Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-180/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş paylarına düşən hissənin naturada ayrılması, ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş paylarına düşən hissənin naturada ayrılması, ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi 401013027811 olan, qeydiyyat nömrəsi 3623021145 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7, X5, iddiaçı2, cavabdeh2, X3, iddiaçı1 mülkiyyət hüquqları qeydə alınmış 0.2322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 2/5 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması, 0.0923 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi 401013004444-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı1 0.02846 ha torpaq sahəsinin naturada ayrılması, ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Reyestr nömrəsi 401013027811, qeydiyyat nömrəsi 3623021145 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən X7, X5, X1, cavabdeh2,X3, iddiaçı1 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0.2322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar iddiaçı1 və iddiaçı2 hər birinin 1/6 hissə olmaqla, birlikdə saxlanmaqla 2/6 hissə payları naturada (## ######## 2025-ci il tarixdə verilmiş *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən qaydada) ayrılsın; cavabdehlər cavabdeh2 və cavabdeh1 həmin torpaq sahəsinin iddiaçılar iddiaçı1 və iddiaçı2 ayrılmış hissəsindən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin olunmaması, 100 manat dövlət rüsumu xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 alınıb iddiaçı iddiaçı1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə ## ##### 2026-cı il tarixində məhkəməyə ərizə göndərərək Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirməklə, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar iddiaçı1 və iddiaçı2, cavabdehlər cavabdeh2 və cavabdeh1, üçüncü şəxslər X6 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda cavabdeh1 nümayəndəsi X2 iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsinə və apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtina etməsi barədə verdiyi ərizə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtina etməsi iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtina ərizəsi qəbul edilməli və iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə münasibətdə işin apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 369 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-180/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-180/2026
30.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver