Məhkəmə qərarları › İş №2(3-10)-158/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-158/2026

16.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-158/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı «torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkli Vəkil, İddiaçının nümayəndəsi Rüstəmov İntiqam Musa oğlunun iştirakları ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli ##.##.2025 qeydiyyat tarixli çıxarışında qeyd edilmiş 2,1491 ha torpaq sahəsindən ona məxsus 0,4495 ha hissəsinin yerdə qalan hissələrdən naturada ayrılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Faldarlı kəndində yerləşən 2,1491 ha torpaq sahəsinin 0,4495 ha hissəsi onun paylı mülkiyyətindir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq DƏDRX-in ** saylı Zaqatala ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. O öz əmlakı barədə sərəncam vermək istəyir. Sözü gedən əmlak barədə sərəncam vermək üçün yuxarıda qeyd edilmiş torpaq sahəsinin cavabdehlərə düşən hissədən naturada ayrılmasını tələb edir. İddiaya əlavə etdiyi ** saylı DƏRX-in mütəxəsisləri tərəfindən hazırlanmış bölgü planından da görünür ki, torpaq sahəsinin ona düşən hissəsinin naturada qalan hissədən ayırmaq mümkündür. Torpaq sahəsinin niyə həmin ərazidən bölünməsi sual olunarsa, bildirir ki, bölgü planında göstərilən, ayrılacaq ona məxsus torpaq sahəsinə bitişik qonşuluqda ərinə məxsus torpaq sahəsi vardır. Torpaqları birləşdirirək istifadəsini daha rahat və maneəsiz etmək istəyir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh cavabdeh1 iddia tələbinə ##.##.2025-ci tarixdə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı İddiaçı ona və digər cavabdehlərə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək ********** qeydiyyat nömrəli ##.##.2025 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2,1491 ha torpaq sahəsindən ona məxsus 0,4495 ha hissəsinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş hazırda e-2(033)-735/2025 nömrə ilə məhkəmənin icraatındadır. İddiaçının iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edərək məhkəmənin diqqətinə çatdırmaq istəyir: İddiaçı, iddia ərizəsində qeyd edir ki, iddiaya əlavə etdiyi ** saylı DƏDRX-in mütəxəssisləri tərəfindən hazırlanmış bölgü planına əsasən ona məxsus torpaq sahəsinə bitişik ərinə məxsus torpaq sahəsi olduğundan bölgü sxeminə uyğun torpağm naturada bölünməsi mümkündür. Bununla bağlı qeyd etmək istəyir ki, həmin bölgü sxemindən onun o cümlədən digər payçıların məlumatı olmamışdır. Ümumiyyətlə isə Daşınmaz əmlak obyektinin sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi daşınmaz əmlakın bir hissəsinin satılması və ya bağışlanması zamanı aparılan sxematik bölgü ilə həmin hissənin sərhədləri, ölçüləri və sahəsinin dəqiqləşdirilməsidir. Bu zaman həmin daşınmaz əmlak digər mülkiyyətçilərinin razılığı ilə çöl-ölçmə işləri aparılır. Buna görə də, hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş bölgü planı qanunsuz hazırlanmışdır və məhkəmə tərəfindən maddi sübut kimi qiymətləndirilməməlidir. Bundan başqa qeyd etmək istəyir ki, iddiaçının naturada bölünməsini istədiyi hissədə onun və digər mülkiyyətçilərin yaşadığı 1985-1989-cu illərdə tikilmiş, 2012-ci ildə baş vermiş zələzələ zamanı sökülmüş və yenidən FHN tərəfindən bərpa olunmuş fərdi yaşayış evi yerləşir, hansı ki, iddiaçının ərinə məxsus torpaq sahəsinə yaxın yerləşir. Hesaba edir ki, iddiaçının tələb etdiyi formada bölgünün aparılması onun və digər cavabdehlərin paylı mülkiyyətindən istifadəsinə və sahibliyinə maneələr yarada bilər. Buna görə də, iddiaçının tələb etdiyi formada bölgünün aparılması onun və digər cavabdehlərin maraqlarına ziddir. Bununla da, iddia ərizəsinin təmin edilməsi onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. İddiaçı İddiaçı ona və digər cavabdehlərə qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı İddiaçı nümayəndəsi, əri Rüstəmov İntiqam Musa oğlu iddianın dəqiqləşdirilməsinə dair ərizə yollayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər cavabdeh1 Xudayat oğluna və qeyrilərinə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində məhkəmə qarşısında vəsatət qaldırılaraq xahiş edilmişdir ki, “iddiaçının təqdim etdiyi bölgü sxemində göstərilən qaydada naturada torpaq bölgüsü mümkündürmü? Lakin məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi vəsatəti və ##.##.2025-ci il tarixli iddiaçının nümayəndəsinin verdiyi vəsatətə heç bir münasibət bildirməmiş, iş üzrə isə ekspertiza rəyi alınmamışdır. Görünür ki, məhkəmə yalnız mütəxəssisin verdiyi rəylə kifayətlənərək iş üzrə yekun qərar qəbul etmək niyyətindədir. mütəxəssis tərəfindən verilmiş rəyin məqsədə müvafiq olmadığını yalnız gələcəkdə tərəflər arasında mübahisə, intriqa, dava-dalaş yaradacağını məhkəmənin sonuncu hazırlıq iclasında rəylə tanış olduqdan sonra məlum olmuşdur. Buna görə də məhkəməyə ##.##.2025-ci il tarixli vəsatəti təqdim edilmişdir ki, məhkəmə yenidən ekspertiza təyin edərək ekspert qarşısında iddia da qeyd etdiyi sualı qoysun və məhkəməyə təqdim etdilməyən bölgü sxemi ətrafında müzakirələr aparsın. Vəsatəti verdikdən sonra ümid edilirdi ki, məhkəmə müvafiq araşdırmanı davam etdirəcək, lakin məhkəmə işin hazırlanmasını davam etdirmədən işi məhkəmə baxışına təyin etmişdir. Belə olan halda o, iddianın həcmini və yaxud da predmetini dəyişmə barədə ərizəni hazırlıq ərəfəsində deyil, baxışa təyin olunan ərəfədə məhkəmə baxışı başlamadan təqdim etməyə məcbur olmuşdur və bunun səbəbi yuxarıda qeyd etdiyi kimi ondan asılı olmayan hallardır. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin xahiş edirəm hissəsinin aşağıdakı qaydada qəbul olunmasım xahiş etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli Çıxarışda qeyd edilmiş 2,1491 ha torpaq sahəsindən iddiaçıya məxsus 0,4495 ha hissəsinin yerdə qalan hissədən iddiaçının məhkəməyə təqdim etdiyi bölgü sxemində göstərilən qaydada naturada ayrılmasına və ödənilmiş 100 manat dövlət rüsumu ilə 96 manat mütəxəssis rəyi üçün pulların cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi Rüstəmov İntiqam Musa oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

6. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim: Z.Məmmədova), İddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 bərabər hissədə paylarının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı İddiaçı aid 0.4495 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında xxxx Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada naturada bölünməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onun özünə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Faldarlı kəndində yerləşən 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 mülkiyyəti kimi adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə ##.##.2025ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı İddiaçı ümumbirgə mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0.4495 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılmasını tələb edir. Cavabdehlər iddia tələbinə qarşı etiraz bildirmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə iddia tələbinin torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə qanuni və ədalətli olduğundan təmin edilməli və iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı İddiaçı 0.4495 ha hissədə payı müəyyən edilməlidir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında xxxx Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində Zaqatala rayonu, Faldarlı ünvanında yerləşən 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı İddiaçı məxsus 0.4495 hissəsinin digər hissədən naturada ayrılaraq, ölçüləri, sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onların payları müəyyən edilməli və iddiaçıya məxsus 0.4495 ha hissəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında xxxx Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 214.1, 215.1, 215.2, 215.4. 220.1, 220.2, 220.3, 223.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə, 65-ci maddəsinin 5-ci hissəsinə, 65-ci maddəsinin 7-ci hissəsinə, 65-ci maddəsinin 9-cu hissəsinə, 111.1, 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 64.1-64.2, 76.1, 76.2, 77.1, 89, 107, 115.0, 115.0.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində iddianın təmin olunması yazılsa da bir sıra prosessual hüquq normaları pozularaq əslində iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi MPM-nin 217 və 218-ci maddələrinin tələblərini pozaraq iddiada xahiş edilən tələbdən kənara çıxmış, payların müəyyən olan torpaq sahəsində yenidən mülkiyyətçilərin paylarının müəyyən olunmasına dair qətnamə qəbul etmişdir, hansı ki, belə bir xahiş məhkəmədən edilməmişdir.

16. Eyni zamanda məhkəmə qətnamədə bütün mülkiyyətçilərin paylarını bərabər hissədə müəyyən etmişdir, hansı ki, torpaq sahəsinin sənədində bütün mülkiyyətçilərin payları bərabər deyildir. Məsələn, iddiaçının payı 0,4495 ha-dır, cavabdehlərdən cavabdeh1 isə payı 0,3511 ha-dır. Qətnamədən belə başa düşülür ki, məhkəmə hətta iddiaçını qanunsuz olaraq mülkiyyətindən də məhrum etmişdir.

17. İddia ərizəsində qeyd edilmişdir ki, məhkəməyə rəy təqdim edən təşkilatın mütəxəssisləri tərəfindən iddiaçının müraciəti əsasında iddiaçıya məxsus torpaq sahəsinin naturada bölgüsünə dair sxem tərtib edilmişdir. Həmin sxem iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir və məhkəmədən xahiş edilmişdir ki, məhkəmə ekspertiza təyin edərkən ekspert qarşısında “İDDİAÇININ TƏQDİM ETDİYİ BÖLGÜSXEMİNDƏ GÖSTƏRİLƏN QAYDADA NATURADA BÖLGÜSÜ MÜMKÜNDÜRMÜ” sualı qoyulsun. Lakin məhkəmə ekspertiza təyin edilməsi barədə qərardadda iddiada qeyd edilmiş bu hala ümumiyyətlə qiymət verməmişdir.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bölgü sxemində göstərilən qaydada naturada bölgü, ona görə tələb edilir ki, iddiaçının əri İntiqam Rüstəmovun həmin ərazidə, həmin torpaq sahəsinin sərhəddində bitişik qonşuluqda ərinə məxsus torpaq sahəsi vardır. Həmin torpaq sahəsini ərinə məxsus torpaq sahəsi ilə birləşdirərək gələcəkdə səmərəli və maneəsiz istifadə etmək məqsədi vardır. İddianı araşdıran məhkəmə ümumiyyətlə bu faktlara əhəmiyyət verməmişdir. İddiaçı tərəfindən təqdim olunan bölgü sxemini, iddiaçının təqdim etdiyi sualları mütəxəssisə təqdim etməmişdir.

19. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

20. Cavabdeh cavabdeh1 Xudayat oğlu apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi Rüstəmov İntiqam Musa oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak etmiş cavabdeh cavabdeh1 Xudayat oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsin ** saylı Zaqatala ərazi idarəsinin mütəxəssisi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi İdarəsində Yerquruluşunun təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. Məhkəmənin qərardadına əsasən mübahisəli torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 1ndə yerləşən 2,1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı məxsus 0,4495 ha hissənin ayrılması mümkündür və mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmçinin qeyd edir ki, torpaq sahəsinin arxa hissəsindən su kanalı keçir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş ## #### 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu palnında göstərilmiş qaydadada naturada bölgü mümkündür, ancaq bölgü aparılarkən mütəxəssis yanaşması fərqli olmuşdur. O, cür bölgü aparıldıqda su kanalı cavabdehlərin istifadəsində qalır və iddiaçının həmin su kanalına çıxışı məhdudlaşır. Lakin ## #### 2026-cı il tarixli mütəxəssis rəyinə uyğun naturada bölgü aparıldıqda isə həm iddiaçının, həmdə cavabdehlərin həm yola, həmdə su kanalına çıxışı olur. Bu səbəbdən hesab etmişik ki, ## #### 2026-cı il tarixli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmiş qaydada iddiaçının payının naturada ayrılması daha məqsədə uyğundur.

25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qızı səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 20-ci bəndinə əsasən əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, iddiaçının tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməlidir.

35. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adı çəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Zaqatala rayonu Faldarlı kəndində yerləşən 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hər birinin payı müəyyən olunmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2025-ci il tarixli çıxarış verilmişdir. Tərəflər paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli ##.##.2025 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2,1491 ha torpaq sahəsindən ona məxsus 0,4495 ha hissədə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı İddiaçı 0.4495 ha, cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 hər birinin 0.4495 ha, cavabdeh cavabdeh1 isə 0.3511 ha paylarının olmasına baxmayaraq, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 yenidən bərabər hissədə paylarını müəyyən etmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin MPM-nin 217 və 218-ci maddələrinin tələblərini pozaraq iddiada xahiş edilən tələbdən kənara çıxması, payların müəyyən olan torpaq sahəsində yenidən mülkiyyətçilərin paylarının müəyyən olunmasına dair qətnamə qəbul etməsi, eyni zamanda bütün mülkiyyətçilərin paylarını bərabər hissədə müəyyən etməklə iddiaçını qanunsuz olaraq mülkiyyətindən də məhrum etməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 40.Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

41. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli ##.##.2025 qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 2,1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı İddiaçı payı 0.4495 ha, cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 hər birinin payı 0.4495 ha, cavabdeh cavabdeh1 payı isə 0.3511 ha təşkil edir.

42. Həmçinin iddiaçı İddiaçı tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli ##.##.2025 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2,1491 ha torpaq sahəsindən ona məxsus 0,4495 ha hissədə payının naturada ayrılması olmuşdur.

43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı paylı mülkiyyətdə olan payının naturada ayrılmasını tələb etməsinə baxmayaraq, iddiaçı və cavabdehlərin sözügedən torpaq sahəsində paylarının bərabər hissədə müəyyən edilməsini də qət etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbini pozmuşdur.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarına əsasən qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.

45. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsinin məhkəməyə təqdim edilmiş bölgü sxemində göstərilən qaydada naturada bölgünün mümkünlüyün birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ## #### 2024-cü il tarixdə verilmiş *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən İddiaçı, cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2,1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı İddiaçı məxsus 0,4495 ha hissəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığına görə həmin çıxarışa əlavə edilmiş (iş vərəq 9) torpaq sahəsinin bölgü planına uyğun naturada ayrılması mümkün olmamışdır. Ancaq ünvan 1 ünvanında yerləşən 2,1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı İddiaçı məxsus 0,4495 ha hissəsinin naturada ayrılmasının mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

46. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, sözügedən torpaq sahəsindən iddiaçının payının naturada bölgüsü ilə bağlı birinci instansiya məhkəməsinə mütəxəssis tərəfindən təqdim olunmuş yerquruluşu planında göstərilmiş bölgü ilə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı əsasında verilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu palnında göstərilmiş bölgü arasında fərq yaranmışdır.

47. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan məsələlərin aydınlaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsin ** saylı Zaqatala ərazi idarəsinin mütəxəssisi X2 məhkəmə iclasına dəvət olunaraq izahatı alınmış və müəyyən olunmuşdur ki, ## #### 2026-cı il tarixli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmiş qaydada iddiaçının payının naturada ayrılması daha məqsədə uyğundur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 bərabər hissədə payları müəyyən edilməsi, həmin torpaq sahəsinin iddiaçı İddiaçı aid 0.4495 ha hissəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında xxxx Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada naturada bölünməsi hissəsində ləğv edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 bərabər hissədə payları müəyyən edilməsi hissə qətnamədən xaric edilməli, Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1ndə yerləşən 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı 0.4495 ha payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstəilmiş bölgü sxeminə uyğun vəziyyətdə naturada ayrılmalı, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 bərabər hissədə paylarının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı İddiaçı aid 0.4495 ha hissəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında xxxx Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada naturada bölünməsi hissəsində ləğv edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 bərabər hissədə paylarının müəyyən edilməsi hissə qətnamədən xaric edilsin. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1ndə yerləşən 2.1491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı 0.4495 ha hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş bölgü sxeminə uyğun vəziyyətdə naturada ayrılsın. Qətnamə iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar