Məhkəmə qərarları › İş №2(3-1)-109/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-109/2026

01.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-109/2026 01.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş yaşayış evinin sökülməsi tələbi (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, qonşuluq hüququ, ara məsafəsi, tikintinin sökülməsi, hüquqdan sui-istifadə, vicdanlılıq prinsipi, vaxtında etiraz, çıxıntılı binalar) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi hakim), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı vəkili-nümayəndəsi vəkil2, cavabdeh Cavabdeh və onun vəkilinümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. İddiaçı İddiaçı “12” avqust 2025-ci ildə Ordubad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında 0.024 hektar torpaq sahəsi üzərində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmaqla binanın xarici divarlarının önündə ara məsafəsi (divar hündürlüyünün 0.3 hissəsi) gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir ( iş vərəqə 01-04).

b) İddia tələbinin əsaslandırılması.

2. İddiaçı İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, ünvan 3 ünvanında yerləşən 0.0308 hektar torpaq sahəsi ## ###### 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa edərək 2018-ci ildən etibarən ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh Cavabdeh 2020-ci ilin sonlarında qonşuluqdakı ünvan 1 ünvanında yerləşən 0.024 hektar torpaq sahəsini əldə etmişdir. Cavabdeh həmin torpaq sahəsini əldə etdikdən sonra torpaq sahələri arasında sərhəd divarı inşa etmiş və bu zaman iddiaçı tərəfindən ona heç bir maneə yaradılmamışdır.

3. Lakin sonradan cavabdeh tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozularaq, qonşu torpaq sahələri arasında qanunla müəyyən olunmuş ara məsafəsi (divar hündürlüyünün 0.3 hissəsi) gözlənilmədən sərhəd divarına bitişik fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı dəfələrlə cavabdehə qanunvericiliyin tələblərinə əməl etməyi və tikintini müəyyən olunmuş ara məsafəsi saxlanılmaqla aparmağı bildirsə də, cavabdeh bu iradlara məhəl qoymamış və tikintini davam etdirmişdir.

4. Pozulmuş hüquqlarının bərpası məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin orqanın ## ##### 2025-ci il tarixli məktubu ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulduğu təsdiq olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən o, məhkəmədən cavabdeh Cavabdeh tərəfindən ara məsafəsi gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

5. Ordubad Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Haqverdiyev) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən, sahəsi 0.0308 hektar olan torpaq sahəsində iddiaçı İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə məxsus həyətyanı sahənin sərhəd hasarı (divarı) ilə ünvan 1 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin sərhədə yaxın normativ ara məsafəsi pozulmaqla inşa edilmiş hissəsinin cavabdeh Cavabdeh vəsaiti hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün çəkilmiş 150 (bir yüz əlli) manat məbləğində xərcin cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdi (iş vərəqə 146-154).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

6. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan tərəflərə məxsus torpaq sahələrinin qonşu olmaqla bir-biri ilə həmsərhəd ərazilərdə yerləşdiyi və faktiki olaraq birbaşa qonşuluq münasibətlərinin mövcud olduğu müəyyən edilir.

7. Məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir ki, cavabdehə məxsus fərdi yaşayış evi ilə qonşu sərhəd xətti arasında faktiki ara məsafəsi 0,16-0,62 metr təşkil edir. Halbuki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə görə, bu məsafə binanın divar hündürlüyünün 0,3 hissəsinə uyğun olaraq 2,22 metr olmalıdır. Bu hal tikintinin normativ şəhərsalma və tikinti qaydalarının pozulması ilə həyata keçirildiyini və qonşuluq hüquqlarına real və davamlı müdaxilə yaratdığını təsdiq edir.

8. Məhkəmənin mövqeyinə görə, mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan fundamental hüquqlardan olsa da, bu hüququn həyata keçirilməsi qonşuluq münasibətlərindən irəli gələn hüquqlara zərər vurmamalıdır. Məhkəmə qeyd etmişdir ki, ara məsafəsi tələblərinin pozulması ilə inşa edilən tikinti obyektləri məcburi normalara uyğun gəlmədiyindən onların mövcudluğu hüquqi legitimlik qazanmır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş eskiz layihəsinin təsdiq edilməsi tikintinin avtomatik olaraq hüquqa uyğunluğu anlamına gəlmir və bu hal qonşuluq hüquqlarını pozan tikintinin aparılmasına hüquqi əsas verə bilməz.

9. Bununla belə, məhkəmə iddia tələbinin tam həcmdə, yəni tikilinin bütövlükdə sökülməsi formasında təmin edilməsini hüquqi mütənasiblik prinsipinə uyğun hesab etməmiş və bunu cavabdehin mülkiyyət hüququna həddindən artıq müdaxilə kimi qiymətləndirmişdir. Məhkəmə qənaətə gəlmişdir ki, hüquq pozuntusu daha məhdud həcmdə – yalnız normativ ara məsafəsini pozan hissənin (1,60 metr - 2,06 metr həcmində) aradan qaldırılması ilə həll edilə bilər.

10. Beləliklə, birinci instansiya məhkəməsi tərəflər arasında hüquqi balansın bərpa olunmasını əsas gətirərək, iddia tələbinin qismən təmin edilməsi, fərdi yaşayış evinin yalnız sərhədə yaxın normativ ara məsafəsi pozulmaqla inşa edilmiş hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi nəticəsinə gəlmişdir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

11. Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh tərəf ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnaməni tamamilə ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 165-174)

b) Apellyasiya şikayətinin əsaslandırılması.

12. Cavabdeh tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdi ki, məhkəmə qətnamədə qonşuluq hüquqlarına real və davamlı müdaxilə olduğunu qeyd etsə də, bu müdaxilənin konkret olaraq nədən ibarət olması mülki işin materialları ilə öz təsdiqini tapmamışdır.

13. Məhkəmə Naxçıvan Şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı ## ##### 2025ci il tarixli məktubuna istinad edərək Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulduğunu qeyd etsə də, cavabdeh qanunun (Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsi) tələblərinə əməl edərək fərdi yaşayış evinin layihəsini müvafiq icra orqanına təqdim etmişdir. Qanunla müəyyən olunmuş 1 ay müddət ərzində inzibati orqan tərəfindən layihəyə dair cavabdehə heç bir rəsmi və əsaslandırılmış irad bildirilməmiş və tikinti təsdiq olunmuş layihə əsasında başa çatdırılmışdır.

14. Məhkəmənin qeyd edilən tikilinin müvafiq icazə və təsdiqedici sənədlərlə rəsmiləşdirilməməsi nəticəsində hüquqi dövriyyədə qanuni əsaslı daşınmaz əmlak kimi legitimlik qazanmaması qənaəti yanlışdır. Belə ki, məlumatlandırma icraatı çərçivəsində tikintiyə icazənin alınması qanunla tələb olunmur və cavabdehin təqdim etdiyi eskiz layihəsi müvafiq qurum tərəfindən təsdiq edilmişdir.

15. İddiaçı özü ərizəsində sərhəd divarının yeri müəyyən edilərkən buna hər hansı maneə yaratmadığını və etiraz etmədiyini təsdiqləmişdir. Sərhəd divarı hər iki tərəfin ümumi razılığı əsasında inşa edilmişdir.

16. Məhkəmə fərdi yaşayış evinin müəyyən hissəsinin sökülməsi qənaətinə gələrkən bunun bütöv fərdi yaşayış evinin tamlığına xələl gətirəcəyini və cavabdehin mülkiyyət hüququna ciddi şəkildə müdaxilə olduğunu nəzərə almamışdır. Eyni zamanda, məhkəmə qərarının "qət etdi" hissəsi aydın deyildir.

17. Ekspert rəyi ilə hər iki fərdi yaşayış evi ilə bağlı ara məsafəsi pozuntusunun olduğu öz təsdiqini tapmışdır. Yəni, ara məsafəsi problemi yalnız cavabdehin tikilisində deyil, iddiaçıya məxsus fərdi yaşayış evində də mövcuddur və məhkəmə tərəflərin razılaşdırdığı ara məsafəsini qiymətləndirərkən bu halı nəzərə almamışdır.

18. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozmasını və ya düzgün tətbiq etməməsini əsaslandırarkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2 və 80-ci maddələrinə istinad etmiş, lakin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair hər hansı dəlil göstərməmişdir.

c) Apellyasiya şikayətinin icraata qəbulu.

19. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “03” iyun 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

20. İddiaçı İddiaçı tərəfindən ## #### 2026-cı il tarixdə poçt vasitəsi ilə apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. İddiaçı apellyasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, apellyasiya şikayətini qəbul etmir və onun rədd edilməsini, Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyir.

21. Cavabdeh Cavabdeh 2020-ci ildə onun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə bitişik, Naxçıvan şəhəri, 59-cu məhəllə, 6/14 ünvanında yerləşən ümumi sahəsi 0.024 hektar torpaq sahəsini satın aldıqdan sonra sərhəd nöqtələrinin müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş və ## #### 2021-ci il tarixdə müvafiq orqanın mütəxəssislərinin iştirakı ilə torpaq sahələri arasında məğz nişanları müəyyən edilərək akt tərtib edilmiş və həmin məğz nişanları daxilində cavabdeh Cavabdeh tərəfindən torpaq sahələrinin arasında sərhəd divarı tikilmişdir. Həmin sərhəd divarı tikilərkən onun tərəfindən ona hər hansı bir maneə yaradılmamış, sərhəd divarını tikib başa çatdırdıqdan bir müddət sonra cavabdeh fərdi yaşayış evini tikməyə başlamış, fərdi yaşayış evi tikilərkən tərəfindən dəfələrlə Cavabdeh mehriban qonşuluq münasibətlərinə əməl etməsini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi gözlənilməklə fərdi yaşayış evini inşa etməsini bildirsə də cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ara məsafəsi gözlənilmədən (divar hündürlüyünün 0.3 hissəsi) fərdi yaşayış evinin tikintisini davam etdirmiş, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ona Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmaqla ara məsafəsi gözlənilmədən (divar hündürlüyünün 0.3 hissəsi) fərdi yaşayış evini inşa etdiyi, bununla bağlı müvafiq qanunvericiliyin tələbləri Cavabdeh izah edilsə də o, ara məsafəsi gözlənilmədən fərdi yaşayış evinin tikintisini davam etdirmişdir.

22. Daha sonra cavabdeh ona qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus, ünvan 2 ünvanında yerləşən, 0.024 hektar torpaq sahəsinin 20 kvadratmetr ərazisində aparılan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Məhkəmənin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, mülkiyyətində olan 20 kvadratmetr torpaq sahəsinin ona geri qaytarılması, həmin torpaq sahəsinin iddiaçının qalan torpaq sahəsi ilə bütövlüyünü təmin etmək məqsədi ilə iddiaçının özü tərəfindən inşa edilmiş hasar Cavabdeh öz vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsindən istifadəyə Ə.Namiq tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə isə rədd edilmidi.

23. Tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli icra sənədi üzrə qeyd olunan tələblər tam şəkildə təmin olunmuş, fərdi yaşayış evinin birinci mərtəbəsində giriş hissəsində məhəccər, pilləkən, kombi sistemi və onun yerləşdiyi tikili, ikinci mərtəbədə isə balkonun bir hissəsi sökülmüş və ## #### 2026-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir.

24. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Ordubad Rayon Məhkəməsində iddia tələbi üzrə hər tərəfli, obyektiv və tam araşdırma aparılmış, müvafiq məhkəmə tikinti ekspertizası təyin edilərək rəy alınmış və məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üçün əhəmiyyətli olan bütün hallar hər tərəfli və tam araşdırılmış, iş üçün əhəmiyyətli olan bütün hallar sübut edilmiş və məhkəmə tərəfindən işin hallarına uyğun qətnamə qəbul edilmişdir.

III. İzahatlar və işin gedişatı.

25. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh məhkəmədə verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, 2021-ci ildə fərdi yaşayış evinin tikintisinə icazə almaq üçün icra hakimiyyətinə müraciət etmişdir. Yaşayış evinin plan-sxemi icra hakimiyyətinin memarları tərəfindən tərtib edilmiş və icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. 2025-ci ildə icra hakimiyyəti tərəfindən göndərilmiş məktub əsassızdır. Belə ki, ona həmin tarixə qədər heç kim heç nə bildirməmişdi. Tikinti 2021-ci ildən 2025-ci ilə qədər aparılmışdı və həmin 4 il ərzində heç bir dövlət qurumu tərəfindən ona xəbərdarlıq olunmayıb. İcra hakimiyyəti, Tikintiyə Nəzarət Dövlət Agentliyi və sahə müvəkkili tərəfindən yerində baxışlar keçirilsə də ona tikintinin düzgün aparılmaması barədə heç nə deyilməyib. İddiaçı tərəfdən də onun evi düzgün olmayan formada tikməyi ilə bağlı həmin müddətdə şikayət verilməyib. Evi iddiaçının gözünün qarşısında inşa edib, hətta 2018-ci ildən iddiaçı tərəfin də bildirdiyi kimi qarşı tərəf həmin ünvanda yaşayır. Ordubad Rayon Məhkəməsinin qətnaməsində evin 2.22 metr sökülməsi qət edilmişdir və əgər evin həmin hissəsi sökülərsə ev tamamilə sökülməli olacaqdır. Həmin ərazi qonşunun torpaq sahəsində düşür və qonşunun girişi yol tərəfdəndir. O, həyətə daxil olduqdan sonra evə gedir, lakin qonşu birbaşa evinə daxil olur və hər hansı bir fövqəladə hal olacağı təqdirdə qonşu yola ondan daha yaxın yerləşir. İddiaçının orada heç bir tikilisi yoxdur.

26. Cavabdeh Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, o iddiaçı ilə qonşuluqda yerləşən torpağı 2020-ci ildə alıb, evi 2021-ci ildə tikməyə başlayıb, 4 il müddətində tikib və bu zaman iddiaçı qeyd etdiyi evdə yaşayıb. Evinin ikinci mərtəbəsini 2025-ci ildə inşa edib. O, 2021-ci ildə kredit götürərək evin birinci mərtəbəsini inşa etmiş, pulunu vermiş, 3 il ərzində həmin kreditləri ödəmiş və 2025-ci ildə yenidən kredit götürərək ikinci mərtəbəni tikmişdir. 2022-ci ildə evin birinci mərtəbəsini tikib qurtarmışdı. Qonşu ilə aralarında akt tərtib edilən zaman onun evi yarımçıq tikilmiş olub, ya kürsülük hissəsi, ya da birinci mərtəbə yarımtikili vəziyyətdə olub. Onun həyətinin giriş hissəsi 7.60 metr olduğundan və aktda 6.60 metr qeyd edildiyindən o, divarın sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, qeyd edilən məsələni isə məhkəməyə müraciət etməzdən 7 ay öncə müəyyən edib. İddiaçı müvafiq qurumlara təsir etdiyindən evin giriş hissəsindən ona məxsus torpağın 1 metrlik hissəsi verilmirdi, özü bunu akt tərtib edildiyi vaxtdan təqribən 1 il-1 il yarım sonra bilib və iddiaçıya bu barədə müraciət etsə də nəticə verməyib. Özü iddiaçıya qarşı 2025-ci ildə iddia qaldırıb və o zamana kimi iddiaçının ona qarşı heç bir iddiası olmayıb. Qarşı tərəf onun evə giriş-çıxışına maneçilik törətdiyindən, avtomobilini qapının öndə saxladığından və həyətə kamera qoyduğundan özü divarla bağlı ona qarşı iddia qaldırıb. Özü evini inşa edən zaman iddiaçı ilə münasibətləri yaxşı olub və iddiaçı evin tikintisinə etiraz etməyib, bununla bağlı ondan yazılı notarial qaydada təsdiqlənmiş ərizə alınmasa da, şifahi olaraq ondan razılıq alınmışdı. İddiaçı ilə aralarındakı münasibətlərin pozulmasına səbəb divar olub, həmin divarı özü inşa edib, özü iddiaçı ilə razılığa gəlmək istəsə də qarşı tərəf bununla razılaşmayıb. Onun digər qonşu ilə münasibəti normaldır və o, ara məsafəsinin pozulması ilə bağlı şikayət etməyib.

27. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evini inşa edərkən eskiz layihəsi hazırlatmış və o müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Bu Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən icazə icraatı ilə deyil, məlumatlandırma icraatı ilə aparılan prosesdir. Layihənin təsdiqlənməsi artıq fərdi yaşayış evinin tikilməsi barədə məlumat verildiyini təsdiq edir. Qanunla müəyyən edilmiş müddət ərzində irad bildirilməzsə şəxs həmin fərdi yaşayış evini inşa edə bilər. Qeyd edilənləri və dövlətin səlahiyyətli qurumuna etimad prinsipini rəhbər tutaraq cavabdeh eskiz layihəsi əsasında fərdi yaşayış evini tikmişdir. İddiaçı tərəf 2018-ci ildə, cavabdeh isə 2021-ci ildə tikinti aparmışdır və 2021-ci ildən başlayaraq 4 il ərzində iddiaçı tərəfindən tikinti ilə bağlı hər hansı etiraz bildirilməyib. Əksinə, iddiaçı tərəfindən cavabdehə məxsus olan 20 kvadratmetr torpaq sahəsi zəbt edilmişdir. Bununla bağlı cavabdeh iddiaçıya qarşı iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, orada olan tikililərin sökülməsini tələb etmiş, müvafiq qətnamə qəbul edilmiş, qüvvəyə minmiş və icra edilmişdir. Əsas məsələ cavabdehin məlumatlandırma icraatı aparıldıqdan sonra həmin fərdi yaşayış binasını tikməsidir. Birinci instansiya məhkəməsinin qətnaməsində 2025-ci ildə icra hakimiyyətinin ara məsafəsinin gözlənilmədən tikinti aparılması barədə məktubu qeyd edilmişdir. Lakin nəyə görə vaxtında irad bildirilməməsi sual doğurur. Ara məsafəsi gözlənilmədən və tikinti normalarının tələblərinə əməl edilmədən cavabdeh tərəfindən tikintinin aparılması barədə vaxtında irad bildirilsə idi, cavabdeh tərəfindən həmin fərdi yaşayış evi tikilməyəcək idi. Qeyd edilən evlər arasında ara məsafəsi mövcuddur. Bu keçirilmiş ekspertizanın rəyində də müəyyən edilmişdir və məsafəsinin 0.16 və 0.62 metr olduğu qeyd edilmişdir, lakin həmin məsafə 2.22 metr olmalı idi. Birinci instansiya məhkəməsinin qətnaməsinin qətedici hissəsində yaşayış binasının hansı hissəsinin sökülməsi dəqiq göstərilməmişdir. Qətnamədə ara məsafəsi kimi qeyd edilən yerin qonşuluq hüququna müdaxilə olması bildirilsə də, heç bir müdaxilə mövcud deyildir. Qeyd edilən hissə iki mərtəbəli yaşayış evinin bütöv divarıdır və birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən ara məsafəsi saxlanılması üçün ev bütünlüklə sökülməli, geriyə çəkilməli və yenidən tikilməlidir. Qarşı tərəfin yaratdığı maneələrə görə halhazırda cavabdeh evin çıxarışını ala bilmir. Yaşayış binaları arasındakı ara məsafəsi fövqəladə vəziyyət üçün lazımdır və həmin hissəyə onsuz da iddiaçının girişi mövcud deyil və o, hər hansı hadisə baş verərsə başqa tərəfdən də çıxa bilər. Qeyd edilən məsafənin qoyulması üçün addımların atılması evin bütünlüklə söküləcəyi mənasına gəlir. Cavabdeh hərbi qulluqçudur, kredit götürərək ev tikmişdir və qarşı tərəf onun kredit götürərək tikdiyi evin ara məsafəsi gözlənilmədən tikinti aparıldığı üçün sökülməsini istəyir. Ümumiyyətlə qeyd edilən evin hansı hissəsinin söküləcəyi onlara aydın deyildir. Ordubad Rayon Məhkəməsi 3 dəfə iclas keçirməklə məsələ barəsində qətnamə qəbul etmişdir. Məhkəmə baxışının gedişində birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilsə də, yerində baxış keçirilməmişdir. İddiaçı cavabdehə məxsus torpaq sahəsini zəbt etməklə bərabər oraya videokamera yerləşdirib və cavabdehin həyətinin görüntülərini çəkir. İddiaçı eyni zamanda ümumi istifadədə olan girişin qarşısında avtomobilini saxlayaraq oranı tutmuş, cavabdehin orada avtomobilini saxlamasına və evinə giriş-çıxışına mane olmuşdur. Ara məsafəsinin olmamasına görə iddiaçı tərəfindən atılacaq addımlar iddiaçıya heç nə qazandırmır, əksinə cavabdehin maddi və əmlak olaraq çox şey itirməsinə səbəb olur. Əgər yerində baxış keçirilərsə bir çox məsələyə aydınlıq gələcəkdir. Ekspertiza təyin edilən zaman sərhəd divarlarından biri söküldüyü üçün ekspert baxış keçirən zamanı həmin divarı görməmişdi. Eyni zamanda ekspertizanın keçirilməsində iddiaçı iştirak etsə də, cavabdeh iştirak etməmişdir və iştirak etmək hər iki tərəfin hüququ idi.

28. Cavabdehin vəkili-nümayəndəsi ona verilmiş suala cavab olaraq bildirmişdi ki, aavabdeh tərəfindən mübahisə predmeti olan ev tikilən zaman iddiaçı etiraz etməmiş, mübahisə yaranmış və 4 il sonra qarşı tərəf etiraz etmişdir.

29. İddiaçının vəkili-nümayəndəsi vəkil2 məhkəmədə verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, iddiaçı özünə məxsus olan evin yerləşdiyi torpaq sahəsini 2016-cı ildə almış, 2018-ci ildə orada bina inşa etmiş və həmin tarixdən ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh isə 2020-ci ildə iddiaçıya qonşu olan torpaq sahəsini almış, 2021-ci ildə torpağın sahələrinin müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və həmin qurum tərəfindən akt verilmişdir. Akt əsasında cavabdeh qeyd edilən divarı inşa etmişdir və onun inşa edilməsinə iddiaçı tərəfindən heç bir maneə törədilməmişdir. Hasar inşa edildikdən sonra cavabdeh ilk olaraq evin birinci mərtəbəsini inşa edib. İddiaçı isə evlər arasındakı məsafənin gözlənilmədiyini müəyyən etsə də, evin birinci mərtəbəsinin hasarın hündürlüyünü keçmədiyini nəzərə alaraq müraciət etməyib. Cavabdeh evin ikinci mərtəbəsini inşa edən zaman isə hamam-tualetin pəncərəsini iddiaçının həyətinə tərəf yerləşdirir və bundan sonra onlar arasında mübahisə başlanır və iddiaçı cavabdehə həmin pəncərəni ləğv etməsini bildirsə də, cavabdeh bununla razılaşmır. Bununla bağlı müvafiq qurumlardan da cavabdehə müraciət edilsə də, o pəncərəni ləğv etmir. Daha sonra cavabdeh iddiaçı ilə aralarında olan hasarın sökülməsi ilə bağlı birinci instansiya məhkəməsinə iddia tələbi ilə müraciət edərək, hasarı özünün inşa etdiyini və bu zaman iddiaçı tərəfindən ona heç bir müqavimət göstərilmədiyini bildirmişdi. Cavabdeh özünün inşa etdiyi hasarı özü sökmüşdür. Qarşı tərəf iddiaçının öz avtomobilini cavabdehin evinin qarşısında saxlamaqla ona maneələr yaratdığını bildirdi, iddiaçının avtomobillə həyətinə giriş qapısı digər tərəfdən olsa da, evinə giriş qapısı cavabdehin giriş hissəsi ilə eyni yerdəndir. Eyni zamanda iddiaçının avtomobili böyük olduğundan avtomobil üçün nəzərdə tutulmuş giriş hissəsinə yerləşmir, ona görə də avtomobilini binanın qarşısında saxlayır. Cavabdeh özü də etiraf edir ki, evinin tikintisi zamanı dəfələrlə oraya tikinti materialları gətirilən zaman iddiaçı öz avtomobilini oradan çəkmiş və ona maneçilik törətməmişdi. İddiaçı eyni zamanda videokameranı öz evinin qarşısına küçə tərəfdən yerləşdirib. Buna səbəb isə onun avtomobilinin dəmir əşya ilə cızılması olub, o, bununla bağlı polisə müraciət edib və polis tərəfindən baxış keçirilən zaman avtomobilin qəsdən cızıldığı müəyyən edilsə də rəsmi sənədləşmə aparılmayıb və iddiaçıya əraziyə videokamera qoya biləcəyi deyildikdən sonra o avtomobilinə ziyan dəyməsinin qarşısını almaq üçün yolun çıxış hissəsinə videokamera qoymuşdur. Bunun hər iki tərəfə xeyri vardır. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsində hasarın sökülməsi ilə bağlı iddiaçıya qarşı iddia qaldırmışdı, məhkəmə isə hasarın cavabdeh tərəfindən tikildiyini nəzərə alaraq onun tərəfindən sökülməsi ilə bağlı qərar qəbul etmişdi. Ordubad Rayon Məhkəməsində iddia tələbi ilə bağlı düzgün araşdırma aparılmış, maddi və prosessual qanunvericilik normaları düzgün tətbiq edilmiş, aidiyyəti üzrə ekspertiza təyin edilmiş, ekspertizanın rəyində cavabdehə məxsus evin tikintisi zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində qeyd edilmiş tələblər pozulmaqla evin inşa edildiyi qeyd edilmiş və mahiyyəti üzrə qətnamə qəbul edilmişdir. Hesab edir ki, Ordubad Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətini qəbul etmirlər və birinci instansiya məhkəməsinin qüvvədə saxlanılmasını xahiş edirlər.

30. vəkil2 ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, Ordubad Rayon Məhkəməsində işin bütün halları araşdırılıb, Naxçıvan Şəhər Məhkəməsinin gəldiyi nəticələr, qərarlar işə əlavə edilib, işin mahiyyəti üzrə ekspertiza təyin edilib, lazımi sənədlər təqdim edilib və verilmiş rəy əsasında məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən tikinti işləri aparılan zaman iddiaçı tərəfindən cavabdehin özünə dəfələrlə müraciət olunub. İddiaçı qonşuluq münasibətlərinin gözlənilməsinə görə cavabdehin evinin birinci mərtəbəsinin hasardan aşağıda yerləşməsini nəzərə alaraq evin tikilməsinə etiraz etməyib, evin ikinci mərtəbəsi inşa edildikdən sonra onun hündürlüyü hasarın hündürlüyünü keçdiyi üçün və evin hamam-tualetinin pəncərəsi iddiaçı tərəfə qoyulduqdan sonra mübahisə başlanıb. Hamam-tualetin iki pəncərəsinin açıldığı torpaq iddiaçının mülkiyyətində olan torpaq sahəsidir, iddiaçı alqı-satqı yolu ilə hamam-tualetin pəncərələrinin açıldığı torpaq sahəsini alsa da, bunu rəsmiləşdirməmişdir, iddiaçının tam mülkiyyətində olmasa da, onların öz aralarında alqı-satqı baş tutmuşdur. Cavabdeh tərəfindən tikinti işləri aparılan zaman iddiaçı tərəfindən cavabdehin özünə dəfələrlə müraciət olunsa da, rəsmi olaraq müraciətlər edilməyib və bununla bağlı sübutları yoxdur. Cavabdehin qeyd edilən evin tikintisini dayandırması ilə bağlı ev tikilib yekunlaşdıqdan sonra iddiaçı tərəfindən 2025-ci ildə icra hakimiyyətinə müraciət edilib, lakin tikinti davam edən zaman müraciət edilməsi ilə bağlı rəsmi sübutları yoxdur.

31. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdi.

32. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdi. IV. İşin halları:

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

34. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, ## ###### 2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan, ünvan 5 ünvanında yerləşən 0.0308 hektar torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması (iş vərəqə 08);

35. - AN - İ seriyalı, ******* nömrəli, ## ##### 2020-ci il tarixli alqı-satqı müqaviləsindən, Naxçıvan şəhəri, 59-cu məhəllə, 6/14 ünvanında yerləşən 0.0239 ha torpaq sahəsinin Rəhimova Xatirə İsmayıl qızı tərəfindən Cavabdeh 8700 manat məbləğində satış qiyməti müqabilində satılması, əmlakın alıcıya verilməsi və hüquqların keçməsi notarial qaydada müqavilə ilə rəsmiləşdirilməsi ( iş vərəqə 38);

36. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, ## ##### 2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan, Naxçıvan şəhəri, 59-cu məhəllə, 6/14 ünvanında yerləşən 0.024 hektar torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olması (iş vərəqə 37);

37. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ## ###### 2021-ci il tarixli təsdiq edilmiş eskiz layihədən, Naxçıvan şəhəri, 59-cu məhəllə, 6/14 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşmə planı və memarlıq həlli aidiyyəti dövlət orqanı tərəfindən əvvəlcədən razılaşdırılması, həmin layihəyə əsasən tikiləcək evin planının, ölçülərinin və yerləşməsinin rəsmi qaydada müəyyən edilməsi, “razılaşdırılıb” qeydi ilə təsdiq olunması ( iş vərəqə 44-49);

38. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin ## ##### 2025-ci il tarixli, *-*/*-Ə-***-**-***/**** nömrəli məktubundan, iddiaçı İddiaçı ## #### 2025-ci il tarixli müraciətinə baxılaraq müvafiq araşdırma aparılması, cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi tikilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əməl olunmaması, bununla bağlı cavabdehə qanunvericiliyin tələblərinin izah edilməsi, eyni zamanda mübahisənin hüquqi xarakter daşıdığı nəzərə alınaraq iddiaçıya məsələnin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin tövsiyə olunduğunun göstərilməsi (iş vərəqə 07);

39. – Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması tələbinə dair qaldırdığı iddianın qismən təmin edilməsi, qətnaməyə əsasən, cavabdeh İddiaçı faktiki sahiblik və istifadəsində olan 20 kvadrat metr torpaq sahəsinin iddiaçı Cavabdeh geri qaytarılmasının qət olunması, məhkəmə araşdırması zamanı həmin 20 kvadrat metr torpaq sahəsini iddiaçının qalan torpaq sahəsindən ayıran sərhəd hasarının cavabdeh tərəfindən deyil, məhz iddiaçının öz vəsaiti hesabına inşa ediməsinin təsdiqini tapması, buna görə də, torpaq sahəsinin bütövlüyünü təmin etmək məqsədilə həmin hasarın (uzunluğu 20,68 metr, eni 1,96 metr və s.) iddiaçı Cavabdeh öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasının qərara alınması, hazırkı işin predmeti olan mübahisə, yəni Cavabdeh tərəfindən ara məsafəsi gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi tələbinin İddiaçı tərəfindən ## #### 2025-ci il tarixdə məhz həmin işin gedişatında qarşılıqlı iddia qismində irəli sürülməsi, lakin məhkəmənin ## #### 2025-ci il tarixli qərardadı ilə həmin qarşılıqlı iddia ərizəsinin geri qaytarılması (iş vərəqə 126-138);

40. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, *** nömrəli ekspert rəyindən, mübahisə predmeti olan tikinti obyektinə yerində baxış keçirilməsi, tərəflərin iştirakı təmin olunmaqla ölçü işlərinin aparılması, ünvan 1 ünvanında yerləşən cavabdeh Cavabdeh məxsus fərdi yaşayış evi iki mərtəbə və zirzəmi qatından ibarət olmaqla, təqribən 7,5x12,0 metr ölçülərində, əsasən düzbucaqlı plan həllinə malik olması və həyətyanı torpaq sahəsində yerləşməsinin müəyyən edilməsi, baxış zamanı həmçinin sözügedən həyətyanı sahənin üç tərəfdən qonşu torpaq sahələri, bir tərəfdən isə yol ilə əhatə olunmasının müəyyən edilməsi, sahənin sərhəd hissələrində hasar konstruksiyalarının mövcudluğu, bəzi hissələrdə isə hasarın sökülmüş və ya yarımçıq vəziyyətdə olmasının qeydə alınması, ekspert tərəfindən aparılmış ölçmə işlərinə əsasən cavabdehə məxsus fərdi yaşayış evi ilə qonşu torpaq sahəsini ayıran sərhəd hasarı və ya sərhəd xətti arasında faktiki ara məsafəsinin 0,16–0,62 metr intervalında dəyişməsinin müəyyən edilməsi, bu göstəricinin tikintinin faktiki yerləşmə vəziyyətini əks etdirməsi və tikinti prosesi zamanı ərazidə planlaşdırma işlərinin tam yekunlaşmamasının da müşahidə olunması, ekspert inöz hüquqi-texniki təhlilində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5-ci maddələrinin tələblərinə istinad edərək yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılarkən ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsindən az olmamalıdır qeyd edilməsi, mübahisəli tikilinin xarici divarının hündürlüyü 7,4 metr təşkil etdiyindən, normativ tələblərə uyğun ara məsafəsinin 2,22 metr (7,4 x 0,3 = 2,22 m) olmalı, lakin aparılmış ölçmə nəticələrinə görə, faktiki ara məsafəsinin 0,16 - 0,62 metr olduğunun müəyyən edilməsi və bu göstəricinin normativ tələbdən əhəmiyyətli dərəcədə az olduğu qənaətinə gəlinməsi, bununla yanaşı, ekspert rəyi ilə, həmçinin iddiaçı İddiaçı məxsus yaşayış evi ilə cavabdehə məxsus tikili arasında da eyni sərhəd zonasında oxşar məsafə göstəricilərinin müşahidə olunması, nəticə olaraq ekspert rəyində, mübahisəli fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2- 1-ci maddələrinin tələblərinə uyğun şəkildə inşa edilməməsi və normativ ara məsafəsinin gözlənilmədiyinin müəyyən olunması aydın olur ( iş vərəqə 94-97).

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini cavabdeh tərəf mübahisələndirir. Cavabdehin verdiyi apellyasiya şikayətindən aydın olur ki, o sözügedən qətnaməni tam mübahisələndirir.

44. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. VI. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Konstitusiyasının:

45. - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

46. - 29-cu maddəsinin İ, II, V və VI hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər;

47. -71-ci maddəsinin II hissəsində qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

b) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

48. - 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası);

49. -152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

50. -152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

51. -169.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər;

52. -170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır;

53. -170.2-ci maddəsi ilə müəyyən edilir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır;

54. -172.4-cü maddəsi ilə müəyyən edilir ki, qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir;

55. -173.3-cü maddəsində qeyd edilir ki, əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

c) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:

56. -3.0.11-ci maddəsinə görə bina insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir;

57. -3.0.34-cü maddəsinə əsasən qonşular tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan və tikinti nəticəsində qanunla qorunan maraqlarına toxunulan şəxslərdir;

58. -3.0.35-ci maddəsi ilə müəyyən edilir ki, yanaşı divarlar bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş divarlardır;

59. - 69.1-ci maddəsinə görə binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir;

60. - 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir;

61. - 69.5.2-1-ci maddəsində qeyd edilir ki, məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi qədər olmalıdır;

62. - 69.7.1-ci maddəsinin tələbinə görə mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması nəzərə alınmalıdır;

63. - 69.7.3 və 69.7.4-cü maddələrinin tələbinə əsasən layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin, habelə divarın mövcud binanın divarına birləşdirilməsinin mümkünlüyü nəzərə alınmalıdır;

64. - 70.1-ci maddəsinin mahiyyətindən görsənir ki, tikilib abadlaşdırılmış ərazilərdə müəyyən olunmuş məsafə azaldıla bilər, lakin bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir;

65. - 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər;

66. - 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur;

67. - 76.3-cü maddəsində qeyd edilir ki, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər;

68. - 92.4.2-ci maddəsinin tələbinə görə tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilir;

69. - 95.1.3-cü maddəsinin tələbinə əsasən Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikinti obyekti və ya onun hissəsi sökülür;

70. - 95.3-cü maddəsi ilə müəyyən edilir ki, digər müstəsna hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.

ç) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

71. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

72. - 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

73. - 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

74. - 76.1-ci və 76.3-cü maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

75. - 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

76. - 82.3-cü maddəsi ilə müəyyən edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;

77. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

78. - 392.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

79. Kollegiya qeyd edir ki, iddiaçı İddiaçı tələbi cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ara məsafəsi (divar hündürlüyünün 0.3 hissəsi) gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsidir. İddiaçının bu tələbdəki hüquqi marağı onun mülkiyyət hüququnun və təhlükəsizliyinin qorunması ilə bağlıdır. Belə ki, qanunvericiliklə müəyyən edilmiş ara məsafəsinin gözlənilməməsi iddiaçının öz mülkiyyətindən rahat və təhlükəsiz istifadəsini məhdudlaşdırmaqla yanaşı, gələcəkdə yarana biləcək təhlükələrə məruz qalma riskini artırır.

80. Mübahisənin mahiyyəti mülkiyyət hüququnun həyata keçirilməsi və onun hüdudları ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Mülki Məcəllənin 152.1-ci maddəsi ilə mülkiyyət hüququ dövlət tərəfindən qorunan fundamental hüquq kimi tanınır və subyektə əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək imkanı yaradır. Lakin bu hüquq mütləq və hüdudsuz deyildir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi öz hüquqlarını qanunda müəyyən edilən məhdudiyyətlər çərçivəsində və başqa şəxslərin hüquqlarını pozmamaq şərti ilə həyata keçirə bilər.

81. Bu məhdudiyyətlərdən biri də qonşuluq hüququndan irəli gələn vəzifələrdir. Mülki Məcəllənin 170.1 və 170.2-ci maddələrinin tələblərinə görə, qonşu torpaq sahələrinin mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, öz hüquqlarını həyata keçirərkən qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli və eyni zamanda, qanunla yol verilən müəyyən təsirlərə dözməlidirlər.

82. İşin hallarına əsasən mübahisəsizdir ki, tərəflər bitişik ərazilərdə yerləşən qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. İddiaçı İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0.0308 hektar torpaq sahəsi ## ###### 2016-cı il tarixdən, cavabdeh Cavabdeh məxsus Naxçıvan şəhəri, 59-cu məhəllə, 6/14 ünvanında yerləşən 0.024 hektar torpaq sahəsi isə ## ##### 2020-ci il tarixdən onların xüsusi mülkiyyətindədir.

83. Mübahisənin hüquqi həllinə gəldikdə kollegiya iş materiallarından müəyyən edir ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və ya ona aid divar iddiaçının mülkiyyətində olan torpaq sahəsinə fiziki olaraq keçməmiş və ya ərazini zəbt etməmişdir. İlk baxışdan bu mübahisə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin ara məsafəsi ilə bağlı şəhərsalma normalarının pozulması kimi görünsə də, əslində bu məsələ birbaşa qonşuluq hüququnu tənzimləyən maddi hüquq normalarının təsir dairəsinə aiddir.

84. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə aldıqda qeyd etmək lazımdır ki, tikinti zamanı qanunla müəyyən edilmiş ara məsafəsinin (divar hündürlüyünün 0,3 hissəsi) gözlənilməməsi sadəcə inzibati-şəhərsalma qaydasının deyil, birbaşa qonşuluq hüququnun pozulmasıdır. Əgər bina qonşuluq hüququnu pozaraq inşa edilibsə və bina faktiki olaraq qonşunun ərazisinə keçməsə belə, Mülki Məcəllənin 172.4-cü maddəsinin imperativ tələbinə əsasən, bu cür binalara münasibətdə məhz "çıxıntılı binalar" haqqında qaydalar (Mülki Məcəllənin 173-cü maddəsi) tətbiq edilməlidir. Qanunun analogiyası qaydasında bu cür mübahisəli münasibətlərə də məhz həmin normalar şamil olunur.

85. Qeyd olunan hüquq normalarının tətbiqi isə özü-özlüyündə mübahisə üzrə tərəflərin sübutetmə yükünü dəqiqləşdirir. Belə ki, irəli sürülmüş tələb üzrə iddiaçı yalnız cavabdehin tikinti zamanı ara məsafəsini pozduğunu sübut etməklə kifayətlənə bilməz. Mülki Məcəllənin 173.3-cü maddəsinin göstərişindən irəli gələrək, iddiaçı eyni zamanda həmin pozuntunu (tikintini) bildiyi, aşkar etdiyi anda dərhal və ya vaxtında etiraz etdiyini də sübuta yetirməyə borcludur. Qanunvericiliyin tələbinə görə, hüququna toxunulmuş şəxs pozuntunu bilsə də, vaxtında etiraz etməzsə, o, yaranmış məhdudiyyətə (tikiliyə) dözməli olur.

86. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2026-cı il tarixli rəyi ilə təsdiq olunur ki, cavabdehin inşa etdiyi fərdi yaşayış evi ilə sərhəd arasında faktiki ara məsafəsi 0,16-0,62 metr təşkil edir ki, bu da qanunvericiliyin tələbindən irəli gələn 2,22 metrlik normativdən dəfələrlə azdır. Bununla ara məsafəsinin pozulması faktı sübuta yetirilsə də, iddiaçının buna dərhal və vaxtında etiraz etməsi faktı təsdiqini tapmır. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən və işdəki digər rəsmi sənədlərdən aydın olur ki, iddiaçının aidiyyəti qurumlara rəsmi şikayətləri və etirazları 2024cü ildə, yəni tikinti işləri artıq uzun müddət davam etdikdən və başa çatdırıldıqdan sonra edilmişdir.

87. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin fərdi yaşayış evinin eskiz layihəsi hələ ## ###### 2021-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Əgər iddiaçı bu tikintinin onun qonşuluq hüquqlarını pozduğunu hesab edirdisə, o zaman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.2-ci maddəsinə əsasən qonşu obyektin təhlükəsizliyinə təhlükə yaradan qüsurlarla bağlı tikinti işlərinin dayandırılması üçün vaxtında hüquqi tədbirlər görməli idi. Həmçinin, həmin Məcəllənin 95.1.3 və 95.3-cü maddələrinin tələblərinə uyğun olaraq, tikinti işləri dayandırıldığı halda pozuntular aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən obyektin sökülməsi barədə qərarlar qəbul edilməli və ya məhkəməyə müraciət olunmalı idi. İddiaçı tərəfindən tikinti prosesi gedişində bu qanuni mexanizmlərdən istifadə edilməmiş və tikintinin qarşısının alınması üçün vaxtında zəruri hərəkətlər həyata keçirilməmişdir. Əslində, iş materiallarından aydın olur ki, iddiaçı yaşayış evinin sökülməsi tələbinə dair bu iddianı məhz cavabdeh tərəfindən ona qarşı sərhəd divarı ilə bağlı mübahisə yaradıldıqdan və məhkəmədə iddia qaldırıldıqdan sonra irəli sürmüşdür. İddiaçının apellyasiya şikayətinə etirazına əlavə etdiyi ## #### 2021-ci il tarixli aktın surətindən və məhkəmə sənədlərindən görünür ki, tərəflər arasında mövcud olan ilkin mübahisə məhz Cavabdeh iddia qaldırdığı həmin divarla (sərhədlə) bağlı olmuşdur. Həmin akt da məhz cavabdehin müraciəti əsasında tərtib edilmiş və sərhəd divarının ölçüləri tərəflərin hər ikisinin iştirakı və razılığı ilə müəyyən edilərək həll olunmuşdur. Bu hallar iddiaçının fərdi yaşayış evinin tikintisi zamanı deyil, sonradan yaranmış digər mübahisəyə görə hərəkətə keçdiyini və vaxtında etiraz etməmək faktını bir daha təsdiqləyir.

88. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ara məsafəsinin pozulması sübut olunsada da, iddiaçının bu pozuntuya vaxtında etiraz etməsi faktı sübuta yetirilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 172.4-cü maddəsinin və qanunun analogiyası qaydasında 173.3-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçı həmin tikilinin sökülməsini tələb etmək hüququnu itirmişdir və hüquqi cəhətdən bu mövcud vəziyyətə dözməyə borcludur.

89. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, bu mübahisədə əks yanaşmanın qəbul edilməsi mülki dövriyyədə hüquqdan sui-istifadə hallarına gətirib çıxarar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin imperativ tələbinə əsasən, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri yalnız o şərtlə edə bilər ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Belə ki, qonşunun böyük miqdarda vəsait sərf edərək tikinti aparmasına vaxtında və ya bilə-bilə və əsassız olaraq etiraz etməyən, lakin tikinti başa çatdıqdan sonra onun sökülməsini tələb edən şəxsin davranışı vicdanlılıq prinsipi ilə uzlaşmır. Bu cür sonradan irəli sürülən etirazlar və söküntü tələbi hüquqi cəhətdən yalnız o halda əsaslı sayıla bilər ki, tələb irəli sürən tərəf qarşı tərəfin çəkdiyi bütün xərclərin əvəzini ödəməyə hazır olsun və ya tikinti ictimai təhlükəsizliyə birbaşa və qarşısıalınmaz təhdid yaratsın.

90. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

91. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədikdə və ya qanunu səhv təfsir etdikdə maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin ara məsafəsi ilə bağlı normalarına istinad etmiş, lakin bu mübahisənin əslində mülki qanunvericiliyin təsir dairəsinə aid olan qonşuluq hüququndan irəli gəldiyini nəzərə almamışdır. Məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 172.4 və 173.3-cü maddələrini tətbiq etməyərək, hüququn tətbiqində səhvə yol vermişdir.

92. Həmçinin, Mülki Prosessual Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Birinci instansiya məhkəməsi işin mühüm hallarını, xüsusən də cavabdehin fərdi yaşayış evinin eskiz layihəsinin hələ 2021-ci ildə təsdiqlənməsini və iddiaçının qonşuluq hüququnu pozan tikintiyə vaxtında etiraz etməməsi faktını düzgün hüquqi qiymətləndirməmişdir. Məhkəmə iddiaçının söküntü tələb etmək hüququnu itirdiyini nəzərə almadan və iddiaçının da tələbi olmadığı halda öz mülahizəsinə əsasən qeyri-düzgün nəticəyə gələrək tikilinin normativ məsafəni pozan hissəsinin sökülməsi barədə qərar qəbul etmişdir.

93. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun gəlməməsi əsasları ilə tamamilə ləğv edilməlidir. Mübahisə üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi tələbinə dair iddiası əsassız olduğundan onun rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır.

94. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

95. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

96. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

97. İddia tələbi əsassız hesab edilərək rədd edildiyi üçün, iddia qaldırılarkən iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Mübahisə üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayəti təmin edildiyindən, şikayət verilərkən cavabdeh Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı tutularaq cavabdehə ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün çəkilmiş 150 (bir yüz əlli) manat məbləğində xərc iddiaçı İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, X3 MR İdarəsi, müxbir hesab AZ88NABZ01451700000000012944, SWİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi 0200003621 Hesab AZ21NABZ12360100000000005944) köçürülməlidir.

98. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

99. - cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməli;

100. - İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Ordubad Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı;

101. - İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli; 102.- iddia qaldırılarkən iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli; 103.- apellyasiya şikayəti verilərkən cavabdeh Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı tutularaq cavabdehə ödənilməli; 104.- iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün çəkilmiş 150 (bir yüz əlli) manat məbləğində xərc iddiaçı İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, X3 MR İdarəsi, müxbir hesab AZ88NABZ01451700000000012944, SWİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi 0200003621 Hesab AZ21NABZ12360100000000005944) köçürülməlidir.

105. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddia qaldırılarkən iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayəti verilərkən cavabdeh Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı tutularaq cavabdehə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün çəkilmiş 150 (bir yüz əlli) manat məbləğində xərc iddiaçı İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, X3 MR İdarəsi, müxbir hesab AZ88NABZ01451700000000012944, SWİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi 0200003621 Hesab AZ21NABZ12360100000000005944) köçürülsün. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar