Məhkəmə qərarları › İş №2(3-1)-172/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-172/2026

21.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-172/2026 21.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: Apellyasiya şikayəti, prosessual müddətin bərpası, müddətin ötürülməsi, hərəkətsizlik, hüquqi müəyyənlik prinsipi, məhkəmə müdafiəsi hüququ və pul tələbi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və X2 ibarət tərkibdə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı ## ####### 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 22000 (iyirmi iki min) manat pulun və 156 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-02).

b) Tələb üzrə qəbul edilmiş məhkəmə aktı.

2. Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim Günay Ismayıl) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pulun və 156 (bir yüz əlli altı) manat miqdarında dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (mülki iş İ cild, iş vərəqə 79-82).

II. Məhkəmə aktlarından verilmiş şikayətlər. a) Qətnamədən verilmiş apellyasiya şikayəti.

3. Cavabdeh Cavabdeh məhkəmənin ## ###### 2026-cı il tarixli qətnaməsindən ilk dəfə ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə bu şikayət, elektron formada tərtib olunmaması və sadə imza ilə imzalanması səbəbindən geri qaytarılmışdır (mülki iş İ cild, iş vərəqə 96-104, 127- 129).

4. Cavabdeh ## ##### 2026-cı il tarixdə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə həmin şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyi əsası ilə geri qaytarılmışdır (mülki iş İ cild, iş vərəqə 134-138, 158-160).

5. Cavabdeh ## ##### 2026-cı il tarixdə növbəti dəfə apellyasiya şikayəti təqdim etmişdir. Bu şikayət də Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə eyni əsaslarla, yəni Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi (şikayətin verildiyi məhkəmənin adı, ünvanı, şikayət verənin yaşayış yeri və s. göstərilmədiyi) üçün geri qaytarılmışdır (mülki iş İ cild, iş vərəqə 163-169, 203-205).

b) Buraxılmış prosessual müddətin bərpasına dair müraciət və ona baxılması ilə bağlı çıxarılmış məhkəmə aktı.

6. Cavabdeh Cavabdeh sonuncu dəfə ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadı ilə, sonuncu şikayətin ## ##### 2026-cı il tarixdə geri qaytarılmasından sonra cavabdehin ## ###### 2026-cı ilədək hərəkətsiz qalması və bu müddətdə şikayət verməməsini əsaslandıran üzrlü səbəbləri təqdim etməməsi əsas gətirilərək, buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi qərara alınmışdır (mülki iş II cild, iş vərəqə 15-17, 38-42).

c) Qərardaddan verilmiş şikayət.

7. Cavabdeh ## ###### 2026-cı il tarixdə məhkəməyə şikayətlə müraciət edərək Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadının tamamilə ləğv edərək, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş II cild, iş vərəqə 85-90).

ç) Şikayətin əsaslandırılması.

8. Cavabdeh Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, hazırkı halda birinci instansiya məhkəməsində iş üzrə yekun qərar qəbul edilmişdir və qətnamənin qanuniliyinin, habelə iş üzrə həqiqətlərin yoxlanılmasının yeganə yolu onun yuxarı instansiya məhkəməsində mübahisələndirilməsidir. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi onun məhkəmə müdafiəsi hüququnun, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsində nəzərdə tutulmuş apellyasiya hüququnun realizə edilməsini faktiki olaraq mümkünsüz etmişdir. 17 mart, 06 aprel və ## ##### 2026-cı il tarixlərində dəfələrlə apellyasiya şikayəti təqdim etməklə qətnamədən şikayət vermək niyyətini və iradəsini açıq şəkildə nümayiş etdirmişdir. Şikayətlərin geri qaytarılması mahiyyət üzrə imtina ilə deyil, forma və texniki çatışmazlıqlarla bağlı olmuşdur. Bu səbəbdən texniki düzəlişlər üçün tələb olunan müddətin və elektron imza ilə bağlı yaranmış çətinliklərin "hərəkətsizlik" kimi qiymətləndirilməsi əsassızdır.

9. Cavabdeh qətnamədən faktiki olaraq yalnız icra və probasiya Şöbəsinin ## #### 2026-cı il tarixli məktubundan sonra xəbər tutduğunu, növbəti gün, yəni ## #### 2026-cı il tarixində vergi xidmətinə müraciət edərək elektron imzasını aktivləşdirdiyini, qətnaməni əldə etdiyini və bundan dərhal sonra apellyasiya şikayəti verməyə cəhd göstərdiyini qeyd etmişdir. Bu hallar prosessual müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyini təsdiq etdiyi halda, məhkəmə ASAN imzanın deaktiv olması və istifadə olunan telefon nömrəsinin bağlanması ilə bağlı səbəbləri yalnız fərdi məsuliyyət müstəvisində qiymətləndirərək ardıcıl apellyasiya cəhdlərinə lazımi hüquqi qiymət verməmişdir.

10. Həmçinin, məhkəmə iclasları barədə məlumatlandırılmaması və zəruri sənəd, sübutları təqdim etmək imkanından məhrum olması onun müdafiə hüququnu məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməklə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsini düzgün tətbiq etməmiş, prosessual müddətin ötürülməsinin üzrlülüyünü lazımi qaydada qiymətləndirməmişdir. Iddiaçı məhkəmə imkanlarından tam yararlandığı halda, cavabdehin elektron imza və apellyasiya şikayətlərinin təqdim edilməsi zamanı yaranmış texniki çətinliklər nəticəsində apellyasiya hüququndan məhrum edilməsi tərəflər arasında prosessual bərabərliyi pozmuşdur.

11. Cavabdeh Cavabdeh şikayət ərizəsində birinci instansiya məhkəməsinin maddi hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı, 125-ci maddəsinin VII bəndinə, eləcə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci və 357.1-ci maddələrinə, prosessual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Konstitusiyanın 129-cu maddəsinə və Mülki-Prosessual Məcəllənin 9-cu, 14.1-ci və 133.1-ci maddələrinə istinad etmişdir.

d) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.

12. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı sayılmadığından, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (mülki iş II cild, iş vərəqə 77-79).

III. Apellyasiya instansiyası məhkəməsində icraat. a) Şikayətin icraata qəbulu.

13. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “04” sentyabr 2026-cı ildə daxil olmuş və kollegiyanın eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

b) Şikayətə qarşı etirazın dəlilləri.

14. Iddiaçı İddiaçı ## ######## 2026-cı il tarixdə cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Iddiaçı etirazını əsaslandıraraq qeyd etmişdi ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər məhkəmənin qəbul etdiyi qərardadın qanunsuz və ya əsassız olduğunu təsdiq edən konkret və mötəbər sübutlarla əsaslandırılmamışdır. Mübahisənin predmeti torpağın mövcudluğu deyil, 22.000 manat məbləğində pul borcunun faktiki olaraq ödənilibödənilməməsidir. Borcun ödənilməsini təsdiq edən ödəniş sənədi və ya digər sübut olmadan, torpağın mövcudluğu və ya onunla bağlı sənədin olması pul borcunun ödənilmiş hesab edilməsi üçün kifayət etmir. Cavabdeh torpaq sahəsini 22.000 manatlıq borcun ödənilməsi ilə əlaqələndirsə də, alqı-satqı sənədində torpağın dəyərinin 5.000 manat göstərilməsi bu izahla mühüm uyğunsuzluq yaradır. Onun istinad etdiyi notariat qaydasında tərtib edilmiş sənəd kontekstdən çıxarılmış şəkildə borcun tam ödənilməsini sübut edən sənəd kimi qəbul edilə bilməz, o cümlədən bu sənədin 22.000 manat məbləğində pulun faktiki olaraq verildiyini təsdiq edib-etmədiyi müəyyən edilməlidir. Həmçinin cavabdehin mövqeləri ziddiyyətlidir. O, həm borc öhdəliyini mübahisələndirir, həm də torpaq sahəsini həmin borcla əlaqələndirir. Əgər torpaq 22.000 manatlıq borcun əvəzi kimi verilibsə, bunun hansı razılaşma, tarix və şərtlərlə həyata keçirildiyi sübut olunmalıdır.

IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

15. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

16. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

17. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Kollegiya qeyd edir ki, cavabdeh Cavabdeh şikayəti birinci instansiya məhkəməsinin qərardadının Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi hissəsindən verilmişdir. Müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi işə baxılarkən məhz müddətin ötürülməsi səbəblərinin üzrlülüyünün və birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır.

V. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Konstitusiyasının:

19. - 60-cı maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

20. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

21. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. - 88-ci maddəsindən aydın olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

23. -129.1-129.4-cü maddələrinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır;

24. - 133.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir;

25. - 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir;

26. - 134.1-ci və 134.1.5-ci maddələrindən müəyyən edilir ki, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə sənədlərini rəsmi qaydada verməlidir;

27. -135-ci maddəsinin mahiyyətinə görə Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir;

28. - 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

VI. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

29. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.

30. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli qərarları).

31. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "X1rşı" iş üzrə 1975-ci il ## ###### tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).

32. Həmçinin həmin Məhkəmənin "X4rşı" iş üzrə 1985-ci il ## ### tarixli qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).

33. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” ## ####### 2023-cü il tarixli qərarında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.

34. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya məhkəmələrini əhatə edir və bu hüquq məhdudiyyətə məruz qala bilən hüquqdur. Məhkəmə aktının apellyasiya qaydasında mübahisələndirilməsi üçün bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla müəyyən edilmiş müddətə əməl edilməklə verilməsidir.

35. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı” iş üzrə ## ####### 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 360-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qətnamədən isə apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

37. Mülki prosessual sənədlərin rəsmi qaydada verilməsi isə həmin Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Sözügedən prosessual normanın yuxarıda şərh edilən tələblərinə əsasən, məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi həm poçt rabitəsi, həm şəxsən imza etdirmə, həm də elektron sistem vasitəsilə həyata keçirilə bilər. Bu qaydaların müəyyən edilməsi tərəflərin məhkəmə aktlarından vaxtında xəbərdar olmasını təmin etməklə yanaşı, həm də prosessual müddətlərin axımının başlanğıc nöqtəsini dəqiqləşdirir.

38. Qeyd edilən prosessual normaları mülki iş materialları ilə əlaqəli şəkildə öyrəndikdə görünür ki, cavabdeh Cavabdeh məhkəmənin qətnaməsindən şikayət vermək iradəsini ilk dəfə ## #### 2026-cı il tarixdə nümayiş etdirmiş, lakin həmin şikayət elektron formada tərtib edilməməsi və qanunvericiliyin digər formal tələblərinə cavab verməməsi səbəbindən ## #### 2026-cı il tarixli qərardadla geri qaytarılmışdır.

39. Bundan sonra cavabdeh tərəfindən ## ##### 2026-cı il və ## ##### 2026-cı il tarixlərində yenidən apellyasiya şikayətləri təqdim edilmiş, lakin bu müraciətlər də müvafiq olaraq ## ##### 2026-cı il və ## ##### 2026-cı il tarixli qərardadlarla Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin pozulması səbəbindən icraata qəbul edilməyərək geri qaytarılmışdır.

40. Kollegiya vurğulayır ki, hüquqi müəyyənlik prinsipi hər bir şəxsin öz prosessual hüquqlarından sui-istifadə etmədən, ağlabatan müddətdə və qanunla müəyyən edilmiş qaydada istifadəsini tələb edir. Apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadlar cavabdehə çatışmazlıqları aradan qaldırmaq və yenidən məhkəməyə müraciət etmək imkanı yaratsa da, bu hüquq qeyri-məhdud vaxt hüdudlarında həyata keçirilə bilməz.

41. Iş materiallarından aydın olur ki, ## ##### 2026-cı il tarixli sonuncu geri qaytarma qərardadından sonra cavabdeh ## ###### 2026-cı il tarixinədək (üç aydan artıq müddətdə) hərəkətsiz qalmışdır. Cavabdehin şikayətində istinad etdiyi "ASAN imza"nın deaktiv olması və telefon nömrəsinin qapanması kimi amillər yalnız onun qətnamədən ilk dəfə xəbər tutduğu 2026-cı ilin mart ayına qədərki dövr üçün prosessual gecikməni əsaslandıra bilər. Lakin elektron imzanın ## #### 2026-cı ildə aktivləşdirilməsindən və ardıcıl müraciətlərdən sonra yaranmış aylarla davam edən hərəkətsizlik dövrü üçün məhkəməyə heç bir üzrlü və qaçılmaz səbəb təqdim edilməmişdir.

42. Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsi müddətin buraxılmasının səbəbləri yalnız üzrlü (şəxsin iradəsindən asılı olmayan, qarşısıalınmaz və obyektiv hallar) olduqda onun bərpasını nəzərdə tutur. Hazırkı halda isə cavabdehin aylarla davam edən hərəkətsizliyi, zəruri texniki və hüquqi addımları vaxtında atmaması tamamilə onun subyektiv və fərdi məsuliyyət dairəsinə aid olan məsələlərdir. Məhkəmə müdafiəsi hüququnun təminatı bəhanəsi ilə uzun müddət hərəkətsiz qalmış şəxsin müraciəti əsasında məhkəmə aktının şübhə altına alınması qarşı tərəfin (iddiaçının) hüquqlarının və məhkəmə aktlarının məcburiliyi prinsipinin kobud şəkildə pozulmasına gətirib çıxarar.

43. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətlərin müəyyən edilməsi və onlara dəqiq riayət olunması tərəflərin subyektiv mülahizələrindən asılı olmayıb, hüquqi müəyyənlik prinsipinin və qanunun aliliyinin təzahürüdür. Qanunun aliliyi prinsipini özündə ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin II və III hissələrinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

44. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.

45. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

46. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.

47. Nəticə etibarı ilə, yuxarıda sadalanan maddi və prosessual hüquq normaları, habelə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ işin faktiki hallarına tətbiq edilərkən məlum olur ki, Babək Rayon Məhkəməsi prosessual müddətin ötürülməsi səbəblərini düzgün və obyektiv qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtinaya dair ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı qanuni və əsaslı olduğundan, cavabdeh Cavabdeh şikayəti rədd edilməli, sözügedən qərardad isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

49. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

50. - Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət rədd edilməli;

51. - Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

53. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

54. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.

VII. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət rədd edilsin. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar