Məhkəmə qərarları › İş №2(3-1)-105/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-105/2026

07.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-105/2026 07.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiyası Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh “X3” MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” MMC-yə artıq ödənilmiş 2300 (iki min üç yüz) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 43 manat pul vəsaitinin "X3" MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xərci 75 (yetmiş beş) manatın iddiaçı İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının xərci 100 (bir yüz) manatın iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. ## #### 2026-cı il tarixdə apellyasiya şikayətinə baxılarkən tərəflər məhkəmə iclasında kollegiyaya barışıq sazişi təqdim edərək, mübahisəni sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdirlər. Kollegiyaya təqdim olunmuş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar aşağıdakı qaydada barışıq sazişi bağlayırıq:

1. Mən iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə aramızda bağlanmış ## #### 2019-cu il tarixli, *** nömrəli alğı-satqı müqaviləsi üzrə cavabdeh təşkilata ümumilikdə 3200 (üç min iki yüz) manat borcum olduğunu təsdiq edirəm və həmin borc məbləğini 4 (dörd) ay müddətinə hər ay 800 (səkkiz yüz) manat olmaqla ödəməyi, ilkin ödənişin isə 2026-cı ilin avqust ayının 1-dən hesablanmasına dair öhdəlik götürürəm. Həmçinin öhdəmə götürürəm ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xərci olan 75 (yetmiş beş) manatı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2, Müxbir hesab AZ88NABZ01451700000000012944, SWIFT BIK: NAXCAZ21, Naçxıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, AZ21NABZ12360100000000005944) hesabına, sənədlərin məhkəmə-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına köçürəcəyəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır.

2. Mən iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi X1 iddiaçı İddiaçı ilə aramızda bağlanmış ## #### 2019-cu il tarixli, *** nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçının cavabdeh təşkilata ümumilikdə 3200 (üç min iki yüz) manat borcunun olmasını təsdiq edirəm və həmin borc məbləğinin 4 ay müddətinə hər ay 800 (səkkiz yüz) manat olmaqla ödənilməsi, ilkin ödənişin 2026-cı ilin avqust ayının 1-dən hesablanması şərti ilə razılaşaram. Həmçinin öhdəmizə götürürük ki, hazırki barışıq sazişi təsdiq olunaraq iş üzrə icraata xitam verildikdən sonra MMC-də saxlanılan “NAZ-Lifan” markalı LF7240-820 sedan model avtomobil İddiaçı geri qaytarılacaqdır. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır.

3. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirik. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr bizə aydındır. Barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri bizə izah olundu və razıyıq. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında yuxarıda qeyd olunan məzmunda bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Kollegiya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar fikirlərini dinləyərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə sazişin təsdiq olunmaması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil, ona görə də tərəflər arasında ## #### 2026-cı il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən normanın tələbinə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Naxçıvan şəhər filialına ********** nömrəli qəbzlə ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu, eyni zamanda apellyasiya şikayəti verilərkən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Naxçıvan şəhər filialına ********** nömrəli qəbzlə ödənilmiş 22 (iyirmi iki) manat dövlət rüsumu olmaqla ümumilikdə 65 (altmış beş) manat iddiaçıya geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 384.0.5, 400, 402.2.4, 405.0.2 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya

qərara alır:

Iddiaçı İddiaçı cavabdeh Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Mən iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə aramızda bağlanmış ## #### 2019-cu il tarixli, *** nömrəli alğı-satqı müqaviləsi üzrə cavabdeh təşkilata ümumilikdə 3200 (üç min iki yüz) manat borcum olduğunu təsdiq edirəm və həmin borc məbləğini 4 (dörd) ay müddətinə hər ay 800 (səkkiz yüz) manat olmaqla ödəməyi, ilkin ödənişin isə 2026-cı ilin avqust ayının 1-dən hesablanmasına dair öhdəlik götürürəm. Həmçinin öhdəmə götürürəm ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xərci olan 75 (yetmiş beş) manatı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2, Müxbir hesab AZ88NABZ01451700000000012944, SWIFT BIK: NAXCAZ21, Naçxıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, AZ21NABZ12360100000000005944) hesabına, sənədlərin məhkəmə-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına köçürəcəyəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır.

2. Mən iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi X1 iddiaçı İddiaçı ilə aramızda bağlanmış ## #### 2019-cu il tarixli, *** nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçının cavabdeh təşkilata ümumilikdə 3200 (üç min iki yüz) manat borcunun olmasını təsdiq edirəm və həmin borc məbləğinin 4 ay müddətinə hər ay 800 (səkkiz yüz) manat olmaqla ödənilməsi, ilkin ödənişin 2026-cı ilin avqust ayının 1-dən hesablanması şərti ilə razılaşaram. Həmçinin öhdəmizə götürürük ki, hazırki barışıq sazişi təsdiq olunaraq iş üzrə icraata xitam verildikdən sonra MMC-də saxlanılan “NAZ-Lifan” markalı LF7240-820 sedan model avtomobil İddiaçı geri qaytarılacaqdır. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır.

3. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirik. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr bizə aydındır. Barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri bizə izah olundu və razıyıq. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Iddiaçının tərəfindən iddia ərizəsi verilərkən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Naxçıvan şəhər filialına ********** nömrəli qəbzlə ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu, eyni zamanda apellyasiya şikayəti verilərkən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Naxçıvan şəhər filialına ********** nömrəli qəbzlə ödənilmiş 22 (iyirmi iki) manat dövlət rüsumu olmaqla ümumilikdə 65 (altmış beş) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar