Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-199/2026 31.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI QƏTNAMƏ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Ismayılov Tofiq Nurməmməd oğluna qarşı su bərəsinin açılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: su bərəsinin açılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X3 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı, eyni zamanda iddiaçı iddiaçı1 nümayəndəsi iddiaçı2 və cavabdeh Ismayılov Tofiq Nurməmməd oğlunun iştirakları ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Ismayılov Tofiq Nurməmməd oğluna qarşı su bərəsinin açılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Ucar rayonu, Bərgüşad kəndində ümumi sahəsi 130.7 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı1 adına və 0,87 ha torpaq sahəsi ümumi birgə pay hüququ ilə iddiaçı1, X6, X1, X4, X2, iddiaçı2 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ## #### 2024-cü ildə qeydiyyata alınmışdır. Iddiaçılar Ucar rayonunun Bərgüşad kəndində yerləşən-onların və digər ailə üzvlərinin paylı mülkiyyətində olan 0,87 hektar torpaq sahəsinə əvvəllər gələn cavabdehin torpaq sahəsindən keçən su bərəsinin tam açılması və həmin su bərəsinin bir daha bağlamasının cavabdehə qadağan edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçılar cavabdehə qarşı su bərəsinin açılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonunun Bərgüşad kəndində yerləşən-onların və digər ailə üzvlərinin paylı mülkiyyətində olan 0,87 hektar torpaq sahəsinə əvvəllər gələn su bərəsinin tam açılması və həmin su bərəsinin bir daha bağlamasının cavabdehə qadağan edilməsi, həmçinin vəkilə iddia ərizəsinin tərtib etdirmək üçün ödədiyi 120 manat məbləğində qonorarın və 100 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, surətini bu iddia ərizəsinə əlavə etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrındən çıxarışdan göründüyü kimi Ucar rayonunun Bərgüşad kəndində onların və digər ailə üzvülərinin paylı mülkiyyətində 0.87 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində birinci iddiaçı iddiaçı1 məxsus 130,7 kv.metr sahəsi olan fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinə əvvəllər bərə vasitəsi ilə içmək və ağacları sulamaq üçün su gəlirdi. Həmin bərə onların mülkiyyətlərində olan torpaq sahəsinə cavabdehin istifadəsində olan torpaq sahəsinin ortasından keçib gəlirdi. Lakin 2015-cı ilin yayında həmin bərə cavabdeh tərəfindən düzlənmiş və artıq 10 ilə yaxındır ki, onlar həmin bərədən istifadə edə bilmirlər. Onlar başqa yerdən su bərəsi çəkməyə məcbur olsalar da həyətyanı sahələrinin yarısından əkin məqsədləri üçün istifadə edə bilməmişlər. Hal-hazırda həmin sahədən istifadə etmək istəyirlər. Lakin cavabdeh su bərəsini bərpa etmək istəmir. Halbuki, həmin bərə kəndin planında da nəzərdə tutulmuşdu.
4. Iddiaçı iddiaçı2 həm öz adından, həm də təmsil etdiyi şəxsin adından məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmiş və izahatında iddia ərizəsinə dair etirazında göstərilənləri təsdiq etdiyini bildirmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində 2015-ci ilin yayında sözügedən bərənin onun tərəfindən düzlənməyi qeyd edilmişdir. Əvvəla onu qeyd edir ki, həmin hadisə 2015-ci ildə yox, 2008- ci il tarixdə olmuşdur. Qonşular öz aralarında razılaşdıraraq başqa alternativ bərəni su arxından öz istifadələrinə lazım olan yerə kimi çəkmişlər. Bundan sonra, o, sözügedən bərəni düzləyib bağlamışdır. 2008-ci il tarixdən bu günə kimi həmin qonşular sonradan çəkilən alternativ bərədən istifadə edirlər. Bu günə kimi də su çətinliyi ilə bağlı nə ona, nə kənd icra nümayəndəliyinə, nə də kənd bələdiyyəsinə müraciət edilməmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, idarənin elektron baza məlumatlarında 904013044501-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə (qeydiyyat nömrəsi 2724003972, qeydiyyat tarixi ## #### 2024-cü il) iddiaçı1 və digərlərinin (ailə üzvlərinin) ümumibirgə mülkiyyətlərinə verilmiş 0.87 ha torpaq sahəsinə su bərəsinin haradan nəzərdə tutulması ilə bağlı hər hansı məlumat və xəritə materialı aşkar olunmamışdır. Baxış zamanı iddiaçılar iddiaçı1 və iddiaçı2 və onların ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan və Ucar rayonu, Bərgüşad kəndində yerləşən 0.87 ha torpaq sahəsinə gedən faktiki su bərəsinin (mövsümi arx) mövcud olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir. Naturada müşahidə edilən su bərəsinin istifadə üçün əlverişli olubolmaması ilə bağlı aidiyyatı üzrə mütəxəssisə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin, mütəxəssis rəyində göstərilmişdir ki, baxış zamanı iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi Ismayılov Nurməmməd Qulu oğlunun Ucar rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem də mütəxəssis rəyinə əlavə olunmuşdur.
6. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kmi istinad etdiyi halları sübut etməlidir, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, mütəxəssis rəyinə görə də iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi Ismayılov Nurməmməd Qulu oğlunun Ucar rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Buna görə də məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçıların tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur, odur ki, iddia təmin edilməməlidir.
7. Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Ismayılov Tofiq Nurməmməd oğluna qarşı su bərəsinin açılması tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.9, 158.2, 170.1 və 170.2-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü; Şəxsin fərdi məlumatları; Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı; Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri Nazim Ibrahimov və ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssisi Nurlan Xəlilov tərəfindən verilmiş mütəxəssis rəyi.
10. Qətnаmədən nаrаzı qаlаn iddiaçı, eyni zamanda digər iddiaçı iddiaçı1 nümayəndəsi iddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı, eyni zamanda digər iddiaçı iddiaçı1 nümayəndəsi iddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ərizəyə əlavə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən” çıxarışdan göründüyü kimi Ucar rayonunun Bərgüşad kəndində onların və digər ailə üzvülərinin paylı mülkiyyətində 0,87 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində birinci iddiaçı iddiaçı1 məxsus 130,7 kv.metr sahəsi olan fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinə əvvəllər bərə vasitəsi ilə içmək və ağacları sulamaq üçün su gəlirdi. Həmin bərə onların mülkiyyətlərində olan torpaq sahəsinə cavabdeh Ismayılov Tofiq Nurməmməd oğlunun istifadəsində olan torpaq sahəsinin ortasından keçib gəlirdi. Lakin 2015-ci ilin yayında həmin bərə cavabdeh Ismayılov Tofiq Nurməmməd oğlu tərəfindən düzləndi və artıq 10 ilə yaxındır ki, onlar həmin bərədən istifadə edə bilmirlər. Onlar başqa yerdən su bərəsi çəkməyə məcbur olsalar da həyətyanı sahələrinin yarısından əkin məqsədləri üçün istifadə edə bilməmişlər. Hal-hazırda həmin sahədən istifadə etmək istəyirlər. Lakin cavabdeh su bərəsini bərpa etmək istəmir. Hər iki tərəf cavabdehə məxsus torpaq sahəsində əvvəllər su bərəsinin keçdiyini qəbul etmişdir. Belə ki, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərmişdir. Həmin etirazda göstərilmişdir ki, iddia ərizəsində 2015-ci ilin yayında sözügedən bərənin onun tərəfindən düzlənməyi qeyd edilmişdir. Əvvəla onu qeyd edir ki, həmin hadisə 2015-ci ildə yox, 2008-ci il tarixdə olmuşdur. Qonşular öz aralarında razılaşdıraraq başqa alternativ bərəni su arxından öz istifadələrinə lazım olan yerə kimi çəkmişlər. Bundan sonra o, sözügedən bərəni düzləyib bağlamışdır. Beləliklə, etirazda qeyd edilənlərdən aydın olur ki, həqiqətən də cavabdehə məxsus torpaq sahəsindən keçən su bərəsi vasitəsi ilə onların torpaq sahəsinə su gəlirmiş və cavabdeh həmin bərəni düzləmişdir. Etirazda həmin bərənin 2008-ci il tarixədək mövcud olması göstərilsə də, hesab edir ki, bərənin nə vaxt düzlənməsinin iş üçün heç bir əhəmiyyəti yoxdur və istənilən halda cavabdeh əvvəllər onlara təbii yolla gəlmiş suyu kompensasiyasız götürmələrinə imkan verməmişdir. Bundan başqa etirazda su bərəsinin razılıqları ilə düzlənməsi göstərilsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bildirmişdir ki, iş üzrə ümumiyyətlə mütəxəssis rəyinə ehtiyac olmamışdır. Bunu mütəxəssisin verdiyi cavablarla əsaslandırmışdır: 1. Mütəxəssisin ilk cavabı idarənin elektron baza məlumatlarında 904013044501-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə (qeydiyyat nömrəsi 2724003972, qeydiyyat tarixi ## #### 2024-cü il) iddiaçı1 və digərlərinin (ailə üzvlərinin) ümumibirgə mülkiyyətlərinə verilmiş 0.87 ha torpaq sahəsinə su bərəsinin haradan nəzərdə tutulması ilə bağlı hər hansı məlumat və xəritə materialı aşkar olunmaması olmuşdur. Hesab edirlər ki, həmin cavabın alınmasına heç bir ehtiyac yox idi. Belə ki, tərəflər həmin su bərəsinin əvvəllər olmasını və onun cavabdehin torpaq sahəsindən keçib iddiaçıların torpaq sahəsinə gəlməsini qəbul etmişdirlər. Cavabdehin etirafı olan halda mütəxəssisin bu suala cavab verməsinə heç bir lüzum yox idi. Digər tərəfdən idarənin elektron baza məlumatlarında su bərəsinin göstərilməməsi o demək deyil ki, fərdi yaşayış evi olan torpaq sahəsinə yeni bərə çəkilməmişdən qabaq su gəlməmişdir. 