Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-121/2026 12.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(016)-232/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 20.100 manat məbləğində pulun, qızılların (3 qram sep pandora, 2.5 qram bir dəst sırğa, 2 qram üzük ağ qızıl, 1,5 qram üzük, 2 qram qolbaq, (ümumi 585 əyar olmaqla), (bu mümkün olmadıqda qızılın dəyəri miqdarında nağd şəkildə pulun) və ödədiyi 151 manat dövlət rüsumu əvəzinin alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh təxminən 10 ıl müddət olar ki, tanıyır. Xırdalan şəhərində qonşuluq münasibətləri olmuşdur. Qonşuluqda olduqları müddətdə heç bir ədavət və düşmənçilikləri olmamışdır. 2022- ci ilin yay aylarında Cavabdeh ona zəng edərək demişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində bır obyekt var. Həmin obyektin sahibini yoldaşı Rəşid tanıyır. Həmin obyekt cehizlik malları satan dükandır. Günay həmin dükanı icarəyə şərikli olaraq götürüb işlədək demişdir. Ona həmin işlərdən başı çıxdığını, sadəcə özünün gedib malları gətirib satacağını, onun heç bır işə qarışmayacağını demişdir. O da bu barədə Günayla razılaşmışdır. Ona özündə bir miqdar pul olduğunu, qalan pulu da onun düzəltməyini istəmişdir. O, həmin zaman əməliyyat olunduğu üçün gedib Günay dediyi mağazaya baxa bilməmişdir. Günay ona "səndə nə qədər varsa mənə pul ver mən də qalanını düzəldib obyekti açacam biz ikimiz də şərikli qazanacağıq” demişdir. O, Günayın dediklərinə inanmışdır. Həmin zamanlar o “Elantra” markalı avtomobilini satdığı üçün əlində pul var idi. Günay da əlində pul olduğunu bilirdi. Buna görə də ondan obyekt açmaq üçün pul istəmişdir. 2023-cü ilin aprel ayının sonlarında Xırdalan şəhərində yerləşən H.Əliyev- adına parkda Günay ilə görüşərək ona 4000 (dörd min) manat pul əlbəəl vermişdir. (Bunu Günay özü də təsdiqləyir.) Həmin zaman Günayın yanında onun Rəşad adlı oğlu var idi. Bundan təxminən 5-6 gün sonra Günay ona zəng edərək guya şərikli işlədəcəyi obyektdə həmin obyektin içini məhsulla doldurmaq üçün yenə pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Rahat market” dən olan ödəniş terminallarından biri vasitəsi ilə Günayın qızı X1 hesabına 3700 (üç min yeddi yüz) manat pul göndərmişdir. Günay ona zəng edərək qızının kartında problem olduğundan pulu onun kart hesabına göndərməyini istəmişdir. Bir neçə dəqiqə sonra isə həmin marketdən yenidən ona göndərdiyi Cavabdeh ona göndərdiyi özünə məxsus kart hesabına 3000 (üç min) manat pul göndərmişdir. Günay onunla danışaraq pulun ona gəlib çatdığını və hər şeyin qaydasında getdiyini, tezliklə işə başlayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Günay ona zəng edərək pulun bəs etmədiyini, yenidən ona pul göndəməyini istəmişdir. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən "Bizim market”də olan ödəmə terminallarından biri vasitəsi ilə Günayın qızı X1 hesabına 2800 (iki min səkkiz yüz) manat pul göndərmişdir. Bir neçə gün sonra Günayın kart hesabına yenidən 2000 (iki min) manat pul göndərmişdir. Bundan təxminən bir həftə sonra xx.xx.2023-cü il tarixdə Günay yenidən ona zəng edərək obyekt üçün pul lazım olduğunu demişdir. Həmin tarixdə Günayın kart hesabına Xırdalan şəhəri, 27ci məhəllədə yerləşən 'Ruzi marketdən 1000 (min) manat pul göndərmişdir. Ümumilikdə aprel ayının sonlarından xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Günaya 18000 (on səkkiz min) manat pul vermişdir. Təxminən bir ay sonra Günay ona zəng edərək cehizlik mağazası söhbətinin alınmadığını, başqa bir gözəllik salonu, lazer xidmətləri dükanı açacaqlarını və oradan gəlir gələcəyini, lakin bunun üçün pul çatmadığını, 7000 manat pul lazım olduğunu bildirmişdir. Günaydan onun nə qədər pul qoyduğunu soruşan zaman isə Günay ona “sən nə qədər pul qoysan mən də həmin qədər pul qoyacam” demişdir. O, ondan lazer dükanının harda yerləşdiyini soruşduqda, həmin dükanın Masazır qəsəbəsində yerləşdiyini demişdir. O, Günaydan ona əvvəl verdiyi pulların necə olduğunu soruşduqda, ona həmin pulları yeni açılacaq mağazada lazer aparatı almaq üçün lazım olduğunu demişdir. O, Günaya inanaraq onu yaşadığı ünvana çağırmışdır. Həmin zaman əməliyyat olunduğuna görə evdən çıxa bilmirmiş. 2023-cü ilin iyul ayında Günay onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində yerləşən mənzilə gəlmişdir. Evdə söhbət etdikdən sonra o, ona 7500 (yeddi min beş yüz) manat pul vermişdir. Ona pul verən zaman qaynanası X4 evdə idi. Bir neçə müddət sonra, o onun işləri yubatdığını görüb onu aldatdığını düşünmüşdür. Ona zəng edərək 25500 manat pulunu geri istəmişdir. O da həmin pulu yaxın günlər ərzində ona qaytaracağını bildirmişdir. Günay ona 3 ay ərzində 5400 manat pul geri qaytarmışdır. O, ondan pulun qalan hissəsini istədiyi zaman ona faizə verdiyini və bir neçə günə geri qaytaracağını bildirmişdir. Bugünədək dəfələrlə onu aldadaraq müxtəlif bəhanələrlə verdiyi pulları ödəməkdən imtina etmişdir. Cavabdeh verdiyi pulları sübut edən dəlillər WHATSAPP mobil tətbiqi vasitəsilə aralarında olan yazışmalar, həmin mobil tətbiq vasitəsilə ona göndərilmiş səs yazıları və ödədiyini təsdiq edən qəbzlərdir. Cavabdehə ödədiyi məbləğ ümumilikdə 25500 (iyirmi beş min beş yüz) manat təşkil edir. Bu məbləğin 5400 (beş min dörd yüz) manatını geri qaytarmışdır. Bu pulları götürdüyünü təsdiq edən qəbzlər də var. Bundan əlavə həmin ərəfələrdə Günayın iş yoldaşlarında onun vasitəsilə münasibəti yaranmışdır. Həmin zamanlarda Günay onun iş yoldaşlarıyla lotareya oynamış, geri ödəmə müddəti gəldiyində ödəmək üçün əlində pul olmadığını, ondan dəyəri 600-700 manat təşki edən qızılları (3 qram sep pandora, 2,5 qram bır dəst sırğa, 2 qram üzük ağ qızıl, 1,5 qram üzük, 2 qram qolbaq (ümumi 585 əyar olmaqla)) xahiş edib almışdır ki, lombarda qoyub lotareya oynadığı digər şəxslərin pulunu versin. O da məcbur olub onun vasitəsilə tanıdığı iş yoldaşlarının arasında biabır olmasın deyə qızılları vermişdir. Lakin həmin şəxslərin pulunu ödəmədiyi üçün o, məcbur olub özü ış yoldaşlarının verdiyi pulları geri ödəyişdir. (Bu barədə Günay Abşeron rayon Polis İdarəsində verdiyi izahatında da etiraf etmişdir.) 2023-cü ilin dekabr ayında Günayın qızı Aytac ona zəng vurub xahiş etmişdir ki, “xala nə olar mən işə düzəlməliyəm, sizin pulunuzu qaytara bilməyim üçün anama kömək edin”. Aytac qızının rəfiqəsi olduğu üçün ona 800 manat pul vermişdir. O, həmin vaxt dediyinə görə işə düzəlmişdir. 2024-cü ilin yanvar ayında Aytac onun kartıma 500 manat pul göndərmişdir. Qalan 300 manatı da anası qaytaracaq demişdir. (Bu barədə Aytac Abşeron rayon Polis İdarəsinə anasına görə gəldikdə ifadəsində təsdiq edib.) Cavabdeh iş qurmaq üçün verdiyi pulları və qızılları geri qaytarmaqdan yayındığını, onu aldatdığını düşünüb olanlar barədə 2024-cü ilin fevral ayında Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciətinə baxılmış, o və Cavabdeh izahat alınmışdır. Ona izah edilmişdir ki, yaranmış mübahisə mülki xarakterli olduğuna görə o pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. Cavabdeh tez bir zamanda ondan aldığı pulları qaytaracağını bildirsə də, bu günədək həmin məbləği qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günədək borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətirərək, pulu ödəməkdən yayınmışdır. Buna görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Ağsu Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(016)-232/2025 nömrəli qətnaməsi ilə (hakim Babək Qasımov) iddianın qismən təmin edilməsi, Cavabdeh 9180 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 111,8 manatının İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 39,2 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 20 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 500 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 500 manat, xx.xx.2023- cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 1200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 1000 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 800 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023- cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023- cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 700 manat, xx.xx.2023- cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 400 manat, xx.xx.2023- cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 400 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 50 manat, xx.xx.2023- cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 50 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 100 manat olmaqla, cəmi 9020 manat ödəniş etmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülki iş üzrə İddiaçı iddia ərizəsində yazdıqları həqiqətə uyğun deyil. İddiaçı 17700 (on yeddi min yeddi yüz) manat 10%-ə pul almışam. İddiaçı faizə aldığı 17700 (on yeddi min yeddi yüz) manat puldan altı ay ərzində hər ay ona 1800 (min səkkiz yüz) manat olmaqla, ümumilikdə 10800 (on min səkkiz yüz) manat pulu iddiaçıya qaytarmışdır. Bundan əlavə İddiaçı ona rəhm edərək 500 manat nəğd pul vəsaitini faizsiz olaraq köməklik məqsədilə sonradan qaytarmaq şərtilə vermişdir. Həmin 500 manatı qaytarmışdır. Vicdanlı vətəndaş olaraq iddiaçının ona faizə pulları verməsi ilə bağlı əlində heç bir sübutu olmadığı halda o özü həqiqətdə nə olubsa onları etiraf etmişdir. İddiaçı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinə məndən şikayət etdikdə, Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırma aparıldı və mənim İddiaçı olan pul borcumun məbləği dəqiqləşdirildi, (17700+500)-10800=7400 (yeddi min dörd yüz) manat olduğu dəqiqləşdirildi. İddiaçı ilə aralarında olan şifahi razılaşmaya görə, onun himayəsində üç nəfər azyaşlı uşaq saxlamasını nəzərə alaraq belə razılaşmışlar ki, onun ona borclu olduğu 7400 manat pul vəsaitini hissə-hissə olaraq ayda 300 (üç yüz) manat olmaqla İddiaçı qaytaracaq. İddiaçı onun telefonunu götürməmişdir və ona məhkəmələrlə hədə gəlməyə başlamışdır və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, faktiki vəziyyət belə olduğu halda, Ağsu Rayon Məhkəməsi iddiaçının iddia tələbini qismən təmin edərək, iddiaçıya 9180 manat ödəməli olduğunu qeyd etməklə yalnış nəticəyə gəlmişdir. Bu hal onu göstərir və tam sübuta yetirir ki, Ağsu Rayon Məhkəməsi e-2(016)-232/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini qət edərkən mülki işə səthi yanaşmışdır. Ağsu Rayon Məhkəməsi iddiaçının iddia tələbinin qanunsuz və əsassız olduğunu bildiyi halda, iddiaçının ona pullarını verməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut, qəbz,əlyazısı və.s sənəd təqdim etmədiyi halda iddiaçının maraqlarının qorunması məqsədi ilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bu hal məhkəmə tərəfindən sübut edilməmişdir.
8. Ona görə də, Ağsu Rayon Məhkəməsinin e-2(016)-232/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə İddiaçıdan faizə götürdüyü pullardan qaytara bilmədiyi 7400 manatın iddiaçı ilə aralarında olan razılaşmaya görə ondan hissə-hissə ayda 300 manat tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək Ağsu Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(016)-232/2025 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə İddiaçıdan faizə götürdüyü pullardan qaytara bilmədiyi 7400 manatın iddiaçı ilə aralarında olan razılaşmaya görə ondan hissə-hissə ayda 300 manat tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və Ağsu Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(016)-232/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(016)-232/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birlikdə iş qurmaq məqsədilə müəyyən vaxtlarda ümumilikdə 20100 manat pul məbləğinini iddiaçı cavabdehə verdiyini qeyd etmişdir. Lakin həqiqətdə iddiaçı həmin məbləğdə pul vəsaitini cavabdehə verməsini işin hər hansı halı ilə sübut edə bilməmişdir. Belə ki, cavabdeh Günay Mehralıyeva məhkəmə iclasında iştirak etməsədə məhkəməyə təqdim etdiyi etirazda, həmçinin onunla əlaqə saxlanılarkən iddiaçıdan ümumilikdə 18200 manat məbləğində pul aldığını etiraf etmiş, həmçinin həmin məbləğdən ümumilikdə 9020 manat ödəniş edilməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərin surətləri ilə sübuta yetirilir. Belə olan təqdirdə cavabdehin iddiaçıdan 18200 manat məbləğində pul alması onun özünün etirafı ilə və həmin məbləğdən 9020 manat ödəniş etməsi məhkəməyə təqdim edilmiş qəbzlərin surətləri ilə sübut olunduğundan, hazırda cavabdehin iddiaçıya 9180 manat borcu qaldığı müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 18200 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, 9180 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
23. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(016)-232/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(016)-232/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.