Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-135/2026 21.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh qarşı “pul və əşya” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əhəmiyyətsiz əqd üzrə pul tələbi, əsassız varlanma, əmlakın özgəsinin qanunsuz sahibliyindən geri alınması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı Cavabdeh, Cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh iştirakları ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh qarşı “pul və əşya” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: Işin halları
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhər XDS Icraiyyə Komitəsinin ## #### 1980-ci il tarixli, *** saylı qərarına əsasən Mingəçevir şəhər Bozdağın ətəyindən 4 ha torpaq sahəsi * saylı Ərazi Nəqliyyat Kontoruna ayrılmış, Kontorun Həmkarlar Komitəsinin qərarına əsasən ## ###### 1999-cu il tarixli «Sevinc» bağçılığının siyahısına daxil edilmişdir və ona 6 sot bağçılıq sahəsi verilmişdir. Torpaq sahəsi həmin vaxtdan iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsində yaşayış evi inşa etdirib orada yaşamışlar. Bununla belə, sonradan bağçılığın adı «mexanizator» kollektiv bağçılıq təsərrüfatı adlandırılmışdır. Hazırda Mingəçevir şəhər XDS Icraiyyə Komitəsinin ## #### 1980-ci il tarixli *** saylı qərarı ilə 5№li Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə ona verilmiş 0.06 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydə alınmaqla onun adına Çıxarış verilməsi öhdəliyi qoyulması barədə iddia qaldırmışdır. Iddiaçı məhkəməyə bağçılıq pasportunun kserosurətini təqdim etmişdir. Həmin bağçılıq pasportunda «Sevinc» bağçılıq təsərrüfatının Həmkarlar Komitəsinin arayışının əsli əlavə olunmuşdur. Oğlunun borc məsələsi ilə əlaqədar həmin sənədləri Cavabdeh vermişlər. Borcu qaytara bilmədiklərindən cavabdeh onları zorla torpaqlarından və evlərindən çıxarmışdır. Belə ki, Cavabdeh onun sənədlər əsasında özünə həmin torpağa mülkiyyət hüququna dair sənəd almaq istəyir. Həmçinin onlara həmin torpağa sahiblik etməyə imkan vermir. Halbuki, Cavabdeh həmin torpaq sahəsinə heç bir əmlak hüquqları yoxdur. Odur ki, iddianın təmin olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
3. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ilkin iddia tələbinin rədd edilməsi, ilkin iddia tələbinin tələb olunacağı təqdirdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh 30.000 (otuz min) manat pulun və ödənilmiş 180 (bir yüz səksən) manat rüsumun alınıb ona verilməsi və torpaq sahəsinin boşaldılması ilə pulun eyni vaxtda verilərək icra olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun həyat yoldaşı Qarşılıqlı iddia üzrə cavabdeh 2022-ci ilin mart ayından oğlu Sənan Nəcəfovun vasitəsilə tanımışdır. Belə ki, oğlu Sənan İddiaçı oğlu Rusif ilə dost münasibətlərində olmuşdur. Rusif oğlu Sənana Mingəçevir şəhəri, ”Samux” küçəsində yerləşən “Sevinc” Bağ massivində 6 sot torpaq sahəsində yerləşən 3 otaqlı evlərini 20.000 (iyirmi min) manata satdıqlarını demişdir. Sənan da bu barədə ona məlumat vermişdir. Yaşadıqları ev kiçik olduğundan həmin fərdi yaşayış evini almağa razılıq vermişlər. 2022-ci ilin mart ayının sonunda həmin fərdi yaşayış evinə baxmaq üçün getmişdir və evin satışı ilə bağlı ilkin olaraq 20000 manat müqabilində Rusiflə razılaşalar da, onun atası Yusif evi onlara 25.000 manata satacağını demişdir. Elə onlar da bu şərtlə razı olmuşlar. Beləliklə, ## ##### 2022-ci il tarixdə o Mingəçevir şəhər, ”Samux” küçəsində yerləşən “Sevinc” Bağ massivində 6 sot torpaq sahəsində və onun üzərində olan 3 otaqlı yaşayış evlərini İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh 25.000 manata almışdır. Lakin həmin vaxt torpaq sahəsi və fərdi yaşayış evini çıxarışı olmadığı üçün aralarında olan alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirə bilmədik. Lakin, buna baxmayaraq biz ərizəçinin evində olmuşlar, alqı-satqıyla bağlı pulları sayıb əlbəəl İddiaçı və onun həyat yoldaşı Qarşılıqlı iddia üzrə cavabdeh vermişlər. Bu barədə video çəkiliş aparılmışdır. Eyni zamanda da həmin vaxt torpaq və evlərin alqı-satqısı ilə məşğul olan Ramil Rəhimov, oğlu Sənan və İddiaçı oğlu Rusif də iştirak edirdi. Aralarında olan razılığa əsasən həmin pulun 18000 (on səkkiz min) manatını nağd şəkildə İddiaçı və onun əri Qarşılıqlı iddia üzrə cavabdeh vermişlər. Belə ki, oğlu Sənanla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu Rusif 2020-ci ilin əvvəllərində “Kapital Bank”dan kreditə 13000 (on üç min) manat pul götürmüşlər və həmin pulun 5000 manatını oğlu Sənan, 8000 manatını isə Rusif götürmüşdür. Rusif götürdüyü pulu qaytara bilmədiyindən onun yerinə 7000 manatı da banka onlar ödəmişlər. Bu şəkildə həmin 7000 manatı da 25000 manatdan çıxdıqdan sonra 18000 manat pulu ##.##.2022-ci il tarixdə Rusifin anası İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh aldıqları, Mingəçevir şəhəri, “Sevinc” bağ massivində yerləşən fərdi yaşayış evində vermişlər. Həmçinin həmin torpaq sahəsinin sənədlərinin hazırlanması üçün İddiaçı torpaq sahəsinin alqı-satqı ilə məşğul olan Ramil Rəhimovun adına 1 il müddətinə mülki etibarnamə vermişdir ki, qeyd olunan bağ sahəsinə çıxarış alıb onun adına keçirtsin. 1 aydan sonra isə cavabdehlər İddiaçı və ailə üzvləri evdən çıxmışlar. Bundan sonra mən həmin evin təmiri üçün də əlavə olaraq 5000 (beş min) manat pul xərcləmişdir. Lakin, buna baxmayaraq İddiaçı ona satdığı torpaq sahəsi və bağ evini hazırda əlindən almaq istəyir. Bu isə Qanunvericiliyin tələblərinə tam ziddir. Çünki, o qeyd olunan bağ evinin alınması üçün İddiaçı 25000 (iyirmi beş min) manat məbləğdə pul vermişdir və bu məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapır. Digər tərəfdən isə aldığı evin təmir olunması üçün əlavə olaraq 5000 manat pul xərcləmişəm. Bu məsələ ilə bağlı həm onun şikayəti, həm də ərizəçinin şikayətləri əsasında Mingəçevir şəhər X5 Şöbəsində araşdırılma aparılmışdır. Bununla bağlı izahatları alınmış və İddiaçı və onun həyat yoldaşı Qarşılıqlı iddia üzrə cavabdeh verdikləri izahatlarında sözügedən torpaq sahəsi və yaşayış evi üçün onlara 25000 (iyirmi beş min) manat məbləğində pul verdiyimi etiraf etmişlər. Odur ki, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən “Iddia tələbinin həcminin artırılması” və “iddia tələbini dəqiqləşdirilməsi”nə dair ərizədə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh 25000 (otuz min) manat məbləğdə pulun, ödənilmiş 180 manat dövlət rüsumunun alınıb ona verilməsi və eyni zamanda 28 adda əşyaların yəni, 1) Samsung markalı paltar yuyan maşın; 2) 1 ədəd soyuducu; 3) stol üstü 4 gözlü qaz sobası; 4) 2 ədəd televizor; 5) 2 ədəd televizor altlığı; 6) çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 7) 1 ədəd tülpan - əl-üz yuyan; 8) 1 ədəd paltar üçün şkaf; 9) 1 ədəd açılan çarpayı; 10) 2 ədəd stol; 11) 6 ədəd stul; 12) 1 ədəd paltar asılqanı; 13) 2 ədəd divan kreslo; 14) 1 ədəd elektrik sobası; 15) 1 ədəd mətbəx stolu; 16) 4 ədəd pərdə; 17) 1 ədəd paltar üçün vanna; 18) 1 ədəd telefon aparatı; 19) 1 ədəd modern; 20) 1 ədəd paltar üçün böyük çanta; 21) 1 ədəd peyk antenası; 22) 3 ədəd xalça; 23) üstünə salman divan-kreslo üzlüyü; 24) 2 ədəd odeyal; 25) 2 ədəd yorğan; 26) 2 ədəd mütəkkə və yastıq; 27) mətbəx ləvazimatları və 28) 4 ədəd çilçıraq əşyalarının alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclası zamanı qarşılıqlı iddianı müdafiə etdi və izahatında göstərdi ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun həyat yoldaşı Qarşılıqlı iddia üzrə cavabdeh 2022-ci mart ayında oğlu Sənan vasitəsilə tanımışdır. Bundan əlavə aprel-may aylarında təmirə başlamışlar. 6 ay evdə təmir işləri aparmışlar. Bundan əlavə həm onların, həm də qarşılıqlı iddia üzrə cavabdehin şikayəti əsasında Mingəçevir Şəhər X5 Bölməsində araşdırılma aparılmışdır. Bununla bağlı, onların izahatları alınmış və bununla bağlı sözügedən torpaq sahəsi üçün 25.000 manat pulun ödənildiyini etiraf etmişlər. Odur ki, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
7. Qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 cavabdehin izahatında göstərilən halların nəzərə alınmasını qarşılıqlı iddia üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş edir.
8. Qarşılıqlı iddia üzrə cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi izahatlar tamamilə yalandır. Aralarında alqı-satqı müqaviləsi olmamışdır. Onlar müqavilə bağladılar, çünki Vaqif onu aldadıb ki, oğlunun onlara 7000 manat borcu var. O, isə təklif etmişdir ki, borcdan indi 3000 manat pul versin qalan borcu isə 2-3 aya ödəyəcəkdir. Vaqif isə bu təkliflə razılaşmadı. Bu borc tək oğlu Rusifin borcu deyil. O, Cavabdeh təklif etdi ki, Vaqif ona 18000 manat versin, beləliklə oğlunun borcundan çıxılsın, həmin pul beh kimi verilsin. Pulu ödəndikdən sonra evi onun özünə qaytarsınlar. Onlar makler Raminin yanında belə danışıb razılığa gəldilər. Həmin ərəfələrdə müqavilə də bağladılar. Cavabdeh ona nağd 18000 manat pul vermişdir. Vaqif isə onunla razılaşmamış ondan evin təmirilə birlikdə 30000 manat pul alacağını bildirmişdir. Halhazırda Cavabdeh 17000 manat borcu vardır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, qarşılıqlı iddia tələbini qəbul etmir. Odur ki, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir.
10. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun həyat yoldaşı Qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Mingəçevir şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilidən cavabdehin çıxardılması tələbinə dair iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkilI nümayəndə2 vəsatəti təmin edilmiş, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
12. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada 25000 manat pulun tutulub qarşılıqlı iddia üzrə Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh Samsung markalı paltar yuyan maşın; 1 ədəd soyuducu; stol üstü 4 gözlü qaz sobası; 2 ədəd televizor; 2 ədəd televizor altlığı; çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 1 ədəd tülpan - əl-üz yuyan; 1 ədəd paltar üçün şkaf; 1 ədəd açılan çarpayı; 2 ədəd stol; 6 ədəd stul; 1 ədəd paltar asılqanı; 2 ədəd divan kreslo; 1 ədəd elektrik sobası; 1 ədəd mətbəx stolu; 4 ədəd pərdə; 1 ədəd paltar üçün vanna; 1 ədəd telefon aparatı; 1 ədəd modern; 1 ədəd paltar üçün böyük çanta; 1 ədəd peyk antenası;) 3 ədəd xalça; üstünə salman divankreslo üzlüyü; 2 ədəd odeyal; 2 ədəd yorğan; 2 ədəd mütəkkə və yastıq; mətbəx ləvazimatları və 4 ədəd çilçıraq əşyaların müştərək qaydada alınıb iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində pulun dövlət hesabına tutulması qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mingəçevir şəhəri, Samux küçəsi, “Sevinc” bağ massivində 6 sot torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında 25.000 manata satın almışdır. Lakin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin çıxarışı olmadığından alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamışdır. Tərəflər arasında bağlanmış yazılı alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh tərəfindən satıcı Qarşılıqlı iddia üzrə cavabdeh məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən fərdi yaşayış evini Qarşılıqlı iddia üzrə cavabdeh oğlu Rusifin əvəzindən onun 7.000 manat borcu banka ödənilməklə 18.000 manat isə nağd ödənilməklə cəmi 25000 manata almış, həmçinin satıcı Qarşılıqlı iddia üzrə cavabdeh Samux küçəsində yerləşən fərdi yaşayış evini 7.000 manat borc olmaqla, 18000 manat nağd almaqla cəmi 25000 manat olmaqla Cavabdeh satmışdır. Hər iki tərəf özləri yazmış və özləri imza etmişlər. Məhkəmə iclası zamanı izahatlarla və iş materialları ilə müəyyən olundu ki, İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh oğulları X8 Sənan Vaqif oğluna olan 7000 manat məbləğində borcu Cavabdeh tərəfindən ödənildiyindən 25000 manatdan 7000 manat çıxılmaqla cəmi 18000 manat nağd ödənilmişdir. Bundan əlavə evi təmir-tikinti etdirmək üçün 5.000 manat xərc çəkmişdir. Cavabdehlər sözügedən evə köçmüş, bundan sonra mübahisə düşmüş, qarşılıqlı iddia üzrə cavabdehlər və evə yerləşdirilmiş 28 adda əşyalarını, yəni 1) Samsung markalı paltar yuyan maşın; 2) 1 ədəd soyuducu; 3) stol üstü 4 gözlü qaz sobası; 4) 2 ədəd televizor; 5) 2 ədəd televizor altlığı; 6) çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 7) 1 ədəd tülpan - əl-üz yuyan; 8) 1 ədəd paltar üçün şkaf; 9) 1 ədəd açılan çarpayı; 10) 2 ədəd stol; 11) 6 ədəd stul; 12) 1 ədəd paltar asılqanı; 13) 2 ədəd divan kreslo; 14) 1 ədəd elektrik sobası; 15) 1 ədəd mətbəx stolu; 16) 4 ədəd pərdə; 17) 1 ədəd paltar üçün vanna; 18) 1 ədəd telefon aparatı; 19) 1 ədəd modern; 20) 1 ədəd paltar üçün böyük çanta; 21) 1 ədəd peyk antenası; 22) 3 ədəd xalça; 23) üstünə salman divan-kreslo üzlüyü; 24) 2 ədəd odeyal; 25) 2 ədəd yorğan; 26) 2 ədəd mütəkkə və yastıq; 27) mətbəx ləvazimatları və 28) 4 ədəd çilçıraq əşyalar da evdən çıxarılmış və evin qapısının qıfılı Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dəyişdirilmişdir. Məhkəmə iclası zamanı isə Qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh 17000 manat borcu olduğunu, borcdan 1000 ödəndiyini bildirsə də, Cavabdeh bu halı təsdiq etməmiş, Cavabdeh isə onun oğlunun 7000 manat borcunun ödənilməsini inkar etmiş, əksinə özü oğlunun borcunu ödəmişdir. Bu halı təsdiq edən sübutları isə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mümkün alğı-satqı müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 25000 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarmalıdır. Eyni zamanda iddiaçının tələb etdiyi əşyalar da Cavabdeh qaytarılmalıdır.
15. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab etmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır.
16. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, Mingəçevir şəhəri, Samux küçəsi, “Sevinc” bağ massivində 6 sot torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi evdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 28 adda əşyalar 1) Samsung markalı paltar yuyan maşın; 2) 1 ədəd soyuducu; 3) stol üstü 4 gözlü qaz sobası; 4) 2 ədəd televizor; 5) 2 ədəd televizor altlığı; 6) çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 7) 1 ədəd tülpan - əl-üz yuyan; 8) 1 ədəd paltar üçün şkaf; 9) 1 ədəd açılan çarpayı; 10) 2 ədəd stol; 11) 6 ədəd stul; 12) 1 ədəd paltar asılqanı; 13) 2 ədəd divan kreslo; 14) 1 ədəd elektrik sobası; 15) 1 ədəd mətbəx stolu; 16) 4 ədəd pərdə; 17) 1 ədəd paltar üçün vanna; 18) 1 ədəd telefon aparatı; 19) 1 ədəd modern; 20) 1 ədəd paltar üçün böyük çanta; 21) 1 ədəd peyk antenası; 22) 3 ədəd xalça; 23) üstünə salman divan-kreslo üzlüyü; 24) 2 ədəd odeyal; 25) 2 ədəd yorğan; 26) 2 ədəd mütəkkə və yastıq; 27) mətbəx ləvazimatları və 28) 4 ədəd çilçıraq əşyalarının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qanuni, əsaslı və obyektivdir. Belə ki, bu əşyalar onun istifadəsində və mülkiyyətində olmuşdur. Belə ki, həmin əşyalar ona məxsusdur.
17. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş ##.##.2025-ci tarixli məhkəmə tikintitexniki ekspertizası tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 14.2, 14.2.7, 21.1, 21.2, 144.1, 144.2, 157.2, 337.1, 1091.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 117.1, 119.1, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir.
20. Cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il.e-*(***)-**/**** saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə iddiaçının heç bir sübuta əsaslanmayan ifadəsi əsasında çıxarılmışdır.
21. Qeyd edir ki, məhkəmə baxışı iclasında onların iştirakları təmin olunmayıb. Məhkəmə iclasının vaxtı barədə məlumat verilməyib. Sonradan məlum olub ki, onlara göndərilən məktublar yanlış ünvana (yəni ona S.Vurğun küç 18 göstərilib. Bu ünvan onlara məlum deyil) göndərilib və həmin ünvan onlara məxsus olmadığı üçün orada yaşamadıqlarından onlara çatdırılmamışdır. İddiaçı iştirakı ümumiyyətlə təmin olunmayıb. O, heç bir iclasda iştirak etməmişdir. Cavabdeh ifadəsi yalandır. Aralarında alqı-satqı olmayıb. Alqı satqı zamanı 25.000 manata razılaşmışlar. Vaqif onu aldadıb demişdir ki, guya oğlunun onlara 7000 manat borcu var. Buna görə də 25.000 manatdan 7000 manat çıxıb ona 18.000 manat pul vermiş və o da dəqiqliyini araşdırmadan inanıb sənədlərə imza etmişdir. Sonradan bilmişdir ki, oğlunun onlara olan borcu tək onun deyil, həmçinin Vaqifin oğlunun da borcudur. 18.000 manatdan Vaqifə 1000 manat qaytarmışdır və cəmi 17.000 manat borcu qalmışdır. Fikirləşmişdir ki, məhkəməyə bilavasitə söhbətlərində iştirak edən şahidləri dəvət edər, digər sübutları təqdim edər və beləliklə, Vaqifin yalan dediyini sübut edər. Lakin məhkəməyə çağırılmadığından sübutlar təqdim etmək imkanından məhrum edilmişdir. Qətnamədə qeyd edilən Cavabdeh məxsus əşyalar hamısı yerindədir, gəlib apara bilər.
22. Məhkəmə faktiki olaraq bu xüsusda heç bir araşdırma aparmamış, qarşılıqlı iddia üzrə iddiaçının sözlərinə inanaraq qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qət etmişdir. Beləliklə hesab edir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığına görə ləğv edilməli, iddianın təmin olunmaması haqqında yeni qətnamə çıxarılmalıdır.
23. Iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin şərtlərinə əməl etməmiş, məhkəmə də bunları nəzərə almamışdır. Iddiaçı onu aldadaraq guya oğlunun 7000 manat borclu olduğunu bildirib bu barədə tərtib etdiyi sənədə imza etdirmişdir. Məhkəmə də faktiki olaraq bu xüsusda heç bir araşdırma aparmamışdır.
24. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə riayət etməmiş, obyektiv və hərtərəfli qiymət verməmişdir. Hesab edir ki, iş materiallarından da aydın göründüyü kimi iddiaçı öz tələbini əsaslandıran sübut təqdim etməmişdir. Onlar isə məhkəmə baxışı məlumatsız olduqlarınhdan sübutlar təqdim edə bilməmişlər. Hakim isə bunları nəzərə almayaraq iddiaçının mülahizəsinə uyğun qətnamə çıxarmışdır.
25. Lakin onların iştirakları olmadan məhkəmə araşdırılması aparılmış və qətnamə çıxarılarkən iddiaçının dedikləri əsas götürülmüşdür. Iddiaçının ondan pul tələbi ilə əlaqədar pulun məbləği, həmin məbləğin evin alqı-satqısı üçün verilib-verilməməsi xüsusatı da aydınlaşdırılmamışdır. Iddiaçı onlara 18.000 manat vermişdir. 25.000 manat pul verməsi sübuta yetirilməmişdir. Məhkəmə iddiaçının onlara 25.000 manat pul verməsi xüsusatını ətraflı araşdırmadan əsassız və qanunsuz qətnamə çıxarmışdır
26. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh digər cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərdən Qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verməsə də, cavabdeh İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsinin yoxlanılması apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına tam uyğun olmamış, prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
38. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh Mingəçevir şəhəri, Samux küçəsi, “Sevinc” bağ massivində 6 sot torpaq sahəsinin Mingəçevir şəhər XDS Icraiyyə Komitəsinin ## #### 1980-ci il tarixli, *** saylı qərarına əsasən İddiaçı ayrılmasını, həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin onlara aid olmasını əsas gətirərək, ##.##.2022-ci il tarixdə adıçəkilən əmlakı iddiaçı Cavabdeh buna dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmadan, əlyazma tərtib etməklə satmışlar. Tərəflər həmin əmlakın alqı-satqısını 25000 manata razılaşdırsalar da, razılaşdırdıqları məbləğdən 18000 manatı iddiaçı Cavabdeh tərəfindən cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh ödənilmişdir. Lakin qalan 7000 manatın iddiaçı Cavabdeh oğlu tərəfindən cavabdehlərin oğluna verilmiş borc olması əsas gətirilərək, iddiaçı Cavabdeh həmin 7000 manatı da notarial qaydada bağlanmamış alqı-satqı məbləğinə daxil etmişdir. Mübahisəli əmlak geri qaytarıldığından iddiaçı Cavabdeh onun alınması üçün ödədiyi 18000 manatı, oğlu tərəfindən cavabdehlərin oğluna borc olaraq verilmiş 7000 manatı, həmçinin mübahisəli evə apardığı özünə məxsus məişət əşyalarını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər tərəfindən iddia tələbi qismən qəbul edilmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada 18000 manat pulun tutulub qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh Samsung markalı paltar yuyan maşın; 1 ədəd soyuducu; stol üstü 4 gözlü qaz sobası; 2 ədəd televizor; 2 ədəd televizor altlığı; çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 1 ədəd tülpan - əl-üz yuyan; 1 ədəd paltar üçün şkaf; 1 ədəd açılan çarpayı; 2 ədəd stol; 6 ədəd stul; 1 ədəd paltar asılqanı; 2 ədəd divan kreslo; 1 ədəd elektrik sobası; 1 ədəd mətbəx stolu; 4 ədəd pərdə; 1 ədəd paltar üçün vanna; 1 ədəd telefon aparatı; 1 ədəd modem; 1 ədəd paltar üçün böyük çanta; 1 ədəd peyk antenası; 3 ədəd xalça; üstünə salınan divankreslo üzlüyü; 2 ədəd odeyal; 2 ədəd yorğan; 2 ədəd mütəkkə və yastıq; mətbəx ləvazimatları və 4 ədəd çilçıraq əşyaların müştərək qaydada alınıb iddiaçı Cavabdeh verilməsinə dair hissədə gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh İddiaçı ## ####### 2024-cü il, ## #### 2025-ci il, ## ######## 2025-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
41. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
42. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
43. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
44. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
45. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
46. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
47. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
48. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
49. MPM-in 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh İddiaçı ## ####### 2024-cü il, ## #### 2025-ci il, ## ######## 2025-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat vermədiyindən Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
51. Bu baxımdan apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı barədə məlumat verilməməsi, İddiaçı iştirakının ümumiyyətlə təmin olunmaması, onun heç bir iclasda iştirak etməməsi, məhkəməyə çağırılmadığından sübutlar təqdim etmək imkanından məhrum edilməsinə dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ## ####### 2024-cü il, ## #### 2025-ci il, ## ######## 2025-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh İddiaçı da ünvanlanmış bildirişlərin mövcud olmasına baxmayaraq, həmin bildirişlərin cavabdeh İddiaçı çatdırılması, qeyd edilən tarixlərdə keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh İddiaçı hər hansı bir SMS bildirişin göndərilməsi, yaxud da cavabdeh İddiaçı həmin tarixlərdə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə digər hər hansı bir şəkildə məlumatlandırılmasına dair iş materiallarında heç bir sənəd mövcud deyildir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ondan pul tələbi ilə əlaqədar pulun məbləği, həmin məbləğin evin alqı-satqısı üçün verilib-verilməməsi xüsusatının aydınlaşdırılmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, apellyatorun özünün, o cümlədən digər mübahisə tərəflərinin izahatları, həmçinin iş materialları ilə iddiaçı Cavabdeh tərəfindən Mingəçevir şəhəri, Samux küçəsi, “Sevinc” bağ massivində 6 sot torpaq sahəsindəki fərdi yaşayış evinin qeyri notarial qaydada alqı-satqısı üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh 18.000 manat pul vəsaitinin verilməsi sübuta yetirilmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının onlara 18.000 manat verməsi, 25.000 manat pul verməsinin sübuta yetirilməməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, tərəflərin izahatlarından iddiaçının cavabdehlərdən 18000 manatdan əlavə olaraq tələb etdiyi 7000 manatın iddiaçının oğlu tərəfindən cavabdehlərin övladına bu razılaşmadan daha əvvəldən verilmiş pul vəsaiti olması müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 18.000 manatdan Vaqifə 1000 manat qaytarılması, cəmi 17.000 manat borcunun qalmasına dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, həmin hal məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Cavabdeh tərəfindən qəbul edilməmiş, cavabdeh tərəfdən də 18.000 manat pul vəsaitindən 1000 manatının iddiaçıya qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
55. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
57. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
58. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli əmlakın notarial olmayan qaydada alqı-satqısı üçün iddiaçı tərəfindən cavabdehlərə 18.000 manat pul vəsaitinin ödənilməsi, lakin həmin vəsaitin, yaxud da onun hər hansı bir hissəsinin cavabdehlər tərəfindən iddiaçıya qaytarılmaması müəyyən edildiyindən, iddiaçı Cavabdeh ondan hər hansı bir etibarlı müqavilə əsası olmadan əldə etdikləri 18.000 manat pul vəsaitini və həmin məbləğə mütənasib dövlət rüsumunun da ödənilməsini tələb etməkdə haqlıdır.
59. Lakin 25000 manat pul tələbinin 7000 manatına dair hissədə məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatlarından müəyyən edildiyi kimi tələb edilən həmin vəsait iddiaçıların yetkinlik yaşına çatmış övladı tərəfindən cavabdehlərin yetkinlik yaşına çatmış övladına daha əvvəldən verilmiş pul vəsaiti olaraq tələb edilmişdir. Lakin iddiaçıların övladı iş üzrə iddiaçı, cavabdehlərin övladı isə iş üzrə cavabdeh qismində çıxış etməmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi tələb edilən 25.000 manat pul vəsaitindən 7000 manatı tərəflərin izahatlarına əsasən iddiaçının övladı tərəfindən cavabdehlərin övladına verilən pul vəsaiti olduğu halda birinci instansiya məhkəməsi həmin 7000 manat məbləğə münasibətdə tələb hüququ olmayan şəxs tərəfindən yanlış olaraq seçilmiş cavabdehlər iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək cavabdehlərin övladı ilə əvəz edilməsi, yaxud da cavabdehlərin övladının iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, 7000 manat pul vəsaitinə dair hissədə iddia tələbi tələb hüququ olmayan şəxs tərəfindən iddiaya cavab verməli olmayan cavabdehlərə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.
61. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
62. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
63. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin, yaxud da onun bir hissəsinin tələb hüququ olmayan şəxs tərəfindən verilməsinin, yaxud iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.
64. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh qarşı 25.000 manat pul tələbinə dair iddiasının 7000 manata dair hissəsi əsassızdır.
65. Məhkəmə kollegiyası iddia tələbinin 28 adda məişət əşyalarına dair hissəsində qeyd edir ki, həmin hissədə iddia tələbi cavabdehlər tərəfindən etiraf edilmiş, hətta apellyasiya şikayətində belə Cavabdeh məxsus əşyaların hamısının yerində olması, aparılmasına etirazın olmaması barədə fikir ifadə edilmiş, məhkəmə kollegiyasının iclasında mübahisəsiz olması səbəbli əşyaların götürülməməsinin səbəbləri dəqiqləşdirildikdə, iddiaçı tərəf bunu müvəqqəti təminat tədbirinin tətbiq edilərək həmin əşyaların üzərinə həbsin qoyulması ilə əsaslandırmışdır.
66. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
67. Kollegiya qeyd edir ki, cavabdehlərin etirafının qəbul edilməməsi üçün əsaslar müəyyən edilməmişdir.
68. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Cavabdeh cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh qarşı “pul və əşya” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 18000 manat pul tutulmalı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada Samsung markalı paltar yuyan maşın; 1 ədəd soyuducu; stol üstü 4 gözlü qaz sobası; 2 ədəd televizor; 2 ədəd televizor altlığı; çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 1 ədəd tülpan - əl-üz yuyan; 1 ədəd paltar üçün şkaf; 1 ədəd açılan çarpayı; 2 ədəd stol; 6 ədəd stul; 1 ədəd paltar asılqanı; 2 ədəd divan kreslo; 1 ədəd elektrik sobası; 1 ədəd mətbəx stolu; 4 ədəd pərdə; 1 ədəd paltar üçün vanna; 1 ədəd telefon aparatı; 1 ədəd modem; 1 ədəd paltar üçün böyük çanta; 1 ədəd peyk antenası; 3 ədəd xalça; üstünə salınan divan-kreslo üzlüyü; 2 ədəd odeyal; 2 ədəd yorğan; 2 ədəd mütəkkə və yastıq; mətbəx ləvazimatları və 4 ədəd çilçıraq əşyaları alınıb iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada iddianın təmin edilmiş hissəsinə mütənasib olan 144 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir.
69. Kollegiya hesab edir ki, qarşılıqlı iddianın qismən əsaslı olması diqqətə alınaraq, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərcinin 20 manatı iddiaçı Cavabdeh, 30 manatı isə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE000000000000020 88501; Az.MEM, VÖEN1700326621, X15, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22) keçirilməlidir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı Cavabdeh cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh qarşı “pul və əşya” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 18000 manat pul tutulsun. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada Samsung markalı paltar yuyan maşın; 1 ədəd soyuducu; stol üstü 4 gözlü qaz sobası; 2 ədəd televizor; 2 ədəd televizor altlığı; çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 1 ədəd tülpan - əl-üz yuyan; 1 ədəd paltar üçün şkaf; 1 ədəd açılan çarpayı; 2 ədəd stol; 6 ədəd stul; 1 ədəd paltar asılqanı; 2 ədəd divan kreslo; 1 ədəd elektrik sobası; 1 ədəd mətbəx stolu; 4 ədəd pərdə; 1 ədəd paltar üçün vanna; 1 ədəd telefon aparatı; 1 ədəd modem; 1 ədəd paltar üçün böyük çanta; 1 ədəd peyk antenası; 3 ədəd xalça; üstünə salınan divan-kreslo üzlüyü; 2 ədəd odeyal; 2 ədəd yorğan; 2 ədəd mütəkkə və yastıq; mətbəx ləvazimatları və 4 ədəd çilçıraq əşyaları alınıb iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada 144 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərcinin 20 manatı iddiaçı Cavabdeh, 30 manatı isə cavabdehlər İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE000000000000020 88501; Az.MEM, VÖEN1700326621, X15, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.