Azərbaycan̆Respublikası̆adından Qətnamə Şəkĭşəhəri İş̆№̆2(3-10)-1/2026 10.09.2026 ŞƏKĬAPELLYASIYĂMƏHKƏMƏSI İddiaçı X6 cavabdeh Cavabdeh qarşı borc pul vəsaitlərindən istifadə üçün faizlərin, pul öhdəliyinin yerinə yetirilməsinin gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbinə dair mülkĭiş̆üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və İsayev Elman̆Bəhruz̆oğlundan̆ibarət̆tərkibdə,̆X3̆qızının̆katibliyĭilə,̆ İddiaçı̆X6̆nümayəndəsĭvə̆vəkilĭİddiaçı̆iştirakı̆ilə, İddiaçı X6 cavabdeh Cavabdeh qarşı borc pul vəsaitlərindən istifadə üçün faizlərin, pul öhdəliyinin yerinə yetirilməsinin gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X6 nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasındăbaxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı X6 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı X6 xeyrinə 1 218 750 ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq) - borcdan istifadə üçün 125 ay (##.##.2015- ##.##.2025) üzrə faizlərin və 72 283,56 ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq)-##.##.2021-##.##.2025 tarixləri üzrə pul öhdəliyinin gecikdirilməsinə görə 3 % illik faizlərin tutulması barədə qətnamə çıxarılmasını̆xahiş̆etmişdir.
2. İddiaçı X6 iddiasını onunla əsaslandırmışdır ki, ## #### 2014-cü il tarixində Ukrayna ərazisində (Kiyev şəhərində) Cavabdeh (borcalan, borclu) X6 (borc verən, kreditor) 650 000 ABŞ dolları məbləğində borc pul almışdır. Borcun qaytarılma müddəti ## #### 2015-ci il tarixinədək müəyyən edilmiş, vəsaitdən istifadə üçün isə ayda 1,5 faiz ödənilməsi razılaşdırılmışdır. Bu borc Cavabdeh şəxsi imzası ilə yazdığı qəbzlə təsdiqlənmişdir. Qəbzdə göstərilən müddətdə Cavabdeh borcu qaytarmamışdır. Buna görə də Maxinçuk V.M. məhkəməyə müraciət edərək borcun tutulmasını tələb etmişdir. Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, mülki iş üzrə № ***/*****/** saylı qiyabi qətnaməsi ilə Cavabdeh (borcalan, borclu) X6 (borc verən, kreditor) xeyrinə 650 000 ABŞ dolları məbləğində əsas borc, 117 000 ABŞ dolları məbləğində borc müqaviləsinə əsasən nəzərdə tutulmuş faizlər və pul öhdəliyinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 130 943,84 ABŞ dolları məbləğində illik 3 % faiz tutulmuşdur. Əsas borc bu günə qədər borclu tərəfindən qaytarılmamışdır. Məhkəmə qərarı ilə tutulmuş 117̆000 ABŞ dolları məbləğində faizlər-borcdan istifadə üçün ayda 1,5 % olmaqla, ##.##.2014-##.##.2015 tarixləri üzrə hesablanmışdır. 130 943,84 ABŞ dolları məbləğində gecikmə faizləri isə ##.##.2015-##.##.2021 tarixləri üzrə illik 3 % dərəcə ilə hesablanmışdır. Ukrayna Mülki Məcəlləsinin 1048-ci maddəsinə əsasən, əgər müqavilədə və ya qanunda başqa cür nəzərdə tutulmayıbsa, borc verən, borcalandan borcun məbləğindən faiz almaq hüququna malikdir. Faizlərin məbləği və ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Əgər tərəflər arasında başqa razılaşma yoxdursa, faizlər borcun qaytarıldığı günə qədər aylıq ödənilir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında imzalanmış qəbzə əsasən, borcalan ayda 1,5 % məbləğində faiz ödəməlidir. Qəbzdə başqa şərt göstərilmədiyindən, Ukrayna Mülki Məcəlləsinin 1048-ci maddəsinə əsasən, borcalan (borclu) hər ay borc qaytarılan günədək faiz ödəməlidir. Yuxarıda qeyd olunan məhkəmə qərarında ##.##.2015-ci il tarixinədək faizlər tutulmuşdur. Lakin borc hələ də qaytarılmadığı üçün, qəbzdə göstərilən ayda 1,5 % məbləğində faizlər ##.##.2015 – ##.##.2025 tarixləri üzrə (125 ay) tutulmalı və bu məbləğ 1 218 750 ABŞ dolları təşkil edir. (iddia tələblərinin hesablanması cədvəli iddia ərizəsinə əlavə olunur). Bundan əlavə, Ukrayna Mülki Məcəlləsinin 625-ci maddəsinə əsasən, pul öhdəliyini vaxtında yerinə yetirməyən borclu, əgər başqa dərəcə müqavilədə və ya qanunla müəyyən olunmayıbsa kreditorun tələbi ilə, borc məbləğini bütün gecikmə müddəti üçün inflyasiya indeksini və illik 3 % məbləğində faizləri nəzərə almaqla ödəməlidir. Qeyd edilən məhkəmə qərarı ilə ##.##.2021-ci il tarixədək olan müddət üçün gecikmə faizləri tutulmuşdur. Bu səbəbdən, ##.##.2021 – ##.##.2025 tarixləri üzrə gecikmə üçün 3 % illik faiz tutulmalıdır ki, bu da 72 283,56 ABŞ dolları təşkil edir (iddia tələblərinin hesablanması cədvəli iddia ərizəsinə əlavə olunur). İddiaçı ilə borcalan Cavabdeh oğlu arasında bağlanmış borc müqaviləsinin müvafiq bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə̆qüvvədə̆sayılır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçı X6 nümayəndəsi-vəkili İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə̆çıxarılmasını̆xahiş̆etmişdir.
4. Cavabdeh Cavabdeh və onun nümayəndəsi -vəkili Nümayəndə İlham oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, lakin nümayəndə-vəkil Nümayəndə İlham oğlu məhkəməyə ərizə göndərərək göstərmişdir ki, e-*(***)-****/**** saylı mülki mübahisə üzrə ## ###### 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmirlər. Hazırki mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-185.6-cı maddələrinə uyğun olaraq işə cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə İlham oğlunun iştirakı olmadan̆baxılmasını̆mümkün̆hesab̆etmişdir.
5. Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddiaçı X6 cavabdeh Cavabdeh qarşı borc pul vəsaitlərindən istifadə üçün faizlərin, pul öhdəliyinin yerinə yetirilməsinin gecikdirilməsinə görə faizlərin və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, ödənilmiş 1892.16 manat dövlət rüsumu xərcinin iddiaçı X6̆özünə̆aid̆edilməsĭqət̆edilmişdir.̆
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X6 ## #### 2014- cü il tarixində Ukrayna ərazisində (Kiyev şəhərində) cavabdeh Cavabdeh ondan 650 000 ABŞ dolları məbləğində borc pul almasını, borcun qaytarılması müddətinin ## #### 2015ci il tarixinədək müəyyən edilməsini, vəsaitdən istifadə üçün ayda 1,5 faiz ödənilməsinin razılaşdırılmasını, bu barədə cavabdeh Cavabdeh şəxsi imzası ilə qəbzlə yazmasını, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, mülki iş üzrə № ***/*****/** saylı qiyabi qətnaməsi ilə Cavabdeh X6 xeyrinə 650 000 ABŞ dolları məbləğində əsas borc, 117 000 ABŞ dolları məbləğində borc müqaviləsinə əsasən nəzərdə tutulmuş faizlər və pul öhdəliyinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 130 943,84 ABŞ dolları məbləğində illik 3 % faizin tutulmasının qət edilməsini, əsas borcun bu günə kimi qaytarılmamasını göstərərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı̆olmalı,̆yənĭhəmin̆faktın̆varlığı̆barədə̆güvənlĭnəticə̆çıxarmağăəsas̆verməlidir. 8.İşin faktoloji halları və hüquqi əsasları konteksində məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dörd əsas üzrə öhdəliklərin yaranması təsbit edilmişdir: mülkiyyət, sahiblik və istifadə hüquqlarının müdafiəsindən yaranan öhdəliklər; müqavilələrdən yaranan öhdəliklər; əsassız varlanmadan yaranan öhdəliklər və mülki-hüquq pozuntularından (deliktlərdən) yaranan öhdəliklər. Bu öhdəliklər üzrə pozulmuş və pozulması ehtimal edilən hüquq və azadlıqların bərpası üçün istər Azərbaycan Respublikasının vətəndaşları, istər xarici fiziki və hüquqi şəxslər və həmçinin vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilərlər. Bunun üçün birinci növbədə şəxsin məhkəməyə müraciət etmək üçün cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi ilə bağlı subyektiv̆hüquqŭolmalıdır.̆ 9.İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsində irəli sürdüyü tələblərin əsası kimi Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdeh Cavabdeh 897943 ABŞ dolları borcun və 11350 Ukrayna qrivnası məbləğində məhkəmə rüsumunun̆X6̆xeyrinə̆tutulması̆barədə̆qərar̆qəbul̆edilməsinĭgöstərmişdir.
10. Bu xüsusda məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qiyabi qətnaməsinin icrası üzrə hər hansı iddia tələbinin irəli sürülməsi üçün həmin qətnamə Azərbaycan Respublikasında tanınmalı və məcburi icraya yönəldilməlidir. Lakin iş materiallarından görünür ki, sözügedən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qiyabi qətnaməsi Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli **(***)-**/**** nömrəli qərardadı ilə X6 vəkili İddiaçı borcun tutulması barədə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınması̆və̆icrası̆barədə̆ərizəsĭbaxılmadan̆gerĭqaytarılmışdır.̆
11. Digər tərəfdən iş materiallarından görünür ki, Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, ***/*****/** nömrəli qətnaməsi ilə Kiyev şəhəri, Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli ***/*****/** saylı qiyabi qərarı ləğv edilmiş, ərizəçi X10 cavabdehə qarşı borc tələbi rədd edilmişdir. Ukrayna Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə X6 Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024cü il tarixli, ***/*****/** saylı qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilsə də, işin mahiyyəti üzrə həllinə dair hər hansı qərar yoxdur. Ona görə də hazırki halda X6 və onun nümayəndəsi-vəkilinin Cavabdeh qarşı hazırki iddia tələblərinin irəli sürülməsi üçün heç bir subyektiv hüququ yoxdur. Yəni hazırki iddia hüquq və vəzifələr yaradan qanuni qüvvəyə minmiş məhkəmə aktına və cavabdehlər üçün iddiaçı qarşısında öhdəlik yaradan digər qanuni hallara və əsaslara söykənməmişdir. Belə olan halda iddia tələbi mənəvĭziyanăaid̆hissədə̆də̆əsaslı̆hesab̆olunăbilməz.
12. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab etmişdir ki, ödənmiş 1892.16̆manat̆dövlət̆rüsumŭxərcĭiddiaçı̆X6̆özünə̆aid̆edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və IV hissələrinə və 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3, 21.1, 21.2, 23.1, 23.4, 385.1, 386.1, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 448.1, 449.1, 739.1, 739.2, 739.3, 740.1, 740.2, 740.3, 740.4, 740.5, 740.6, 740.7, 740.8, 740.9, 740.10, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ###### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 82.4, 88, 439.1, 439.2, 440.1, 440.2, 443.0, 458.1, 458.2, 458.3, 462, 463, 464, 468.1 və 468.2-ci maddələrinə istinad̆etməklə̆əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı X6 nümayəndəsi və vəkili İddiaçı apellyasiya şikayətĭvermişdir.̆
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının və prosessual hüquq normalarının pozuntusuna yol verməklə tamamilə̆əsassız̆qətnamə̆qəbul̆etmişdir.
16. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi iddiaçı ilə cavabdeh arasında borc pul vəsaiti ilə bağlı, yəni borcun olmasını təstiq edən və cavabdeh tərəfindən imzalanmış qəbz mövcuddur. Eyni zamanda işin faktiki hallarından da göründüyü kimi, Ukrayna dövləti Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qətnaməsindən və Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh ## #### 2014-cü il tarixində Ukrayna ərazisində (Kiyev şəhərində) Cavabdeh (borcalan, borclu) X6 (borc verən, kreditor) 650 000 ABŞ dolları məbləğində borc pul almışdır. Borcun qaytarılma müddəti ## #### 2015ci il tarixinədək müəyyən edilmiş, vəsaitdən istifadə üçün isə ayda 1,5 faiz ödənilməsi razılaşdırılmışdır. Bu borc Cavabdeh şəxsi imzası ilə yazdığı qəbzlə təsdiqlənmişdir. Qəbzdə göstərilən müddətdə Cavabdeh borcu qaytarmamışdır. Buna görə də Maxinçuk V.M. məhkəməyə müraciət edərək borcun tutulmasını tələb etmişdir. Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, mülki iş üzrə № ***/*****/** saylı qiyabi qətnaməsi ilə Cavabdeh (borcalan, borclu) X6 (borc verən, kreditor) xeyrinə 650 000 ABŞ dolları məbləğində əsas borc, 117 000 ABŞ dolları məbləğində borc müqaviləsinə əsasən nəzərdə tutulmuş faizlər və pul öhdəliyinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 130 943,84̆ABŞ̆dolları̆məbləğində̆illik̆3̆%̆faiz̆tutulmuşdur. 17.Hazırda isə iddiaçı müstəqil olaraq cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edərək qəbzdə göstərilən ayda 1,5 % məbləğində faizlər ##.##.2015– ##.##.2025 tarixləri üzrə (125 ay) tutulmalı və bu məbləğ 1 218 750 ABŞ dolları təşkil edir. ##.##.2021– ##.##.2025 tarixləri üzrə gecikmə üçün 3 % illik faiz tutulmalıdır ki, bu da 72 283,56 ABŞ dolları təşkil edir (iddia tələblərinin hesablanması cədvəli iddia ərizəsinə əlavə olunur). İddiaçı ilə borcalan Cavabdeh oğlu arasında bağlanmış borc müqaviləsinin müvafiq bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə̆olunmuş̆normayătam̆uyğundur.
18. Məhkəmə baxış iclasında Ukraina Respublikasının Ali Məhkəməsində hazırki tələbin asılığı olduğu pul tələbinə dair əsas mülki mübahisənin araşdırıldığı məqsədilə mülki işin icraatının dayandırılması barədə vəsatətini məhkəmə əsassız olaraq rədd etmişdir. Belə çıxır ki, məhkəmə subyektiv hüququn əmələ gəlməsi ilə bağlı tədbiq etmək istədiyĭnormalarăözü̆şərait̆yaradmışdır.
19. Odur ki, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsininin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul̆edilməsinĭxahiş̆etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə İlham oğlu apellyasiya şikayətinə qarşı etiraz göndərərək Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin̆dəyişdirilmədən̆saxlanılmasını̆xahiş̆etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X6 nümayəndəsi və vəkili İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yenĭqətnamə̆qəbul̆edilməsinĭxahiş̆etdi.
22. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən Nümayəndə İlham oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/****̆nömrəlĭqətnaməsinin̆dəyişdirilmədən̆saxlanılmasını̆xahiş̆etmişdir.
23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə İlham oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün̆hesab̆etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.3-cü maddəsinə əsasən mülki hüquq və vəzifələr müəyyənləşdirən məhkəmə aktları̆mülkĭhüquq̆və̆vəzifələrin̆əmələ̆gəlməsĭəsasını̆təşkil̆edir. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan̆hər̆hansı̆müqavilə̆şərtlərĭqoymaqdăsərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə̆borcludan̆vəzifəsinin̆icrasını̆tələb̆etmək̆hüquqŭvardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,̆öhdəliyin̆əmələ̆gəlməsĭüçün̆onun̆iştirakçıları̆arasındămüqavilə̆olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə̆tutulmayan,̆lakin̆onăzidd̆olmayan̆müqavilələr̆də̆bağlayăbilərlər. 425.1-ci maddəsinin tələbinə əsasən ŏz hŭquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, ŏhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə mŭvafiq surətdə, belə şərtlər olmadıqda isə işgŭzar adətlərə və ya adətən irəli sŭrŭlən̆digər̆tələblərə̆mŭvafiq̆surətdə̆hərəkət̆etməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə̆bilər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin̆gün̆̆və̆yă̆bŭcür̆dövr̆ərzində̆istənilən̆an̆icrăedilməlidir. 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən̆uçot̆dərəcəsĭmiqdarında,̆lakin̆ildə̆azı̆beş̆faiz̆miqdarındăhesablanır. 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və̆yӑlаzımıncӑicrӑedilməməsĭbаşӑdüşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqdăbŭqaydăqüvvədə̆olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalarăuyğun̆müəyyənləşdirilir. 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün̆nəticələrĭüçün̆kreditor̆qarşısındăməsuliyyət̆daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icrăedilməməsĭborclunun̆icranı̆gecikdirməsĭsayılır. 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt̆üçün̆illik̆beş̆faiz̆ödəməyə̆borcludur.̆Faizdən̆faiz̆ödənilməsĭyolverilməzdir. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün̆hаllаr̆üçün̆cаvаbdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət̆və̆yăhərəkətsizlik)̆üçün̆məsuliyyət̆daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.̆Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin̆miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank̆uçot̆dərəcəsinĭəsas̆götürməklə̆təmin̆edə̆bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı̆öhdəsinə̆götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə,̆borc̆müqaviləsĭyazılı̆formadăbağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz̆almaq̆hüququnămalikdir. 740.2-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin̆razılaşması̆ilə̆müəyyən̆edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3cü̆maddəsinə̆əsasən̆hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə̆hesablanır. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit̆müqaviləsĭilə̆müəyyən̆edilən̆müddətlərdə̆ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsĭnəzərdə̆tutulduqdătətbiq̆edilir.
25. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarı:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyĭdəlillərlə,̆onların̆verdiyĭizahatlarla,̆sənədlərlə̆əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı̆və̆onlardan̆istifadə̆etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş̆qaydadăəldə̆etdiyĭməlumatlar̆sübutlar̆hesab̆olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad̆etdiyĭhalları̆sübut̆etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarlăvə̆hallarlăəlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı̆və̆qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib̆olaraq̆işdə̆iştirak̆edən̆şəxslərə̆aid̆edilir. 217.1-cĭmaddəsinə̆əsasən̆məhkəmənin̆qətnaməsĭqanunĭvə̆əsaslı̆olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual̆hüquq̆normalarınăuyğun̆çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş̆hallara və tərəflərin qarşılıqlı̆münasibətinə̆uyğun̆əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasındătədqiq̆olunmuş̆sübutlarlăəsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq̆edilməlĭolduğunŭvə̆iddiаnın̆təmin̆olunub-olunmаdığını̆müəyyən̆edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmetĭbölünməz̆olduqdăisə̆tam̆yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsinĭyoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və̆kommersiyăkollegiyalarının̆qətnamələrindən̆kassasiyăşikayətĭverilə̆bilər. 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan̆Respublikasının̆məhkəmələrinə̆müraciət̆etmək̆hüquqŭvardır. 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələrĭdaşıyırlar. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və̆kommersiya mübahisələrĭüzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasındăyaşayış̆yeri,̆olduğŭyer̆və̆adətən̆gəldiyĭyer̆olsun. 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə̆icraat̆bŭMəcəlləyə̆və̆digər̆qanunlarăuyğun̆olaraq̆həyatăkeçirilir. 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan̆həmçinin̆aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda…443.0.3. cavabdeh Azərbaycan̆Respublikasının̆ərazisində̆əmlakămalik̆olduqda…
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual̆hüquq̆normalarınăriayət̆etməsinĭyoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyator Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.̆ 31.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin̆dəlillərinə̆müfəssəl̆hüquqĭqiymət̆verməlidirlər.̆
32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ## #### 2014-cü il tarixində Ukrayna ərazisində (Kiyev şəhərində) Cavabdeh X6 650 000 ABŞ dolları məbləğində borc pul almışdır. Borcla bağlı tərəflər arasında Cavabdeh tərəfindən qəbz tərtib edilərək imzası ilə təsdiq edilmişdir. Borcun qaytarılma müddəti ## #### 2015-ci il tarixinədək müəyyən edilmiş, vəsaitdən istifadə üçün isə ayda 1,5 faiz ödənilməsi razılaşdırılmışdır. Cavabdeh göstərilən müddətdə borcu qaytarmamış, buna görə də X6 məhkəməyə müraciət edərək borcun tutulmasını tələb etmişdir. Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, ***/*****/** saylı qiyabi qətnaməsi ilə Cavabdeh X6 xeyrinə 650 000 ABŞ dolları məbləğində əsas borc, 117 000 ABŞ dolları məbləğində borc müqaviləsinə əsasən nəzərdə tutulmuş faizlər və pul öhdəliyinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 130 943,84 ABŞ dolları məbləğində illik 3 % faiz tutulmuşdur. Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, ***/*****/** nömrəli qətnaməsi ilə Kiyev şəhəri, Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli ***/*****/** saylı qiyabi qərarı ləğv edilmiş, ərizəçi X10 cavabdehə qarşı borc tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ukrayna Respublikası Ali Məhkəməsində baxılaraq ## ###### 2026-cı il tarixli yekun məhkəmə qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehin əleyhinə 50000 ABŞ dolları məbləğində borcun bir hissəsinin və 7044,77 ABŞ dolları məbləğində illik 3 faizinin bir hissəsinin tutulması tələbindən imtinası qəbul edilərək Kiyev şəhəri Dnepr Rayon məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 50000 ABŞ dolları və 7044,77 ABŞ dolları illik 3% borcun tutulması ilə bağlı ## ######## 2022-ci il tarixli qiyabi qərarı etibarsız hesab edilərək bu iş üzrə icraatın bu hissədə bağlanılması, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin qiyabi qərarının digər hissələrdə dəyişdirilərək kredit müqaviləsi üzrə toplanan borcun məbləği isə 897943,84 dollardan 840899,57 ABŞ dollarına, məhkəmə rüsumunun məbləği isə 11350 hrivnadan 10699 hrivnaya endirilməsi, kassasiya məhkəməsində işə baxılması ilə bağlı məhkəmə xərclərinin ödənilməsi üçün cavabdehdən iddiaçının xeyrinə 21338 hrivna məbləğində məhkəmə haqqının tutulması qərara alınmışdır. X6 etibarnamə üzrə nümayəndəsi və vəkili İddiaçı Ukrayna Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının tanınması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, borclu Cavabdeh tələbkar X6 xeyrinə 840.899,57 ABŞ dolları borcun, 10669 Ukrayna hrivnası məbləğində dövlət rüsumunun və 21338 Ukrayna hrivnası məbləğində məhkəmə xərclərinin tutulması barədə Ukrayna Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı Azərbaycan Respublikası ərazisində tanınaraq məcburi icraya yönəldilməsi qərara alınmışdır.İddiaçı cavabdehdən 1 218 750 ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq) - borcdan istifadə üçün 125 ay (##.##.2015- ##.##.2025) üzrə faizlərin və 72 283,56 ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq)-##.##.2021- ##.##.2025 tarixləri üzrə pul öhdəliyinin gecikdirilməsinə görə 3 % illik faizlərin tutulmasını tələb̆etmiş,̆cavabdeh̆tərəfindən̆iddiătələbĭqəbul̆edilməmişdir.̆
33. Məhkəmə kollegiyası iddiaçı X6 nümayəndəsi və vəkili İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayətin dəlilləri qismən̆əsaslıdır.
34. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddiaçı ilə cavabdeh arasında borc pul vəsaiti ilə bağlı, yəni borcun olmasını təstiq edən və cavabdeh tərəfindən imzalanmış qəbz mövcud olması, hazırda isə iddiaçının qəbzdə göstərilən ayda 1,5 % məbləğində faizlərin ##.##.2015– ##.##.2025 tarixləri üzrə (125 ay) tutulmalı olması və bu məbləğin 1 218 750 ABŞ dolları təşkil etməsinə dair dəlillərini əsassız hesab edərək qeryd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
35. Həmin Məcəllənin 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ̆bŭMəcəllənin̆439.3-cü̆maddəsinə̆əsasən̆hesablanır.
36. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə̆azı̆beş̆faiz̆miqdarındăhesablanır.
37. Həmin Məcəllənin 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və̆ya)̆digər̆haqlar̆kredit̆müqaviləsĭilə̆müəyyən̆edilən̆müddətlərdə̆ödənilir.
38. Kollegiya qeyd edir ki, iş materiallarında olan yazılı qəbzadən görünür ki, cavabdeh Cavabdeh iddiaçı X6 ## #### 2014-cü il tarixində 650 000 ABŞ dolları məbləğində borc pul almış, borcun qaytarılması müddətinin ## #### 2015-ci il tarixinədək müəyyən edilmişdir. Həmin qəbzdə vəsaitdən istifadə üçün ayda 1,5 faiz ödənilməsi razılaşdırılmış̆və̆cavabdeh̆Cavabdeh̆şəxsĭimzası̆ilə̆qəbzĭtəsdiq̆etmişdir.̆
39. Kollegiya hesab edir ki, iddiaçının hazırda tələb etdiyi 1 218 750 ABŞ dolları məbləğində̆pul̆vəsaitinin̆cavabdehdən̆tutulması̆əsassızdır. 40 Belə ki, iddiaçının cavabdehdən aldığı pul vəsaitinin qaytarılması müddəti ## #### 2015-ci il tarixədək müəyyən olunmuşdur. Həmin vəsaitdən istifadə üçün ayda 1,5 faiz ödənilməsi üçün müqavilənin qüvvədə olma müddətinə qədər tutula bilərdir. Hazırda iddiaçının tələbi isə borcdan istifadə üçün 125 ay müqavilənin bitdiyi ##.##.2015- ##.##.2025̆illərĭəhatə̆edir.̆
41. Kollegiya qanunvericiliyin yuxarıda sadalanan normalarını əsas tutaraq belə qənaətə gəlir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra müqavilədə nəzərdə tutulmuş aydă1.5̆faizlə̆pul̆tələbĭəsassız̆olmuşdur.̆
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ##.##.2021– ##.##.2025 tarixləri üzrə gecikmə üçün 3 % illik faiz tutulmalı olması, iddiaçı ilə borcalan Cavabdeh oğlu arasında bağlanmış borc müqaviləsinin müvafiq bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlaması, bu şərtin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğun olmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehdən öhdəliyin icrasının gecikdirildiyi müddət üçün illik üç faiz tələbinə aid hissədə gəldiyi nəticə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə yanaşı, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun̆olmamışdır.̆
43. Birinci instansiya məhkəməsi iddanı ümumilikdə rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qiyabi qətnaməsinin icrası üzrə hər hansı iddia tələbinin irəli sürülməsi üçün həmin qətnamə Azərbaycan Respublikasında tanınmalı və məcburi icraya yönəldilməlidir. Lakin iş materiallarından görünür ki, sözügedən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qiyabi qətnaməsi Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli **(***)-**/**** nömrəli qərardadı ilə X6 vəkili İddiaçı borcun tutulması barədə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəsi baxılmadan geri qaytarılmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, ***/*****/** nömrəli qətnaməsi ilə Kiyev şəhəri, Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli ***/*****/** saylı qiyabi qərarı ləğv edilmiş, ərizəçi X10 cavabdehə qarşı borc tələbi rədd edilmişdir. Ukrayna Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə X6 Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, ***/*****/** saylı qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilsə də işin mahiyyəti üzrə həllinə dair hər hansı qərar yoxdur. Ona görə də hazırki halda X6 və onun nümayəndəsi-vəkilinin Cavabdeh qarşı hazırki iddia tələblərinin irəli sürülməsi üçün heç bir subyektiv hüququ yoxdur. Yəni hazırki iddia hüquq və vəzifələr yaradan qanuni qüvvəyə minmiş məhkəmə aktına və cavabdehlər üçün iddiaçı qarşısında öhdəlik yaradan digər qanuni hallara və əsaslara söykənməmişdir. Belə olan halda iddia tələbi mənəvi ziyana aid hissədə də əsaslı hesab olunăbilməz. 44.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ##.##.2021- ##.##.2025 tarixləri üzrə pul öhdəliyinin gecikdirilməsinə görə 3 % illik faizlərin tutulması hissəsində gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməklə doğru nəticəyə̆gəlməmiş,̆maddĭhüquq̆normalarının̆tətbiqində̆səhvə̆yol̆vermişdir.
45. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün̆tətbiq̆edilməməsĭdə̆təsbit̆olunmuşdur.
46. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə̆borcun̆qaytarılmaması,̆yənĭöhdəliyin̆yerinə̆yetirilməməsĭilə̆bağlıdır.
47. İş materiallarında olan Kiyev şəhəri, Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli ***/*****/** nömrəli qiyabi qərarından görünür ki, X6 Cavabdeh qarşı borc müqaviləsi üzrə borcun tutulması İlə əlaqədar iddiası təmin edilmiş, Cavabdeh (doğum tarixi ## ### 1972-ci il, VÖEN **********,Raisa Okipna küçəsi,4, mən.82, Kiyev şəhr.,02002) X6 (doğum tarixi ## #### 1978-ci il, VÖEN **********,Velika Vasilkivska küç.,102,mən.109,Kiyev şəhr.,03150) xeyrinə borc müqaviləsi üzrə 897̆943 (səkkiz yüz doxsan yeddi min doqquz yüz qırx üç) ABŞ dolları 84 sent məbləğində borc və 11̆350 (on bir min üç yüz əlli) qrivna 00 qəpik məbləğində məhkəmə rüsumunun tutulması qərara alınmışdır.
48. İşdə olan Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, ***/*****/** nömrəli qətnaməsindən görünür ki, Kiyev şəhəri, Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli ***/*****/** saylı qiyabi qərarı ləğv edilmiş, ərizəçi X10 cavabdehə̆qarşı̆borc̆tələbĭrədd̆edilmişdir.
49. İş materiallarında olan Ukrayna Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehin əleyhinə 50000 ABŞ dolları məbləğində borcun bir hissəsinin və 7044,77 ABŞ dolları məbləğində illik 3 faizinin bir hissəsinin tutulması tətləbindən imtinası qəbul edilərək Kiyev şəhəri Dnepr Rayon məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 50000 ABŞ dolları və 7044,77 ABŞ dolları illik 3% borcun tutulması ilə bağlı ## ######## 2022-ci il tarixli qiyabi qərarı etibarsız hesab edilərək bu iş üzrə icraatın bu hissədə bağlanılması, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin qiyabi qərarının digər hissələrdə dəyişdirilərək kredit müqaviləsi üzrə toplanan borcun məbləği isə 897943,84 dollardan 840899,57 ABŞ dollarına, məhkəmə rüsumunun məbləği isə 11350 hrivnadan 10699 hrivnaya endirilməsi, kassasiya məhkəməsində işə baxılması ilə bağlı məhkəmə xərclərinin ödənilməsi üçün cavabdehdən iddiaçının xeyrinə 21338 hrivna məbləğində̆məhkəmə̆haqqının̆tutulması̆qərarăalınmışdır.
50. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026cı il tarixli qərardadından görünür ki, borclu Cavabdeh tələbkar X6 xeyrinə 840.899,57 ABŞ dolları borcun, 10669 Ukrayna hrivnası məbləğində dövlət rüsumunun və 21338 Ukrayna hrivnası məbləğində məhkəmə xərclərinin tutulması barədə Ukrayna Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı Azərbaycan Respublikası ərazisində tanınaraq̆məcburĭicrayăyönəldilməsĭqərarăalınmışdır.
51. Kollegiya qeyd edir ki, Ukrayna Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 650 000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliyin şərtləri pozulmuş, həmin məbləğ iddiaçıya qaytarılmamışdır. Ukrayna Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası ərazisində tanınaraq məcburi icraya yönəldilməsĭqərarăalınmışdır.
52. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsinĭtələb̆etmək̆hüququnămalikdir.
53. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
54. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir̆(MM-in̆443.1̆və̆443.2-cĭmaddələri).
55. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər̆(əldən̆çıxmış̆fayda)̆başădüşülür.
56. Məhkəmə kollegiyası qeyd edir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin̆ödənilməsinin̆gecikdirilməsinin̆xüsusĭhüquqĭnəticələrĭmüəyyən̆edilmişdir.
57. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ̆tələb̆edə̆bilmirsə,̆gecikdirilmiş̆vaxt̆üçün̆illik̆beş̆faiz̆ödəməyə̆borcludur.̆
56. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehin borclu olduğu pul məbləğini gecikdirdiyi müddət üçün gecikdirilmiş məbləğə münasibətdə ondan illik üç faiz tələb etməsi, yəni 72.258,33 ABŞ dolları məbləğində pul tələb etməsi haqlı olmuş, birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı rədd etməklə əsassız nəticəyə gəlmiş, həmin hissədə gəlinmiş nəticə üzrə birinci instansiya məhkəməsĭtərəfindən̆maddĭvə̆prosessual̆hüquq̆normalarının̆tələblərĭpozulmuşdur.
57. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, **/*** nömrəli rəydən görünür ki, ##.##.2014-cü il tarixli qəbz əsasında X6 tərəfindən cavabdeh Cavabdeh verilmiş 650̆000 ABŞ dollar pulun ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək illik 3̆faizlə̆hesablanan̆faiz̆borcŭ72.258,33̆ABŞ̆dolları̆təşkil̆edir.
58. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul̆edilməmişdir.
59. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, iddiaçı X6 nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi iddiaçının nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın rədd edilmiş 72.258,33 ABŞ dolları və iddianın təmin edilən məbləğinə mütənasib olaraq 206,44 manat dövlət rüsumuna dair hissələrdə ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə təmin edilməli, qətnamə iddiaçı X6 nümayəndəsi və vəkili İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən̆şəxslərə̆aid̆edilir.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci cavabdeh Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X11, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944̆SWIFT̆BİK̆CTREAZ22̆hesaba)̆ödənilməlidir. 62.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə̆kollegiyası Q̆Ə̆T̆̆̆̆ĔT̆D̆İ̆:
İddiaçı X6 nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən̆təmin̆edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 72.258,33 ABŞ dolları və 206,44 manat̆dövlət̆rüsumunădair̆hissələrində̆ləğv̆edilsin.̆ Ləğv̆edilmiş̆hissədə̆yenĭqətnamə̆qəbul̆edilsin. İddiătələbĭhəmin̆hissədə̆təmin̆edilsin. Cavabdeh Cavabdeh 72.258,33 ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə və 206,44 manat məbləğində dövlət rüsumu alınıb̆iddiaçı̆̆X6̆ödənilsin.̆ Ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci cavabdeh Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X11, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BİK CTREAZ22 hesaba)̆ödənilsin. Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı X6 nümayəndəsi və vəkili İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən̆qalan̆hissədə̆dəyişdirilmədən̆saxlanılsın. Qətnamədən, ̆cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsınăkassasiyăşikayətĭverə̆bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanunĭqüvvəyə̆minir.