Məhkəmə qərarları › İş №2(3-10)-134/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-134/2026

08.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-134/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı̇İddiaçı̇Emı̇ṅqızınıṅcavabdeḣ"DaşınmażƏmlakıṅDövləṫKadastrı̇və Reyestri" Publı̇k̇Hüquqi̇Şəxsiṅ**̇saylı̇UcaṙƏrazi̇Idarəsinə̇qarşı̇müayinə̇aktının etibarsıżhesaḃolunması̇tələbinə daiṙiddiası̇ilə̇bağlı̇mülki̇iş̇üzrə (Açaṙsözlər: işiṅməhkəmədə̇baxılmalı̇olmaması,̇icraata xitam) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı İddiaçı Emı n qızının nümayəndəsi və vəkili X6 iştirakı ilə, Iddiaçı İddiaçı Emı n qızının cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publı k Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinə qarşı “müayinə aktının etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Emı n qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyəṅ etdi: Iddiaçı İddiaçı Emin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında Məlikova Esmira Bayram qızının adına verilmiş müayinə (baxış) aktının etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə X3 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı “noyabr 2003-cü il” tarixli JN-***F nömrəli (kod 40812018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır. X3 həmin torpaq sahəsini ##.##.2005-ci il tarixli müqavilə əsasında X7 və həmin alqı-satqı müqaviləsi əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adına çıxarış və torpaq sahəsinin planıölçüsü sənədi verilmişdir. X7 ## #### 2008-ci il tarixdə DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və plan-ölçüyə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini 16550 manat ödəməklə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin alqı-satqı müqaviləsi ## #### 2008-ci il tarixdə Ucar rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.Ə.Cəlalov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin ** saylı Ərazi Idarəsinə müraciət etmişdir. Lakin, sonuncu Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mübahisəli halların olduğunu əsas gətirərək ## #### 2015-ci il tarixli, ************ nömrəli məktubla mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Hüququnun qeydə alınmamasından narazı qalaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «## #### 2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Inzibati Məhkəməsinin ## ####### 2015-ci il tarixli, *- *(**)-***/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Şəki Inzibati Məhkəməsinin ## ####### 2015-ci il tarixli, 2- *(**)-***/**** saylı qərarı bugünədək icra olunmamışdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsi məhkəmə qərarını icra etməməsinə səbəb kimi Şəki Inzibati Məhkəməsinin icraatında Məlikova Esmira Bayram qızının iddiası üzrə baxılan *-*(***)- ****/**** saylı inzibati iş olmasını göstərir. Şəki Inzibati Məhkəməsinin icraatında olan *- *(***)-****/**** saylı inzibati iş üzrə Məlikova Esmira Bayram qızı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDSnin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında verilmiş müayinə (baxış) aktı sübut kimi təqdim olunmuşdur. Məlikova Esmira Bayram qızı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında verilmiş müayinə (baxış) aktının onun mülkiyyətində olan torpaq sahəsinə işlənildiyini iddia edir. Bu səbəbdən də, o Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDSnin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında verilmiş müayinə (baxış) aktının etbarsız hesab olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etməyi zəruri hesab edir ki, həmin müayinə baxış aktı hüquqlarını pozmaqla bərabər həm də, qanunsuz olaraq verilmişdir. Belə ki, həmin müayinə baxış aktının verilməsi əsası kimi Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu qeyd olunmuşdur. Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı qərarı ilə isə Məlikova Esmira Bayram qızına 0.06 ha başqa torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adına 0.06 ha torpaq sahəsinə dair ************ reyestr nömrəli çıxarış verilmişdir. Hazırda mübahisələndirdiyi müayinə-baxış aktındakı torpaq sahəsinin ölçüsü isə 0.11 ha-dır. Yəni, başqa ərazidə yerləşən 0.06 ha torpaq sahəsinə dair verilmiş Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı qərarınından qanunsuz olaraq istifadə olunmuş, torpaq sahəsinin ölçüsü qərardakı ölçüdən artıq qeyd olunmuş və notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinə dair müayinə-baxış aktı tərtib edilmişdir. Həmin müayinə baxış aktının rəqəmsal kadastr xəritəsindən çıxarış hissəsində 4 döngə nöqtəsinin qeyd olunmasına baxmayaraq, 1 döngə nöqtəsinin koordinatı qeyd olunub. Həmin müayinə baxış aktında tarix qeyd olunmamışdır. Məlum olduğu kimi hər bir sənədin önəmli rekvizitlərindən biri tarixdir. Həmin müayinə baxış aktının tərtib olunmasına əsas olmuş ilkin texniki sənəd mövcud deyil. Hüquqlarını pozduğu üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş həmin müayinə (baxış) aktının etibarsızlığı ilə bağlı tədbir görməyi barədə həmin qurumun hüquqi varisi olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsinə müraciət etmiş, lakin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsi əsassız olaraq, ərizəsinin icrasından imtina etmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova) iddiaçı İddiaçı Emin qızının cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publı k Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinə qarşı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında Məlikova Esmira Bayram qızının adına verilmiş müayinə (baxış) aktının etibarsız hesab olunmasına dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnaməsindən iddiaçı İddiaçı Emin qızı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Emı n qızının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsininin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publı k Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məlikova Esmira Bayram qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı İddiaçı Emin qızının cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publı k Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinə qarşı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsinə qаrşı hazırkı tələblə bağlı iş üzrə icraata xitam verilməli olmasına dair mövqeyini aşağıdakılarla əsaslandırır; Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən Göyçay rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ************ reyestr nömrəsi ilə Məlikova Esmira Bayram qızının adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında Məlikova Esmira Bayram qızının adına Göyçay rayonu, Potu kəndində 0.11 ha torpaq sahəsinin müayinə (baxış) aktı verilmişdir. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli **/**** nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ** saylı Ərazi Idarəsi tərəfindən 0.11 ha torpaq sahəsinə tərtib edilmiş “Müayinə (baxış) aktının etibarsızlığı ilə bağlı tədbir görülməsi barədə ## ###### 2023-cü il tarixli **/**** saylı məktuba ** saylı Ucar Ərazi Idarəsində baxılmış, 0,11 ha torpaq sahəsinə tərtib edilən “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktı” sözügedən torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirir və ** saylı Ucar Ərazi Idarəsi tərəfindən hazırlanmamışdır. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli **/*** nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən verilmiş müayinə (baxış) aktında hüquqmüəyyənedici sənəd kimi Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsas götürülüb. Lakin hansı texniki sənəd əsassında tərtib edilməsi barədə məlumat qeyd edilməyib. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi idarəsi tərəfindən verilmiş müayinə (baxış) aktları texniki sənəd hesab olunur. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, aktın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə ümumiyyətlə, həmin aktın mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş aktın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Kollegiya hesab edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş müayinə aktı özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair dövlət orqanının əməkdaşlarının mövqeyini əks etdirir. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində Məlikova Esmira Bayram qızı hər hansı hüquqi nəticə əldə etməmiş, X4 rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən əldə etmişdir. Iddiaçının hazırda mübahisələndirdiyi müayinə aktı sadəcə texniki sənəd olmaqla, həmin aktda yalnız dövlət orqanının əməkdaşlarının aşkar etdikləri halların təsviri əks olunmuşdur və müstəqil hüquqi nəticə doğurmur. Müvafiq olaraq iddiaçı da məhz hüquqi nəticə yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və həmin aktın məlumatları nəzərə alınmaqla hər hansı şəxs barəsində hüquqmüəyyənedici qərarın qəbul edilməsi iki ayrı mərhələdir. Aktın tərtib edilməsinə baxmayaraq hüquqi nəticə doğuran qərar qəbul edilməyə də bilər. Hazırkı iş materialları ilə müəyyən olunur ki, X4 rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirilən müayinə aktının əsasında deyil, Göyçay rayonu, XDS-nin ##.##.1993cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən əldə etmişdir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, kollegiya hesab ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş müayinə aktı özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Iddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi nəticə doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Hazırkı vəziyyətdə aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağının müəyyən olunması halında ehtiyac yaranır. Аzərbаycаn Respublikаsı MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Beləliklə, hazırkı halda müayinə aktının etibarsızlığı tələbinə münasibətdə mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 9.1-ci mаddəsinə əsаsən ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Mülki-prоsessuаl qаnunvericilikdən də göründüyü kimi, mülki işlərdə tərəflər mövcud оlduğu hаldа mülki icrааt mövcud оlа bilər və yаlnız bu hаldа çəkişmə prinsipinin tələblərinə əməl edilə bilər. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçı Emin qızına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 384, 385, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа̇аldı: Iddiaçı İddiaçı Emı n qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçı Emı n qızına qaytarılsın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar