilkin mediasiya sessiyasında iştirak edərkən dövlət rüsumu üçün ödədiyi 400 manat pul vəsaitidə məhkəməyə ödənilməsi nəzərdə tutulan rüsum məbləğinə aid edilməlidir.
18. Iddiaçının nümayəndəsi vəkil nümayəndə2 ## ### 2023-cü il tarixdə "iddia tələbinin dəqiqləşdirilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək Partovi Saeidin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) təyin edilməsi barədə həmin cəmiyyətin iştirakçılarının ümumi yığıncağının ## #### 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçılığından çıxarılması, cavabdehin əmlakdan ibarət 8185000 (səkkiz milyon yüz səksən beş min) manat məbləğində nizamnamə kapitalındakı iddiaçının 8% əmlak şəklində payının (80 pay) 654800 (altı yüz əlli dörd min səkkiz yüz) manat dəyərinə uyğun əmlakın və 944,8 (doqquz yüz qırx dörd manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı İddiaçı Miralakbar oğluna verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ## ### 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir. Cavabdeh MMC-yə direktorun təyin edilməsi barədə qərarın ləğvi və paya uyğun məbləği xeyrinə tutulmaqla iddiaçının təsisçiliyinə xitam verilməsi. Ilk öncə qeyd edilməlidir ki, iddiaçının təsisçilikdən çıxmaqla yanaşı, eyni zamanda cavabdehin direktor təyini qərarını mübahisələndirməsində hüquqi uyğunsuzluq vardır. Iddiaçı MMC-nin təsisçiliyindən çıxmağı məhkəmədən xahiş etdiyi halda, təsisçinin cavabdehin idarə edilməsi barədə qəbul etdiyi qərarın ona aidiyyəti yoxdur. Qərar o halda mübahisələndirilə bilər ki, iddia edənin hüquqları pozulmuş olsun. Bundan başqa şikayət olunan qərar "xxxx” MMC-nin deyil, onun təsisçilərinin qərarıdır. MMC-nin təsisçiliyindən çıxmaq isə iddiaçının hüququdur və təsisçinin buna etirazı yoxdur. Lakin nizamnamə kapitalından pay haqqı alması üçün iddiaçı ilkin olaraq 8 % pay məbləğinin ödənilməsinə dair ödəniş sənədini təqdim etməlidir. Ikincisi, iddiaçının adına rəsmiləşdirilmiş 8 % payın pulla ifadəsi yalnız əsas vəsaitlərin, yəni aktivlərin deyil, iştirakçılıqdan çıxmağa müraciət etdiyi günə cəmiyyətin aktivlərinə nisbətdə passivləri (borclar) nəzərə alınmaqla hesablanmalı və aralıq balans tutulmalıdır. Lakin iddiaçı bu barədə digər təsisçilərə və MMCyə müraciət etməmişdir. Cavabdeh MMC X6 va atası X7 Soleymana məxsusdur. İddiaçı etibar etdikləri adam kimi MMC-nin idarəçiliyinin başına gətirilmiş və onun MMC-ni gələcəkdə çoxlu gəlirlə işlədəcəyi vədinə inanıb, bir qəpik almadan ona nizamnamədən 8% pay ayırmışlar. Iddiaçı 2021-ci ilə kimi hər dəfə bir bəhanə ilə MMC-nin təsisçilərinin yığıncağının keçirilməsini təmin etməmiş və mənfəətin bölgüsü aparılmamışdır. Uzun müddətdən sonra müəssisənin vəziyyəti və keçmiş illərin gəlirlərinin bölgüsünün aparılması üçün digər təsisçi Azərbaycan Respublikasına gəlmişdir. Iddiaçı ilk zamanlar müxtəlif bəhanələrlə hesabatların verilməsini gecikdirmiş, daha sonra da məsuliyyətində olmuş, lakin faktiki yerində olmayan vəsaitlərin etiraf etdiyi hissələrinə dair ## ###### 2021-ci il tarixdə akt tərtib edib, qaytaracağına dair müddətlər qeyd etməklə vəd vermişdir. Verdiyi vədlərin müddəti başa çatdıqdan sonra isə işi atıb qaçıb gizlənmişdir. Gedəndə də MMC-yə aid möhürü, hesabatları, mal, satış, və pul dövriyyə sənədlərinin, işçilərlə bağlı əmək müqavilələri, pul cədvəlləri, hesabatların elektron qaydada qeydiyyatı aparılan kompüter serverini özü ilə aparmış, aparılması mümkün olmayan mal, material, maliyyə məlumatlarını sildirib məhv etdirmişdir. MMC-nin fəaliyyətinin davam etdirilməsi üçün təsisçilərin növbədənkənar ümumi yığıncağı çağırılmış və iddiaçının bəlli olan ünvanlarına bildirişlər göndərilmiş, onun və onunla birlikdə işləyən baş X13in telefonlarına zəng edib yığıncağın keçiriləcəyi gün, vaxtı və yeri barədə məlumat verilmişdir. Lakin iddiaçı yığıncağa gəlməmişdir. Ona görə də yığıncaq hazırkı iş üzrə mübahisələndirilən ## #### 2022-ci il tarixli qərarı qəbul etmişdir. Yığıncaqda nizamnamə kapitalının 75 faizindan çox paya malik təsisçilər iştirak etdiyindən yetər say olmuş və idarəetmə ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçı İddiaçı vəzifəsindən kənarlaşdırılıb, müvəqqəti olaraq Saeid Partovi icraçı direktor təyin edilmişdir. Bundan sonra iddiaçı özü müraciət edərək təsisçilərin növbədənkənar yığıncağının keçirilməsini, yığıncağın gündəliyinə onun da təkliflərininsalınmasını istəmişdir. Bu nəzərə alınaraq ## #### 2022-ci il tarixə təsisçilərin ümumi yığıncağının iclası təyin edilmiş, iddiaçı da həmin iclasa vəkili ilə birgə gəlmiş, lakin yığıncağın ortasında çıxıb getmişlər. Həmin yığıncaqda qəbul edilmiş qərarla iddiaçı ilə mövcud əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üçün audit dəvət edilmişdir. Bir neçə ay davam edən audit yoxlamalarının nəticəsində müəyyən edilmişdir ki, iddiaçı İddiaçı direktor vəzifəsində işlədiyi müddətlərdə MMC-nin anbarında çatışmayan xammal və hazır məhsul 1021528 manat, kassadan torpağın özəlləşdirilməsi adı ilə artıq ödənilmiş 549860 manat, X2 göndərdiyi məhsulların dəyərinin ödənilməməsi səbəbindən 2614345 manat və sərəncamda qalan mənfəətdən 1265213 manat olmaqla, ümumilikdə 5450946 manat təsisçi X2 və Cavabdeh MMC-yə ziyan vurulmuşdur. Nizamnamə kapitalının aktivləri 2019-cu ildə müəyyən edilmiş 8185000 manat dəyərində olduğu qəbul edildiyi halda belə, müəyyən edilmiş ziyan baxımından hazırda nizamnamə kapitalının dəyəri 2734054 manat təşkil edir. Bundan başqa, MMC üzrə borc öhdəlikləri də mövcud oldugu nəzərə alınsa, nizamnamə kapitalının dəyəri həmin borc həcmində də azalmış olar. Ona görə də cavabdeh tərəfindən iddia tələbinin Iran islam Respublikasının vətəndaşı İddiaçı Cavabdeh MMC-nin iştirakçılığından çıxarılması hissəsinə etiraz edilmir, qalan hissələrdə isə iddia qəbul edilmir və məhkəmədən iddia ərizəsinə baxılarkən qeyd olunanların nəzərə alınması və iddianın etiraz olunan hissədə rədd edilməsi xahiş edilir.
20. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- */**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Miralakbar oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxarılması, iddiaçı İddiaçı Miralakbar oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 8 (səkkiz) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 87956,56 (səksən yeddi min doqquz əlli altı manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti və 353,87 (üç yüz əlli üç manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 88310,43 (səksən səkkiz min üç yüz on manat qırx üç qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı Miralakbar oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 200 (iki yüz) manat hissəsinin iddiaçı İddiaçı Miralakbar oğlundan, 200 (iki yüz) manat hissəsi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X24 ödənilməsi, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 1200 (min iki yüz) manat məbləğində xidmət haqqının 600 (altı yüz) manat hissəsinin iddiaçı İddiaçı Miralakbar oğlundan, 600 (altı yüz) manat hissəsi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Mütəxəssis Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
21. Cavabdeh qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir.
22. Qətnamədən narazı qalan iddiaçı İddiaçı Miralakbar oğlu apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-*/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri:
23. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Portavi Saedin MMCnin direktoru təyin edilməsi ilə əlaqədar keçirilmiş iclasın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Bildirişin ona və ya yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edilməsi barədə təsdiqedici sənədlər kommersiya işinə əlavə edilməmişdir. Cavabdeh mediasiya iclasında iştirak etməmiş, təklifə münasibət bildirməmişdir. Cavabdeh təqdim etdiyi pretenziyaya münasibət bildirməmişdir. Əvvəllər əmlak payının əvəzinin pulla ödənilməsi barədə verdiyi ərizə məhkəməyə qədər cavabdehtərəfindən müzakirə edilməmiş, ona münasibət bildirilməmişdir. MMC-nin iştirakçılığından çıxmağı ilə bağlı məhkəmə mübahisəsi ilə əlaqədar guya keçirildiyi göstərilən və məhkəməyə axırıncı iclasda, ## ###### 2025-ci il tarixdə təqdim edilmiş ## ### 2023-cü il tarixli ümumi yığıncağın keçiriləcəyi vaxt və yer barədə əvvəlcədən məlumatlandırılmamışdır. Əslində bu protokol saxta tərtib edilmişdir. Əgər doğrudan da yığıncaq 2023-cü ildə keçirilərək tərtib edilmişdirsə, nə üçün ## ###### 2025-ci il tarixədək məhkəməyə təqdim edilməyib. Məhkəmə iclasında bu sualın cavabının aydınlaşdırılmasını tələb etsə də, məhkəmə əhəmiyyət verməmişdir. Məhkəmə-mühasibatlıq ekspertiza rəylərinin heç biri müstəqil tədqiqat aparılmaqla tərib edilməyib. Vəsatətləri əsasında ekspertizaların təyin edilməsi barədə məhkəmə qərardadlarda aralıq balanslarda qeyd olunan passivlərin hansı ilkin sənədlər əsasında tərtib edilməsinin göstərilməsi tələb edilsə də yerinə yetirilməmişdir. Məhkəmə hər dəfə yeni qərardadda tələb etsə də hər dəfə nəticəsiz qalmişdir. Bütün məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri bəzi fərqlərlə müstəqil təhqiqat aparılmadan peşəkarlıq reytinqi çox aşağı olan “xxxx” MMC audit təşkilatının auditorları tərəfindən verilmiş ## #### 2023-cü il tarixli təsisçilərin nizamnamə kapitalındakı payının məbləğinin müəyyən edilməsi barədə əlavə rəyinə istinad etmişdir. Həmin audit rəyinin özündə MMC-nin ## #### 2023-cü il tarixə olan aralıq balansında aktivlərin 8.038.156 manat, passivlərin cəminin isə 5.633.815 manat təşkil etdiyi göstərilmişdir. Rəydə passivləri əsasən nizamnamə kapitalını təşkil edən əmlak kompleksinin və digər əmlak pulla məbləğin ifadəsindən ibarət olduğu göstərilmişdir. Həmin məbləğ aralıq balansında nəzərə alndıqda onun əmlak payının pulla ifadəsi süni şəkildə dəfələrlə azaldılmışdır. Məhkəmə sübut kimi reyestr xidmətinin qiymətləndirmə sənədinə istinad etmişdir. Halbuki, qanunvericiliyə görə həmin təşkilatın belə bir hüququ yoxdur. Məhkəmə yeni audit və təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi barədə vəsatətlərini ## ###### 2026-cı il tarixli iclasında qanunsuz olaraq təmin etməmişdir. Məhkəmə iddianın hüdudlarından qanunsuz kənara çıxmışdır. Iddiaçı şikayətində Mülki Məcəllənin 87.6, 91.1-1, 91.1-2, 91.1-3, 91.1-5-ci maddələrinə istinad etməklə bildirmişdir ki, Cavabdeh MMC-nin Nizamnaməsinin 4.2-ci maddəsinə görə iştirakçının ümumi yığıncağının çağrılması, keçirilməsi ilə bağlı, həmçinin həmin yığıncaqlardakı hüquqlarının məhdudlaşdırılmasına yönələn hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cavabdeh MMC-nin Nizamnaməsində iştirakçısının cəmiyyətdən çıxması, nizamnamə kapitalındakı əmlakın və pulun payına uyğun hissəsinin götürülməsi qaydası müəyyən edilməmişdir. Iddiaçı onu da qeyd etmişdir ki, MMC-nin passivlərini təşkl edən məlumatların hansı ilkin sənədlərə əsaslandığını göstərməyi ekspertlərdən tələb etsə də, hər dəfə ekspertlər məhkəmənin göstərişinə əməl etməmiş, ümumi yığıncaqların vaxtı və yeri barədə məlumatlandırıldığını təsdiq edən sənədləri cavabdehdən tələb etməyib, nizamnamə kapitalının sonradan müəyyən edildiyi göstərilən pulla dəyərinin vergi orqanında qeydiyyatdan keçirilməsini təsdiq edən sənədləri cavabdehdən tələb etməmişdir. Hər üç halın iş üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün əhəmiyyəti var idi.
24. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla heç bir faktiki dəlilə və hüquqi əsasa söykənmir. Şikayətində düşüncələri təkrarlamaqla qeyd etsə də, tələb iki hissədən ibarətdir. Təsisçilərin ##.##.2022-ci il tarixli qərarının ləğvi və təsisçilərin sırasından çıxarılmaqla, nizamnamədə qeyd alınmış pay nisbətində müəyyən edilən məbləğdə əmlak payının verilməsi. Təsisçilərin 01.07,2022-ci il tarixli qərarı iddiaçının MMC-nin direktoru vəzifəsindən azad edilməsi və yerinə yeni direktorun təyin edilməsi ilə bağlıdır. Bununla bağlı ilkin olaraq qeyd edilməlidir ki, həmin qərar MMC-nin nizamnaməsində 92% paya malik olan təsisçilər tərəfindən qəbul edilmişdir. Cəmiyyətin Nizamnaməsinin 4.4-cü maddəsinə əsasən ümumi yığıncağın səlahiyyətli sayılması üçün Cəmiyyətin nizamnamə kapitalında 51% paya malik təsisçilərin iştirakı yetərlidir. Yığıncaq barəsində təsisçilərdən biri olaraq, iddiaçıya məlumat verilməsi ilə bağlı apellyasiya şikayətində göstərilənlər həqiqəti əks etdirmir və məhkəməyə iftira kimi dəyərləndirilməlidir. Belə ki, qətnamədə 01.07,2022-ci il tarixdə keçiriləcək yığıncaq barəsində iddiaçıya ünvanlanmış bildirişin ona təqdim edilməsi deyil, ##.##.2022-ci il tarixdə ona iki ünvan üzrə göndərildiyi qeyd olunmuşdur. Həmin ünvanlardan biri də ünvan 1 8, m.5 göstərilmişdir, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin özündə iddiaçının faktiki ünvanı məhz həmin eyni ünvan qeyd olunmuşdur. Lakin apellyasiya şikayətində məzmununda iddiaçı tərəf həmin ünvanların iddiaçıya aidiyyəti olmadığı kimi çıxış edir. Nizamnamə kapitalında payına nisbətində əmlak tələbi ilə bağlı apellyasiya şikayətində qeyd edilir ki, cavabdeh nizamnamə kapitalını təşkil edən əmlak kompleksi və digər əmlakdakı 8 faiz payını əmlak kinıi natura şəklində verilməsini xahiş etdiyini, həmin payının əvəzini pul şəklində verilməsi barədə ərizə verməmiş, bu barədə məhkəmədə verilən təklifləri rədd etmişdir. Göründüyü kimi iddiaçı payına uyğun dəyərinin ödənilməsini qəbul etmir və hesab edir ki, payına uyğun əmlak natura şəklində verilməlidir. Halbuki, “xxxx" MMC-nin nizamnaməsində cəmiyyətdən çıxan iştirakçıya əmlakın verilməsi ilə bağlı ayrı qayda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 96.1-ci maddəsinin tələblərinə əsasən iddiaçıya nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin ödənilməsini, əmlakın naturada verilməsi ilə əvəz edilməsinə cəmiyyətlə razılaşmasına əsasən mümkündür. Lakin pay dəyəri əvəzində əmlakın naturada verilməsi tələbi cəmiyyət tərəfindən qəbul edilməmişdir. Ona görə də bununla bağlı iddiaçının tələbi və apellyasiya şikayətinin dəlillərin hüquqi əsası yoxdur. Daha sonra apellyasiya şikayətində məhkəmənin nizamnamə kapitalındakı payının pulla ifadəsinin düzgün hesablanması barədə gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, etibarlı və qanuni əsaslarla əldə edilmiş sübutlara istinad etmədiyini göstərmişdir. Ilkin olaraq qeyd edilməlidir ki, iddiaçının nizamnamə kapitalında malik olduğu 8% payına nisbətdə əmlakın dəyəri audit, ekspertiza, əlavə və təkrar ekspertizalar, eyni zamanda əmlakların bazar dəyərinin müəyyən edilməsi üçün əmtəşünaslıq və qiymətləndimə təyini ilə əldə edilmiş rəylər əsasında müəyyən edilmişdir. Qətnamə də işdə olan və məhkəmədə araşdırılmış digər sübutlarla yanaşı həmin rəy və qiymətləndirməyə istinadən faktlar nöqteyi nəzərdən əsaslandırılmışdır. Iddiaçı tərəf tələbinin əsası kimi sübut təqdim etməmişdir. Ekspertizalar da hər dəfə onun tərəfindən verilmiş vəsatətlərin təmin edilməsinin nəticəsində təyin edilmişdir. Sayca 3-cü ekspertiza olaraq təkrar ekspertizanın rəyi ilə iddiaçının MMC-nin nizamnamə kapitalındakı 8% payın dəyəri ərizənin verildiyi 27.03,2023-cü il tarixə 87.956,56 manat müəyyən edilmişdir. Təkrar ekspertizanın rəyi, əvvəlki rəylərdən önəmli fərqləri olmamışdır. Az fərqlər də əmlakın ayrı-ayrı qiymətləndirici tərəfindən müəyyən edilən bazar qiymətlərinə görə dəyişmişdir. Iddiaçının təkrar-təkrar ekspertizaların keçirilməsi tələbi hər dəfə təmin edilsə də, əmlakın qiymətləndirilməsində əhəmiyyət kəsb etməyən cüzü dəyişikliklər olmaqla, nəticə dəyişməz qalacaqdır. Çünki iddiaçının tələb etdiyi 8% payın dəyərinin müəyyən edilməsi gələcək yox, keçmişə bu barədə məhkəməyə ərizə verildiyi ##.##.2023-ci il tarixə aiddir. Bundan sonra nəyin baş verməsindən asılı olmayaraq, MMC-nin ##.##.2023-cü il tarixdə mövcud olmuş və həmin tarixə tərtib edilmiş aralıq balansında qeydə alınmış, maliyyə vəziyyəti, aktiv və passivlərinin həcmi dəyişilməz qalacağı bəllidir və mübahisə olunmayan məsələdir. Bundan başqa iddiaçı Seyfi Mirhamid Cavabdeh MMC-nin direktoru işləyərkən, MMC-nin mühasibi Fərhad Əfəndiyevlə əlbirliklə xüsusi ilə küllü miqdarda əmlakı mənimsəməklə MMC-yə, nəticədə digər təsisçilərə ümumilikdə 4.255.263 manat məbləğində cinayət yolu ilə ziyan vurulduğu müəyyən edilmişdir. X13 barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ##.##.2025-ci il, İddiaçı barəsində isə Iran Islam Respublikasının 2-ci Cinayətlər Məhkəməsi ##.##.2026-cı il tarixdə hökm çıxarılmışdır. Cavabdehin nümayəndəsi şikayətə baxılarkən, işdə mövcud dəlillərlə yanaşı etirazda qeyd edilənləri də nəzərə almağınızı, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Maddə 89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Maddə 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Maddə 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3- cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Maddə 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Maddə 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək Maddə 95. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Maddə 96. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətdən çıxarkən hesablaşmalar 96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 457. Xarici dövlətlərin orqanları tərəfindən verilmiş sənədlərin tanınması Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir.
29. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarına
30. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının ## ###### 2017-сi il tarixli Qərarı ilə təsdiq edilmiş “X27 X22 X19” ...1.1. Bu Qaydalar kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər ... (bundan sonra – mühasibat uçotu subyekti) tərəfindən mühasibat uçotunun aparılmasını tənzimləyir.
31. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli Qərarı
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Iddiaçının apellyasiya şikayətinin əsas dəlilləri ona düşən təsis payının düzgün hesablanmaması və audit rəyinin etibarsızlığı, iddia tələbində əmlakın pul formasında deyil, naturada verilməsinin tələb olunması, ümumi yığıncağın onun iştirakı olmadan və yığıncaq barədə ona lazımi qaydada məlumat verilmədən keçirilməsidir.
34. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin istinad edilən 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir, bu zaman cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. “Iştirakçının çıxdığı məqamda tərtib edilən balans” deyildikdə, xalis aktivlər, yəni aktivlər və passivlərin fərqi nəzərdə tutulur. Bu məbləğ təşkilatın reallıqda malik olduğu xalis aktivlərini əks etdirir və təsisçilərin ayrıldığı və ya cəmiyyətin ləğv olunduğu hallarda hər bir təsisçinin payına düşən əmlak məhz xalis aktivlərə münasibətdə hesablanır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının ## ###### 2017-сi il tarixli Qərarı ilə təsdiq edilmiş “X27 X22 X19” 2.1.5-ci bəndinə əsasən kаpital (xalis aktivlər) – bütün öhdəliklər çıxıldıqdan sonra, mühasibat uçotu subyektinin xalis aktivlərinin dəyəridir. Aktiv - keçmiş hadisələrin nəticəsi kimi mühasibat uçotu subyekti tərəfindən idarə olunan və ona gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslardır. Öhdəlik – mühasibat uçotu subyektinin kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni təcəssüm etdirən resurslarının kənara ахını ilə nəticələnən mövcud borcudur. 27.1. “Kapital” bölməsi mühasibat uçotu subyektinin ödənilmiş nizamnamə (nominal) kapitalının, emissiya gəlirinin, geri alınmış kapitalının (səhmlərinin), kapital ehtiyatlarının, bölüşdürülməmiş mənfəətinin (ödənilməmiş zərərinin) uçota alınmasına dair ümumiləşdirilmiş məlumatları əks etdirir. Iddiaçının məhz nizamnamə kapitalının (8185000 manat) 8%-ni tələb etməsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Hazırki mübahisədə cavabdehin xalis aktivləri nizamnamə kapitalından dəfələrlə az olmasına baxmayaraq nizamnamə kapitalının azaldılmaması iddiaçıya cəmiyyətdən ayrılarkən öz təsis payını məhz nizamnamə kapitalındakı məbləğə uyğun tələb etmək hüququ vermir. Belə ki, Mülki Məcəllənin 96.1-ci maddəsi cəmiyyətdən çıxarkən iştirakçıya düşən payın hesablanması ilə bağlı payın məhz iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə hesablanmalı olduğunu imperativ norma kimi müəyyən etmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam həcmdə (nizamnamə kapitalı olan 8185000 manata münasibətdə) deyil, məhz cəmiyyətin xalis aktivlərinə (1099457 manat) münasibətdə 87856,56 manat hissəsində təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
35. Iddiaçının ona düşən təsis payını pul formasında deyil, naturada tələb etməsi ilə əlaqədar kollegiya qeyd edir ki, Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli Qərarında qeyd olunur ki, “...MM-in 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Bu maddənin mahiyyətinə görə iştirakçının cəmiyyətdən çıxması – iştirakçının, onunla cəmiyyət arasında mövcud olan korporativ hüquq münasibətlərinə son qoyulmasına yönələn, şərtsiz iradə ifadəsidir. Lakin cəmiyyətdən çıxma müvafiq dəyişikliklərə gətirib çıxarır. Ilk öncə belə çıxma cəmiyyətin iştirakçılarının tərkibində dəyişikliklərə səbəb olur. MM-in 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla əlaqədar cəmiyyətdən çıxma barədə ərizə daxil olduqda cəmiyyətin icra orqanı növbədənkənar iclas çağırmalı, iştirakçının cəmiyyətdən çıxması barədə ərizəsini, MM-in 96-cı maddəsinə uyğun olaraq onun nizamnamə payına uyğun əmlak hissəsinin ödənilməsi və ya cəmiyyət ilə razılaşmaya əsasən əmlakın dəyərinin natura ilə əvəz edilməsi və təsis sənədlərinə dəyişikliklərin edilməsi məsələlərini iclasın gündəliyinə salmalıdır”.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhdud məsuliyyətli cəmiyyətdə təsisçinin payının ödənilməsi zamanı əmlakın natura formasında verilməsi üçün çıxan təsisçinin cəmiyyət ilə razılaşması vacibdir. Bununla əlaqədar məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən ## ###### 2023-cü il tarixdə cavabdehə məktub ünvanlanaraq, iddiaçının payına düşən əmlak payının ayrılaraq verilməsi xahiş edilmiş, ümumi yığıncaq çağırılaraq həmin payın onadaşınmaz əmlak formasında deyil, nağd pul formasında ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi ödənişin əmlak şəklində ödənilməsinə dair cəmiyyətdə razılıq əldə olunmadığını bildirmişdir. Qeyd olunan halları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təsis payının naturada deyil, həmin paya uyğun pul vəsaiti formasında təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırkı işdə iddiaçının Cavabdeh MMC-də iştirakçılıqdan çıxmasına dair müraciəti ilə bağlı təsisçilərinin ## ###### 2023-cü il və ## ### 2023-cü il tarixdə ümumi yığıncağı keçirilmiş, ## ###### 2023-cü il tarixdə keçirilçmiş iclasda onun müraciətinin müsbət həll edilməsi, İddiaçı Cavabdeh MMC-nin təsisçiləri sırasından çıxarılması və nizamnamə kapitalındakı 8% payına uyğun əmlakın dəyərinin ona ödənilməsi, ərizə ilə müraciət etdiyi ##.##.2023-cü il tarixə nisbətdə ##.##.2023-cü il tarixə Cavabdeh MMC üzrə aralıq balansının tərtib edilməsi, təsisçilərin payının aralıq balansının nəticələrinə uyğun hesablanıb, dəyərinin pul şəklində müəyyən edilməsi qərara alınsa da həmin qərar tam icra olunmamış, iddiaçı ## #### 2023-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Təsisçilərinin ## ### 2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağında iddiaçının məhkəməyə müraciəti etdiyi ##.##.2023-cü il tarixinə və ##.##.2023- cü il tarixə Cavabdeh MMC üzrə aralıq balansının tərtib edilməsi, təsisçilərin payının aralıq balansının nəticələrinə uygun hesablanıb, dəyərinin pul şəklində müəyyən edilməsi, MMC-nin aktivlərinin dəyərləndirilməsi və passivlərin yoxlanılması əsasdan maliyyə hesabatının aparılması və aralıq balansının tərtib edilməsi üçün sərbəst audit dəvət olunması qərara alınmışdır. Beləliklə, iddiaçının MMC-dən çıxması onun icra orqanı tərəfindən həll edilməli məsələ olsa da, iddiaçı MMC-nin bu barədə qəbul etdiyi qərarla razılaşmayaraq mübahisənin məhkəmə qaydasında həll edilməsini tələb etmişdir.
37. Iş materiallarında olan audit rəyinin mötəbərliyi ilə bağlı qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.
38. Iş materiallarından görünür ki, iddiaçı özü hazırkı iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində 3 ildən artıq davam edən məhkəmə iclaslarında iştirak etməmiş, o vəkil olan nümayəndə vasitəsi ilə təmsil olunmuş, onun nümayəndəsi bütün prosessual hüquqlarından istifadə edərək dəfələrlə iş üzrə təkrar ekspertizaların keçirilməsi barədə vəsatətlər vermiş, həmin vəsatətlər iki dəfə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Iş materiallarında olan iddiaçının nümayəndəsinin yeni auditin keçirilməsi barədə ##.##.2023-cü il tarixli vəsatətində göstərilmişdir ki, iddiaçının barəsində Baş Prokurorluğun istintaq idarəsində istintaq edilən cinayət işi ilə əlaqədar Interpol vasitəsi ilə axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Hazırda materiallar IIR-na göndərildiyindən həmin ölkədə cinayət işinə məhkəmədə baxılır (cild 3, s.231).
39. Eyni zamanda qeyd olunmalıdır ki, hazırkı iş birinci instansiya məhkəməsinin icraatında olduğu zaman iddiaçının nümayəndəsi ##.##.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə barışıq sazişinin layihəsinin təqdim ediləcəyini bildirmiş, bununla əlaqədar ##.##.2024-cü il tarixdə keçirilmiş iclasda nümayəndə barışıq sazişinin layihəsini hazırlayıb iddiaçıya göndərdiyini, lakin iddiaçının cinayət işi üzrə təqsdirləndirilən şəxs qismində cəlb olunduğunu və barəsində axtarış elan edildiyini, ondan təsdiq gəlmədiyini bildirmişdir. Daha sonra isə iddiaçının nümayəndəsi idda ərizəsinin qaytarılması barədə ərizə təqdim etmişdir.
40. Ümumi yığıncağın keçirilməsi yeri və vaxtı barədə iddiaçıya məlumat verilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Iddia ərizəsindən və iş materiallarında olan (İ cild, səh.103) ##.##.2022-ci il tarixdə verilmiş daimi yaşamaq üçün icazə vərəqəsindən görünür ki, iddiaçının faktiki yaşayış ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 Iş materiallarında olan (cild İ, səh.55) ##.##.2022-ci il tarixli bildirişdən görünür ki, bildiriş digər ünvanlara (ilk ünvan iddiaçıya ##.##.2019-cu il tarixində verilmiş icazə vərəqəsində qeyd edilmişdir) göndərilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən ümumi yığıncağın keçiriləcəyi yer və vaxt barədə bildiriş iddiaçının ona məlum olan ünvanlarına göndərildiyindən, iddiaçının MM-in yuxarıda qeyd olunan maddələrindəki hüquqları pozulmuş hesab oluna bilməz. Bundan əlavə, cəmiyyətin nizamnaməsinin 4.4-cü bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalının 51 %-nə malik olan iştirakçıların təmsil olunduğu Ümumi Yığıncaq səlahiyyətli sayılır. Nizamnamənin 4.5-ci bəndində qeyd olunan hallar istisna olmaqla, digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Əlavə olaraq qeyd olunmalıdır ki, ## #### 2022-ci il tarixdə iddiaçının bildirişinə əsasən yenidən ümumi yığıncağın növbədənkənar iclası çağırılmış, iddiaçı öz xahişi ilə işdən azad olmaq istədiyini bildirmişdir.
41. Işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş iddiaçı X1 Miraliakbar ilə bağlı Tehran Cinayət Məhkəməsinin hökmü barədə məhkəmə iclasında işitrak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 öz izahatında həmin hökmün qanuni qüvvəsini almış sənəd olmadığını, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmadığını bildirmiş və bu barədə sualları cavablandırmaqdan imtina etmişdir. Həmin hökm ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-in 457-ci maddəsinə və “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarına əsasən beynəlxalq hüququn ümumi prinsiplərinə görə hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. Konvensiyanın 1-ci maddəsinin müvafiq yarımbəndlərində nəzərdə tutulan aşağıdakı sənədlərin apostil edilməsinə diqqət yetirilməlidir: - dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər üzrə məhkəmə aktları (qətnamə, qərardad, hökm və qərar). Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehinin nümayəndəsi tərəfindən təqdim edilmiş hökm qanunvericilikdə nəzərdə tutulmuş qaydada qanuniləşdirilmədiyindən sübut kimi qəbul oluna bilməz.
42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.