Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-131/2026 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, iddiaçı X1 cavabdeh İddiaçı qarşı təzminat tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) X3 (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, iddiaçı X1 cavabdeh İddiaçı qarşı təzminat tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(025)-455/2025 nömrəli qətnaməsindən cavabdeh X1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı Cavabdehna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh xx.xx.2025-ci il tarixdə “KM38” nömrəli növbə bileti əsasında bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı xidmətdən əsassız imtina etməsi səbəbindən maddi və mənəvi zərər çəkdiyini göstərərək 1.000,0 manat məbləğində maddi və 5.000,0 manat məbləğində mənəvi zərərin ödənilməsi, o cümlədən 80,0 manat məbləğində dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddia qaldıraraq AR Ədliyyə Nazirliyinə, AR ƏN Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, AR DİN Qəbələ RPŞ-yə və Qəbələ rayon prokurorluğuna göndərilən çoxsaylı şikayət ərizələrində Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu onun qanunazidd fəaliyyət göstərməsi və vətəndaşların hüquqlarını qəsdən pozulması barədə həqiqətə uyğun olmayan məlumatların yer aldığını, həmin hərəkətlərlə işgüzar nüfuzuna xələl gətirildiyini və fəaliyyətinin dəfələrlə araşdırıldığını, bu səbəbindən mənəvi zərər çəkdiyini göstərərək dəymiş zərərin ödənilməsindən ötrü 10.000 (on min) manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(025)-455/2025 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) İddiaçı Cavabdehna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasının, iddiaçı Cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X1 nümayəndəsi Vəkil аpellyаsiyа şikаyəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Qəbələ Rayon Məhkəməsinin hakimi X10 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti şikayət etmə müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə birlikdə məhkəməyə daxil olmuşdur. Odur ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 361-ci maddəsinin tələbinə uyğun olub-olmadığının müzakirə olunması və sonrakı hərəkətlərin edilməsindən ötrü iş materiallarının geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(3-10)- 131/2026 nömrəli mülki iş üzrə apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 05 fevral 2026-cı il tarixli, 2(3-10)-131/2026 nömrəli qərardadı ləğv edilsin. İş Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(025)-455/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi şikayətin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Qəbələ Rayon Məhkəməsinə qaytarılması üçün baxışdan çıxarılsın və Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-131/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-131/2026
10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver