Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-164/2026 29.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiyası İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd tam orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbi (Açar sözlər: fərdi əmək mübahisəsi, iddia ərizəsinin forması və məzmunu, iddianın qiyməti, sübutların siyahısı, iddia ərizəsinin baxılmamış saxlanılması) İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd tam orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı İddiaçı “24” dekabr 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək bayram pulu, gecə pulu, məzuniyyət pulu, artıq iş saatlarına görə əmək haqqına əlavələrin verilməsi və işə geri qaytarılma öhdəliyinin cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01- 02).
2. Daha sonra Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının yazılı razılığı əsasında Babək rayonu, Qahab kənd tam orta məktəbi mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdu (mülki iş İ cild, iş vərəqə 93-96).
b) Iddia tələbinin əsaslandırılması.
3. Iddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, 2014-cü ildən Babək rayon Qahab kənd tam orta məktəbində mövsümi ocaqçı vəzifəsində işləyib. Həmin müddət ərzində əmək hüquqları pozularaq ona bayram günləri, gecə vaxtı və artıq iş saatlarına görə ödənilməli olan əlavə məvaciblər verilməyib. O, yalnız 2024-cü ilə aid məzuniyyət pulunu aldığını, qalan illərə aid heç bir ödəniş edilmədiyini vurğulayıb. Iddiaçı, pozulmuş hüquqlarının bərpası və Əmək Məcəlləsinin 164, 165 və 166-cı maddələrinə əsasən əlavələrin ödənilməsi üçün X2 Xidmətinə müraciət etdiyini, məhz bu şikayətinə görə qərəzli şəkildə növbəti mövsümdə işinə geri qaytarılmadığını bildirib.
4. X2 Xidmətinin araşdırması nəticəsində işəgötürən məktəbin sabiq direktoru (Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə) və Təhsil Şöbəsinin müdiri (Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə) inzibati məsuliyyətə cəlb edilsə də, hüquq pozuntuları aradan qaldırılmayıb. Iddiaçı mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət etdiyini, lakin cavabdehin ## ###### 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirakdan imtina etdiyini qeyd edərək bayram pulu, gecə pulu, məzuniyyət pulu, artıq iş saatlarına görə əlavələrin ödənilməsini və işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
5. Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim Günay Ismayıl) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Babək rayonu, Qahab kənd orta məktəbində mövsümi ocaqçı vəzifəsində işlədiyi dövr ərzində iş günü hesab edilməyən bayram günlərinin əvəzi olan 897,42 (səkkiz yüz doxsan yeddi manat, qırx iki qəpik) manat, iş vaxtından artıq vaxt ərzində görülən işə görə ödənilməli olan 735,38 (yeddi yüz otuz beş manat, otuz səkkiz qəpik) manat və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 628,02 (altı yüz iyirmi səkkiz manat, iki qəpik) manat pulun Babək rayonu, Qahab kənd tam orta məktəbi tərəfindən İddiaçı ödənilməsi, iddianın isə qalan hissədə rədd edilməsi qət edilmişdi (mülki iş III cild, iş vərəqə 50-66).
ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
6. Mübahisəyə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdı ki, iş materialları və təqdim edilmiş sübutlar iddiaçının tələblərini qismən təsdiq edir. Məhkəmə iddiaçının işə bərpa olunmaq barədə tələbini əsassız hesab edərək rədd etmiş, qərarını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsaslandırmışdır. Məhkəmə tərəflər arasında bağlanmış əmək müqaviləsinə və müvafiq işdən çıxarılma əmrinə istinad edərək əmək münasibətlərinə müqavilənin müddətinin qurtarması səbəbindən qanunauyğun xitam verildiyi qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının iş günü hesab edilməyən bayram günlərinə, iş vaxtından artıq görülmüş işlərə və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya tələblərini iş materiallarında olan iş vaxtının uçotu tabellərinə və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, *** nömrəli ekspert rəyinə əsaslanaraq qismən təmin etmişdir. Ekspert rəyi ilə hesablanmış məbləğlərə əsasən, məhkəmə bayram günlərinə görə 897,42 manat (2014-2019-cu illər üzrə), artıq iş saatlarına görə 735,38 manat (2014-2015-ci illər üzrə) və əmək məzuniyyətinə görə 628,02 manat (2014-2022-ci illər üzrə) ödənilməsini qət etmişdir. Gecə vaxtı yerinə yetirilən işlərə görə əlavə haqqın ödənilməsi tələbinə münasibətdə isə məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinə istinad edərək müəyyən etmişdir ki, qanunvericiliyə görə belə əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilməlidir. Iş materiallarına əlavə edilmiş əmək müqaviləsində iddiaçının gecə vaxtı işinə görə ödənilməli olan məbləğ öz əksini tapmadığından və ekspertiza bu səbəbdən hesablama apara bilmədiyindən, məhkəmə iddiaçının bu tələbini sübuta yetirilməmiş hesab edərək rədd etmişdir.
II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətlərinin predmeti.
7. Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan hər iki tərəf apellyasiya şikayəti vermişdi.
8. Cavabdeh cavabdeh2 ## ### 2026-cı ildə apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddiaçı İddiaçı Babək rayonu, Qahab kənd tam orta məktəbində mövsümi ocaqçı vəzifəsində işlədiyi dövr ərzində iş günü hesab edilməyən bayram günlərinə görə 897,42 manat, iş vaxtından artıq görülmüş işlərə görə 735,38 manat və istifadə edilməmiş əmək məzuniyyətinə görə 628,02 manat kompensasiyanın ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdi (mülki iş III cild, iş vərəqə 155-162).
9. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını, sözügedən qətnamənin qismən ləğv edilməsini, işə bərpa tələbinin təmin olunmasını, bayram günlərinə görə əmək haqqının 2020-2024-cü illər üzrə hesablanmasını, artıq iş saatlarına görə əmək haqqının 2016-2024-cü illər üzrə hesablanmasını, gecə vaxtı yerinə yetirilən işlərə görə əmək haqqının tam hesablanaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi (mülki iş IV cild, iş vərəqə 01-06).
10. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə Məhkəmənin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməsi, ona münasibətdə sözügedən qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara almışdır (mülki iş IV cild, iş vərəqə 30-33).
b) Iddiaçı tərəfin apellyasiya şikayətinin əsaslandırılması.
11. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin onun işə bərpa tələbini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən rədd etməsi qanunsuzdur. O, işəgötürənin ona qarşı qərəzli mövqe tutduğunu, X2 Xidmətinə müraciət etdikdən sonra bilərəkdən növbəti mövsümdə işə qəbul edilmədiyini və bununla da Əmək Məcəlləsinin 16-cı maddəsində təsbit olunmuş ayrı-seçkiliyə yol verilməməsi prinsipinin pozulduğunu vurğulamışdır. Iddiaçı eyni zamanda müddətli əmək müqavilələrindən sui-istifadə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək, 10 il ərzində fasilələrlə eyni işdə çalışmasının münasibətlərin davamlı xarakter daşıdığını sübut etdiyini bildirmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin vakant yerə başqa şəxsin ailə vəziyyəti nəzərə alınaraq qəbul edilməsi barədə məktubuna qarşı iddiaçı, Babək Rayon Icra Hakimiyyətindən aldığı arayışla onun öz ailə vəziyyətinin aidiyyəti qurumlar tərəfindən ümumiyyətlə araşdırılmadığını diqqətə çatdırmışdır.
12. Iddiaçı iş günü hesab edilməyən bayram günlərinə görə əməkhaqqının ödənilməsi tələbinin məhkəmə tərəfindən qismən təmin edilməsinə etiraz edərək, 2014-2019-cu illər üçün hesablamanın aparıldığını, lakin 2020-2024-cü illər üzrə bayram pullarının hesablanmadığını qeyd etmişdir. O, bu yanaşmanın Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinin tam şəkildə icra olunmaması anlamına gəldiyini və qanun pozuntusu olduğunu iddia etmişdir.
13. Iş vaxtından artıq müddətə cəlb olunduğu əməyin əvəzinin ödənilməsinə dair məhkəmənin yalnız 2014-2015-ci illəri əhatə edən hesablamasını əsassız hesab edən iddiaçı, 2016-2024-cü illərə aid artıq iş saatlarının diqqətdən kənarda qaldığını bildirmişdir. Şikayətçi bunun Əmək Məcəlləsinin 165-ci maddəsinin imperativ tələblərinə zidd olduğunu və iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün ikiqat məbləğdə əlavə haqqın ödənilməli olduğunu vurğulamışdır.
14. Gecə vaxtı yerinə yetirilən işlərə görə əlavə haqqın ödənilməsi tələbinin rədd edilməsinə etiraz edən iddiaçı, Əmək Məcəlləsinin 97-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2001-ci il tarixli ** nömrəli Qərarına əsasən gecə növbəsində işin hər saatına görə 40 faiz həddində əlavə haqqın verilməli olduğunu bildirmişdir. O, əmək müqaviləsində gecə saatlarının göstərilməməsinin Əmək Məcəlləsinin 12-ci maddəsinə görə işçinin hüquqlarını məhdudlaşdıra bilməyəcəyini, faktiki iş saatlarının isə ocaqçıların təhvil-təslim kitabında açıq şəkildə qeyd olunduğunu rəhbər tutmuşdur. Iddiaçı məhkəmənin bu sübutları birtərəfli qiymətləndirməklə və bəzilərini ümumiyyətlə nəzərə almamaqla Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini kobud şəkildə pozduğunu qeyd etmişdi.
15. Iddiaçı apellyasiya şikayətinin maddi-hüquqi və prosessual əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 7, 8, 12, 16-cı maddələrinin, 47-ci maddəsinin "f" bəndinə, 97-ci maddəsinin 1ci hissəsinə, 164, 165 və 166-cı maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə istinad etmişdir. O cümlədən, şikayətçi müddətli əmək müqavilələri bağlanarkən tərəflərin hüquq bərabərliyinin və əsl niyyətlərinin məhkəmələr tərəfindən araşdırılmasını tələb edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair" qərarına və "Gecə vaxtı yerinə yetirilən işə, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2001-ci il tarixli ** nömrəli Qərarına istinad etmişdir.
c) Cavabdeh tərəfin apellyasiya şikayətinin əsaslandırılması.
16. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına tam, hərtərəfli və obyektiv baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək əsassız qətnamə çıxarmışdır. Şikayətçi məhkəmənin Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozduğunu, sübutları məcmu halında qiymətləndirmədiyini və yalnız iddiaçının təqdim etdiyi qeyri-rəsmi sənədlərə üstünlük verərək birtərəfli mövqe tutduğunu vurğulamışdır.
17. Cavabdeh ilk növbədə iddia müddəti məsələsinə diqqət çəkərək bildirmişdir ki, iddiaçının maddi tələbləri 2014-2024-cü illəri, yəni təqribən 10 illik böyük bir dövrü əhatə etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun pul tələbləri ilə əlaqədar formalaşdırdığı presedentlərə əsasən, bu cür əmək mübahisələrinin həlli üçün 1 illik iddia müddəti nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin köhnə tələblər üzrə iddia müddətinin çoxdan keçməsi faktını nəzərə almadan qismən təminedici qərar qəbul etməsi maddi hüquq normalarının kobud şəkildə pozulmasıdır.
18. Apellyasiya şikayətində məhkəmənin istinad etdiyi ## #### 2025-ci il tarixli, *** nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyinin həlledici sübut kimi qəbul olunmasına kəskin etiraz bildirilmişdir. Iddiaçı iddia etdiyi artıq iş saatlarını və bayram günlərində çalışmasını ancaq ocaqçıların daxili "təhvil-təslim kitabı" ilə əsaslandırmağa çalışmışdır. Halbuki iş materiallarında olan və məktəb direktoru ilə baş mühasib tərəfindən hər ay rəsmi təsdiqlənən "Iş vaxtının tabel uçotu" cədvəllərində iddiaçının həftə içi 5 gün, gündəlik 8 saat işlədiyi açıq şəkildə qeyd olunmuşdur. Şikayətçi həmçinin xatırlatmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş ilk məhkəmə-mühasibatlıq ekspertizası (Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli məlumatı) iş vaxtından artıq işə cəlb edilmə və bayram günlərində işə çıxma barədə rəsmi əmrlər və tabellər təqdim edilmədiyindən hesablama aparmaqdan imtina etmişdir. Məhkəmənin rəsmi sənədlərin yoxluğunu təsdiqləyən bu imtina məktubuna hüquqi qiymət vermədən, sonradan qeyri-rəsmi sənədlərlə hesablanmış başqa bir ekspert rəyini əsas götürməsi qanunsuzdur.
19. Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.16, 4.17 və 4.21-ci bəndlərində iş vaxtının saat 09:00-dan 18:00-dək olduğu və 5 günlük iş rejimi müəyyən edildiyi göstərilmişdir. Müqavilənin 4.5-ci bəndində isə istirahət və bayram günlərində, eləcə də artıq saatlarda işləməyə görə əlavə əməkhaqqı kimi konkret olaraq "0 manat" qeyd edilmiş və iddiaçı bu şərtləri bilərəkdən imzalayaraq illərlə heç bir etiraz bildirməmişdir.
20. Cavabdeh vurğulamışdır ki, iddiaçı mövsümi işçi olmuş və cavabdeh2 ## ###### 2025-ci il tarixli məktubu ilə təsdiq edildiyi kimi, hər qış mövsümünün sonunda Əmək Məcəlləsinin 114-cü maddəsinin 5-ci hissəsinə müvafiq olaraq ona istifadə edilməmiş məzuniyyətə görə 10 günlük "son hesab" tam şəkildə hesablanıb ödənilmişdir. Həmin məktubda əlavə vəsaitlərin ödənilməsi üçün Təhsil Şöbəsinin xərclər smetasında heç bir vəsaitin nəzərdə tutulmadığı da öz əksini tapmışdır. Dövlət büdcəsindən maliyyələşən qurumun təsdiq edilmiş büdcədənkənar ödənişlər etməsinin qeyri-mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır.
21. Şikayətdə həmçinin X2 Xidməti tərəfindən məktəbin sabiq direktoru və Təhsil Şöbəsinin müdiri barəsində kadr rəsmiləşdirilməsi prosedurunda yol verilən xətalara görə tətbiq edilmiş inzibati tənbehlərin mülki mübahisədə on minlərlə manatlıq riyazi-maliyyə hesablamalarının tam sübutu kimi qəbul edilməsinin yolverilməz olduğu bildirilmişdir. Eyni zamanda iddiaçının mövsümi işçi olması faktı əsas götürülərək, qış mövsümünün bitməsi ilə onunla bağlanmış əmək müqaviləsinə qanunauyğun olaraq xitam verildiyi xatırladılmışdır.
22. Cavabdeh apellyasiya şikayətinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 76, 77, 79, 80 və 88-ci maddələrinə istinad etmişdi.
ç) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri.
23. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Işin apellyasiya icraatına qəbulu.
24. Apellyasiya şikayətləri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “26” avqust 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ###### 2026cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
III. Izahatlar və prosesin gedişi.
25. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, o, 2014-cü ildən Babək rayonu, Qahab kənd tam orta məktəbində mövsümi ocaqçı işləmişdir. Işlədiyi müddət ərzində gecə və bayram günlərində işə cəlb edilməsinə baxmayaraq, ona müvafiq ödənişlər edilməmişdir. Bununla bağlı o, 2018-ci ildən başlayaraq dəfələrlə X2, cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Şifahi qaydada müraciət etdiyi üçün ona hər şeyin düzələcəyi bildirilsə də, heç bir nəticə əldə edə bilməmişdir. Daha sonra o, iki dəfə X2 yazılı qaydada müraciət etmiş və bunun nəticəsində cavabdeh2 cərimə olunmuşdur. Eyni zamanda, əmək müqaviləsi elektron sistemə yerləşdirilmədiyindən Qahab kənd tam orta məktəbinin direktoru da cərimə edilmişdir. Lakin yenə də heç bir nəticə əldə olunmamışdır. 2024-cü ilin mövsümi işi başa çatdıqdan sonra isə müvafiq qurumlara şikayət etdiyinə görə onunla qərəzli olaraq yeni müqavilə bağlanılmamışdır. Iş üçün müraciət edən şəxslərin sənədlərinin dövlət qurumlarına göndərildiyini və onlardan gələn cavablara görə şəxsləri işə götürdüklərini ona bildirmişdirlər. Qarşı tərəf bunu birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında da dəfələrlə qeyd etmişdir. Lakin iddiaçı bu məsələ ilə bağlı dövlət orqanlarına müraciət edərək, cavabdeh2 onun barəsində məlumat alıb-almadığını soruşduqda, qurumlardan onun barəsində heç bir məlumat sorğulanmadığı bildirilmişdir. Iddiaçı əlavə etmişdir ki, onların əmək fəaliyyəti ilə bağlı məlumatları özündə əks etdirən təhviltəslim kitabı mövcuddur və həmin kitab məktəb direktoru tərəfindən imzalanaraq möhürlənmişdir. Kitabda qeyd edilən məlumatlara baxmayaraq, cavabdeh2 tərəfindən onun gecə və bayram günlərində əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı əmək müqaviləsinin olmadığı qeyd edilmişdir. Halbuki, bu əsaslar əmək müqaviləsində əks olunsaydı, qanuni şəkildə ödənişlər edilərdi. Qeyd edilən əsaslar əmək müqaviləsində əks olunmadığından o, X2 müraciət etmiş və qurum da araşdırma apararaq onun iş saatının 8 saatdan artıq olduğunu müəyyən etmişdir. Iddiaçının fikrincə, əgər cavabdeh tərəfin buna etirazı var idisə, həmin məsələlərlə bağlı müvafiq quruma qarşı məhkəməyə müraciət edə bilərdi. Yekun olaraq iddiaçı vurğulamışdır ki, onu yenidən işə qəbul etməmək üçün cavabdeh tərəfindən bildirilən bu əsaslardan sadəcə bəhanə kimi istifadə edilmişdir.
26. Apellyasiya şikayəti verən iddiaçı ona verilmiş suallara cavab olaraq iş vaxtının uçotu tabelində soyadları “Zamanov” olaraq qeyd edilmiş şəxslərdən yalnız Zamanov Hacının onun ailə üzvü – atası olduğunu, digər şəxslərin isə ailə üzvləri deyil, eyni tayfadan olduqlarını, yay aylarında təsərrüfatla məşğul olduğunu, qış aylarında isə cavabdeh məktəbdə mövsümi ocaqçı kimi əmək fəaliyyətini həyata keçirdiyini, işlədiyi demək olar ki, bütün günlərdə iş saatından əlavə işə cəlb edildiyini, eləcə də birinci instansiya məhkəməsində təhvil-təslim kitabı ilə tanış olsa da, işə cəlb edildiyi bayram günləri ilə bağlı saatları qeyd edib götürmədiyini diqqətə çatdırmışdır.
27. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.
28. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə cavabdeh cavabdeh2 və cavabdeh Babək rayonu, Qahab kənd tam orta məktəbinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.
IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7ci maddələr).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Kollegiya verilmiş apellyasiya şikayətlərini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini iddiaçı İddiaçı və cavabdehlərdən cavabdeh2 mübahisələndirir.
32. Iddiaçı qətnamənin iddia tələblərinin rədd edilən hissəsindən, cavabdeh isə iddia tələblərinin təmin edilən hissəsindən apellyasiya şikayəti verdiyi üçün, məhkəmə aktı iddiaçı və cavabdeh tərəfindən tam həcmdə mübahisələndirilmişdir. Verilən apellyasiya şikayətləri məhkəmə aktının bütövlükdə ləğv edilməsinə və iş üzrə yeni qərarın çıxarılmasına yönəldiyindən, həmin qətnamə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam həcmdə və şikayətlərdə göstərilən dəlillər hüdudlarında yoxlanılmalıdır.
V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətlərini qiymətləndirməsi və onların həllinə dair mövqeyi.
33. Kollegiya mülki iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını müəyyən etdiyindən, ilkin olaraq mübahisə predmeti olan məhkəmə aktının bu meyar əsasında yoxlanılması həyata keçirilməli, müsbət nəticə əldə edildiyi halda apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onun maddi hüquq normalarına uyğunluğu yoxlanılmalıdır.
34. Buna müvafiq olaraq kollegiya bildirir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4cü maddəsindən irəli gəlir.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
36. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Sonuncu qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir.
38. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə icraatın başlanmasına əsas olan iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
39. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.
40. Iddia ərizəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda isə bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.
41. Iddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsi üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).
42. Qeyd edilənlərin mahiyyətindən aydın olur ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır.
43. İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd tam orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair iddia ərizəsini prosessual qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, icraatın başlanmasına səbəb olan prosessual sənədin məzmunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab vermir.
44. Belə ki, həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
45. Qeyd edilən prosessual normanın tələbindən görünür ki, həmin maddədə olan məlumatların qeyd edilməsini qanunvericilik imperativ qaydada müəyyən edib. Yəni iddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla, yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir.
46. Mülki işin materiallarında olan iddia ərizəsinin yuxarıda göstərilən prosessual hüquq normaları ilə qarşılıqlı tədqiqindən məlum olur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı məcburi şəkildə qeyd edilməli olduğu halda, iddia ərizəsinin mətnində bu tələbə əməl olunmamış, konkret sübutların siyahısı göstərilməmişdir.
47. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin mahiyyətinə əsasən iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halları təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsinin elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, onu icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi sübutları qarşı tərəfə göndərərək, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir. Yəni cavabdehə özünün müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də qanunvericilik prosessual sənəd kimi iddia ərizəsinin özündə cavabdehə qarşı olan tələbin əsaslandırılmasını və bunu təsdiq edəcək sübutları əks etdirməli olduğunu nəzərdə tutur. Sübutların siyahısının göstərilməməsi isə məhkəmə tərəfindən cavabdehə göndərilməli olan sübutların dairəsinin müəyyən edilməsində çətinlik yaratması ilə yanaşı, iddia tələbinin yönəldiyi şəxsi hansı sübutun hansı faktı təsdiq etdiyini bilməkdən və iddia tələbinə qarşı vaxtında etiraz etmək imkanından məhrum edir (Mülki-Prosessual Məcəllənin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri).
48. Qanunvericilik iddiaçının öz tələbinin əsası kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan sübutlarının dairəsinin dəqiq müəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siyahısını fərqləndirir. Çünki iddia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbini əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər. Bunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.2.5-ci maddələrindən də açıq-aydın müəyyən etmək olar (## #### 2021-ci il tarixli, ***- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və ## ####### 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən).
49. Iddia ərizəsinə əlavə edilən sənədlərin iddiaçının öz tələbini əsaslandıran halın təsdiqi ilə bağlı sübut kimi qəbul edilməsi qarşı tərəfin hüququnun pozulması ilə yanaşı, məhkəmənin qərəzsiz olması prinsipi ilə ziddiyyət təşkil edir.
50. Belə ki, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
51. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsindən də müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin digər imperativ tələbi olan iddianın qiymətinin göstərilməsi qaydası da iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən bayram pulu, gecə pulu, məzuniyyət pulu və artıq iş saatlarına görə əməkhaqqına əlavələrin ödənilməsi kimi əmlak xarakterli tələblər irəli sürsə də, yekun olaraq cavabdehdən konkret olaraq nə qədər pul vəsaiti tələb etdiyini, yəni iddianın qiymətini ərizəsində rəqəmlə ifadə etməmişdir.
53. Kollegiya qeyd edir ki, iddianın qiyməti – iddiaçının cavabdehə qarşı irəli sürdüyü əmlak xarakterli tələbinin dəqiq pul ifadəsidir. Iddianın qiymətinin ərizədə birmənalı göstərilməsi mülki məhkəmə icraatında müstəsna və təməl əhəmiyyət kəsb edir. Bu göstərici nəinki dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun məbləğini və bəzi hallarda məhkəmə aktından şikayət verilmə imkanını müəyyənləşdirir, eyni zamanda məhkəmə baxışının dəqiq hüdudlarını, sübutetmə predmetinin həcmini və gələcəkdə yaranacaq məhkəmə xərclərinin tərəflər arasında ədalətli (proporsional) bölüşdürülməsi qaydasını şərtləndirir.
54. Çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə (Mülki-Prosessual Məcəllənin 9.1-ci maddəsi) əsaslanan mülki prosesdə tələbin konkretləşdirilməsi və riyazi cəhətdən hesablanaraq məhkəməyə təqdim edilməsi bilavasitə iddiaçının prosessual vəzifəsidir. Iddiaçı öz maddi tələbinin yuxarı həddini açıq şəkildə ifadə etməlidir ki, cavabdeh ona qarşı irəli sürülmüş maliyyə iddiasının həcmini və riskini əvvəlcədən tam anlasın, həmin rəqəmin əsaslılığına dair sübutlarını toplayaraq adekvat və effektiv müdafiə mövqeyi qura bilsin. Iddianın qiymətinin göstərilməməsi cavabdehi kor-koranə müdafiə olunmağa məcbur edir ki, bu da onun müdafiə hüququnun ciddi şəkildə pozulması deməkdir.
55. Digər tərəfdən, məhkəmə mülki iş üzrə yalnız iddiaçının müəyyən etdiyi tələblər dairəsində qərar qəbul edə bilər. Iddiaçının sadəcə olaraq "bayram, gecə pulu və əlavələr verilsin" kimi mücərrəd və hesablanmamış tələb irəli sürməsi, faktiki olaraq iddianın formalaşdırılması, riyazi hesablamaların aparılması və tələbin yekun həcminin müəyyən edilməsi yükünü tərəfsiz məhkəmənin və ya ekspertizanın üzərinə atmaq deməkdir. Məhkəmə iddiaçının əvəzinə mühasibatlıq funksiyasını yerinə yetirərək iddia tələbi formalaşdıra bilməz. Hazırkı iş üzrə də məhz iddiaçının konkret tələb rəqəmlərini müəyyənləşdirməməsi səbəbindən ilkin məhkəmə-mühasibatlıq ekspertizası istinad nöqtəsi tapmayaraq hesablama aparmaqdan imtina etmək məcburiyyətində qalmışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatında dispozitivlik prinsipinə əsasən, məhkəmə işə yalnız iddiaçının irəli sürdüyü tələblər hüdudunda baxa bilər. Düzdür, birinci instansiya məhkəməsində işin baxılması zamanı ekspertiza təyin edilmiş və ekspert tərəfindən müəyyən hesablamalar aparılaraq konkret pul məbləğləri müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası iddiaçının peşəkar hüquqşünas olmamasını, təkcə pozulmuş əmək hüquqlarının bərpasına çalışmasını və müsbət ekspert rəyindən sonra məhkəmənin bu vəsaitləri avtomatik təmin edəcəyinə dair səmimi inamını anlayışla qarşılayır. Lakin ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı mütləq şəkildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə çıxış etməli və yekun olaraq iddianın qiymətini rəsmiləşdirməli idi. Birinci instansiya məhkəməsinin isə vətəndaşın bu prosessual xətasını, yaxud məlumatsızlığını aradan qaldırmadan, tələb olunmayan halda iddianın hüdudlarını öz təşəbbüsü ilə müəyyən etməsi çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin pozulması deməkdir. Bununla belə, kollegiya vurğulayır ki, yol verilmiş bu prosessual qüsur iddiaçının öz maddi hüquqlarını itirməsi demək deyil və o, qeyd edilən rəsmiləşdirmə şərtlərini əməl etməklə məhkəməyə yenidən müraciət edə bilər.
57. Kollegiya həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının tələbləri 2014cü ildən başlayaraq təqribən 10 illik böyük bir dövrü əhatə edir. Qüvvədə olan arxiv və kadr kargüzarlığı qaydalarına əsasən, iş vaxtının uçotu tabelləri, növbə cədvəlləri, ilkin uçot və digər cari inzibati-maliyyə xarakterli sənədlərin saxlama müddəti adətən 5 il təşkil edir. Həmin sənədlərin cavabdeh tərəfindən 5 ildən sonra qorunub saxlanılıb-saxlanılmaması məsələsindən asılı olmayaraq, 10 illik bir dövrü əhatə edən əmlak tələbinin bu cür ümumi, mücərrəd və riyazi baxımdan dəqiqləşdirilmədən irəli sürülməsi işin hallarının hərtərəfli və obyektiv araşdırılmasını ciddi şəkildə çətinləşdirir.
58. Əgər iddiaçı ərizəsində iddianın qiymətini, tələb etdiyi məbləğləri və bu məbləğlərin hesablandığı günlərin (və ya saatların) sayını konkret göstərsəydi, məhkəmə iddiaçının öz tələbini formalaşdırarkən hansı məlumatlara və sübutlara əsaslandığını aydın şəkildə müəyyən edə bilərdi. Konkret rəqəmlərin və onları təsdiq edən sübutların siyahısının məhkəməyə təqdim edilməməsi, köhnə dövrlərə aid sübutların əldə edilməsindəki obyektiv çətinliklərlə birləşdikdə, mübahisənin düzgün və ədalətli həllini faktiki olaraq mümkünsüz edir. Məhz bu amil iddia ərizəsində iddianın qiymətinin və sübutların siyahısının göstərilməsinin (MPM 149.2.3-cü maddə) nə dərəcədə zəruri və imperativ bir tələb olduğunu bir daha sübuta yetirir.
59. Iddianın qiymətinin göstərilməməsinin ən ağır nəticələrindən biri də məhkəmə xərclərinin (o cümlədən ekspertiza və nümayəndə xərclərinin) bölüşdürülməsi zamanı yaranan prosessual ziddiyyətdir. Iddiaçı qeyri-müəyyən tələb irəli sürdükdə və məhkəmə (yaxud ekspertiza) cüzi bir məbləğin (məsələn, cəmi 1 günlük əlavə iş pulunun) ödənilməsi qənaətinə gəldikdə, rədd ediləcək konkret bir üst hədd (fərq rəqəmi) mövcud olmadığı üçün iddia texniki və prosessual olaraq tam təmin edilmiş sayılır. Bu isə Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə zidd olaraq, iddiaya mütənasibliyi ortadan qaldırır və bütün nəhəng məhkəmə xərclərinin qeyri-ədalətli şəkildə bütövlükdə cavabdehin (büdcə təşkilatının) üzərinə qoyulması ilə nəticələnir.
60. Kollegiya bildirir ki, qanunla tələb olunan məcburi rekvizitlərin iddia ərizəsində əks olunmamasına səthi yanaşılması hüququn aliliyi prinsipi ilə birbaşa ziddiyyət təşkil edir. Mülki prosesdə hüququn aliliyi prosessual formaya ciddi riayət olunmasını, heç kəsin qanunun tələblərindən kənara çıxmamasını və tərəflərin qanun qarşısında bərabərliyini təmin edir. Iddia ərizəsinin tərtibinə laqeyd yanaşılması nəinki cavabdehin çəkişmə hüququnu heçə endirir, həmçinin məhkəmənin özünün də mübahisə predmetini dəqiq müəyyən etməsinə maneçilik törədir. Məhz bu səbəbdən, hüququn aliliyi və hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsi məqsədilə, qanunverici belə qüsurlu sənədlərin hüquqi nəticə yaratmasının qarşısını alaraq, onların geri qaytarılmasını və ya baxılmamış saxlanılmasını imperativ şəkildə tələb edir.
61. Həmçinin qanunların aliliyi prinsipi hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
62. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
63. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir. Kollegiya bildirir ki, iddia ərizəsinin məzmununun Azərbaycan Respublikası Mülki- 64. Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab verməməsi icraata qəbul ərəfəsində onun geri qaytarılması, məhkəmənin icraatına qəbul edildikdən sonra onun baxılmamış saxlanılması üçün əsasdır.
65. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
66. - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır;
67. - 259.0 və 259.0.12-ci maddələrinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.
68. Işə baxan birinci instansiya məhkəməsi isə göstərilən prosessual normaların tələbini pozaraq iddia ərizəsini icraatına qəbul etsə də, sonradan bunun aradan qaldırılması üçün iddiaçıya müddət təyin etməmiş və yekunda mübahisənin hüquqi həlli üzrə qətnamə qəbul etmişdi.
69. Mülki iş materiallarını yuxarıda qeyd olunan prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya bildirir ki, iddia ərizəsinin məzmunu mülki prosessual qanunvericiliyə uyğun olmadığı halda onun icraata qəbul edilməsi, sonradan bunun aradan qaldırılması üçün iddiaçıya müddət müəyyən edilmədən birinci instansiya məhkəməsinin işə baxaraq qətnamə qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxılmalı olmadığı halda (yəni iddianın baxılmamış saxlanılması üçün əsas olduğu üçün) tələbə baxıb, qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur. Iddia ərizəsinin məzmununun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab verməməsi, həmçinin bu nöqsanların birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmaması qətnamənin ləğvi üçün əsasdır.
70. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd tam orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
71. - 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;
72. - 385.1 və 385.1.1-ci maddələrinin mahiyyətindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir;
73. - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun;
74. - 387.2 və 387.2.8-ci maddələrindən müəyyən edilir ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
75. Qeyd edilənlərin ümumi nəticəsi olaraq kollegiya iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətlərini qismən, yəni məhkəmə aktının ləğv edilməsinə dair hissədə əsaslı hesab edir.
76. Apellyasiya şikayətlərinin qalan hissələrinə münasibətdə kollegiya bildirir ki, apellyasiya məhkəməsi prosessual normanın pozuntusunu əsas tutaraq qətnamənin ləğv olunması, eyni zamanda iddiaçının ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlir, yəni işə mahiyyəti üzrə baxmır. Iddianın təmin edilməsi mahiyyət üzrə həll sayıldığından kollegiya hazırda iddianın əsaslı olub-olmaması barədə heç bir qərar qəbul edə bilməz.
77. Kollegiya İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd tam orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbinin baxılmamış saxlanılması nəticəsinə gəldiyindən bildirir ki, Mülki- Prosessual Məcəllənin 260.2-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasına dair qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir.
78. Həmçinin həmin Məcəllənin 260.4-cü maddəsinə görə isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
79. Bu prosessual normalar iddianın baxılmamış saxlanılmasından sonra iddiaçının yenidən iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnu itirməməsini ifadə edir. Yəni İddiaçı bu qərardadda göstərilən halları aradan qaldıraraq təkrar məhkəməyə müraciət edə bilər.
80. Kollegiya onu da bildirir ki, Mülki-Prosessual Məcəllənin 114.1, 114.1.5 və 260.3-cü maddələrinin ümumi məzmunundan aydın olur ki, ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır.
81. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci və 9.1.14cü maddələrində isə göstərilir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar və məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
82. Hazırkı iş üzrə həm iddiaçı İddiaçı fərdi əmək mübahisəsi ilə bağlı tələb irəli sürdüyünə görə, həm də cavabdehlər cavabdeh2 və Babək rayonu, Qahab kənd tam orta məktəbi büdcə təşkilatı olduqlarına görə iddia ərizəsi və apellyasiya şikayətləri verərkən dövlət rüsumu ödəməkdən qanunla azad edilmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmununa görə isə yalnız ödənilmiş dövlət rüsumu büdcədən geri qaytarıla bilər. Odur ki, ödənilmiş hər hansı bir rüsum olmadığı üçün məhkəmə aktında dövlət rüsumunun qaytarılması barədə məsələnin həll edilməsinə ehtiyac yoxdur.
83. Məhkəmə xərclərinə gəldikdə isə, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Bu normanın mahiyyətindən aydın olur ki, əgər həmin işlər ekspertin birbaşa xidməti vəzifəsinə aiddirsə, buna görə tərəflərdən əlavə haqq (ekspertiza xərci) tutulmur.
84. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qərardadları əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ## ### 2025-ci il tarixli *** nömrəli və ## #### 2025-ci il tarixli *** nömrəli ekspert rəyləri verilmişdir.
85. Kollegiya müəyyən edir ki, yuxarıda qeyd olunan ekspertizaların aparılması və rəylərin verilməsi prosesi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin bilavasitə xidməti vəzifələrinin icrası çərçivəsində həyata keçirilmişdir. Məhz bu səbəbdən, Mülki-Prosessual Məcəllənin 116.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, görülmüş işlərə görə iddiaçıdan və ya cavabdehdən hər hansı ekspertiza xərcinin tutulması qanunauyğun deyildir və bu xərclər tərəflərə aid edilə bilməz.
86. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
87. - Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli;
88. - Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd tam orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqına əlavələrin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı;
89. - İddiaçı bu qərardadda göstərilən və iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olan şəraitin aradan qaldırılmasından sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir.
90. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
91. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.
VI. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətləri üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 260, 263, 264, 365 və 402.2-ci maddələrini rəhbər tutaraq
q ə r a r v e r d i:
Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd tam orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqına əlavələrin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, bu qərardadda göstərilən və iddia ərizəsinin baxılmamış saxlanmasına səbəb olan şəraitin aradan qaldırılmasından sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.