Məhkəmə qərarları › İş №2(3-10)-148/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-148/2026

30.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-148/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə (3-cü şəxslər X1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyat və Reyestr Baş Idarəsi olmaqla) qarşı “ödənişlərin qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənişlərin qəbul edilməsi öhdəliyinin qoyulması” tələbi, qüvvə) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə (3-cü şəxslər X1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyat və Reyestr Baş Idarəsi olmaqla) qarşı “ödənişlərin qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən üçüncü şəxs X1 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçın cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə (3-cü şəxslər X1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyat və Reyestr Baş Idarəsi olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar X1 ##.##.2025-ci il tarixində Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında götürdüyü kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi sahibkar X1Kərim oğlundan ##.##.2025-ci il tarixində Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında 3.6 % olmaqla, aylıq ödəniş 1823,66 manat olmaqla 60 ay müddətinə 100000 (bir yüz min) manat Lombard krediti götürmüşdür. Götürdüyü kredit üzrə ##.##.2025-ci il tarixində ****** №-li qəbzlə 1824 manat ilk ödənişini etmişdir. Növbəti mart ayının ödəniş üçün Lombarda yaxınlaşsa da fərdi sahibkar X1 əməkdaşları aylıq ödənişi qəbul etməkdən imtina etmişdir. Imtina səbəbi kimi bildirmişdir ki, kredit verilərkən aylıq ödəniş məbləğlərində və müddətində səhvə yol verilib. Buna görə ondan “Girov bileti”nin geri qaytarılması və yeni şərtlər qeyd edilməklə geri qaytarılacağını bildirmişlər. Iddiaçı razılaşmadığı üçün cavabdeh tərəf ödənişləri qəbul etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı ilkin olaraq iddia ərizəsi ilə Bakı Kommerisya məhkəməsinə müraciət edərək Fərdi sahibkar X1 ##.##.2025-ci il tarixində Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında götürdüyü kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyini cavabdeh X1 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbinə baxılaraq məhkəmənin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Sözügedən qərardadda ödənişlərin notariusun depozitinə qoyulmaqla icarsının mümkünlüyü bildirildiyindən iddiaçı ##.##.2025-ci il tarixində Şəki Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə müraciət edilərək Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında verilmiş kredit üzrə aylıq ödənişlərinin notariusun depozitinə qəbul edilməsini xahiş edilmişdir. Xahişinə vaxtında cavab verilmədiyi üçün ##.##.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş idarəsinin rəis müavini Seymur Ismayılova məktub ünvanlayaraq Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında verilmiş kredit üzrə aylıq ödənişlərin hər-hansısa bir notariusun depozitinə qəbul qəbul edilməsinə köməklik göstərməyi xahiş edilmişdir. Lakin məktubları cavabsız qalmış və Notarius hərəkətsizlik göstərmişdir. Məhz buna görə də hal-hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin üzərinə iddiaçı İddiaçı fərdi sahibkar X1 ##.##.2025-ci il tarixli Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında götürdüyü kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin qoyulması, cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisindən 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.2, 302.7, 532.1, 532.3 və 539-cu maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17, 26, 40, 41 və 74-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - ƏIX № ******** nömrəli “Girov bileti”ndən görünür ki, ##.##.2025-ci il tarixində 1103,95 qram 583 və 585 əyar, 195,08 qram 750 əyar qızıl əyşayları girov qoyulmaqla, fərdi sahibkar (VÖEN **********) X1 tərəfindən İddiaçı aylıq ödəniş 1823,66 manat olmaqla 100000 manat kredit verilmişdir. - ##.##.2025-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, 100000 manat kredit aylıq ödəniş 1823,66 manat, 60 ay olmaqla qrafik tərtib olunmuş və cədvəli kredit verən X1 tərəfindən mütəxəssis Mabudov Ehtiram imzalamış, İddiaçı şərtlərlə razıyam qeyd etməklə imzalamışdır. - Fərdi sahibkar (VÖEN **********) X1 aid ##.##.2025-ci il tarixli ****** №-li qəbzdən görünür ki, ******** nömrəli xidmət üzrə 1824 manat ödəniş edilmiş, qalıq 59 ay cədvəllə qeyd edilmişdir. - ##.##.2025-ci il tarixli cədvəldən görünür ki, Seriya ƏIX № ******** nömrəli “Girov bileti” üzrə İddiaçı məxsus 145 adda qızıl əşyaları siyahılaşdırılaraq Lombardın mütəxəssisi X2 və İddiaçı tərəfindən imzalanmışdır. - “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli Ödəniş cədvəlindən görünür ki, İddiaçı illik 19% olmaqla, 48 ay müddətinə 50000 manat kredit verilmişdir. - xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli hesab üzərindən çıxarışdan görünür ki, İddiaçı bankdan götürdüyü 50000 manat kredit borcu üzrə ##.##.2025-ci il tarixində 28116,08 manat ödəniş edilmişdir. - ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı elektron formada X1 məktub göndərməklə aylıq ödənişlərinin qəbul edilməsini xahiş etmişdir. - ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə rəsmi müraciət edərək Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında götürdüyü kredit üzrə aylıq ödənişlərin depozitə qəbul edilməsini xahiş etmişdir. Azərpoçtun ##.##.2025-ci il tarixli Teleqramından görünür ki, ##.##.2025-ci il tarixli məktubu Notariat ofisinə ##.##.2025-ci ildə çatdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh Fərdi sahibkar X1 qarşı ##.##.2025-ci il tarixli, Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında götürdüyü kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdeh X1 üzərinə qoyulması barədə iddia tələbi üzrə icraata xitam verilmişdir. - Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin İddiaçı yazdığı ##.##.2025-ci il tarixli **** nömrəli məktubundan görünür ki, Notarius kreditor X1 qarşısında öhdəliyi yerinə yetirmək məqsədi ilə götürülmüş lombard kreditinə əsasən müvafiq ödənişlərin notariusun depozit hesabına qəbul olunması ilə əlaqədar müraciətə baxmış və pul vəsaitinin notariusun depozit hesabına qəbul olunmasının mümkün olmadığını qeyd etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş idarəsinin rəisi Elşad Məmmədlinin İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil vəkil1 yazdığı ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş idarəsi tərəfindən ##.##.2025-ci il tarixli girov bileti üzrə öhdəlik predmetinin (aylıq ödənişlərin) notariusun depozit hesabına qəbul edilməsi barədə müraciətə baxılaraq bildirilmişdir ki, qeyd olunan notariat əməliyyatına dair Azərbaycan Respublikasının notariat ofislərində praktika formalaşmadığından müvafiq əməliyyatın aparılması qeyri-mümkündür. - ##.##.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn üçüncü şəxs X1 nümayəndəsi və vəkili vəkil2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəməicraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yənimüqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. ##.##.2025-ci il tarixli Seriya ƏIX № ******** nömrəli“Girov bileti”nəbaxdıqda görmək olur ki, girov ## ###### 2025-ci il tarixdə qəbul edilib, girovun çıxarılma vaxtı ## ###### 2025-ci il göstərilib, kredirin faizi 3.6 faiz göstərilib, qiymət üzrə 60 aylıq, ödəniş 1823,66 qəpik qeyd olunub. Bu cür tərəflərin anlaşmasına, iradəsinə uyğun gəlməyən girov biletie tibarlı müqavilə kimi qəbul edilə bilməz, etibarsız müqavilə üzrə də ödənişin qəbul edilməsi notarisunun üzərinə qoyula bilməz. Odur ki, məhkəmə ##.##.2025-ci il tarixli Seriya ƏIX № ******** nömrəli “Girov bileti”ndə əks etdirilən müqavilə şərtlərin etibarsız olmasını, tərəflərin iradəsini əks etdirilməməsini, İddiaçı götürdüyü pulu qaytarmaq niyyəti olmamasını, məhkəmə zalında kredit götürdüyü pulu xərclədiyini, pulu qaytarmaq istəmədiyini bildirməsini, İddiaçı niyyətini krediti ələ keçirib qaytarmamaq olmasını nəzərə almamış, etibarsız müqavilə üzrə notarisunun üzərinə öhdəlik qoymuşdur. Həmin qətnamə qanunsuz və əsasız olduğu üçün ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyniməbləğdə pul vəsaiti və yaeyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki qanunvericilikdə isə kreditoru icraya məcbur etmə institutu nəzərdə tutulmamışdır. Bu isə ondan irəli gəlir ki, bir qayda olaraq icranı qəbul etmək kreditor üçün öhdəlik deyil, əksinə icranı tələb etmək kreditorun hüququdur. Odur ki, məhkəmə bunları nəzərə almadan qətnamə qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq,mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öztəsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. ##.##.2025-ci il tarixli Seriya ƏIX № ********nömrəli “Girov bileti”nə baxdıqda görmək olur ki, girov ## ###### 2025-ci il tarixdə qəbul edilib, girovun çıxarılma vaxtı ## ###### 2025-ci il göstərilib, kredirin faizi 3.6 faiz göstərilib, qiymət üzrə 60 aylıq, ödəniş 1823,66 qəpik qeyd olunub. Bu cür tərəflərin anlaşmasına, iradəsinə uyğun gəlməyən girov bileti etibarlı müqavilə kimi qəbul edilə bilməz, etibarsız müqavilə üzrə də ödənişin qəbul edilməsi notarisunun üzərinə qoyula bilməz. Odur ki, məhkəmə əqdin etibarlılığını yoxlamamışdır

8. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyat və Reyestr Baş Idarəsi məhkəməyə nümayəndəsini göndərməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:

17. dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir.

26. Xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır.

74. Notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün öhdəliyin icra predmetini saxlamağa borcludan pul məbləğlərini və sənədli qiymətli kağızları depozitə qəbul edir.

40. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.

41. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. 532.1. Əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir. 532.3. Əgər depozitə qoyulmuş əşyanın qaytarılması istisnadırsa, borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur.

539. Məhkəmə və ya notarius icra predmetini üç ilədək müddətə saxlayır. Əgər həmin müddət ərzində kreditor predmeti qəbul etməzsə, bu barədə borcluya məlumat verilməklə, ondan təhvil verdiyi predmeti geri götürməsi tələb olunur. Borclu predmeti geri götürülmə üçün zəruri olan müddət ərzində almazsa, o, dövlət əmlakı sayılır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili vəkil2 Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır , iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 532.1-ci maddəsi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsi təşkil edir. Həmin maddələrin tələblərinə görə kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlamaq üçün məhkəməyə və ya notariata verə bilər. Notariat orqanının və ona nəzarət orqanı olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş idarəsinin məktubları ilə pul vəsaitlərinin depozitə qəbul olunmaması təsdiq olunur. Kreditor, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi pul vəsaitinin qəbul etməməyini etiraf edir. Göründüyü kimi, ƏIX № ******** nömrəli “Girov bileti” əsasında ##.##.2025-ci il tarixində 1103,95 qram 583 və 585 əyar, 195,08 qram 750 əyar qızıl əyşayları girov qoyulmaqla, fərdi sahibkar (VÖEN **********) X1 tərəfindən İddiaçı aylıq ödəniş 1823,66 manat olmaqla 100000 manat kredit verilmişdir. 100000 manat kredit üzrə aylıq ödəniş 1823,66 manat, 60 ay olmaqla qrafik tərtib olunaraq iddiaçıya ##.##.2025-ci il tarixli Ödəniş cədvəli verilmişdir. Fərdi sahibkar (VÖEN **********) X1 aid ##.##.2025-ci il tarixli ****** №-li qəbzlə iddiaçı ******** nömrəli xidmət üzrə 1824 manat ödəniş etmişdir, həmin qəbzdə qalıq 59 ay qaldığı qeyd edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, fərdi sahibkar X1 etibarnamə üzrə nümayəndəsi, vəkili vəkil2 100000 (bir yüz min) manat kredit üzrə aylıq qrafiklə 3600 manat ödəməli olmasını və iddiaçının az ödədiyi üçün ödənişləri qəbul etmədiklərini bildirmişdir. Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin İddiaçı yazdığı ##.##.2025-ci il tarixli **** nömrəli məktubundan göründüyü ki, müvafiq ödənişlərin notariusun depozitinə qəbul olunmasının mümkün olmadığını qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə öhdəlik predmetinin (aylıq ödənişlərin) notariusun depozit hesabına qəbul edilməsi əməliyatları üzrə Azərbaycan Respublikasının notariat ofislərində praktika formalaşmadığından müvafiq əməliyyatın aparılması qeyri mümkünlüyü qeyd edilmişdir. Məhz buna görə yuxarıda qeyd edilən qanunun tələblərinə əsasən iddiaçı tələbində haqlı olmuşdur. Cavabdeh orqanın hərəkətləri əsassız olduğundan, qanunun tələblərinə riayət edilmədiyindən üzərinə müvafiq öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, iddiaçı İddiaçı fərdi sahibkar X1 ##.##.2025-ci il tarixli Seriya ƏIX № ******** nömrəli “Girov bileti” əsasında götürdüyü kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyi cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin üzərinə qoyulmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar və formal olaraq verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə əsas ola bilməz.

26. Apellyator apellyasiya şikayətində birinci instansiyası məhkəməsi qətnamə qəbul edərkən, ##.##.2025-ci il tarixli Seriya ƏIX № ******** nömrəli “Girov bileti”ndə əks etdirilən müqavilə şərtlərin etibarsız olmasını, məhkəmə tərəfindən əqdin etibarlılığını yoxlamadığını göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

27. Bununla bağlı məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə nəzər salaraq qeyd etməyi zəruri hesab edir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir.

29. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 302.2-ci maddəsinin mənasına görə əşyanın lombardda girovu üzrə müqavilə bağlanmır, bu halda girov müqaviləsi lombardın girov qoyana girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Girov biletində nəzərdə tutulmuş şərtlər Mülki Məcəllədə girov qoyana verilmiş hüquqları məhdudlaşdıra bilməz. Əks halda onun hüquqlarını məhdudlaşdıran şərtlər əhəmiyyətsizdir.

30. Işdə olan ƏIX № ******** nömrəli “Girov bileti”ndən görünür ki, ##.##.2025-ci il tarixində 1103,95 qram 583 və 585 əyar, 195,08 qram 750 əyar qızıl əyşayları girov qoyulmaqla, fərdi sahibkar (VÖEN **********) X1 tərəfindən İddiaçı aylıq ödəniş 1823,66 manat olmaqla 100000 manat kredit verilmiş və müvafiq olaraq imzalarla təsdiq edilmişdir.

31. Göründüyü kimi, “Girov bileti” - özü özlüyündə etibarsız olması barədə hər hansı bir şübhə yaratmır, eyni zamanda “Girov bileti”nin etibarsız olmasını üçüncü şəxs X1 məhkəmə baxışı zamanı sübut edə bilməmiş, bununla bağlı mötəbər sübut (sübutları) məhkəməyə təqdim etməmişdir.

32. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

33. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, üçüncü şəxs X1 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Üçüncü şəxs X1 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar