Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-80/2026 02.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X8 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh 35 000 (otuz beş min) ABŞ dolları-59.500 (əlli doqquz min beş yüz) manat, 10.000 (on min) manat borc məbləğlərinin, vəkil xərcinə görə 500 (beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh təxminən 2020-ci ildən tanımış və həm həmyerli olaraq, həm də dost kimi aralarında münasibətlər mövcud olmuşdur. 2020-ci ilin fevral ayında Nəimi anası X2 Naxçıvan şəhərində olan mənzilini satdığını və həmin mənzilin pulunun onun əlində olduğunu bildirdiyindən, iddiaçıdan 35.000 ABŞ dolları məbləğində borc istəmiş və pula zəruri ehtiyacı olduğunu qeyd edərək iddiaçıdan ona 35.000 ABŞ dolları borc verilməsini xahiş etmişdir. Iddiaçı əvvəlcə razılıq verməsə də, sonradan aralarındakı dostluq münasibətlərini nəzərə alaraq cavabdehin xahişi ilə razılaşmış və ona istədiyi 35.000 ABŞ dollarını vermişdir. Tərəflər arasında razılaşmaya əsasən, cavabdeh iddiaçının müvəqqəti yaşadığı mənzilin kirayə haqqının və digər xərclərinin ödənilməsi üçün hər ay 400–500 manat məbləğində pul verəcəyini, bir ildən sonra isə borcu tam olaraq qaytaracağını bildirmişdir ki, iddiaçı həmin pul ilə mənzil ala bilsin. Iddiaçı cavabdehi yaxından tanıdığından və aralarında dostluq münasibətləri olduğundan, 2021-ci ilin fevral ayında 35.000 ABŞ dolları məbləğində pulu özünün kirayədə yaşadığı binanın qarşısında, cavabdehin idarə etdiyi “Range Rover” markalı minik avtomobilində, cavabdehin dostu Elşənin və anası Hacıyeva Nazlının yanında cavabdehə təhvil vermişdir. Bundan sonra bir neçə ay ərzində cavabdeh Nəimi iddiaçıya 400 manat, 500 manat və digər məbləğlərdə pul vermişdir ki, iddiaçı yeni mənzil alana qədər kirayə xərclərini ödəyə bilsin. Iddiaçı 35.000 ABŞ dollarını cavabdehə verdikdən bir ay sonra cavabdeh ona bildirmişdir ki, evi satmış, lakin pul hazırda alınmadığı üçün ona əlavə 20.000 manat məbləğində pul lazımdır, 35.000 ABŞ dollarından əlavə olaraq həmin 20.000 manat borcu da verməsini xahiş etmiş və narahat olmamağı, bütün borcu bir il ərzində tam qaytaracağını demişdir. Iddiaçı cavabdehin əvvəlki razılaşmaya uyğun olaraq müəyyən məbləğlər qaytarmasından və onunla olan dostluq münasibətlərindən çıxış edərək cavabdehə yenidən etibar göstərmiş və 2021-ci ilin mart ayında ona əlavə olaraq 20.000 manat borc vermişdir. Iddiaçı bir il tamam olduqdan sonra cavabdehə borc verdiyi 35.000 ABŞ dolları məbləğindən və cavabdehin həmin müddət ərzində ona qaytardığı 10.000 manat çıxıldıqdan sonra qalan 10.000 manat borcunu tələb etdikdə, cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmağa başlamışdır. Daha sonra cavabdeh iddiaçıya maddi imkanı olmadığını bildirərək borcu qaytarmaqdan imtina etmişdir. Son bir neçə aydır ki, cavabdeh ümumiyyətlə iddiaçıdan gizlənməyə başlamış və indiyədək iddiaçıya olan borcunu qaytarmaqdan boyun qaçırır. Iddiaçı qeyd edir ki, artıq başa düşmüşdür ki, cavabdeh bir neçə ay ərzində borcunun müəyyən hissələrini qaytarmaqla onun etibarını qazanmış, əslində isə pulları ələ keçirmək niyyəti ilə onu aldatmışdır. Cavabdeh borcu vaxtında qaytarmadığından, iddiaçı özünə mənzil ala bilməmiş və artıq 4 ildən çoxdur ki, hər ay 500 manat kirayə haqqı ödəməyə məcbur olaraq maddi ziyana düşmüşdür. Qeyd edilir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı 4 il ərzində aylıq 500 manat olmaqla ümumilikdə 24.000 manat kirayə pulu ödəməyə məcbur qalmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh hal-hazırda da iddiaçıya olan 35.000 ABŞ dolları və 10.000 manat məbləğində borcu qaytarmır, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır və bu günə qədər borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır. Həmçinin, iddiaçı qeyd edir ki, bu mülki mübahisə ilə bağlı hüquqi yardım almaq məqsədilə vəkil tutmuş və 500 (beş yüz) manat ödəniş etmişdir. Bu məbləğin də cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. Sonda məhkəmədən xahiş olunur ki, 35.000 (otuz beş min) ABŞ dolları-59.500 (əlli doqquz min beş yüz) manat ekvivalentində, 10.000 (on min) manat borc məbləğləri, 500 (beş yüz) manat vəkil xərci və 300 (üç yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilsin.
3. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə zərurət yarandığından şahidlərin - Bakı şəhəri Yasamal rayonu ərazisində faktiki olaraq yaşayan X3 və Bakı şəhəri Nərimanov rayonu ərazisində faktiki olaraq yaşayan X1 ifadə verilməsini təmin etmək məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə məhkəmə tapşırığı göndərilmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli protokolunda şahid X1 edən hakim X6 cavab olaraq bildirmişdir ki, bəli bu şəxsləri tanıyır, onlarla qohumluq əlaqəsi yoxdur, Rüstəmin dayıları ilə dostdur və özünü də tanıyır. Bəli, pul məsələsindən məlumatı var. Nəimi Rüstəmdən 25000 dollar pul götürüb. Ona məlum olan məbləğ 25000 ABŞ dollarıdır. Pulu götürüb, sonra yas yerinə gediblər. Xətai rayonunda, Rüstəmin məhəlləsində pulu alıblar. Pulu nəyə görə götürməsini bilmir. Nəimini bir ay öncə görmüşdür və o demişdir ki, evini satıb borcu ödəyəcək. Pulun hazırda ödənilməsi ilə bağlı məlumatı yoxdur.
5. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 34.352.94 (otuz dörd min üç yüz əlli iki dollar doxsan dörd sent) ABŞ dollarının qətnamənin icra edilən gün manatla məzənnəsi nəzərə alınmaqla tutularaq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh 265.2 (iki yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb iddiaçı İddiaçı qaytarılması, qalan hissədə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının cavabdehə pul verməsi, sonuncunun isə iddiaçıdan aldığı pulu geri qaytarması barədə razılıq olması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması tərəflərin məhkəmədə verdiyi izahatlar, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazıları və vatsapp yazıları ilə müəyyən edilir. Mülki işin mübahisəli halına gəldikdə isə İddiaçı cavabdehə verdiyi 35000 (otuz beş min) dollar (59500 (əlli doqquz min beş yüz) manat) və 10000 (on min) manat məbləğində pulu tələb etməsidir. Cavabdeh Cavabdeh isə onun tələbini qəbul etməyərək özünün borcunun olmadığını, iddiaçıdan aldığı bütün pulları geri qaytardığını qeyd etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında etibarlı borc müqaviləsindən yaranan münasibətlərin olmaması müəyyən edildiyindən onlar arasında olan münasibət əsassız varlanmadan irəli gələn öhdəliklərə aiddir. Tərəflərin izahatlarından, iş materiallarında olan sənədlərdən aydın olur ki, tərəflər arasında yoldaşlıq münasibəti olmuş və bu münasibət nəticəsində cavabdeh iddiaçıdan bir neçə dəfə ehtiyaclarını qarşılamaq üçün pul istəmiş, iddiaçı həmin pul vəsaitlərini cavabdehə vermişdir. Tərəflərin izahatları və təqdim edilən sübutlar məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, 35000 (otuz beş min) ABŞ dollar pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə iki dəfə olmaqla-25000 (iyirmi beş min) dollar və 10000 (on min) dollar olaraq verilməsi işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən təsdiq edilir. Lakin cavabdeh qeyd edilən pul vəsaitinin qaytarılmasını bildirsə də, bununla bağlı rəsmi sübutlarını təqdim etməmişdir. Digər tərəfdən isə iddiaçı cavabdehə 20000 (iyirmi min) manat pul vəsaiti verdiyini bildirsə də, 10000 (on min) manat pul vəsaitinin verilməsi barədə videogörüntünü təqdim etmişdir. Həmin görüntüdən aydın olur ki, iddiaçı cavabdehə əlavə 9400 (doqquz min dörd yüz) manat pul vermişdir. Həmin pul vəsaitinin məhz qeyd edilən miqdarda olması hər iki tərəfin videogörüntüdə olan səs qeydləri ilə təsdiqini tapmışdır. Iddiaçı qalan 10000 (on min) manat pul vəsaitinin cavabdehə verdiyini bildirsə də, bununla bağlı sübutunu təqdim etməmişdir. Cavabdeh də izahatında həmin miqdarda pul vəsaiti almadığını bildirmişdir. Bununla yanaşı iddiaçı tərəf cavabdehin müxtəlif vaxtlarda 10000 (on min) manat pul vəsaitini qaytardığını bildirmişdir. Cavabdeh isə izahatında bütün verilən pulları qaytardığını, hətta 500 manat pulu 2024-cü ilin oktyabr ayında iddiaçının anası Nazlı xanıma verdiyini, 200 manat avtobus sürücüsünə verdiyini, 300 manat pulu kart hesabına göndərdiyini bildirmişdir. Iddiaçı tərəf isə bu halı təkzib etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfin cavabdehin geri qaytardığını bildirdiyi 10000 (on min) manat pul və cavabdehin geri qaytardığını bildirdiyi dəqiq vaxt və ünvan göstərilməklə qeyd etdiyi 500 (beş yüz) manat pul iddia tələbindən çıxılmalı, qalan pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, cavabdeh pulun tam məbləğdə qaytarıldığı bildirilsə də, heç bir sübut təqdim etməmişdir.Iddiaçı tərəfin bildirdiyi hallardan və cavabdehin bildirdiyi hallardan aydın olur ki, cavabdeh 10500 (on min beş yüz) manat iddiaçıya pul qaytarmışdır. Ümumi olaraq iddiaçının cavabdehə verməsi sübut olunan məbləğ 35000 (otuz beş min) dollar və 9400 (doqquz min dörd yüz) manat təşkil edir. Həmin məbləğdən 10500 (on min beş yüz) manat çıxıldıqda qalan məbləğ dollarla verilən borcdan çıxılmalıdır. Belə ki, 10500 (on min beş yüz) manat 9400 manat borcundan çıxıldıqda qalan məbləğ 1100 (bir min yüz) manat təşkil edir. Həmin pul vəsaiti isə dollarla olan borcdan çıxılmalıdır ki, hazırki günə dolların manata olan məzənnəsi ilə bu məbləğ 647.06 dollar təşkil etməkdədir. 35000 (otuz beş min) dollardan 647.06 (altı yüz qırx altı dollar altı sent) çıxıldıqda qalan məbləğ 34.353.94 (otuz dörd min üç yüz əlli üç dollar doxsan dörd sent) dollar təşkil edir. Məhkəmə qeyd etmişdir ki, sözügedən məbləğ 34.352.94 (otuz dörd min üç yüz əlli iki dollar doxsan dörd sent) dollar qətnamə icra edilən gün manatla məzənnəsi nəzərə alınaraq cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilməlidir. Iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 740, 1091.1, 1091.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarına istinad etmişdir. II. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
8. Iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı və onun anası X2 o bir naxçıvanlı kimi tanıyır. İddiaçı və anası onun ticarətlə məşğul olduğunu bilirdilər. İddiaçı özü ona bir neçə dəfə təklif etmişdir ki, onda müəyyən məbləğdə pul var, əgər mümkündürsə onların da pulunu biznesə yatırıb onlara da müəyyən məbləğdə gəlir versin. Onun təklifi ilə əvvəlcə razılışmasa da, iddiaçının çoxsaylı xahişlərindən sonra onunla razılaşmış və ilkin olaraq İddiaçı ona bu məqsədlə 2020-ci ilin fevral ayının 7-də 25.000 ABŞ dolları pul vermişdir. Razılaşmalarına əsasən o, hər ay iddiaçıya 650 ABŞ dollar pul verməli idi. 2020-ci ilin fevral ayı da daxil olmaqla 2020-ci ilin sentyabr ayının sonunadək, yəni səkkiz ay, aya 650 ABŞ dolları olmaqla iddiaçı və onun anasına ümumilikdə 5200 (beş min iki yüz) ABŞ dolları pul vermişdir. İddiaçı ona mütəmadi olaraq hər ay 650 ABŞ dolları pul verdiyini görüb daha çox gəlir əldə etmək üçün sonradan ona əlavə olaraq 10.000 ABŞ dolları məbləğində pul verə biləcəyini bildirmiş və həmin pula görə əlavə olaraq 350 ABŞ dolları pul istəmiş, lakin sonda ona hər ay 900 ABŞ dolları məbləğində pul verə biləcəyi ilə razılaşmışlar. ## ####### 2020-ci il tarixdə İddiaçı ona 10.000 ABŞ dolları pul vermiş və bununla iddiaçının ona verdiyi pulun məbləği ümumilikdə 35.000 ABŞ dolları olmuşdur. O, ikinci dəfə 2020-ci ilin oktyabr ayında iddiaçı ilə razılaşandan sonra 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında hər ay 900 ABŞ dolları olmaqla (1530 manat), 3 aya 2700 ABŞ dolları pulu iddiaçı və onun anasına vermişdir. Beləliklə 2020-ci ilin fevral ayından 2020-ci ilin dekabr ayı daxil olmaqla o, iddiaçıya ümumilikdə 7900 (yeddi min doqquz yüz) ABŞ dolları məbləğində pul ödəmişdir. O, iddiaçının verdiyi 35.000 ABŞ dollara görə 2020-ci ilin fevral ayından 2022-ci ilin sonunadək ayda müxtəlif məbləğlərdə olmaqla 38.425 ABŞ dolları məbləğində pul ödəmişdir. Iddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. Iddiaçıya ödədiyi pulun 12.015 manatı təkcə bank sənədləri, yəni bank qəbzləri ilə öz təsdiqini tapır. Lakin bu mötəbər sübutları birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə tərəfindən qəbul edilməmişdir. Bundan başqa, şəxsi işi ilə bağlı iddiaçıdan həmin ərəfədə 10.000 manat borc pul istəmiş və iddiaçı ona 600 manat faiz çıxmaqla 9400 manat borc pul vermiş və o, həmin pulu qısa müddətdə tamamilə ona qaytarmışdır. İddiaçı tərəfindən ona 2020-ci ilin fevral ayında verilmiş 25000 ABŞ dolları və 2020-ci ilin oktyabr ayında verilmiş 10.000 ABŞ dolları olmaqla, ümumilikdə 35.000 ABŞ dolları və sonradan verilmiş 10.000 manat pulu müxtəlif vaxtlarda iddiaçıya və onun anası Nazlı xanıma qaytarmağı barədə olan sübutları məhkəmə iclasında bildirmişdir ki, məhkəməyə təqdim edəcəkdir. O, həmin sübutları, yəni iddiaçı və onun anasının bank kartlarına ödədiyi pulların bank qəbzlərini, pulu ödəməyi barədə iddiaçı və onun anası ilə aralarında olan yazışmaları və digər sübutları o, həmişə ödəniş edəndən sonra toplayıb saxlayırdı. Lakin, həmin sənədləri hara qoyduğunu bir müddət nə qədər axtarsa da tapa bilməmişdir. Sənədlərin harada olmasını unutmuşdur. Sonradan məhkəmə baxışı zamanı o, həmin sənədləri tapmış və məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Məhkəmənin qətnaməsində də göstərilir ki, o, həqiqətən də məhkəməyə iddiaçıya pulun ödənilməsi ilə bağlı sənədlər təqdim etmiş, lakin işə baxan məhkəmə qəbul etdiyi qətnaməsində göstərir ki, cavabdeh tərəfin təqdim etdiyi sənədlər məhkəmə baxışı iclasında təqdim edilmiş, həmin sənədlər (sübutlar) məhkəmənin hazırlıq iclası zamanı təqdim edilməli olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, işin mübahisə doğurmayan halları ondan ibarətdir ki, 35.000 (otuz beş min) ABŞ dolları iddiaçı tərəfindən cavabdeh olaraq ona iki dəfəyə, 25.000 (iyirmi beş min) dollar və 10.000 (on min) dollar olmaqla 2020-ci ildə verilmişdir və iddaçının göstərdiyinə görə həmin pulu cavabdeh bir ildən sonra qaytarmalı idi. Cavabdeh olaraq o, isə iddiaçının verdiyi 35.000 ABŞ dolları pulun müqabilində ona 38.425 (otuz səkkiz min, dörd yüz iyirmi beş) ABŞ dolları məbləğində pul qaytarmış, ona heç bir borcu qalmamışdır. Hətta qeyd etdiyi kimi iddiaçı 3425 dollar məbləğində qazanc əldə etmişdir. Hazırkı iş üzrə əsassız varlanan tərəf o yox, iddaçı İddiaçı olmuşdur. Iddiaçının 5 ildən sonra məhkəməyə müraciət etməsi onun iddiasının yalan olmasını bir daha təsdiqləyir, onun istəyi ondan əlavə pul almaqdır. Lakin birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərkən, iş üçün əhəmiyyətli olan bir sıra digər hallarda nəzərə alınmamışdır. Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələbinə xüsusi norma kimi həmin Məcəllənin 354.1ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilməlidir. Beləliklə, mülki işin tədqiq olunmuş hallarından məlum olmuşdur ki, iddiaçı əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanmalarla bağlı mülki qanunvericilikdə tələb üçün müəyyən olunmuş 1 illik müddəti buraxmışdır. Eyni zamanda mülki qanunvericilikdə nəzərdə tutulan bu müddət iddia müddəti deyil, bu müddətin tətbiqi barədə ərizə verilib-verilməməsindən asılı olmayaraq məhkəmənin səlahiyyətinə aid edilmişdir. Lakin, birinci instansiya məhkəməsi nədənsə İddiaçı iddiası üzrə olan hazırkı iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyindən, AR Mülki Məcəllənin 354.1-ci maddəsin tələblərindən fərqli mövqe nümayiş etdirmişdir. Hesab edir ki, məhkəmənin bununla bağlı gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmənin iddia tələbinin qismən təmin edilməsi barədə qətnaməsi əsassız olduğundan ləğv olunmalı, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələbinə xüsusi norma kimi AR Mülki Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilməklə iddia rədd olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətini qəbul etmədiklərini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13. III. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
17. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. c) Avropa Insan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarı
32. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər IV. Apellyasiya baxışının hədləri
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. V. Məhkəmə kollegiyasının mövqeyi
38. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
39. Belə ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Hazırkı mübahisə 35.000 ABŞ dolları və 10.000 manat məbləğində pulun qaytarılması ilə bağlıdır. Belə ki, iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 35 000 (otuz beş min) ABŞ dolları-59.500 (əlli doqquz min beş yüz) manat ekvalentində və 10.000 (on min) manat borc məbləğlərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
41. Ilk növbədə qeyd edilməlidir ki, iş üzrə mübahisəsiz və mübahisəli hallar bir-birindən düzgün fərqləndirilməlidir.
42. Belə ki, tərəflər arasında pul münasibətlərinin mövcud olması, cavabdeh Cavabdeh iddiaçı İddiaçı müəyyən pul vəsaitləri alması işin mübahisəsiz halıdır. Cavabdeh məhkəmə iclaslarında iddiaçıdan pul aldığını inkar etməmiş, əksinə 35.000 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə (25000 və 10000 ABŞ dolları olmaqla) aldığını etiraf etmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə iki hissədə olmaqla 25.000 ABŞ dolları və 10.000 ABŞ dolları, ümumilikdə isə 35.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Digər tərəfdən isə iddiaçı cavabdehə 20000 (iyirmi min) manat pul vəsaiti verdiyini iddia etsə də, 9400 (doqquz min dörd yüz) manat pul vəsaitinin verilməsi barədə videogörüntünü təqdim etmişdir. Həmin görüntüdən aydın olur ki, iddiaçı cavabdehə 9400 (doqquz min dörd yüz) manat pul vermişdir. Həmin pul vəsaitinin məhz qeyd edilən miqdarda olması hər iki tərəfin videogörüntüdə olan səs qeydləri ilə təsdiqini tapmaqdadır. Iddiaçı qalan 10000 (on min) manat pul vəsaitinin cavabdehə verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, iş üzrə sübuta yetirilmiş və cavabdehin özü tərəfindən də etiraf olunmuş məbləğlər 35.000 ABŞ dolları və 9.400 manat təşkil etmişdir.
43. Mübahisəli hal isə həmin pul vəsaitlərinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılıb-qaytarılmaması ilə bağlı olmuşdur.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə yükünə dair müddəalarına əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, tərəfin etiraf etdiyi hallar ayrıca sübut edilməli deyildir.
45. Hazırkı halda cavabdeh 35.000 ABŞ dolları və 9.400 manat məbləğində pul vəsaitini iddiaçıdan aldığını etiraf etdiyindən, həmin pulun cavabdehə verilməsi faktının sübut edilməsi vəzifəsi artıq iddiaçının üzərindən qalxmışdır. Cavabdehin etirafedici ifadələri bu faktı mübahisəsiz etmiş və iddiaçını həmin hissədə əlavə sübut təqdim etmək yükündən azad etmişdir.
46. Bu halda sübutetmə yükü cavabdehin üzərinə keçmişdir. Yəni cavabdeh izahatında etiraf etdiyi aldığı pul vəsaitlərini tam geri qaytardığını iddia etdiyindən, məhz bu halı mötəbər və yol verilən sübutlarla təsdiq etməli idi.
47. Lakin iş materiallarından görünür ki, cavabdeh aldığı 35.000 ABŞ dolları və 9.400 manat məbləğində pul vəsaitlərini tam şəkildə qaytardığını iddia etsə də, bunu təsdiq edən hər hansı yazılı sənəd, qəbz, bank köçürməsi, borcun qaytarılmasına dair razılaşma, pulun verilməsini təsdiqləyən video görüntü və ya digər etibarlı sübut təqdim edə bilməmişdir.
48. Əksinə, məhkəmə araşdırması zamanı yalnız 10.500 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması müəyyən edilmişdir. Belə ki, iddiaçı özü cavabdehin müxtəlif vaxtlarda ümumilikdə 10.000 manat məbləğində ona ödəniş etdiyini etiraf etmiş, həmçinin cavabdehin iddiaçının anasına verdiyini bildirdiyi 500 manat məbləğində pul vəsaitinin qaytarılması faktı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qərar qəbul edərkən məhs həmin məbləğləri cavabdehin xeyrinə nəzərə almışdır.
49. Beləliklə, məhkəmə tərəfindən cavabdehin iddiaçıya qaytardığı sübuta yetirilmiş məbləğ 10.500 manat hesab edilmişdir.
50. Birinci instansiya məhkəməsi haqlı olaraq əvvəlcə həmin məbləği manatla verilmiş 9.400 manat borcdan çıxmışdır. Nəticədə 9.400 manat tam bağlanmış, artıq qalan 1.100 manat isə ABŞ dolları ilə olan borcdan çıxılmalı olmuşdur. Məhkəmənin tətbiq etdiyi məzənnəyə əsasən 1.100 manat 647,06 ABŞ dollarına bərabər hesab edilmiş və həmin məbləğ 35.000 ABŞ dollarından çıxılmışdır.
51. Nəticədə cavabdehin iddiaçıya qaytarmadığı borc məbləği 34.352,94 ABŞ dolları olaraq müəyyən edilmişdir.
52. Qeyd edilməlidir ki, cavabdeh aldığı pul vəsaitlərinin tam qaytarıldığını iddia etsə də, bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Mülki proses qanunvericiliyinə görə sübut edilməyən hallar məhkəmə tərəfindən əsas götürülə bilməz. Tərəfin sadəcə izahat verməsi həmin halın sübuta yetirilməsi hesab edilmir. Cavabdehin mövqeyi yalnız şəxsi mülahizələrdən ibarət olmuş, həmin mülahizələri təsdiq edən obyektiv sübutlar isə iş materiallarında mövcud olmamışdır.
53. Bundan başqa, iş üzrə şahid ifadələri, tərəflər arasında mövcud olmuş yazışmalar, səs yazıları və digər sübutlar da cavabdehin iddiaçıdan pul vəsaitləri aldığını təsdiq etmiş, lakin həmin vəsaitlərin tam şəkildə qaytarılmasını təsdiq etməmişdir.
54. Birinci instansiya məhkəməsi sübutların hər birini ayrılıqda və onların məcmusunu qarşılıqlı əlaqədə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən yalnız 10.500 manat məbləğində ödəniş sübuta yetirilmiş, qalan hissədə isə borcun ödənilməsi sübut olunmamışdır. Buna görə də cavabdehdən 34.352,94 ABŞ dollarının tutulması barədə nəticə işin faktiki hallarına və qanunun tələblərinə tam uyğundur.
55. Apellyasiya şikayətinin dəlillərinə gəlincə cavabdeh şikayətində iddiaçı tərəfindən ona verilmiş 35.000 ABŞ dolları məbləğində pul vəsaitinin biznes fəaliyyətinə yatırılması məqsədilə verildiyini, həmin vəsaitə görə iddiaçıya aylıq olaraq əvvəlcə 650 ABŞ dolları, sonradan isə 900 ABŞ dolları məbləğində ödənişlər etdiyini, ümumilikdə isə 2022-ci ilin sonunadək 38.425 ABŞ dolları məbləğində pul qaytardığını göstərmişdir. Lakin cavabdehin bu iddiaları hər hansı mötəbər və yol verilən sübutlarla təsdiq edilməmişdir.
56. Bir daha qeyd olunmalıdır ki, mülki işin müəyyən olunmuş hallarına əsasən cavabdeh tərəfindən etiraf olunan yeganə hal iddiaçıdan 35.000 ABŞ dolları və 9.400 manat məbləğində pul vəsaitlərini almasıdır. Mülki Prosessual Məcəllənin sübutetmə yükünə dair müddəalarına əsasən, bu fakt cavabdehin etirafı ilə təsdiqləndiyindən iddiaçı həmin halı əlavə olaraq sübut etmək vəzifəsindən azad olmuşdur. Buna qarşılıq olaraq, cavabdeh aldığı pul vəsaitlərini qaytardığını iddia etdiyindən, məhz həmin halı sübut etmək yükü onun üzərinə düşmüş, lakin bir daha qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddia etdiyi kimi, 38.425 ABŞ dolları məbləğində ödəniş edilməsinə dair iş üzrə hər hansı etibarlı sübut təqdim olunmamışdır.
57. Cavabdeh şikayətində həmçinin göstərmişdir ki, iddiaçı və onun anasının bank kartlarına etdiyi ödənişləri təsdiq edən sənədləri, səs yazılarını sonradan tapmış və birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin birinci instansiyası məhkəməsi həmin sübutların məhkəmə baxış iclası zamanı verildiyi üçün sübut qismində nəzərə almamışdır.
58. Kollegiya şikayətin həmin dəlilini müzakirə edərək mübahisənin hərtərəfli araşdırılması və ədalətli həlli üçün cavavbdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə baxış iclasında təqdim olunmuş, lakin qəbul olunmamış həmin sübutları apellyasiya baxışında qəbul etmişdir. Təqdim olunan həmin subut növü sadəcə səs yazılarının qeyd edildiyi fləşkart olmuş və məhkəmə kollegiyası həmin səs yazılarını sübut kimi qəbul edərək tədqiq etmişdir.
59. Səs yazılarının tədqiqi zamanı müəyyən edilmişdir ki, səs sahibi iddiaçının anası X2r(bu halı iddiaçının vəkili-nümayəndəsi təsdiq etmişdir). Həmin səs yazılarından sadəcə birində aşağıdakı məzmunda ifadələr səsləndirilmişdir: “Bax Nəimi, 35.000 dollardan aylıq bizə 1530 manat çatırdı. 150 manat isə qalan 5000 manatdan çatırdı. 5000 manatdan 1500 manat Rüstəm alıb. Bu gün sən 1530 manat dollardan, 100 manat da qalan 3500 manatdan göndər. O puldan 180 manat dünən göndərdiyin pulu çıx, bizə 1450 manat pul göndər. Əgər bu mümkün deyilsə, demək bir-birimizi başa düşmürük. Sən gələn ayın 20-nə qədər mənim pulumu qaytar. 35.000 dolları qaytar. Əlavə də 3500 manat.”
60. Kollegiya ilk növbədə qeyd edir ki, həmin səs yazısı iddiaçı İddiaçı deyil, onun anasına məxsusdur. Digər tərəfdən həmin səs yazısının məzmunu cavabdehin mövqeyini deyil, əksinə iddiaçının mövqeyini təsdiq edir. Belə ki, səs yazısından açıq şəkildə görünür ki, iddiaçının anası hələ də 35.000 ABŞ dolları məbləğində əsas pul vəsaitinin qaytarılmasını tələb edir. Əgər cavabdehin iddia etdiyi kimi əsas borc tam şəkildə qaytarılmış olsaydı, həmin səs yazısında “35.000 dolları qaytarın” məzmununda tələb irəli sürülməsi məntiqi və hüquqi baxımdan izah edilə bilməzdi.
61. Digər tərəfdən, cavabdeh tərəfindən həmin səs yazısının məzmununu təkzib edən, əsas borcun tam ödənildiyini göstərən və ya iddiaçı tərəfin borcun qaytarılmasını təsdiq etdiyi hər hansı qarşılıqlı səs yazısı təqdim edilməmişdir. Bu səbəbdən cavabdehin səs yazılarına istinad etməsi onun mövqeyini gücləndirməmişdir.
62. Kollegiya tərəfindən tədqiq edilmiş digər səs yazıları da iddiaçının anasına məxsus olmuş, bu səs yazıları ümumi xarakterli məlumatlar daşımaqla cavabdehin iddia etdiyi kimi 35.000 ABŞ dollar məbləğində pul vəsaitinin tam şəkildə qaytarıldığını təsdiq edən məlumatları özündə əks etdirməmişdir.
63. Həmçinin səs yazılarının 2025-ci ilin oktyabr ayında qeydə alındığı məlum olmuş, məhkəmə çəkişməsi dövründə belə bu münasibətlərin davam etdiyi, mübahisələndirilən məbləğin qaytarılmadığı aydın olmuşdur. Belə ki, tərəflərin izahatlarından və “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan aydın olur ki, ilk dəfə iddiaçı X2 cavabdeh Cavabdeh qarşı hazırki tələblə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Iddiaçı İddiaçı pulun onun tərəfindən cavabdehə verilməsi səbəbindən anasının bu tələblə bağlı subyektiv hüququ olmamasına görə ərizəni geri götürdüklərini bildirmişdir.
64. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər, o cümlədən səs yazıları və digər materiallar birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkzib etmir, əksinə cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin mövcudluğunu və iddiaçı tərəfin həmin pulun qaytarılmasını tələb etməyə davam etdiyini təsdiq edir. Bu səbəbdən şikayətin həmin hissəsi əsassız hesab edilməli və təmin olunmamalıdır.
65. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri də əsassızdır və iş materialları, habelə cavabdehin istinad etdiyi məhkəmə aktının öz məzmunu ilə təkzib olunur.
66. Ilk növbədə qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində Naxçıvan MR Ali Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsinə və Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi qətnaməyə istinad etsə də, həmin işlərin faktiki halları hazırkı mübahisənin hallarından tamamilə fərqlidir.
67. Belə ki, cavabdehin istinad etdiyi *(***)-***/**** nömrəli iş üzrə iddia predmeti 3550 manat məbləğində pul vəsaiti olmuş, tərəflər arasında yazılı formada bağlanmalı olan borc müqaviləsinin mövcud olmaması səbəbindən hüquqi münasibətlər əhəmiyyətsiz əqd nəticəsində yaranmış əsassız varlanma münasibəti kimi qiymətləndirilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hüququnun pozulduğunu ən geci 2022-ci ilin mart ayında bilmiş, lakin uzun müddət ərzində məhkəməyə müraciət etməmişdir.
68. Ən mühüm hal isə ondan ibarətdir ki, həmin iş üzrə cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə yazılı etiraz təqdim etmiş və məhkəmədən iddianın məhz iddia müddətinin buraxılması əsası ilə rədd edilməsini xahiş etmişdir.
69. Hazırkı işdə isə cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair hər hansı ərizə verilməsi, belə bir vəsatətin qaldırılması və ya bu barədə etiraz təqdim edilməsi iş materialları ilə müəyyən edilmir. Cavabdeh ilk dəfə olaraq apellyasiya şikayətində iddia müddəti məsələsinə istinad etmişdir.
70. Halbuki Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir. Birinci instansiya məhkəməsində belə ərizə verilmədiyi halda sonradan apellyasiya instansiyasında həmin məsələyə istinad edilməsi hüquqi nəticə doğura bilməz.
71. Bundan əlavə, cavabdeh hazırkı iş üzrə Mülki Məcəllənin 354.1-ci maddəsinin tətbiq edilməli olduğunu bildirsə də, bu mövqeyini də əsaslandırmamışdır.
72. Belə ki, hazırkı iş üzrə mübahisə tərəflər arasında mövcud olmuş faktiki pul münasibətlərindən irəli gəlir. Cavabdeh özü də iddiaçıdan 35.000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir. Hazırki vəziyyətdə mübahisəli hal pulun verilib-verilməməsi deyil, həmin pulun geri qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Cavabdeh həmin pulu iki dəfə olmaqla aldığını qəbul edir, digər tərəfdən isə bu məbləği tam şəkildə qaytardığını iddia edir.
73. Belə olan halda, iş üzrə əsas mübahisəli məsələ cavabdehin bu pulu geri qaytarması və ya qaytarmaması ilə bağlıdır. Lakin mülki işin müəyyən olunmuş hallarına əsasən cavabdeh iddiaçıdan aldığını etiraf etdiyi pul vəsaitini tam qaytardığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
74. Digər tərəfdən təqdim olunmuş səs yazılarında tərəflər arasında bu münasibətlərin 2025-ci ildə də mövcud olduğu əks olunur.
75. Beləliklə, cavabdehin istinad etdiyi məhkəmə təcrübəsi hazırkı işə tətbiq edilə bilməz. Həmin işin faktiki halları fərqlidir, həmin işdə iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsində müvafiq ərizə verilmişdir, hazırkı işdə isə belə ərizə mövcud olmamışdır. Üstəlik, cavabdehin istinad etdiyi qətnamənin özündə də MM-in 375.2-ci maddəsinə uyğun olaraq iddia müddətinin yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilə biləcəyi açıq şəkildə göstərilmişdir.
76. Odur ki, apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri əsassız hesab edilməli və təmin olunmamalıdır.
77. Bundan əlavə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində yer alan aşağıdakı mülahizəyə də münasibət bildirməyi zəruri hesab edir.
78. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçı tərəf cavabdehin müxtəlif vaxtlarda 10.000 manat pul vəsaitini qaytardığını bildirmiş, cavabdeh isə öz növbəsində bütün verilən pulları qaytardığını, o cümlədən 500 manat pulu 2024-cü ilin oktyabr ayında iddiaçının anası Nazlı xanıma verdiyini, 200 manat pulu avtobus sürücüsü vasitəsilə göndərdiyini, 300 manat pulu isə kart hesabına köçürdüyünü qeyd etmişdir. Məhkəmə daha sonra iddiaçı tərəfin bu halları təkzib etmədiyini göstərərək nəticə etibarilə 10.500 manat məbləğinin iddia tələbindən çıxılmalı olduğu qənaətinə gəlmişdir.
79. Kollegiya hesab edir ki, qətnamənin həmin hissəsinin ifadə tərzi müəyyən anlaşılmazlıq yaratsa da, qətnamənin ümumi məzmunundan və nəticə hissəsindən aydın görünür ki, birinci instansiya məhkəməsi cavabdehin bildirdiyi bütün ödənişləri deyil, yalnız sübuta yetirilmiş hesab etdiyi ödənişləri nəzərə almışdır.
80. Belə ki, məhkəmə tərəfindən iddia tələbindən çıxılan məbləğlər iddiaçının özünün etiraf etdiyi 10.000 manat və cavabdehin konkret tarix, şərait və şəxs göstərməklə izah etdiyi 500 manat məbləğindən ibarət olmuşdur. Məhkəmə məhz bu 500 manat məbləğini ayrıca qeyd etmiş və həmin ödənişin iddiaçı tərəfindən mübahisələndirilməməsini nəzərə almışdır.
81. Lakin cavabdehin avtobus sürücüsü vasitəsilə göndərildiyini bildirdiyi 200 manat və kart hesabına köçürüldüyünü bildirdiyi 300 manat məbləğləri üzrə hal fərqlidir. Belə ki, həmin ödənişlərlə bağlı cavabdeh tərəfindən onların hansı tarixdə, hansı şəraitdə və konkret olaraq hansı borc öhdəliyinin icrası qismində verildiyini müəyyən etməyə imkan verən kifayət qədər məlumat təqdim edilməmişdir. Həmin məbləğlərə dair hər hansı mötəbər sübut da iş materiallarında mövcud olmamışdır.
82. Bu səbəbdən, iddiaçı tərəfin həmin halları ayrıca təkzib etməməsi özlüyündə həmin ödənişlərin sübuta yetirilmiş hesab olunmasına əsas vermir. Mülki Prosesual qanunvericiliyə görə sübutetmə vəzifəsi həmin halı iddia edən şəxsin üzərinə düşür. Cavabdeh isə qeyd edilən 200 manat və 300 manat məbləğlərinin qaytarıldığını təsdiq edən kifayət qədər sübut təqdim edə bilməmişdir.
83. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində istifadə edilmiş ifadələr müəyyən qədər qeyri-dəqiq təsir bağışlasa da, qətnamənin nəticə hissəsindən aydın görünür ki, məhkəmə cavabdehin bildirdiyi bütün ödənişləri deyil, yalnız iddiaçının etiraf etdiyi 10.000 manat və konkret hallar göstərilməklə izah edilmiş 500 manat məbləğini nəzərə almışdır. Bu baxımdan, həmin ifadə tərzi qətnamənin mahiyyət etibarilə düzgün nəticəsinə təsir göstərən pozuntu kimi qiymətləndirilə bilməz.
84. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddia tələbinin mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.
85. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
87. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.
88. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.