Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-2(3-9)-138/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadından iddiaçı İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 85915,00 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 348,00 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmiş və ərizəsini ölkə xaricində olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsi ilə əsaslandırmışdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçı İddiaçı MMC-nin nümayəndəsi şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından verilmiş şikayətin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli qərardadının ləğv edilməsini, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, işin mahiyyəti üzrə baxılması üçün icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət nəzərdən keçirlərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra-MPM) nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən olunan qaydada verilməmişdir. İş materiallarından görünür ki, şikayət iddiaçı tərəfindən pdf formatında tərtib olunmuş, sonradan skan edilərək iddiaçının elektron imzasından istifadə edilməklə ## #### 2026-cı ildə elektron kabinetə yerləşdirilmişdir. Halbuki MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Həmçinin kollegiya müəyyən etmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadından şikayət iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının ## #### 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməmişdir. Belə ki, şikayətdə Azərbaycan Respublikası MPM-nə * nömrəli əlavənin 6, 8, 9, 10 və 11ci bəndlərində nəzərdə tutulmuş: - «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», - «Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», - «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» qeyd edilən formada əks edilməmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları araşdırmadan, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun tərtib olunubolunmamasını yoxlamadan, bir sözlə şikayətin MPM-ə uyğunluğunu yoxlamadan, verilmiş şikayəti geri qаytаrmаlı оlduğu hаldа, səhvə yоl verərək şikayəti icraata götürərək baxmış, eyni zamanda оnu bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-9)-138/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-138/2026
03.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver