Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-97/2026 22.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı tikilmiş hasarın sökülməsi və naves qurğusunun dam örtüyünün üzərindən götürülməsi tələbi (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, qonşuluq hüququ, çıxıntılı bina, vindikasiya iddiası, neqator iddia, dözmək öhdəliyi) İddiaçı Cavabdeh qarşı tikilmiş hasarın sökülməsi və naves qurğusunun dam örtüyünün üzərindən götürülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı İddiaçı “15” avqust 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.1230 hektar torpaq sahəsində 4 metr uzunluğunda, 0.20 metr enində tikdiyi hasarın cavabdehin öz hesabına sökülməsi, yaşayış evinin sərhədində ara məsafəsi saxlamadan tikdiyi naves qurğusunun dam örtüyünün evinin dam örtüyünün üzərindən götürülməsi və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-03).
b) Iddia tələbinin əsaslandırılması.
2. Iddiaçı İddiaçı tələbini əsaslandıraraq bildirmişdi ki, qonşusu Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan 0.1230 hektar torpaq sahəsinə qanunsuz keçməklə özbaşına onun iradəsinə zidd olaraq 4 metr uzunluğunda, 0.20 metr enində hasar inşa etmişdir. Həmçinin də onun yaşayış evinin sərhədində ara məsafəsi saxlamadan tikdiyi tikilinin naves qurğusunun dam örtüyünü onun evinin dam örtüyünün üzərinə birləşdirmişdir. Dəfələrlə cavabdehdən torpağında tikdiyi qanunsuz hasarı öz hesabına sökməyi, naves qurğusunun dam örtüyünü onun evinin dam örtüyünün üzərindən kənarlaşdırmasını tələb etsə də, cavabdeh ona qarşı aşkar şəkildə hörmətsizlik nümayiş etdirərək, torpaq sahəsində qanunsuz olaraq tikdirdiyi hasarı sökməyəcəyini, həmçinin naves qurğusunun dam örtüyünü də evinin dam örtüyünün üzərindən kənarlaşdırmayacağını bildirmiş, bununla da onu öz mülkiyyət hüququndan sərbəst və azad şəkildə, qanunun ona tanıdığı imkanlar çərçivəsində faydalanmağa maneçilik yaratmışdır.
3. Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan xxxx Publik Hüquqi Şəxsinin Babək rayon şöbəsinin müdirinin, həmin Xidmətin Babək rayon ərazi bölməsinin və Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, özünün və Cavabdeh iştirakı ilə iddiaçının torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı tərtib olunmuş aktdan görünür ki, həqiqətən də Cavabdeh iddiaçının mülkiyyətində olan 0.1230 hektar torpaq sahəsinə qanunsuz keçməklə, özbaşına onun iradəsinə zidd olaraq 4 metr uzunluğunda, 0.20 metr enində hasar inşa etmişdir. Eyni zamanda həmin şəxslərin iştirakı ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinə baxış keçirilməsi təklif edilsə də, o, səs-küy salaraq buna razılıq verməmişdir. Həmçinin aktda qeyd edilmişdi ki, Cavabdeh naves qurğusunu və köməkçi tikilini istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində tikmişdir. Lakin buna baxmayaraq tikinti norma və qaydalarına riayət etmədiyindən naves qurğusunun dam örtüyünü onun evinin dam örtüyünün üzərinə qoymuşdur ki, bu da onun mülkiyyətində olan yaşayış evinə ziyan vurmaqdadır. Həmçinin xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh onun mülkiyyətinə yaratdığı maneələri bu günədək aradan qaldırmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
4. Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim Günay Ismayıl) ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı mülkiyyətində olan Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.1230 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində inşa edilmiş 4 metr uzunluğunda, 0.20 metr enində hasarın (divar) cavabdeh Cavabdeh öz hesabına sökülməsi, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş metal konstruksiyadan ibarət naves qurğusunun dam örtüyünün iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudlarına keçmiş 0,2 metr enə və 4,0 metr uzunluğa malik hissəsinin Cavabdeh hesabına onun tərəfindən götürülməsi və İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət olunmuşdur (mülki iş İ cild, iş vərəqə 142-149). ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
5. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlarla, o cümlədən yerində müayinə aktı və mütəxəssis rəyi ilə cavabdeh Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə qanunsuz müdaxilə edərək onun hüdudları daxilində 4 metr uzunluğunda, 0.20 metr enində hasar (divar) inşa etdiyi və qonşuluq hüququnun tələblərini pozub heç bir əşya hüququna malik olmadan naves qurğusunun dam örtüyünün 0.2 metr enə və 4.0 metr uzunluğa malik hissəsini iddiaçının torpaq sahəsinə keçirdiyi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 172.4 və 173.1-ci maddələrini tətbiq edərək o nəticəyə gəlmişdir ki, mülkiyyətçinin razılığı olmadan və qanuni əsas (servitut və s.) yaranmadan özgəsinin torpaq sahəsində inşa edilmiş tikili (hasar) və çıxıntılı bina (naves örtüyü) mülkiyyət hüququnun pozulması hesab edilir və bu cür qəsd və ya maneə iddiaçının neqator iddiası əsasında cavabdehin öz hesabına aradan qaldırılmalıdır.
II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.
6. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 185-190).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdi ki, mübahisəli divarın palçıqdan olan hissəsi iddiaçıdan qabaq orada qalan ailə tərəfindən tikilmişdir və həmin divar möhrədən olduğundan aşağı hissəsi oyularaq öz həyətinə aşdığı üçün, 7 il bundan əvvəl icra nümayəndəsinin icazəsi ilə sökülərək divarın xətti ilə kərpicdən başqa bir divar tikilmişdir. Həmin vaxt iddiaçı yeni hasarın tikintisinə etiraz etməmiş, əksinə köhnə hasar haradan sökülübsə, yenisinin də oradan tikilməsini tələb etmişdir. Divarın xərcini özü çəkərək möhrənin üstündən 5 kərpic hündürlüyündə divar ucaltmışdır və bir müddət əvvəl tanımadığı bir şəxsin həmin divardan aşaraq həyətə daxil olub onları narahat etdiyinə görə məcbur qalıb hasarın yuxarıdan yarım qalan hissəsini şiferlə bağlamışdır. Yalnız bu il ölçü aparıldıqda divarın 20 santimetr iddiaçının həyətinə girdiyini öyrənmişdir və divarın iddiaçının öz hesabına sökülməsinə etiraz etmir. Iddiaçının navesi, su şırranı və şiferinin zeştinin də 20 santimetr onun həyətinə düşdüyünü qeyd edərək, razı deyilsə iddiaçının da onları sökməsini tələb etmiş və iddiaçının ona qarşı qərəzli olduğunu bildirmişdir. Navesin götürülməsi ilə razı deyil, çünki metal konstruksiyadan ibarət naves qurğusunun dam örtüyü onun tərəfindən inşa olunub və həmin qurğuya əşya hüququ mövcuddur. Qanunun analogiyasının çıxıntılı binalara şamil oluna bilməyəcəyini və tikililərin öz hesabına götürülməsinin qət olunmasının maddi hüquq normalarının pozulması olduğunu qeyd etmişdir.
8. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin mövcud tələblə bağlılığı yoxdur və dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki iddia olmadığından Mülki Məcəllənin 1097.1-ci maddəsi tətbiq oluna bilməz.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsini pozaraq sübutlara və onun məhkəmə iclasındakı ifadəsinə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir.
10. Ərazidə yerində müayinə aparılmasına baxmayaraq, mütəxəssis və ekspert rəyi əldə olunub qətnaməyə əlavə edilməmişdir.
c) Apellyasiya şikayətinin icraata qəbulu.
11. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “13” may 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Izahatlar və işin gedişatı.
13. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh məhkəmədə verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, iddiaçı məhkəməyə müraciət edənədək ona mübahisə predmeti olan divarı sökməsi barədə hər hansı bir xəbərdarlıq etməmişdi və özü tərəfindən bununla bağlı qarşı tərəfə etiraz olunmamışdır. Iddiaçı öz iddia ərizəsində divarın sökülməsini ona dəfələrlə bildirdiyini qeyd etsə də, bu hal həqiqəti əks etdirmir. Belə ki, ötən ildən öncəki ilin təqribən bu aylarında özü iddiaçıya, əgər narazıdırsa, divarı sökə biləcəyini ifadə etmişdir. Daha sonra torpaq komitəsinin əməkdaşı Cəlal müəllim tərəfindən ərazidə ölçü işləri aparılmış və o, divarın 4 metr uzunluğunda, 20 santimetr enində iddiaçıya məxsus əraziyə daxil olduğunu, buna görə də sökülərək cavabdehin öz ərazisinə çəkilməli olduğunu bildirmişdir. Həmin vaxt Ramiq və Rahil müəllim də orada iştirak etmişdir. Iddiaçı özü ona məxsus həyətyanı sahəyə icazəsiz daxil olaraq, divarın özünə məxsus olduğunu və onu sökə bilməyəcəyini qeyd etmişdir. Özü isə orada olan şəxslərin yanında divarı iddiaçıya verəcəyini bildirmişdir. O, divarın açıq qalan hissəsini zeşt ilə bağlamış, qonşunun suaxıdanına və divarına hər hansı müdaxilə etməmişdi. Hazırda iddiaçının suaxıdanı və dam örtüyünün çıxıntısı onun həyətinə keçir. O, mübahisə predmeti olan divarı sökmək istəsə də, iddiaçı buna imkan verməmiş, küçəyə dərman tökərək onun heyvanlarını zəhərləmişdir. Özü ona bu hərəkətləri etməməsini bildirsə də, iddiaçı buna əməl etməyərək məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Eyni zamanda, o, öz evinin dam örtüyünün üzərində yerləşən naves qurğusunu sökməsinin qeyrimümkün olduğunu bildirmişdi.
14. Cavabdeh Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, mübahisə predmeti olan divarın yerləşdiyi torpaq sahəsini 2006-cı ildə Sadiqov Hüseyndən alıb, 2007-ci ildən orada yaşayır və həmin torpağı alan zaman iddiaçı onlarla qonşu deyildi. Iddiaçı qonşuluqdakı torpaq sahəsini özləri torpağı aldıqdan 7- 8 ay sonra alıb, iddiaçı ilə uzaq qohumluğu var. Torpağı alan zaman sözügedən divarın mövcud idi, möhrədən tikilmişdi, 7 il öncə su dağıtdıqdan sonra həmin divarı yenidən tikib. Həmin vaxt iddiaçı orada yaşayırdı və onun divarın yenidən tikilməsinə deyil, sökülməsinə etiraz etmişdi. Köhnə divar sökülən zaman iddiaçın etiraz edərək divarı sökməmələrini, həyat yoldaşının evdə olmadığını bildirmişdi. Özü isə divarın onun həyətinə aşdığını və yenidən yerində divar tikəcəyini cavab olaraq demişdi. Divarı yenidən inşa edərək əvvəlki hündürlüyündə tikib, divarın üzərində olan yarım hissəni isə 2024-cü ildə tiksə də, iddiaçı onları dağıtmışdı. Həyətinə tanımadığı adam girdikdən sonra mübahisə predmeti olan divarın hündürlüyünü artırmaq istəyib və bu zaman mübahisə başlayıb. Buna görə də divarın qalan hissəsini zeşt ilə bağlamışdı. Navesin su axımının öz həyətinə tərəfdir, qarşı tərəfin evinin əvvəlki sahibinin evinin dam örtüyünü vuran zaman qeyd edilən torpaq özünə aid deyildi və buna görə də vaxtilə etiraz etməmişdi. Navesi 2025-ci ilin may ayında vurub, mülki işin materiallarındakı fotoşəkillərdə əks olunmuş su borusu hazırda yerindədir və suyun yerə getmir. Iddiaçının evinin arxasının onun öz həyəti olduğu üçün oraya döşədiyi daşı söküb əkin işləri aparacağını bildirdikdən sonra iddiaçı ilə aralarında mübahisə yaranıb və bundan sonra qarşı tərəf iddia tələbi ilə məhkəməyə müraciət edib. Naves qurğusunun iddiaçının suaxıdanının üzərində deyil, dam örtüyünün üzərində yerləşir. Divar ilə evin arasında heç bir çıxıntı yoxdur, divarı sökülüb yenidən çəkiləcəyi təqdirdə çıxıntı yaranacaq. Navesin dam örtüyündən axan suyun suaxıdan vasitəsilə tökülməsinə hər hansı bir maneçilik törətmir, qarşı tərəfin suaxıdanının çanağının onun həyəti tərəfdədir, zeşti kəsərək suaxıdanın üzərini açmışdı.
15. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında vaxtında iştirak etməmişdi.
16. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. IV. Işin halları:
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
18. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "xxxx" Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## #### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən, sahəsi 0.1230 hektar olan torpaq sahəsinin İddiaçı tam mülkiyyətində olması (mülki iş İ cild, iş vərəqə 04);
19. - JN seriyalı, ****A nömrəli, 10300058 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən, sahəsi 0.11 hektar olan torpaq sahəsinin X6, X7, X2 ümumi mülkiyyətində olması (mülki iş İ cild, iş vərəqə 64-68);
20. – cavabdehin məhkəmədə verdiyi izahatdan JN seriyalı, ****A nömrəli, 10300058 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən, sahəsi 0.11 hektar olan və X6, X7, X2 ümumi mülkiyyətində olan torpaq sahəsinin hazırda onun sahibliyində olması;
21. - torpaq sahələrinin plan-sxemindən, yerində müayinə nəticəsindən, mütəxəssis rəyindən, tərəflərin izahatlarından onların qonşu olması;
22. - Babək rayonu, Nehrəm qəsəbəsində Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində xxxx Publik Hüquqi Şəxsin Babək rayon şöbəsinin müdiri X3, Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Babək Ərazi Bölməsinin aparıcı məsləhətçisi X4, Naxçıvan MR Babək Rayon Icra Hakimiyyəti başçısının Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X5, mülk sahibi İddiaçı və faktiki istifadəçi Cavabdeh iştirakı ilə tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktdan, Cavabdeh sərhəd hissədən 4 metr uzunluğunda, 0.20 metr qalınlığı olan yeni hasarı çəkərkən şikayətçinin (İddiaçı) torpaq sahəsinə keçərək tikməsi, naves qurğusunun və köməkçi tikilinin Cavabdeh öz istifadəsində olan torpaq sahəsinin sərhədi daxilində tikilməsi, eyni zamanda İddiaçı yaşadığı fərdi yaşayış evini sərhəd xəttində müvafiq qanunvericiliyə uyğun olaraq ara məsafəsini saxlamadan inşa etməsi və nəticə etibarilə hər iki mülkiyyətçinin tikinti aparan zaman qonşular arasındakı məsafəni qorumadan tikinti işlərini həyata keçirməsinin qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 08);
23. - Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis (Mütəxəssis) rəyində Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və 105013040742 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsinin faktiki sərhəd ölçülərinin "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən ölçülərlə qismən uyğunluq təşkil etməsi və bu uyğunsuzluğu X6 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə sərhəddə, gediş-gəliş yolu istiqamətində başlanğıc nöqtəsindən 19.9 metr məsafədən sonra 0.2 metr enə və 4.0 metr uzunluğa malik hissədə mövcud olması, iki torpaq sahəsini ayıran hasarın həmin 4.0 metrlik hissəsi istisna olmaqla, qalan hissələrin mülkiyyət sənədlərində göstərilən sərhəd boyunca inşa edilməsi, qonşu torpaq sahəsində inşa edilmiş naves qurğusunun dam örtüyünün də məhz həmin (0.2m x 4.0m) hissəsi istisna olmaqla qalan hissələri X6 və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması aydın olur (mülki iş İ cild, iş vərəqə 108-109). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini cavabdeh Cavabdeh mübahisələndirir. Cavabdehin verdiyi apellyasiya şikayətindən aydın olur ki, o sözügedən qətnaməni tam mübahisələndirir.
27. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. VI. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
28. - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
29. - 29-cu maddəsinin İ, II, V və VI hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər;
30. - 71-ci maddəsinin II hissəsində qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
b) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
31. - 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası);
32. - 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir;
33. - 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
34. - 152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
35. - 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
36. - 157.4-cü maddəsi ilə müəyyən edilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;
37. - 169.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər;
38. - 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır;
39. - 170.2-ci maddəsində göstərilir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır;
40. - 171.1-ci maddəsinin tələbinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz;
41. - 172.1-ci maddəsinin tələbinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin;
42. - 172.2-ci maddəsi ilə müəyyən edilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər;
43. - 172.3-cü maddəsinə görə əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir;
44. - 172.4-cü maddəsinə əsasən qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar (yəni maddə 173) tətbiq edilir;
45. - 173.1-ci maddəsində qeyd edilir ki, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər;
46. - 173.3-cü maddəsinin tələbinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər;
47. - 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. Iki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
c) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:
48. - 3.0.11-ci maddəsinə görə bina insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir;
49. - 3.0.12-ci maddəsinə əsasən qurğu müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyektidir (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə);
50. - 3.0.34-cü maddəsinin tələbinə görə qonşular tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan və tikinti nəticəsində qanunla qorunan maraqlarına toxunulan şəxslərdir;
51. - 3.0.35-ci maddəsi ilə müəyyən edilir ki, yanaşı divarlar bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş divarlardır;
52. - 3.0.36-cı maddəsinə əsasən ortaq divar iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divardır.
ç) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
53. - 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;
54. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
55. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
56. - 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
57. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
58. - 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
59. - 149.1-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir;
60. - 149.2 və 149.2.3-cü maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində göstərilməli məlumatdan biri iddiaçının və ya ərizəçinin tələbləridir;
61. - 217.1-ci maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
62. - 218.3-cü maddəsinin tələbindən görünür ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər;
63. - 392.2-ci maddəsinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə aktı:
64. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
65. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq və mübahisəli hüquq münasibətlərini tənzimləyən qanunvericilik aktlarını rəhbər tutaraq bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması prinsipi təsbit edilmişdir. Hər kəsin mülkiyyət hüququ vardır və xüsusi mülkiyyət qanunla qorunur.
66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007ci il tarixli qərarında da vurğulandığı kimi, mülkiyyət hüququ nəinki mülkiyyətçinin geniş səlahiyyətləridir, həm də dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
68. Bununla belə, mülkiyyət hüququ mütləq və hüdudsuz deyildir. Konstitusiyanın 29-cu maddəsinin V və VI hissələrinə, habelə 71-ci maddəsinin II hissəsinə əsasən, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur və digərlərinin hüquq və azadlıqları, eləcə də sosial ədalət məqsədilə qanunla məhdudlaşdırıla bilər. Mülkiyyətçi bu hüququnu həyata keçirərkən digər şəxslərin, xüsusən də qonşuların hüquqlarına hörmətlə yanaşmalıdır. Belə ki, Mülki Məcəllənin 152.5 və 170.2-ci maddələri mülkiyyətçidən öz əmlakına sahib olarkən, ondan istifadə edərkən və sərəncam verərkən qonşuların hüquqlarını pozmamağı, hüquqdan suiistifadə etməməyi və qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməyi birmənalı olaraq tələb edir.
69. Mülkiyyət hüququnun hüdudlarının aşılması və qanunsuz müdaxilə hallarında qanunverici bu hüququn müdafiəsi üçün spesifik mülki-hüquqi müdafiə vasitələri (iddialar) müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu iddialar müdaxilənin xarakterindən asılı olaraq fərqləndirilməlidir. Əgər mülkiyyətçi əmlaka (torpağa) fiziki olaraq sahiblik imkanından məhrum edilirsə, o, əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb etmək (vindikasiya) iddiası (Mülki Məcəllənin 157.2-ci maddəsi) irəli sürə bilər. Əgər qəsd və ya maneə əşyanı götürmədən, ondan məhrum etmədən (məsələn, hava boşluğuna müdaxilə etməklə) törədilirsə, mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını (neqator) tələb edə bilər (Mülki Məcəllənin 157.4-cü maddəsi).
70. Kollegiya iddiaçının tələblərini yuxarıda göstərilən maddi hüquq normaları ilə əlaqəli şəkildə təhlil edərək müəyyən edir ki, iddiaçı İddiaçı mübahisə predmeti qismində məhkəmə qarşısında iki müstəqil tələb irəli sürmüşdür. Birinci tələb, cavabdeh Cavabdeh 4 metr uzunluğunda və 0.20 metr enində divar (hasar) tikərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir qismini zəbt etməsinə və həmin hasarın sökülməsinə aiddir. Diqqətə alınmalıdır ki, qonşu tərəfindən iddiaçının torpaq sahəsi daxilində hasar tikilməsi həmin zolaq üzərində iddiaçının fiziki sahiblik imkanını ortadan qaldırır. Başqa sözlə, iddiaçı torpağın həmin hissəsinə daxil ola və ondan istifadə edə bilmir. Buna görə də, hasarın sökülərək torpağın geri qaytarılması tələbi mahiyyət etibarilə sahibliyin bərpasına yönəlmiş vindikasiya iddiası (Mülki Məcəllənin 157.2-ci maddəsi) kimi tövsif edilməlidir.
71. Iddiaçının ikinci tələbi isə cavabdeh tərəfindən tikilmiş naves qurğusunun dam örtüyünün iddiaçının evinin damının üzərinə (hava boşluğuna) çıxıntı etməsi səbəbindən həmin örtüyün kənarlaşdırılmasıdır. Bu halda, torpaq sahəsinin zəmini fiziki olaraq zəbt edilmir, lakin iddiaçının öz mülkiyyətinin şaquli əhatə dairəsindən (hava boşluğundan) maneəsiz istifadəsinə qəsd edilir. Çıxıntılı binaların yaratdığı bu cür maneələr mülkiyyətdən məhrumetmə ilə müşayiət olunmadığından, onların aradan qaldırılması Mülki Məcəllənin 157.4-cü maddəsinə əsaslanan neqator iddia çərçivəsində qiymətləndirilməlidir.
72. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının irəli sürdüyü tələblərin hüquqi təbiətini, yəni onların fərqli müdafiə üsullarına (vindikasiya və neqator) aid olmasını düzgün fərqləndirməmişdi. Bu cür yanaşma mübahisəli maddi hüquq münasibətlərinin hüquqi tövsifinin qeyri-dəqiq aparılmasına səbəb olmuşdur.
73. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mübahisənin düzgün həlli üçün iddiaların xarakteri müəyyən edildikdən sonra iş üzrə sübuta yetirilmiş faktiki hallar bu iddiaların təmin edilməsi üçün qanunda nəzərdə tutulan şərtlərlə (Mülki Məcəllənin 172.3 və 173.3-cü maddələri ilə) uzlaşdırılmalıdır. Işin materiallarından, xüsusən də birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının səs və video yazılarından müəyyən olunur ki, mübahisə predmeti olan hasar 7 il əvvəl cavabdehin atası ilə birlikdə inşa edilmişdir. Həmin ərazidə əvvəllər möhrədən (çiy kərpicdən) olan köhnə divar mövcud olmuş, altı oyulduğu üçün sökülərək onun yerində (xətti üzrə) yeni kərpic divar hörülmüşdür. Bu hasarın 20 santimetr iddiaçının torpaq sahəsinin daxilinə keçməsi faktı isə yalnız 2025-ci ildə aparılmış rəsmi ölçü işləri zamanı məlum olmuşdur.
74. Iddiaçının birinci tələbinin, yəni divarın sökülməsi ilə bağlı hissənin hüquqi həllinə gəldikdə, kollegiya iddiaçının bu tələbdəki hüquqi marağını araşdırmağı zəruri hesab edir. Hazırkı halda 4 metr uzunluğunda olan həmin divar faktiki olaraq iki qonşu torpaq sahəsini ayıran mərz, yəni ortaq divar funksiyasını daşıyır (Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36cı maddəsi). Iddiaçının əsas mübahisəsi divarın mövcudluğu deyil, həmin divarın tutduğu 4m x 0.20m (0.8 kv.m) ölçüdə torpaq sahəsindən məhrum olmasıdır və o, məhz həmin torpaq zolağını geri istəyir. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətində və məhkəmə iclasındakı izahatlarında açıq şəkildə bildirir ki, divarın inşası üçün xərci özü çəksə də, hazırda divarın iddiaçıya məxsus olmasına və iddiaçının divarı öz hesabına sökməsinə etiraz etmir, lakin cavabdehin də öz növbəsində həyətinin təhlükəsizliyi (yad şəxslərin həyətə daxil olmasının qarşısının alınması) baxımından mərz divarının mövcudluğunda qanuni marağı vardır.
75. Kollegiya xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi ilə cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş 4 metr uzunluğunda hasarın həqiqətən də iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilinə 0.20 metr enində keçməsi və nəticə etibarilə iddiaçıya məxsus ərazinin müvafiq hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi faktı tam, obyektiv və mübahisəsiz şəkildə sübuta yetirilmişdir.
76. Lakin məhkəmə nəzərə almalıdır ki, Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında da birmənalı vurğulanır ki, mülkiyyətçi tikintiyə dərhal etiraz etmədikdə həmin tikilinin sökülməsini tələb edə bilməz, yalnız kompensasiya tələb etmək hüququ əldə edir. Birinci instansiya məhkəməsində keçirilən iclaslar zamanı verilmiş izahatlardan aydın olur ki, cavabdeh 7 il əvvəl köhnə divarın xətti ilə yeni divarı tikərkən sərhədi qərəzli şəkildə pozduğunu bilməmiş (vicdanlı olmuşdur). Iddiaçı isə həmin vaxt tikinti prosesini görməsinə baxmayaraq, "dinməmişəm, səbr etmişəm" deməklə vaxtında etiraz etmədiyini özü etiraf etmişdir (## ####### 2025-ci il tarixli iclasın 03-cü dəqiqəsindən sonrakı görüntü və səs yazısı). Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, birinci instansiya məhkəməsi işin bu hallarını qiymətləndirərkən sübutetmə yükünü (Azərbaycan Respublikası Mülki- 77. Prosessual Məcəlləsinin 77.1-ci maddəsi) tərəflər arasında səhv bölüşdürmüş və buna müvafiq olaraq tələbin sözügedən hissəsinə münasibətdə səhv nəticəyə gəlmişdi. Belə ki, Mülki Məcəllənin 172.3-cü maddəsinin tətbiq edilməməsi və söküntü tələbinin təmin olunması üçün iddiaçının "vaxtında etiraz etməsi" faktı sübuta yetirilməli idi. Birinci instansiya məhkəməsi isə bu sübutetmə yükünü faktiki olaraq cavabdehin üzərinə qoymuşdur. Mülki prosessual hüquqda hər hansı bir hərəkətin edilməməsi və ya hadisənin baş verməməsi kimi neqativ halların (məsələn, "iddiaçının etiraz etməməsinin", "evi tərk edərkən hər hansı əşyanı özü ilə aparmamasının" və s) sübutetmə yükü ola bilməz.
78. Qanunvericiliyin tələbinə görə, məhkəmə işin faktiki hallarını tərəflərlə müzakirə etməli və Mülki-Prosessual Məcəllənin 14 və 77-ci maddələrinin tələblərindən irəli gələrək, iddiaçıya məhz "vaxtında etiraz etməsi" barədə pozitiv sübutlar (məsələn, tikinti gedən dövrdə aidiyyəti qurumlara şikayətlər, şahid ifadələri və s.) təqdim etməli olmasını izah etməli idi. Yalnız iddiaçı bu pozitiv faktı sübut etdikdən sonra cavabdehin onu təkzib etmək (təkzibedici sübutlar təqdim etmək) vəzifəsi yaranacaqdı. Məhkəmənin bu mühüm prosessual vəzifəni yerinə yetirməməsi iş üçün əhəmiyyətli olan halların aydınlaşdırılmamasına (Mülki-Prosessual Məcəllənin 388-ci maddəsi) və qanunsuz qətnamə çıxarılmasına səbəb olmuşdur.
79. Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının, eləcə də işin müəyyən edilmiş faktiki hallarının təhlilindən irəli gələrək kollegiya hesab edir ki, iddiaçının divarın (hasarın) sökülməsi tələbi əsassızdır və rədd edilməli idi. Belə ki, iddiaçı tikinti zamanı qərəzsiz qonşuya vaxtında etiraz etməsi faktını sübuta yetirə bilmədiyindən, Mülki Məcəllənin 172.3-cü maddəsinin imperativ tələbinə əsasən onun bu tikiliyə (müdaxiləyə) dözmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarındakı hüquqi mövqeyinə görə, belə hallarda mülkiyyətçi söküntü tələb etmək hüququnu itirir və yalnız məhrum olduğu torpaq sahəsinin əvəzinin (kompensasiyasının) ödənilməsini tələb edə bilər. Iddiaçı tərəfindən məhkəmə qarşısında kompensasiya tələbi (müstəqil iddia predmeti kimi) irəli sürülmədiyindən və məhkəmə də öz təşəbbüsü ilə iddia tələbindən kənara çıxa bilməyəcəyindən, divarın sökülməsinə dair iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi qanunsuzdur.
80. Kollegiya, həmçinin, iddiaçının söküntü tələbinin ağlabatanlıq və mütənasiblik prinsipləri baxımından da əsassız olduğunu xüsusi vurğulamağı zəruri hesab edir. Belə ki, mübahisəli hasarın iddiaçıya məxsus torpaq sahəsinə keçən hissəsinin faktiki ölçüsü cəmi 4 metr uzunluğunda və 0.20 metr enində (ümumilikdə 0.8 kvadratmetr) çox kiçik bir zolağı təşkil edir. Həmin divarın sökülməsi və fərqli bir xətt üzrə yenidən inşası üçün tələb olunan zəhmət, zaman və çəkiləcək maliyyə xərcləri, məhrum olunan 0.8 kvadratmetrlik torpaq sahəsinin real dəyəri və iddiaçıya verə biləcəyi obyektiv iqtisadi fayda ilə müqayisədə açıqaşkar qeyri-mütənasibdir. Mülki hüquqda hüquqların müdafiəsi üsulu pozuntunun xarakterinə və nəticələrinə uyğun olmalı, qonşuya iqtisadi cəhətdən əsassız və hədsiz ağır zərər vurulmasına gətirib çıxarmamalıdır. Bu baxımdan, tərəflərin iqtisadi maraqlarının balansı və mülki dövriyyənin sabitliyi (iqtisadi səmərəlilik) nəzərə alındıqda, cüzi bir sərhəd pozuntusuna görə mövcud tikilinin sökülməsinin tələb edilməsi mülki qanunvericiliyin məntiqi çərçivəsində ağlabatan müdafiə vasitəsi kimi qəbul edilə bilməz.
81. Naves qurğusunun dam örtüyünün sökülməsi ilə bağlı iddiaçının ikinci tələbinə gəldikdə, birinci instansiya məhkəməsi bu məsələnin həllində də ciddi prosessual pozuntuya yol vermişdir. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində, eləcə də məhkəmə baxışı zamanı navesin yalnız evinin damının üstünə düşən (şəkillərdən də göründüyü kimi, sadəcə künc) hissəsinin kənarlaşdırılmasını tələb etmişdir. Lakin məhkəmə qətnamənin nəticə hissəsində iddia tələbinin hüdudlarını aşaraq, cavabdehə naves qurğusunun 4 metr uzunluğunda və 0.20 metr enində olan bütöv bir hissəsinin sökülməsini həvalə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin birmənalı tələbinə görə, hakim yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin iddiaçının açıq şəkildə ifadə etdiyi tələbdən kənara çıxaraq fərqli və daha geniş həcmdə söküntü qət etməsi yolverilməzdir.
82. Birinci instansiya məhkəməsinin yol verdiyi bu prosessual xəta (tələbdən kənara çıxma) iddianın hüdudlarından kənara çıxmaqla cavabdehin vəziyyətinin əsassız olaraq ağırlaşdırılmasına səbəb olmuşdur. Iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş fotoşəkillərin vizual tədqiqi, eləcə də tərəflərin məhkəmə iclaslarındakı izahatları hava boşluğuna mövcud müdaxilənin (navesin dam örtüyünün iddiaçının damına keçməsi) xarakterini və həcmini tam, obyektiv və hərtərəfli müəyyən etmək üçün tam kifayət edir.
83. Işdə olan həmin fotoşəkillərə və tərəflərin izahatlarına hüquqi qiymət verilməklə yanaşı, məhkəmə nəzərə almalıdır ki, işin hallarından naves qurğusunun dam örtüyünün (şiferin) qoyulmasının 7 il əvvəlki köhnə tikinti (divar) prosesinin tərkib hissəsi deyil, sonradan baş vermiş yeni bir müdaxilə olduğu və tərəflər arasındakı əsas mübahisənin də məhz bundan sonra yarandığı müəyyən edilir. Divarın tikintisindən fərqli olaraq, iddiaçı hava boşluğuna edilən bu yeni müdaxiləyə dərhal etirazını bildirmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü (mülkiyyətə sahiblikdən məhrumetmə ilə bağlı olmayan başqa maneələrin aradan qaldırılması tələbi), habelə 172.4 və 173.1-ci maddələrinə (qonşunun çıxıntılı binaya qarşı etirazını bildirmək hüququ) əsasən iddiaçı həmin çıxıntının (navesin damına düşən hissəsinin) kənarlaşdırılmasını tələb etməkdə haqlıdır. Lakin qanunvericiliyin imperativ tələblərinə və müəyyən edilmiş məhkəmə təcrübəsinə görə, iddia tələbinin həddi məhkəmə baxışının çərçivəsini müəyyən edir. Iddiaçı tərəfindən iddia ərizəsində açıq şəkildə yalnız navesin dam örtüyünün evinin damına düşən hissəsinin kənarlaşdırılması tələb edildiyindən, birinci instansiya məhkəməsinin bu həddi aşaraq 4 metr uzunluğunda və 0.20 metr enində daha böyük sahədə söküntü qət etməsi qanunsuzdur. Buna görə də, məhkəmə işdəki mövcud sübutlar (fotoşəkillər və izahatlar) əsasında müəyyən edilmiş və iddiaçı tərəfindən tələb edilmiş hüdudda, yəni navesin yalnız iddiaçının evinin damına keçən hissəsinin kənarlaşdırılması barədə qərar verməlidir.
84. Ümumilikdə, apellyasiya instansiyası məhkəməsi işin hallarını yuxarıda göstərilən qaydada təhlil edərək müəyyən edir ki, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə iddiaların hüquqi təbiətini səhv tövsif etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bununla paralel olaraq, birinci instansiya məhkəməsi neqativ faktın sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla və iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarını pozmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. 91.
85. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan faktiki hallar, xüsusən də iddiaçının vaxtında etiraz edib-etməməsi və navesin iddia tələbinə uyğun real müdaxilə həcmi tam aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli hallar (xüsusən qərəzli müdaxilə faktı) kifayət qədər sübut edilməmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin həqiqi hallarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında analoji işlər üzrə formalaşdırdığı vahid hüquqi mövqeyinə uyğun gəlməmişdir.
86. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, maddi və prosessual normaların sadalanan bu pozuntuları məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa və mütləq əsasdır. Odur ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin mübahisəli qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı İddiaçı tələbləri qismən təmin edilməlidir.
87. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
88. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
89. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən prosessual normaların tələbindən çıxış edərək kollegiya belə hesab edir ki, iddiaçının irəli sürdüyü iki müstəqil qeyri-əmlak xarakterli tələbdən biri (divarın sökülməsi tələbi) rədd edildiyi, digəri isə (naves qurğusunun kənarlaşdırılması tələbi) yalnız tələb edilmiş hüdudda qismən təmin edildiyi üçün, habelə cavabdehin apellyasiya şikayəti qismən təmin olunduğu üçün iş üzrə çəkilmiş məhkəmə xərcləri tərəflər arasında mütənasib qaydada bölünməlidir.
90. Belə ki, birinci instansiya məhkəməsində iddia qaldırılarkən iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun təmin edilmiş hissəyə mütənasib olaraq 50 (əlli) manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda, cavabdehin apellyasiya şikayəti verərkən ödədiyi 50.60 (əlli manat, altmış qəpik) manat dövlət rüsumunun da şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq yarısı, yəni 25.30 (iyirmi beş manat, otuz qəpik) manat məbləği iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh qaytarılmalıdır. Kollegiya məhkəmə aktının icrası mərhələsində süründürməçiliyin qarşısının alınması və prosessual qənaət prinsipini rəhbər tutaraq hesab edir ki, tərəflərin qarşılıqlı olaraq birbirinə ödəməli olduğu bu məhkəmə xərcləri əvəzləşdirilməlidir. Belə ki, cavabdeh Cavabdeh iddiaçıya ödəməli olduğu 50 (əlli) manat məbləğindən iddiaçı İddiaçı cavabdehə qaytarmalı olduğu 25.30 (iyirmi beş manat, otuz qəpik) manat çıxılmaqla, yekun olaraq fərq məbləği – 24.70 (iyirmi dörd manat, yetmiş qəpik) manat (50.00 - 25.30 = 24.70) cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilməlidir.
92. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
93. - Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli;
94. - Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı;
95. - İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.1230 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində inşa edilmiş 4 metr uzunluğunda, 0.20 metr enində hasarın (divarın) cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddiası rədd edilməli;
96. - İddiaçı Cavabdeh qarşı naves qurğusunun dam örtüyünün götürülməsi tələbinə dair iddiası təmin edilməli;
97. - Cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı mülkiyyətində olan (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: 103013040742) Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.1230 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi ilə sərhəddə inşa edilmiş metal konstruksiyadan ibarət naves qurğusunun dam örtüyünün, iddiaçıya məxsus fərdi yaşayış evinin dam örtüyünün üzərinə düşən (hava boşluğuna müdaxilə edən künc) hissəsi cavabdeh Cavabdeh hesabına sökülərək kənarlaşdırılmalı;
98. - Iş üzrə apellyasiya instansiyası məhkəməsinədək çəkilmiş məhkəmə xərcləri təmin edilmiş tələblərə mütənasib qaydada əvəzləşdirilməklə, yekun fərq olaraq 24.70 (iyirmi dörd manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilməlidir.
99. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq
qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.1230 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində inşa edilmiş 4 metr uzunluğunda, 0.20 metr enində hasarın (divarın) cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh qarşı naves qurğusunun dam örtüyünün götürülməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı mülkiyyətində olan (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: 103013040742) Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.1230 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi ilə sərhəddə inşa edilmiş metal konstruksiyadan ibarət naves qurğusunun dam örtüyünün, iddiaçıya məxsus fərdi yaşayış evinin dam örtüyünün üzərinə düşən (hava boşluğuna müdaxilə edən künc) hissəsi cavabdeh Cavabdeh hesabına sökülərək kənarlaşdırılsın. Iş üzrə apellyasiya instansiyası məhkəməsinədək çəkilmiş məhkəmə xərcləri təmin edilmiş tələblərə mütənasib qaydada əvəzləşdirilməklə, yekun fərq olaraq 24.70 (iyirmi dörd manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilsin. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.