2. Rəydə daha sonra göstərilmişdir ki, baxış zamanı iddiaçılar iddiaçı1 və iddiaçı2 və onların ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan və Ucar rayonu, Bərgüşad kəndində yerləşən 0.87 ha torpaq sahəsinə gedən faktiki su bərəsinin (mövsümi arx) mövcud olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir. Mütəxəssisin bu suala da cavab verməsinə ehtiyac olmamışdır. Çünki, iddia ərizəsində də göstərilmişdir ki, onlar başqa yerdən su bərəsi çəkməyə məcbur olsalar da, həyətyanı sahələrinin yarısından əkin məqsədləri üçün istifadə edə bilməmişlər. Göründüyü kimi onlar iddia ərizəsində başqa yerdən su bərəsi çəkdiklərini göstərmişlər. Mütəxəssisin müşahidə etdiyi də həmin su bərəsi olmuşdur. Halbuki, bunun üçün əlavə müşahidəyə ehtiyac yox idi. Onlar elə iddia ərizəsində torpaq sahələrinə yeni bərə çəkdiklərini göstərmişlər. Onların tələblərinin əsası torpaq sahələrinin yarısına suyun gəlməməsi ilə bağlı olmuşdur ki, mütəxəssisə bu sual, yəni torpaq sahələrinin yarısının sulanması üçün cavabdehin torpaq sahəsindən keçmiş, əvvəllər mövcud olan bərəyə ehtiyacın olub-olmaması verilməmişdir. Naturada müşahidə edilən su bərəsinin istifadə üçün əlverişli olub-olmaması ilə bağlı suala isə mütəxəssis aidiyyatı üzrə başqa mütəxəssisə müraciət edilməsinin məqsədəuyğun olmasını göstərmişdir. 3. Rəydə əlavə olaraq bildirilmişdir ki, baxış zamanı iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi Ismayılov Nurməmməd Qulu oğlunun Ucar rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Halbuki, tərəflərindən bu da mübahisə olunmamışdır. Belə ki, onlar iddia ərizəsində də göstərmişlər ki, həmin su bərəsi onların torpağına cavabdehin su bərəsindən keçib gəlmişdir. Buna baxmayaraq məhkəmə qətnaməni əsaslandırmaq istəyərkən göstərmişdir ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, mütəxəssis rəyinə görə də iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi Ismayılov Nurməmməd Qulu oğlunun Ucar rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Buna görə də məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçıların tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur, odur ki, iddia təmin edilməməlidir. Burdan belə çıxır ki, məhkəmə iddianı təmin etməmək üçün iki əsas göstərmişdir. 1.Torpaq sahəsinin cavabdehə məxsus olması 2. Onların öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməməkləri. Onlar iddia ərizəsində onlara cavabdehin torpaq sahəsindən keçib gələn bərənin cavabdeh tərəfindən düzlənməsini göstərmişlər. Yuxarıda da göstərdikləri kimi cavabdeh də bunu etiraf etmişdir.
12. Ona görə də, Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh Ismayılov Tofiq Nurməmməd oğlu apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər iddiaçının nümayəndəsi iddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ismayılov Tofiq Nurməmməd oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı iddiaçı1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Iddiaçılar Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Iddiaçının hazırki qətnamənin 11-ci bəndində öz əksini tapmış apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, Ucar rayonunun Bərgüşad kəndində iddiaçıların və digər ailə üzvülərinin paylı mülkiyyətində olan 0,87 hektar torpaq sahəsinə əvvəllər bərə vasitəsi ilə içmək və ağacları sulamaq üçün su gəlirdi. Həmin bərə onların mülkiyyətlərində olan torpaq sahəsinə cavabdeh Ismayılov Tofiq Nurməmməd oğlunun istifadəsində olan torpaq sahəsinin ortasından keçib gəlirdi. Lakin 2015-ci ilin yayında həmin bərə cavabdeh Ismayılov Tofiq Nurməmməd oğlu tərəfindən düzləndi və artıq 10 ilə yaxındır ki, onlar həmin bərədən istifadə edə bilmirlər. Onlar başqa yerdən su bərəsi çəkməyə məcbur olsalar da həyətyanı sahələrinin yarısından əkin məqsədləri üçün istifadə edə bilməmişlər. Hal-hazırda həmin sahədən istifadə etmək istəyirlər. Lakin cavabdeh su bərəsini bərpa etmək istəmir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərmişdir. etirazda su bərəsinin razılıqları ilə düzlənməsi göstərilsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
23. Iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində ümumi sahəsi 130.7 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı1 adına və 0,87 ha torpaq sahəsi ümumi birgə pay hüququ ilə iddiaçı1, X6, X1, X4, X2, iddiaçı2 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ## #### 2024-cü ildə qeydiyyata alınmışdır. A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən isə Ucar rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə Ucar rayonu, Bərgüşad kəndində Ismayılov Nurməmməd Qulu oğluna fərdi yaşayış evi tikmək üçün 6299.86 kv.m ölçüdə torpaq sahəsinin verildiyi görünür.
24. Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Ismayılov Tofiq Nurməmməd oğluna qarşı su bərəsinin açılması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
25. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri Nazim Ibrahimov və ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssisi Nurlan Xəlilov tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, idarənin elektron baza məlumatlarında 904013044501-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə (qeydiyyat nömrəsi 2724003972, qeydiyyat tarixi ## #### 2024-cü il) iddiaçı1 və digərlərinin (ailə üzvlərinin) ümumibirgə mülkiyyətlərinə verilmiş 0.87 ha torpaq sahəsinə su bərəsinin haradan nəzərdə tutulması ilə bağlı hər hansı məlumat və xəritə materialı aşkar olunmamışdır. Baxış zamanı iddiaçılar iddiaçı1 və iddiaçı2 və onların ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan və Ucar rayonu, Bərgüşad kəndində yerləşən 0.87 ha torpaq sahəsinə gedən faktiki su bərəsinin (mövsümi arx) mövcud olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir. Naturada müşahidə edilən su bərəsinin istifadə üçün əlverişli olub-olmaması ilə bağlı aidiyyatı üzrə mütəxəssisə müraciət edilməsi məqsədəuyğundur. Əlavə olaraq bildirilir ki, baxış zamanı iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi Ismayılov Nurməmməd Qulu oğlunun Ucar rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.
26. Məhkəmə qətnamə qəbul edərkən gəldiyi mövqeyi belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kmi istinad etdiyi halları sübut etməlidir, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, mütəxəssis rəyinə görə də iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi Ismayılov Nurməmməd Qulu oğlunun Ucar rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıların tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur, odur ki, iddia təmin edilməməlidir. Işin hallarından görünür ki, iddiaçılar cavabdehin torpaq sahəsindən keçən su bərəsinin 2015-ci il tarixdən cavabdeh tərəfindən düzləndiyini, cavabdeh isə məhkəməyə göndərdiyi etirazda sözügedən bərənin 2015-ci il tarixində deyil, 2008-ci il tarixində qonşular arasında razılıq əsasında yerinin dəyişdirildiyini və sözügedən bərəni düzləyib bağladığını qeyd etmişdir. Iddiaçılar iddia ərizəsində mübahisəli bərənin kəndin planında nəzərdə tutulduğunu bildirmiş olsalar da, qeyd edilən halı və ümumibirgə mülkiyyətlərinə verilmiş 0.87 ha torpaq sahəsinə su bərəsinin haradan nəzərdə tutulmasını təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişlər. Həmçinin ən azı 2015-ci ildən etibarən iddiaçılar digər torpaq sahəsindən keçən su bərəsindən istifadə etmiş və həmin su bərəsinin istifadəsi ilə bağlı mübahisə mövcud olmamışdır. Özləri də etiraf etdiyi kimi 2015-ci il tarixindən yeni su bərəsi mövcuddur ki, bununla belə cavabdehin torpaq sahəsində yerləşmiş, hal-hazırda düzləndirilmiş bərəni yenidən bərpa etmək istəyirlər. Hazırda faktiki istifadə edilən su bərəsindən istifadənin çətinliyi və yaratdığı problemlər barədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Işin hallarından cavabdeh tərəfindən yuxarıda göstərilən maddənin dispozisiya şərtlərini pozan hər hansı bir hərəkətin edilməsi müəyyən edilməmişdir. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Cavabdehin torpaq sahəsindən iddiaçıların açılmasını tələb etdiyi su bərəsinin yenidən bərpa edilməsi isə uzun müddət təyinatı dəyişdirilərək əkin sahəsi kimi istifadə edilən torpağın münbitliyinin itirilməsi və təyinatının dəyişilməsi ilə nəticələnə bilər.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı, eyni zamanda digər iddiaçı iddiaçı1 nümayəndəsi iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı, eyni zamanda digər iddiaçı iddiaçı1 nümayəndəsi iddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.