Məhkəmə qərarları › İş №2(3-10)-186/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-186/2026

28.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-186/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qаrşı (açar sözlər: dəymiş ziyanın əvəzinin ödənilməsi və pul tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi və pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2021ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Cavabdeh, Vəliyev Əli Allahverdi oğlu və X3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## #### 2021ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qətnamə çıxarılması və iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh, badam formalı brilyant sırğa-üzük dəsti- 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 2200 (iki min iki yüz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 550 (beş yüz əlli) manat; sep-bilərzik dəsti- sepin çəkisi 10 qram, bilərziyin çəkisi 4.2 qram, ümumi qızıl çəkisi 14.2 qram olmaqla, qiyməti 750 (yeddi yüz əlli) manat; ağ qaşlı uşaq sırğası- 3 qram çəkidə, əyarı 585, qiyməti 120 (bir yüz iyirmi) manat; uşaqlar üçün 2 ədəd qızıl bilərziklər- hər biri 2 qram olmaqla, əyarı 583, qiyməti hər biri 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat; mebel yataq dəsti (termo, şifoner, tümbalar, qoşa çarpayı, oturacaqlar)- 3000 manat, gecə lampası- 2 ədəd- 60 manat, şəkil- (divardan asılma)- 10 manat, qorka mebel- 900 manat, pianino- 800 manat, divan və kiçik masa- 1500 manat, 3 ədəd 3x2 m xalçalar, 1 ədədi Təbriz- 700 manat, 1 ədədi Kaşmir- 500 manat, 1 ədədi Türk malı 300 manat olmaqla, cəmi 1500 manat, 2 ədəd 1.5 x 0.5 m ölçüdə xırda xalça- 50 manat, 3 otağın 16 metrə pərdələri 500 manat, ütü- 50 manat, ütü stolu- 50 manat, 1 ədəd iki nəfərlik, 2 ədəd bir nəfərlik döşək- 280 manat, 1 ədəd iki nəfərlik, 2 ədəd bir nəfərlik yorğanlar- 240 manat, 6 ədəd tük balınc- 180 manat, 4 ədəd sintifon balınc- 100 manat, 4 ədəd pakrıval, (1 ədədi işləməli, qaşlı, balınclı- 350 manat, 1 ədədi buxovıy- 120 manat, 1 ədədi sintifon- 30 manat, 1 ədədi yun- 60 manat olmaqla)- 560 manat, 1 ədəd divan üstü-90 manat, 2 ədəd uşaq yorğanı, 2 ədəd uşaq döşəyi, 2 ədəd sintifon balınc- 300 manat, 1 ədəd uşaq üçün buxovıy odeyal 30 manat, 1 ədəd uşaq üçün nazik odeyal 15 manat, 1 ədəd 8 şamlı, xrustal çilçıraq- 350 manat, 1 ədəd 3 gözlü çilçıraq- 50 manat, 2 ədəd sok çəkən- 40 manat və 60 manat olmaqla, cəmi 100 manat, Lepkalı qaşlı 2 ədəd meyvə qabı, 1 ədəd güldan böyük- 500 manat, VEST Qold qazan dəsti- 8 ədədli- 240 manat, nerj qazan dəsti-6 ədədli 70 manat, tuj qazan dəsti- 6 ədədli- 50 manat, 10 ədəd can dəsmalı- 150 manat, 25 ədəd əl-üz dəsmalı- 250 manat, 30 ədəd çay dəsmalı- 400 manat, şamdan 1 ədəd- 25 manat, tək nəfərli 6 ədəd pastel dəsti- 6 ədəd 250 manat, tək nəfərli işlənmiş pastel dəsti- 4 ədəd- 80 manat, cüt nəfərli pastel dəsti- 3 dəst- 200 manat, cüt nəfərli işlənmiş pastel dəsti- 120 manat, 5 ədəd süfrə (2 ədədi qaşlı işləməli, 1 ədədi krujevalı, 2 ədədi parça) 300 manat, 3 ədəd klyonka süfrə- 30 manat, 1 ədəd zal üçün divar saatı- 50 manat, 1 ədəd uşaq otağına saat- 20 manat, 7 dəst bogema bakallar- cəmi 42 ədəd- 600 manat, 1 ədəd qrafinka dəsti bogema- 80 manat, qaşıqçəngəl çemodan dəsti- 350 manat, 1 ədəd tuj vedrə, 2 ədəd aliminium vedrə, 2 kapron vedrə, 2 dəmir vanna, 2 kapron vanna, 10 kapron ləyən, 1 su dolçası- 100 manat, 4 ədəd böyük çuqun ləyən, 1 ədəd böyük aşsüzən- 100 manat, 2 ədəd oxlov, bir ədəd dördayaq, 1 ədəd ələk- 30 manat, 24 ədəd boşqab dəsti- 60 manat, 24 ədəd aura boşqab dəsti- 100 manat, 4 dəst fincan-nəlbəki dəsti- 100 manat, 12 ədəd xrustal stəkan- 120 manat, 12 ədəd nəlbəki- 40 manat, 12 ədəd kasa- 50 manat, 1 ədəd xrustal güldan- 45 manat, 1 ədəd xrustal ləpə qabı- 30 manat, ədəd xrustal kül qabı- 20 manat, 2 ədəd şüşə ləpə qabı- 10 manat, 2 ədəd qaşlı bogema mürəbbə qabı- 50 manat, 12 ədəd xrustal limon qabı- 30 manat, 2 şüşə qənd qabı- 10 manat, Tefal çaydan-çaynik dəsti - 70 manat, 4 ədəd çaynik- 40 manat, 1 dəst podnos- 3 ədədli- 45 manat, 2 ədəd plastmas podnos- 15 manat, sap naboru- 11 manat, 2 ədəd suvenir qoyun, 1 ədəd suvenir göz muncuğu, 1 suvenir su nasosu- 30 manat, 2 ədəd göy taxtası- 10 manat, 1 paltar səbəti - 20 manat, paraşok qabı- 2 ədəd 12 manat, 1 dənə qab setkası- 15 manat, 1 ədəd paltar çemodanı böyükdiyircəkli- 150 manat, 1 ədəd supnik- 20 manat, 12 ədəd xrustal duz qabı- 20 manat, 6 ədəd xrustal rumka- 40 manat, 2 ədəd bogema konfet qabı 60 manat, 2 ədəd xrustal konfet qabı 60 manat, 2 ədəd konfet qabı şüşə- 10 manat, 3 ədəd tort qabı, keks qabları – biri böyük, 18 ədəd kiçik – 60 manat, 2 ədəd meyvə qabı- xrustal- 35 manat, 1 ədəd meyvə qabıbogema- 60 manat, 1 ədəd böyük yerdən qoyulan güldan güllərlə-70 manat, 1 ədəd tozsoran 120 manat, 1 ədəd ətçəkən- 50 manat, 1 ədəd mikser 30 manat, 1 ədəd kofeçəkən- 25 manat, 1 ədəd euroluks paltaryuyan- 600 manat, 2 ədəd plastmas şkaf (uşaq üçün)- 50 manat, 1 ədəd elektrik tərəvəzdoğrayan- 25 manat, 2 ədəd saç feni qurudan və ütü- 75 və 25 manat olmaqla, 100 manat, Epilator- 20 manat, 1 ədəd qənd doğrayan, 1 ədəd balon ağzıaçan, 2 ədəd qatıqaçan, 1 ədəd sarımsaqəzən, 1 ədəd kartofsoyan, 4 ədəd mətbəx bıçağı, 1 ədəd kotletgötürən- 30 manat, 2 ədəd tefal tava 25 manat, Tutalğac, qapaqaltı- 15 manat, Döşəmə yumaq üçün vedrə, 2 ədəd süpürgəxəkəndaz- 20 manat, yay odeyalı- 1 ədəd taxt üçün- 35 manat, uşaq odeyalı, buxovıy, kiçik ölçülü- 3 ədəd- 50 manat, parça şifoner- 30 manat, daraq dəsti- 7 manat, böyük yolka oyuncaqları və işiğı ilə bərabər- 100 manat, ərzaq saxlamaq üçün nabor- 2 dəst 15 və 10 manat, cəmi - 25 manat, 6 ədəd qulplu stəkan- 12 manat, 4 ədəd kola stəkanı 6 manat, 8 ədəd su fincanı - 15 manat, 2 dənə beta stəkan nəlbəki- 4 manat, su qrafini şüşə- 4 manat, 3 ədəd şotka- paltar, gəbə, patalok üçün dəst- 18 manat, 2 ədəd çay termosu, böyük və uşaq üçün- 30 manat, tefal qaşıqlar- dəst 3 ədəd- 16 manat, 2 ədəd salfet qabı kapron- 5 manat, 6 ədəd plov üçün bulud- 15 manat, Pesok qabı, 1 ədəd- 7 manat, 10 ədəd 3 litrlik balon, 20 ədəd kiloluq banka, 15 ədəd 0.5 litrlik banka, 30 ədəd aroma bankası, boş halda- 40 manat, 3 ədəd ağ gilas mürəbbəsi balonu, 2 kiloluq qırmızı moruq mürəbbəsi, 1 ədəd kiloluq çiyələk mürəbbəsi, 1 kiloluq heyva mürəbbəsi, 1 kiloluq gilənar mürəbbəsi- 60 manat, 25 ədəd veşilka- 50 manat, 2 ədəd uşaqların böyüdülmüş şəkli- 15 manat, 2 ədəd kukla maşa, 2 yekə ayı, 1 ədəd qız kukla, 1 ədəd pələng, 1 ədəd dovşan balaları ilə birlikdə, 1 ədəd üçbaşlı ilan, 1 ədəd saçlı qız kukla, 1 ədəd siçan kukla, maşınlar- 150 manat, 3 ədəd çətir, 3 ədəd dezodorant- 25 manat, 3 ədəd ətir- 40 manat, 1 ədəd uşaq otağı üçün gecə lampası- 7 manat, 3 ədəd qol saatı- 30 manat, 1 keratin şampun- 20 manat, 2 dəst yemək və çay qabı (okulbəsləmə çantası)- 28 manat, icra vaxtı həmin əmlaklar naturada olmadıqda isə onların dəyərinin alınaraq, iddiaçı İddiaçı xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmədən. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- */**** saylı qəraradadından görünür ki, İddiaçı məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə alınaraq tələbkar İddiaçı verilməli olan 4120 manat indeksasiya edilməklə 4441.36 manat həcmində icra olunması qərara alınmışdır.

4. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, mütəxəssis rəyindən görünür ki, İddiaçı sifariş edərək, təqdim etdiyi siyahı üzrə qızıl-zinət əşyalarının qiymətləndirilməsi prosesində brilyant sırğa-üzük dəsti- 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 6099 (altı min doxsan doqquz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 6949 (altı min doqquz yüz qırx doqquz) manat; sep-bilərzik dəsti - çəkisi 14.2 qram, qiyməti 2451.5 (iki min dörd yüz əlli bir manat əlli qəpik) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 404 (dörd yüzdörd) manat; qızıl bilərziklər- 4 qram, əyarı 583, qiyməti 536.36 (beş yüzotuz altı manat otuz altı qəpik) manat olmaqla, qızılların cəmi dəyəri 16439.86 (on altı min dörd yüz otuz doqquz manat səksən altı qəpik) manat müəyyən edilmişdir.

5. İş materiallarında olan Yevlax Rayon İcra və Probasiya Şöbəsinin ## ####### 2025ci il tarixli, 155373/1 məktubundadn görünür ki, Cavabdeh icra vərəqəsində adları qeyd olunmuş cehiz əmlaklarının özləri, özləri olmadıqda isə cəmi dəyəri olan 4441.36 manat borcun alınaraq tələbkar İddiaçı ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi ##.##.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Həmin tarixdə icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək məhkəməyə və tələbkara rəsmi məlumat verilməklə yanaşı, tələbin təmin olunması üçün borcluların icra sənədi üzrə yaşayış ünvanına bildiriş göndərilmişdir. “Elektron İcra” İnformasiya sistemində borclu şəxsin əmlak və gəlir yeri aşkar olunmamışdır. Lakin borclu özü icra şöbəsinə ərizə ilə müraciət edərək əmək haqqı almasını, aylıq alimenti tutulduqdan sonra qalıq pulun hər ay cehiz işi üzrə tutulmasını xahiş etmişdir. Lakin tələbkar tələbin tam təmin olunmasını istədiyi üçün hissə-hissə ödənişə etiraz edərək bank hesabı təqdim etməkdən imtina etmişdir, (tələbkar faktiki olan mövcud olan cehiz əmlakları götürməkdən imtina edərək, qızılların qaytarılmasını tələb edir). Bu barədə rəsmi ərizə ilə münasibət bildirmişdir. Belə olan halda borc üzrə olan əmlakların götürülməsi, olmayan əmlakların isə dəyərinin ödənilməsi mümkün olmamışdır. İcra işi hazırda nəzartdədir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qızıl-zinət əşyalarını özündə saxlamaqla ona (iddiaçıya) vurduğu ziyanın əvəzi olaraq 11441 (on bir min dörd yüz qırx bir) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh, badam formalı brilyant sırğa-üzük dəsti - 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 2200 (iki min iki yüz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 550 (beş yüz əlli) manat; sep-bilərzik dəsti - sepin çəkisi 10 qram, bilərziyin çəkisi 4.2 qram, ümumi qızıl çəkisi 14.2 qram olmaqla, qiyməti 750 (yeddi yüz əlli) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 120 (bir yüz iyirmi) manat; uşaqlar üçün 2 ədəd qızıl bilərziklər - hər biri 2 qram olmaqla, əyarı 583, qiyməti hər biri 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat və digər məişət əşyalarının dəyərinin alınıb ona (iddiaçıya) verilməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qanuni qüvvədə saxlanılmışdır. Məişət əşyalarının üzərinə həbs qoyulsa da qızıl-zinyət əşyaları mövcud olmadığından onların üzərinə həbs qoyulması mümkün olmamışdır. Cavabdeh Cavabdeh ona qarşı həmin əşyaların dəyərinin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilməmişdir. Bununla da öz təsdiqini tapmışdır ki, cavabdeh onun (iddiaçının) mülkiyyətində olan əmlakların dəyərini ödəməyə çalışır. Məhkəmə qətnaməsi qəbul olunarkən qızıl əşyalarının dəyəri 2013cü ildə toyları olarkən qızıllarda mövcud olmuş birka qiymətləri əsas götürüldüyündən, hazırda cavabdeh 2013-cü ilin dəyəri ilə qızılların dəyərini ödəməyə çalışır. Bununla isə onun (iddiaçının) hüquqları pozulur. Cavabdeh Cavabdeh vicdansız sahib olaraq onun əmlakını qanunsuz olaraq özündə saxlamaqla, həmin əşyaların əsl dəyərindən xeyli aşağı məbləği ona ödəməklə qalan vəsaiti əlində saxlamağa çalışır. Qızıl əşyalarının özünün qaytarılmasını gözlədiyindən hazırki müddətə qədər iddia qaldırmamışdır. Cavabdeh isə icra üsulunun dəyişdirilməsi barədə ərizə verməklə əşyalarının naturada qaytarılmayacağını göstərdiyindən hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1 və 157.5-ci maddələrinə istinad edərək, cavabdeh Cavabdeh qızıl-zinyət əşyalarını özündə saxlamaqla ona vurduğu ziyanın əvəzi olaraq 11441 (on bir min dörd yüz qırx bir) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinə iddiaya etiraz göndərərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, cavabdeh Cavabdeh qızıl-zinyət əşyalarını özündə saxlamaqla ona vurduğu ziyanın əvəzi olaraq 11441 (on bir min dörd yüz qırx bir) manat pulun və 2021-ci ildən ödəmədiyi 4441.36 manat gecikdirilən məbləğinə illik 5 faiz məbləğinin alınıb ona veriməsinə dair qətnamə çıçxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddianın həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsinin və iddianın həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, ididanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi (qızıl-zinət əşyalarının dəyərinə aid hissədə) ilə tutulmalı olan 4120 (dörd min bir yüz iyirmi) manat pula görə (2021-2025-ci illər üzrə 5 il üçün) illik 5% faiz hesablanmaqla (4120 x 5 ÷ 100 = 206 manat, 206 x 5 il = 1030 manat) cəmi 1030 (bir min otuz) manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30.3 (otuz manat otuz qəpik) dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, 4120 manat pulun 2021-ci ildən gecikdirilərək ödənilmədiyi 5 ilə görə hər il üçün illik 5 faiz pul məbləği (4120 x 5 ÷ 100 = 206 manat, 206 x 5 il = 1030 manat), yəni cəmi 1030 (bir min otuz) manat pulun cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsinə dair qətnamə çıxarılmalıdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixlə Qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 445.1, 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 və iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətləri verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...məhkəmə maddi hüquq normalarını pozmuşdur. Məhkəmə iddianın qismən əsaslı olduğunu qismən təmin edərək, 4120 manat pulun 2021-ci ildən gecikdirilərək ödənilmədiyi 5 ilə görə hər il üçün illik faiz pul məbləği (4120 x 5 bölək 100 = 206 manat, 206 x 5 il = 1030 manat), yəni cəmi 1030 manat pulun cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsinə dair qətnamə çıxarmışdır. O, bütün bunları qəbul etmir. Əvvəla məhkəmənin nəzərinə çatdırır ki, o, qeyd olunan məbləği ödəmək üçün bir neçə dəfə müraciətlər etmişdir. Onun əmək haqqısı var. Tələbin hissə-hissə icrası ilə bağlı bir neçə dəfə məhkəməyə müraciətlər etmişdir. Bu barədə rəsmi ərizələri var. O, polis işçisidir. Dəfələrlə icra ilə bağlı rəsmi müraciətləri mövcuddur. Ancaq məsələ odur ki, bu günə kimi o, qətnamənin icrası ilə bağlı rəsmi müraciətlərinin olmasına baxmayaraq, hazırkı qərarla onun üzərinə 1030 manat cərimə qoymuşdur. Bildirir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən müvafiq qərardad qəbul edilərək 300 manat məbləğində 2023-cü ildə eyni tələblə çıxış edilərək ondan 300 manat məbləğində pul tutulmuşdur. O, heç bir zaman qətnaməni icra etməkdən yayınmamışdır. Bundan başqa məhkəmə icraçıları onun iş yerini bilir. Əmək haqqından xəbərdardır. Bütün bunları icra etmək üçün çalışır. Ancaq şəxs qətnamənin hissəhissə icrasından hər dəfə yayınmışdır. Bütün bunları icra orqanına verilmiş sorğuyla həll etmək olar. Bu səbəbdəndə o, əsassız olaraq 1030 manat məbləğində ödənişə cəlb edilmişdir. O, bütün bunları rədd edir. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ... işin halları bundan ibarətdir ki, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh, badam formalı brilyant sırğa-üzük dəsti - 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 2200 (iki min iki yüz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 550 (beş yüz əlli) manat; sepbilərzik dəsti - sepin çəkisi 10 qram, bilərziyin çəkisi 4.2 qram, ümumi qızıl çəkisi 14.2 qram olmaqla, qiyməti 750 (yeddi yüz əlli) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 120 (bir yüz iyirmi) manat; uşaqlar üçün 2 ədəd qızıl bilərziklər - hər biri 2 qram olmaqla, əyarı 583, qiyməti hər biri 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat və digər məişət əşyalarının dəyərinin alınıb mənə verilməsi qət edilmişdir. Qətnamə Ali Məhkəmənin ## ### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iə qanuni qüvvədə saxlanılmışdır. Məişət əşyaları üzərinə həbs qoyulsa da qızıl-zinət əşyaları mövcud olmadığından onların üzərinə həbs qoyulması mümkün olmamışdır. Cavabdeh Cavabdeh ona qarşı həmin əşyaların dəyərinin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilməmişdir. Bununla da öz təsdiqini tapmışdır ki, cavabdeh onun mülkiyyətində olan əmlakların dəyərini ödəməyə çalışır. Qeyd edir ki,məhkəmə qətnaməsi qəbul olunarkən qızıl əşyalarının dəyəri 2013-cü ildə toyları olarkən qızıllarda mövcud olmuş birka qiymətləri əsas götürüldüyündən, hazırda cavabdeh 2013-cü ilin dəyəri ilə qızılların dəyərini ödəməyə çalışır. Bununla isə onun hüquqları pozulur. Cavabdeh Cavabdeh vicdansız sahib olaraq onun əmlakını qanunsuz olaraq özündə saxlamaqla, həmin əşyaların əsl dəyərindən xeyli aşağı məbləği ona ödəməklə qalan vəsaiti əlində saxlamağa çalışır. Qızıl əşyalarının özünün qaytarılmasını gözlədiyindən hazırkı müddətə qədər iddia qaldırmamışdır. Cavabdeh isə icra üsulunun dəyişdirilməsi barədə ərizə verməklə əşyalarının naturada qaytarılmayacağını göstərdiyindən hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

19. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026- cı il tarixli, qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hazırkı iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnаməsi qismən - iddia tələbinin təmin edilməyən yəni, cavabdeh Cavabdeh qızıl-zinyət əşyalarını özündə saxlamaqla ona vurduğu ziyanın əvəzi olaraq 11441 (on bir min dörd yüz qırx bir) manat pulun alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə işin icraatına xitam verilmişdir.

22. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə (cavabdehin 2021-ci ildən ödəmədiyi 4120 manat gecikdirilən məbləğinə illik 5 % məbləğinin alınıb ona veriməsi) apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli, qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 21. Zərərin əvəzinin ödənilməsi - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)

24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

36. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalıdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. Müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qızıl-zinət əşyaları tələbinə dair hissədə cavabdeh Cavabdeh cəmi 4120 (dörd min bir yüz iyirmi) manat dəyərində qızıl-zinət əşyalarının, icra vaxtı həmin əmlaklar naturada olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra İddiaçı məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2023-cü il tarixli, *(***)-*/**** saylı qəraradadı ilə ərizə qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə alınaraq tələbkar İddiaçı verilməli olan 4120 manat indeksasiya edilməklə 4441.36 manat həcmində icra olunması qərara alınmışdır. İddiaçı İddiaçı cavabdeh Cavabdeh həmin əşyaların dəyərinin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyini, lakin ərizənin təmin edilmədiyini, bununla da cavabdehin onun (iddiaçının) mülkiyyətində olan əmlakların dəyərini ödəməyə çalışdığının təsdiq olunduğunu, məhkəmə qətnaməsi qəbul olunarkən qızıl əşyalarının dəyərinin 2013-cü ildə toyları olarkən qızıllarda mövcud olmuş birka qiymətləri əsas götürüldüyündən, hazırda cavabdehin 2013-cü ilin dəyəri ilə qızılların dəyərini ödəməyə çalışdığını, bununla onun (iddiaçının) hüquqlarının pozulduğunu, cavabdeh Cavabdeh vicdansız sahib olaraq onun əmlakını qanunsuz olaraq özündə saxlamaqla, həmin əşyaların əsl dəyərindən xeyli aşağı məbləği ona ödəməklə qalan vəsaiti əlində saxlamağa çalışdığını, Cavabdeh icra üsulunun dəyişdirilməsi barədə ərizə verməklə əşyalarının naturada qaytarılmayacağını göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxan Yevlax Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan tərəflər apellyasiya şikayətləri vermişlər.

41. Konstitusiyanın 129-cu maddəsi ilə müəyyən edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi prinsipi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

42. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

43. İddia ərizəsinin məzmunundan belə nəticə hasil olur ki, onların tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin borclunun icranı gecikdirməsinə görə məsuliyyəti nəzərdə tutan 445–ci maddəsi çıxış edir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 445.7ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.45.Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanıfaizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.

46. İşdə olan Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** saylı qəraradadından görünür ki, İddiaçı məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə alınaraq tələbkar İddiaçı verilməli olan 4120 manat indeksasiya edilməklə 4441.36 manat həcmində icra olunması qərara alınmışdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

48. İddaiçı 2003-cü ildə bu hüququndan istifadə etməklə qətnamə əsasında tutulmalı pul məbləğinin indeksasiyası barədə ərizə vermiş, ərizəyə baxan Yevlax Rayon Məhkəməsi ərizəni təmin etmişdir.

49. Göründüyü kimi, tələbkar İddiaçı verilməli olan 4120 manat indeksasiya edilməklə ##.##.2023-cü il tarixə 4441.36 manat təşkil etmişdir.

50. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən, yəni 2021-ci ildən qızılzinət əşyalarının dəyəri olan və ödənilməyən 4120 manat üçün illik 5 faizin tutulması hissəsində təmin edilməlidir.

51. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən tutulmalı məbləğin 2023-cü ildə indeksasiya olunmasını nəzərə almamışdır.

52. Məhkəmənin qənaətinə görə, cavabdehdən tutulmalı məbləğ 2021-2023-cü illər ərzində həm indeksasiya olunmalı, həm də həmin məbləğə illik 5 faiz hesablanmalıdır.

53. Kollegiya hesab edir ki, belə yanaşma ilə qətiyyən razılaşmaq olmaz. Belə ki, tutulmalı məbləğə illik 5 faizin hesablanması həmin məbləğin indeksasiya olunmasından (2023-cü il) sonrakı dövrü (2023-2025-ci illər) əhatə etməlidir.

54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

56. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

57. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 36-cı bənd). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddianın təmin edilən – Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi (qızıl-zinət əşyalarının dəyərinə aid hissədə) ilə tutulmalı olan 4120 (dörd min bir yüz iyirmi) manat pula görə (2021-2025-ci illər üzrə 5 il üçün) illik 5% faiz hesablanmaqla (4120 x 5 ÷ 100 = 206 manat, 206 x 5 il = 1030 manat) cəmi 1030 (bir min otuz) manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi (qızıl-zinət əşyalarının dəyərinə aid hissədə) ilə tutulmalı olan 4120 (dörd min bir yüz iyirmi) manat pula görə (2023-2025-ci illər üzrə 3 il üçün) illik 5% faiz hesablanmaqla (4120 x 5 ÷ 100 = 206 manat, 206 x 3 il = 618 manat) cəmi 618 (altı yüz on səkkiz) manat pul cavabdeh Cavabdeh tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar