Məhkəmə qərarları › İş №2(3-1)-64/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-64/2026

16.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-64/2026 16.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli, 2(090)-256/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 17000 (on yeddi min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin həcmini azaltdığını, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə həmçinin Cavabdeh2 da cavabdeh X2 epizodu üzrə məhkum olunduğunu, həmin məhkəmə hökmündən sonra Cavabdeh2 atası tərəfindən ona 5000 manat ödənildiyini, ona görə də bu iş üzrə Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilməsini xahiş etdiyini bildirmiş, Cavabdeh2 və cavabdeh X1 müştərək qaydada 12000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Şahbuz Rayon Məhkəməsinin 2(090)-256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq mülki işə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12000 manat pulun tutularaq ona ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Şahbuz Rayon Məhkəməsinin 28 yanvar 2026-cı i l tarixli, 2(090)-256/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 12000 (on iki min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh1 126 (bir yüz iyirmi altı) manat miqdarında dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli, 2(090)-256/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəmə si apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-366.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mülk i prosessual qanunvericilikdə müəyyənləşdirilmiş müddət keçdikdən sonra verilmiş və buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş, nəticədə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmədən apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin; -128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. -129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. -130.1 və 130.3-cü maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdi kdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. -363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. -363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. -364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblə rinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. - 366.1-366.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Mülki iş materialları nəzərdən keçirilərkən aydın olmuşdur ki, İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 17000 (on yeddi min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaltdığını, Cavabdeh2 və cavabdeh X1 müştərək qaydada 12000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Şahbuz Rayon Məhkəməsinin 2(090)-256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq mülki işə azaldılmış tələb çərçivəsində baxılması qərara alınmış, Şahbuz Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli, 2(090)-256/2025 nömrəli qətnaməsi ilə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. İş materiallarına əlavə olunmuş “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışdan (iş vərəqə səh.113) göründüyü kimi həmin iş üzrə yekun məhkəmə qərarı xx.xx.2026-cı il tarixdə saat 15:31-də Cavabdeh1 elektron kabinetinə yerləşdirilmişdir. Mülki iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən isə məlum olur ki, qətnamənin qəbul olunmasından 1 aydan artıq müddət keçdikdən sonra, yəni xx.xx.2026-cı il tarixdə cavabdeh elektron kabineti vasitəsilə şikayət vermiş, belə olan halda qanunla nəzərdə tutulmuş müddət buraxılmışdır. Kollegiya qeyd edir ki, Cavabdeh1 tərəfindən şikayət verilərkən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə b irlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki kollegiya hesab edir ki, mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələbinə uyğun olaraq hazırki qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair şikayətə ərizə əlavə olunmalı, müddətin bərpasına dair apellyatorun dəlilləri araşdırılmalı, buraxılmış müddətin üzrlü hesab olunması üçün əsaslar mövcud olduğu halda hüquqi dəyərləndirmə aparılaraq müvafiq prosessual hərəkətlər olunmalı idi. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsas ları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 360-cı maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası qəraraalır: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli, 2(090)-256/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə elektron qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar